Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-380/2021 17.11.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh1 və onun vəkili Vəkil və cavabdeh Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Şərur rayon 2 saylı notariat ofisinə, Cavabdeh1 və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və aparılmış qeydiyyatın ləğvi” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Şərur rayon 2 saylı notariat ofisinə, Cavabdeh1 və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 20 dekabr 1996-cı il tarixdə Şərur rayon Dövlət notariat kontoru (hal-hazırda Şərur rayon 2 saylı notariat ofisi) tərəfindən rəsmiləşdirilmiş Şərur şəhəri, Şah İsmayıl küçəsi (hazırda Heydər Əliyev prospekti) 37 saylı evin 48 saylı mənzilinin bağışlaması haqqında müqavilədə (reyestrdə 3M107 nömrə ilə qeyd edilmişdir) olan imza hədiyyə alan qismində qeyd olunmuş X4 məxsus olmadığına görə həmin müqavilənin etibarsız hesab edilməsini, həmin müqavilə əsasında Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində X2 adına aparılmış qeydiyyatın ləğv edilməsi və buna dair müvafiq qeydlərin aparılmasının Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində 20 dekabr 1996-cı il tarixdə Şərur rayon Dövlət notariat kontoru tərəfindən ona mülkiyyət hüququ əsasında məxsus Şərur şəhəri, Heydər Əliyev prospekti (o vaxt Şah İsmayıl küçəsi, bundan əvvəl isə Sovet küçəsi) 37 saylı evin 48 saylı mənzilinin (bundan sonra mətndə-Mənzil) bağışlaması haqqında müqavilə (bundan sonra-Müqavilə) rəsmiləşdirildiyini (reyestrdə 3M107 nömrə ilə qeyd edilmişdir), müqavilədə hədiyyə alan qismində onun bacısı X2 qeyd olunduğunu, həmin gün (20 dekabr 1996-cı il) o və bacısının bir yerdə Şərur rayon Dövlət notariat kontorunda olmadığını, əvvəl onun tərəfindən müqavilənin rəsmiləşdirilməsi ilə bağlı hazırlıq işlərinin həyata keçirildiyini (sənədləri təqdim etməsi) sonra onun notariat kontorundan çıxıb getdiyini, bacısının isə notariat kontoruna gəlməli və müqavilə imzalamalı olduğunu, o notariat kontoruna qayıtdıqda artıq müqavilədə “Vəliyeva” sözünün qarşısında imzanın olduğunu, bundan sonra onun müqaviləni imzalamış olduğunu, yalnız 2019-cu ildə bacıları X3 mənzillə bağlı iddia verməsindən sonra müqavilədə olan imzanın bacısı X4 məxsus olmadığının ona məlum olduğunu, müqavilənin bacısı İddiaçıa tərəfindən imzalanmadığından Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olmadığını, bacısı X2 5 iyul 2019-cu ildə vəfat etdiyini, onun qanun üzrə yeganə vərəsəsinin əri Cavabdeh1 olduğunu, hazırki iddia ərizəsinə əlavə edilən X2 əmək kitabçasının surətindən müqavilədə olan imzanın həmin sənədin 1-ci səhifəsində olan İddiaçıanın imzasından tam fərqləndiyinin açıq aşkar göründüyünü, bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Mülki prosessual məcəlləsinin (bundan sonra MPM) 149.4 maddəsinə müvafiq olaraq iş üzrə məhkəmə xətşünaslıq ekspertizasının (ölümündən sonra) təyin edilməsi haqqında vəsatətlə məhkəməyə müraciət etdiyini, ekspertizanın qarşısında aşağıdakı sualların qoyulmasını xahiş etdiyini, müqavilədə X2 adından olan imzanın X7 tərəfindən icra edilib-edilmədiyini?, Şərur rayon Dövlət notariat kontorunun 1996-cı il tarixli reyestr ( qeydiyyat) jurnalında X7 adından olan imzanın (tarix 20 dekabr1996-cı il ) X2 tərəfindən icra edilib – edilmədiyini, həmçinin yuxarıda qeyd olunan prosessual normaya habelə MPM-nin 157-160-cı maddələrinə uyğun olaraq hazırki iddiasını təmin etmək üçün tədbirlərin görülməsini və iş üzrə qəbul ediləcək məhkəmə aktının qanuni qüvvəsini alanadək mənzilin özgəninkiləşdirilməsinin həmin özkəninkiləşdirilmənin rəsmiləşdirilməsinin cavabdehlərə və başqa şəxslərə qadağan edilməsini məhkəmədən xahiş etdiyini qeyd edərək, 20 dekabr 1996-cı il tarixdə Şərur rayon Dövlət notariat kontoru (hal-hazırda Şərur rayon 2 saylı notariat ofisi) tərəfindən rəsmiləşdirilmiş Şərur şəhəri, Şah İsmayıl küçəsi (hazırda Heydər Əliyev prospekti) 37 saylı evin 48 saylı mənzilinin bağışlaması haqqında müqavilədə (reyestrdə 3M107 nömrə ilə qeyd edilmişdir) olan imza hədiyyə alan qismində qeyd olunmuş X4 məxsus olmadığına görə həmin müqavilənin etibarsız hesab edilməsini, həmin müqavilə əsasında Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində X2 adına aparılmış qeydiyyatın ləğv edilməsi və buna dair müvafiq qeydlərin aparılmasının Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştrak edən İddiaçı izahatında iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında notariusa getdiyində bacısının müqaviləni imzaladığını bildiyini, müqaviləyə baxanda “Vəliyeva” soyadının qarşısında imza olduğunu gördüyünü, bacısının imza etdiyini ehtimal edərək müqaviləni imzaladığını, notariat kontorundan birbaşa Naxçıvan aeroportuna getdiyini, oradanda Rusiya federasiyasına getmək üçün Bakı şəhərinə getdiyini, bacısında müqavilə olmadığını, müqavilənin bir nüsxəsinin o vaxtki Texniki İnventarlaşdırma Bürosuna kimin apardığını, evin bacısının adına qeydiyyata alınması üçün müraciət etdiyini bilmədiyini, bacısı Rəşidənin 2000-ci ilədək ünvan 1 ünvanında anası ilə yaşadıqlarını, 2000-ci ildə anası ilə birlikdə köçərək Rusiya Federasiyasının Yekatrinburq şəhərində yaşamağa başladıqlarını, 2006-cı ildə Şərur rayonuna qayıtdığını, həmin ili də Seyfəddinlə ailə quraraq 2019-cu ilədək mübahisə predmeti olan Şərur şəhəri, Heydər Əliyev prospektində 37 saylı evin 48 saylı mənzilində yaşamağa başladıqlarını, 2019-cu ilin iyul ayının 5də rəhmətə getdiyini, müqavilənin Rəşidə tərəfindən imzalanmadığını, amma kim tərəfindən də imzalana biləcəyini bilmədiyini, həmin mənzildə bu gün də Seyfəddinin yaşadığını qeyd edərək məhkəmədən iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştrak edən Cavabdeh1 izahatında 2006-cı ildə X7 ilə ailə qurduqlarını, ailə qurduqları gündən Rəşidəyə məxsus olan Şərur şəhəri, Heydər Əliyev prospektində 37 saylı evin 48 saylı mənzilində yaşamağa başladıqlarını, Rəşidənin 2019-cu ilin iyul ayının 5-də rəhmətə getdiyini, haliyədə özünün həmin mənzildə yaşamağa davam etdiyini, həmin mənzili Rəşidin 1996-cı ildə Rəşidəyə bağışladığını, həmin ildə də Rəşidənin adına qeydiyyata alındığını, indi iyirmi beş il keçəndən sonra müqavilənin etibarsızlığını istədiyini, iddia müddətini buraxdığını, ona görə də iddia müddətini tətbiq edərək məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edərək, bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə baxışı iclasında iştrak edən Cavabdeh1 vəkili Vəkil onunla eni məzmunlu izahat verərək məhkəmədən iddia müddətini tətbiq edərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştrak edən cavabdeh Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinin nümayəndəsi X5 məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Şərur rayon 2 saylı notariat ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməlsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh Şərur rayon 2 saylı notariat ofisinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təflərin izahatlarına və tədqiq olunmuş digər sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. İş materiallarında olan 20 dekabr 1996-cı il tarixli 3M107 №li bağışlama müqaviləsindən görünür ki, Şərur şəhəri Ş.İsmayıl 37/48-də yaşayan İddiaçı Şərur şəhəri Ş.İsmayıl 37/48-də yerləşən iki otaqlı yaşayış mənzilini bacısı X4 bağışlamışdır. İş materiallarında olan Naxçıvan TİB-nin may 1992-ci il tarixli, 98 inventar nömrəli Şərur şəhəri Sovet küçəsi 37/48 (indiki Şərur şəhəri, Heydər Əliyev prospektində 37 saylı evin 48 saylı mənzil) nömrəli mənzil X2 adına qeydə alınmışdır. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilən 30 aprel 2021-ci il tarixli AZ-İV748810 saylı ölüm haqqında akt qeydləri kitabından çıxarışdan görünür ki, X8 05.07.2019-cu il tarixdə beyinə qansızmadan vəfat etmişdir. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilən 30 aprel 2021-ci il tarixli AZ-İ 420936 saylı nikah haqqqında akt qeydləri kitabından çıxarışdan görünür ki, 14 oktyabr 2009-cu il tarixdə Cavabdeh1 ilə X7 arasında rəsmi nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabından 202 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına “Vəliyeva” soyadı verilmişdir. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 04.05.2021-ci il tarixli qərardadından görünürki, İddiaçı cavabdehlər Şərur rayon 2 saylı notariat ofisinə, Cavabdeh1 və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və qeydiyyatın ləğv edilməsi” tələbinə dair mülki işə mahiyyəti üzrə baxılaraq çıxarılacaq məhkəmə aktı qanuni qüvvəyə minənədək Şərur şəhəri, Şah İsmayıl küçəsi (hazırda Heydər Əliyev prospekti) 37 saylı evin 48 saylı mənzilinin özgəninkiləşdirilməsi və həmin özgəninkiləşdirilmənin rəsmiləşdirilməsi cavabdehlərə və başqa şəxslərə qadağan edilmişdir. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 2(110)-380/2021 nömrəli, 09.06.2021-ci il tarixli Qərardadından görünür ki, İddiaçı cavabdehlər Şərur rayon 2 saylı notariat ofisinə, Cavabdeh1 və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və qeydiyyatın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 2(110)-380/2021 nömrəli, 09.06.2021-ci il tarixli Qərardadından görünür ki, iş üzrə icraat dayandırlmışdır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyul 2021-ci il tarixli, 152 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya göndərilmiş 2(110)-380/2021 №li mülki işin 03-cü vərəqəsində olan 20 dekabr 1996cı il tarixli 3M107№li müqavilənin kserosurətinin aşağısında “imzalar” qrafasında 2-ci sırada “Vəliyeva“ soyadı qarşısında əks olunmuş imzanın X7 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub olunmaması haqqında tədqiqi hissədə göstərilən səbəblərə görə rəy vermək mümkün olmamışdır. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 2(110)-380/2021 nömrəli, 15.07.2021-ci il tarixli Qərardadından görünür ki, iş üzrə icraat təzələnmişdir. İş materiallarında olan 06.08.2021-ci il tarixdə Şərur rayon Məhkəməsinə daxil olmuş vəsatətdən görünür ki, İddiaçı əlavə ekspertizanın təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 2(110)-380/2021 nömrəli, 25.08.2021-ci il tarixli qərardadından görünürki, İddiaçı cavabdehlər Şərur rayon 2 saylı notariat ofisinə, Cavabdeh1 və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və qeydiyyatın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə əlavə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilməlidir. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 2(110)-380/2021 nömrəli, 25.08.2021-ci il tarixli Qərardadından görünür ki, iş üzrə icraat dayandırlmışdır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 sentyabr 2021-ci il tarixli, 245 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya göndərilmiş 20 dekabr 1996-cı il tarixli 3M107№li müqavilənin aşağısında “imzalar” qrafasında 2-ci sırada “Vəliyeva“ soyadı qarşısındakı imza X7 tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 2(110)-380/2021 nömrəli, 20.07.2021-ci il tarixli Qərardadından görünür ki, iş üzrə icraat təzələnmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin 05.09.2019-cu il tarixli, MH № ******* seriyalı, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, haliyədə ünvan 2 ünvanında yerləşən mənzil X2 adına qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Cavabdeh1 və onun vəkili tərəfindən verilmiş vəsatətin məzmunundan görünür ki, onlar iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən iddianın rədd olunmasını xahiş etmişlər. Beləliklə də məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı mübahisə predmeti olan Şərur şəhəri, Şah İsmayıl küçəsi (hazırda Heydər Əliyev prospekti) 37 saylı evin 48 saylı mənzili Şərur rayon Dövlət notariat kontorunun 20 dekabr 1996-cı il tarixli 3M107 №li bağışlama müqaviləsinə əsasən bacısı X4 bağışlamış və həmin mənzil Texniki İnventarlaşdırma Bürosunda qeydiyyata alınmışdır. X7 ailə quraraq 2006-cı ildən 2019-cu ilədək mübahisə predmeti olan Şərur şəhəri, Heydər Əliyev prospektində 37 saylı evin 48 saylı yaşamış, 2019-cu ilin iyul ayının 5-də rəhmətə getmişdir. İddiaçı iddia ərizəsində 20 dekabr 1996-cı il tarixdə Şərur rayon Dövlət notariat kontoru tərəfindən rəsmiləşdirilmiş Şərur şəhəri, Şah İsmayıl küçəsi (hazırda Heydər Əliyev prospekti) 37 saylı evin 48 saylı mənzilinin bağışlaması haqqında müqavilədə olan imzanın hədiyyə alan qismində qeyd olunmuş X4 məxsus olmadığını mübahisələndirmişdir. Məhkəmə mübahisənin həlli ilə bağlı hansı maddi hüquq normasının tədbiq ediləcəyini müzakirə edərək belə nəticəyə gəlir ki, tərəflər arasında hüquq münasibətləri 2000-ci ilin sentyabr ayının 1-dək yarandığından mübahisənin həlli zamanı Azərbaycan SSR-in 1964-cü ildə qəbul olunmuş Mülki Məcəlləsinin müvafiq normaları tədbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələbinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan SSR Mülki Məcəlləsinin: - 245-ci maddəsinə əsasən bağışlama müqaviləsinə görə bir tərəf müəyyən əmlakı əvəzsiz olaraq digər tərəfin mülkiyyətinə verir. Bağışlama müqaviləsi əmlak verilən vaxt bağlanmış hesab olunur; - 230-cu maddəsinə əsasən tərəflərdən heç olmasa biri vətəndaş olduqda, yaşayış evinin alğısatqı müqaviləsi notariatda təsdiq edilməli və yerli xalq deputatları Sovetinin icraiyyə komitəsində qeydə alınmalıdır. Yaşayış evinin alğı-satqı müqaviləsi qeydə alındığı vaxtdan bağlanmış sayılır. Müqavilə notariatda təsdiq edildiyi gündən bir ay gec olmayaraq qeydə alınmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 sentyabr 2021-ci il tarixli, 245 nömrəli ekspert rəyi ilə ekspertizaya göndərilmiş 20 dekabr 1996-cı il tarixli 3M107 №li müqavilənin aşağısında “imzalar” qrafasında 2-ci sırada “Vəliyeva“ soyadı qarşısındakı imza X7 tərəfindən yox başqa şəxs tərəfindən icra olunmasının müəyyən olunmasına baxmayaraq, iddiaçı iddia müddətini buraxdığından hazırki vəziyyətdə məhkəmənin iddia tələbinin əsaslı olub-olmamasına münasibət bildirməsi mümkün hesab edilmir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir; Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə hesab edirki, iddiaçı mübahisəli mənzilin bacısına bağışlamasına dair müqavilədəki imzanın bacısına məxsus olmamasını 2019-cu ildə bildiyini iddia etsə də, bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməyərək bunu yalnız öz izahatı ilə əsalandırmış, məhkəmə onun izahatında qeyd etdiklərini əsaslı və ağılabatan hesab etməmişdir. Məhkəmə iddiaçının iddia müddətini ötürülməsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.01.2001-ci il tarixli «Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair» Qərarına əsasən Azərbaycan Respublikası MM-nin 373-cü maddəsində göstərilən iddia müddətləri 2000-ci ilin sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblərə tətbiq edilir, 2000-ci ilin sentyabrın 1-nə kimi yaranmış hüquq münasibətlərindən irəli gələn tələblər üzrə isə əvvəlki Mülki Məcəllənin 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir. Azərbaycan SSR Mülki Məcəlləsinin: - 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir; - 77-ci maddəsinə əsasən iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur. - 82-ci maddəsinə əsasən İddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququpozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcburedir. Həmçinin həmin qərarda qeyd edilmişdir ki, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMKnın 03.04.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanun vericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. “E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMKnın 06.11.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəs ilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yaranabiləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin Məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekti hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heçdə hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Bundan başqa Konstitusiya Məhkəməsinin digər Plenum Qərarında (L.İ.Binnətovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli) göstərilmişdir ki, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Məhkəmənin qənaətinə görə iddiaçının bağışlama müqaviləsinin etibarsızlığını mübahisələndirmək üçün subyektiv hüququ olsa da, 20 dekabr 1996-cı il tarixli, 3M107 nömrəli bağışlama müqaviləsindən irəli gələn tələblər üzrə iddia müddətini ötürülmüşdür. Belə ki, Azərbaycan SSR-in 1964-cü ildə qəbul olunmuş və 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəlləsinin 73-cü maddəsinə əsasən ümumi iddia müddəti üç il təşkil etdiyindən iddia müddətinin axımı 20.12.1996-ci il tarixdən başlamış və 20.12.1999-cu il tarixdə başa çatmışdır. İddiaçı isə cavabdehə qarşı iddianı 03.05.2021-ci il tarixdə, yəni iddia müddəti başa çatdıqdan təqribən 22 ilə yaxın bir müddətdən sonra qaldırmışdır. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər Şərur rayon 2 saylı notariat ofisinə, Cavabdeh1 və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və aparılmış qeydiyyatın ləğvi” tələbinə dair mülki iş üzrə cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə vəsatətindən asılı olmayaraq, məhkəmə tərəfindən iddia müddəti tətbiq edilməli və iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Hazırki vəziyyətdə iddia tələbi rədd edildiyindən məhkəməyə müraciət etməsi ilə əlaqədar İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu ona aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər Şərur rayon 2 saylı notariat ofisinə, Cavabdeh1 və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və aparılmış qeydiyyatın ləğvi” tələbinə dair iddiası rədd edilsin. Məhkəməyə müraciət etməsi ilə əlaqədar İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-380/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-380/2021
17.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver