Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-376/2024 16.05.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, ərizəçi və maraqlı şəxsin nümayəndəsinin iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə müraciət edərək Şərur rayon Diyadin kənd sakini xx.xx.1976-cı il tarixdə doğulmuş X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbinin əsası kimi xx.xx.1976-cı il təvəllüdlü bacısı X1 ata evlərində onunla birlikdə Şərur rayon Diyadin kəndində yaşadığını, anadangəlmə qüsurlu doğulduğunu, Şərur rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində İ dərəcəli əlil kimi pensiya aldığını, haliyədə bacısının 48 yaşı olduğunu, öz hərəkətlərinə rəhbərlik edə bilmədiyini, hüquqlarının həyata keçirilməsində çətinlik çəkdiyini, hüquqlarının həyata keçirilməsində başqasının köməyinə ehtiyac duyduğunu, ona görə də bacısının fəaliyyət qabiliyyəti olmayan sayılmasına və üzərində qəyyum təyin olunmasına ehtiyac duyduğunu, fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli sayılması məhkəmə tərəfindən müəyyən olunduğundan bacısının fəaliyyət qabiliyyəti olmayan sayılması üçün məhkəməyə müraciət etmək zərurətinin yarandığını bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatı: Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında ərizəsini müdafiə etdiyini, bacısının anadangəlmə əqli cəhətdən xəstə olduğunu, bacısının pensiya kartının alınması üçün ona qəyyum təyin olunmalı olduğunu bildirərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Şərur rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasınının nümayəndəsi ərizənin təmin olunmasına etirazı olmadığını bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan Şərur rayon X6 tərəfindən verilmiş xx.xx.1976-cı il tarixli, İİİ- ЖГ 393425 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1976-cı il tarixdə doğulmuşdur. İş materiallarında olan Naxçıvan MR ƏƏSMN Şərur Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin xx.xx.2024-cü il tarixli 08/290 nömrəli arayışdan görünür ki, X4 müddətsiz İ dərəcəli əlil kimi qeydiyyatda durur və hər ay 470 manat sosial müavinət alır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası X2 xx.xx.2024-cü il tarixli, 725 saylı ekspert rəyindən görünür ki, xx.xx.1976-cı il tarixdə doğulmuş X3 “Şizofreniya. Katatonik forma. Psixi qüsur halı” psixi xəstəliyi vardır. X1 öz hərəkətlərini dərk etmək və idarə etmək baxımından onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas verdiyi müəyyən olunmuşdur. Məhkəmənin hüquqi əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, işdə iştirak edən şəxslərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, xx.xx.1976-cı il tarixdə doğulmuş X3 ““Şizofreniya. Katatonik forma. Psixi qüsur halı” səviyyəsində diaqnozu aşkar olunmuşdur. O hüquqlarını həyata keçirməkdə müəyyən çətinlik çəkdiyindən və başqasının köməyinə ehtiyacı olduğundan qardaşı onun fəaliyyət qabiliyyəti olmayan sayılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Naxçıvan Muxtar Respublikası X2 ekspert rəyinə əsasən X1 psixi xəstəliyinin onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas verdiyi müəyyən olunmuşdur. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinin tələbinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş üzrə ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların, (valideynlərin, uşaqların, qardaş-bacıların) müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 321.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən faktiki hallarına, yuxarıda qeyd olunan hüquq normalarını tətbiq edən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Şərur rayon Diyadin kənd sakini X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Şərur rayon Diyadin kənd sakini xx.xx.1976-cı il tarixdə doğulmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-376/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-376/2024
16.05.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver