Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-401/2024 11.06.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Şərur Rayon İcra Hakimiyyəti yanında Maraqlı şəxsna qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Şərur rayon Danyeri kənd sakinləri 09 yanvar 1978-ci il təvəllüdlü Abdullayev Araz Qurban oğlunun və 10 may 1992-ci il təvəllüdlü Abdullayeva Türkanə Qurban qızının fəaliyyət qabiliyyəti olmayan sayılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində yetkinlik yaşına çatmış 09 yanvar 1978-ci il təvəllüdlü oğlu Abdullayev Araz Qurban oğlu və 10 may 1992-ci il təvəllüdlü qızı Abdullayeva Türkanə Qurban qızının Şərur rayonu danyeri kəndində anadan olduqlarını, oğlu Abdullayev Araz Qurban oğlunun 8 yaşından ağır psixoloji stress nətixəsində xəstələndiyini, haliyədə psixoloji xəstə olduğunu, onların Arazın müalicə olunmasına uzun müddət çalışsalar da, onun müalicəsinin mümkün olmadığını, haliyədə Arazın yetkinlik yaşında olsa da, öz hərəkətlərinə rəhbərlik edə bilmədiyini və hüquqularının həyata keçirilməsində müəyyən çətinliklər çəkdiyini, onun 2-ci qrup əlil olduğunu, Arazın müalicəsi ilə əlaqədar həkim yoxlamalarında keçirilməsi və hüquqlarının həyata keçirilməsi üçün başqasının köməyinə ehtiyacının olduğunu, qızı Abdullayeva Türkanə Qurban qızının isə 14 yaşından ağır psixoloji stress nəticəsində xəstələndiyini, haliyədə psixoloji xəstə olduğunu, onların Arazın müalicə olunmasına uzun müddət çalışsalar da, onun müalicəsinin mümkün olmadığını, haliyədə Arazın yetkinlik yaşında olsa da, öz hərəkətlərinə rəhbərlik edə bilmədiyini və hüquqularının həyata keçirilməsində müəyyən çətinliklər çəkdiyini, onun 1-ci qrup əlil olduğunu, Arazın müalicəsi ilə əlaqədar həkim yoxlamalarında keçirilməsi və hüquqlarının həyata keçirilməsi üçün başqasının köməyinə ehtiyacının olduğunu ona görə də Arazın və Türkanənin fəaliyyət qabiliyyəti olmayan sayılmasına və üzərində qəyyum təyin olunmasına ehtiyaclarının olduğunu, fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli sayılmasının məhkəmə tərəfindən müəyyən olunduğunu, ona görə də məhkəməyə ərizə ilə müraciət etdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X1 xx.xx.2024-cü il tarixli 164 saylı Ambulator Məhkəmə-Psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, Abdullayeva Türkanə Qurban qızı “Uşaq demensiyası. Üzvi mənşəli hallüsinoz” psixi xəstəliyindən əziyyət çəkir. Abdullayeva Türkanə Qurban qızı öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil. Abdullayeva Türkanə Qurban qızının sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirakına imkan vermir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X1 xx.xx.2024-cü il tarixli 165 saylı Ambulator Məhkəmə-Psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, Abdullayev Araz Qurban oğlu “Orta dərəcəli əqli gerilik” psixi xəstəliyindən əziyyət çəkir. Abdullayev Araz Qurban oğlu öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil. Abdullayev Araz Qurban oğlunun sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirakına imkan vermir. Məhkəmə rəydə qeyd olunanlara əsaslanaraq Abdullayeva Türkanə Qurban qızının və Abdullayev Araz Qurban oğlunun məhkəmə iclaslarında iştirak etmək üçün dəvət etməmişdir Şərur Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçılik Komissiyasına məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Komissiyanın nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin, maraqlı şəxsin nümayəndəsinin izahatlarına, toplanmış sübutlara və tədqiq olunmuş sənədlərə hüquqi qiymət verərək bu qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Şərur Rayon Xanlıqlar kənd sovetliyi tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi 29 yanvar 1978ci il təvəllüdlü Abdullayev Araz Qurban oğlunun anasıdır; - Şərur Rayon Xanlıqlar kənd sovetliyi tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi 10 may 1992-ci il təvəllüdlü Abdullayeva Türkanə Qurban qızının anasıdır; - Şərur rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli 2(110)-401/2024 saylı qərardadından görünür ki, iş üzrə məhkəmə ekspertizası təyin edildiyindən mülki işin icraatı dayandırılmışdır; - Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X1 xx.xx.2024-cü il tarixli 164 saylı Ambulator Məhkəmə-Psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, Abdullayeva Türkanə Qurban qızı “Uşaq demensiyası. Üzvi mənşəli hallüsinoz” psixi xəstəliyindən əziyyət çəkir. Abdullayeva Türkanə Qurban qızı öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil. Abdullayeva Türkanə Qurban qızının sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirakına imkan vermir; - Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X1 xx.xx.2024-cü il tarixli 165 saylı Ambulator Məhkəmə-Psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, Abdullayev Araz Qurban oğlu “Orta dərəcəli əqli gerilik” psixi xəstəliyindən əziyyət çəkir. Abdullayev Araz Qurban oğlu öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil. Abdullayev Araz Qurban oğlunun sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirakına imkan vermir; - Şərur rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli 2(110)-401/2024 saylı qərardadından görünür ki, mülki işin icraatı təzələnmişdir. Beləliklə məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, Ərizəçi oğlu 09 yanvar 1978-ci il təvəllüdlü Abdullayev Araz Qurban oğlunda “Orta dərəcəli əqli gerilik” psixi xəstəliyi, 10 may 1992-ci il təvəllüdlü Abdullayeva Türkanə Qurban qızında “Uşaq demensiyası. Üzvi mənşəli hallüsinoz” psixi xəstəliyi var, onlar öz hərəkətlərinə rəhbərlik edə bilmir və hər zaman başqasının köməyinə ehtiyacı var. Məhz buna görə də ərizəçi məhkəməyə müraciət edərək 09 yanvar 1978ci il təvəllüdlü Abdullayev Araz Qurban oğlunun və 10 may 1992-ci il təvəllüdlü Abdullayeva Türkanə Qurban qızının üzərində qəyyum təyin olunması üçün onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalarını istəyir. Mülki işin məhkəmə araşdırması zamanı şəxsin psixi qüsurlu olub-olmamasını müəyyən edilməsi məqsədilə məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X1 xx.xx.2024-cü il tarixli 164 saylı Ambulator Məhkəmə-Psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, Abdullayeva Türkanə Qurban qızında “Uşaq demensiyası. Üzvi mənşəli hallüsinoz” psixi xəstəliyi, 165 saylı Ambulator Məhkəmə-Psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, Abdullayev Araz Qurban oğlunda “Orta dərəcəli əqli gerilik” psixi xəstəliyi var. Abdullayev Araz Qurban oğlu və Abdullayeva Türkanə Qurban qızı öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində olmadıqları müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilərlər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir...; - 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir... . Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; - 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər; - 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir; - 319-cu maddəsinə əsasən, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəməpsixiatriya ekspertizası təyin edir...; - 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağrılır; - 321.2-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X1 xx.xx.2024-cü il tarixli 164 və 165 saylı Ambulator Məhkəmə-Psixiatrik ekspertizasının rəylərinə əsasən 09 yanvar 1978-ci il təvəllüdlü Abdullayev Araz Qurban oğlunun və 10 may 1992-ci il təvəllüdlü Abdullayeva Türkanə Qurban qızının öz hərəkətlərinin mənasını anlaya bilməməsi və hərəkətlərini idarə edə bilməməsi halları onların fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsinə kifayət qədər əsas verir. Ona görə də ərizə təmin olunmalı, 09 yanvar 1978-ci il tarixdə Şərur rayon Danyeri kəndində qeydiyyatda olmaqla yaşayan Abdullayev Araz Qurban oğlu və 10 may 1992-ci il tarixdə Şərur rayon Danyeri kəndində qeydiyyatda olmaqla yaşayan Abdullayeva Türkanə Qurban qızı fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 09 yanvar 1978-ci il tarixdə Şərur rayon Danyeri kəndində doğulmuş, Şərur rayon Danyeri kəndində qeydiyyatda olmaqla yaşayan Abdullayev Araz Qurban oğlu və 10 may 1992-ci il tarixdə Şərur rayon Danyeri kəndində doğulmuş, Şərur rayon Danyeri kəndində qeydiyyatda olmaqla yaşayan Abdullayeva Türkanə Qurban qızı fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Məhkəməyə müraciət etməsi ilə əlaqədar Ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-401/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-401/2024
11.06.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver