Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-424/2025 23.12.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X26 Elmar oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, Ərizəçi Şərur Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X11 iştirak ilə Ərizəçi Şərur Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə baxış iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Şərur Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası ərizə ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək, Şərur rayon Çərçiboğan kənd sakini, xx.xx.1962-ci il təvəllüdlü X7 tam fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1962-ci il təvəllüdlü Şərur rayon Çərçiboğan kənd X14 anadangəlmə əqli zəiflik xəstəsidir və haliyədə qeyd olun xəstəlikdən əziyyət çəkir, öz hərəkətlərinə rəhbərlik edə bilmir, müayinə və müalicə alması üçün xəstəxanaya gedib gəlməsi və öz hüquqlarının həyata keçirilməsi üçün başqasının köməyinə ehtiyacı var. Bu səbədən də X7 tam fəaliyyət qabiliyyəti olmayan sayılmasına və üzərində qəyyum təyin olunmasına ehtiyacı var. Ərizəçi bildirmişdir ki, X7 X9 xx.xx.2015-ci ildə, anası X15 xx.xx.2001-ci ildə, baçısı X16 isə xx.xx.2018-ci ildə vəfat etmişdir. Qeyd olunanlara əsasən fiziki şəxsin məhdud fəaliyyət qabiliyyəti olmayan və ya fəaliyyət qabiliyyəti sayılması məhkəmə tərəfindən müəyyən olunduğundan xx.xx.1962-ci il təvəllüdlü X8 tam fəaliyyət qabiliyyətli olmayan sayılması üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İşdə iştirak edən şəxslərin izahatı: Məhkəmə iclasında iştirak edən ərizəçi Şərur rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X17 ərizəni müdafiə etdiyini, X10 baxan X4 müraciət etdiyini, Ələkbərin başqa qohumunun olmadığını, Afiyəddinin ailəsi ilə birlikdə Abbasov Ələkbərə məxsus evdə yaşadığını, Ələkbərin Afiyyədindən başqa qohumu olmadığını bildirərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şahid ifadələri: Məhkəmə iclasında iştirak edən şahid X13 ifadəsində və verilən suallara cavabında X7 onun atasının əmisi oğlu olduğunu, onun xəstə olduğunu, onun atası, anası və bacısının vəfat etdiyini, ona özünün baxdığını və onun hər ehtiyacını qarşıladığını, Ələkbərin Zöhrə adında bir bacısının da olduğunu, lakin onun da vəfat etdiyini, Zöhrəyə də o, ölənədək özünün baxdığını, Ələkbərin Zəhra adında bir bacısının olmadığını, Ələkbərin anadan gəlmə xəstə olduğunu və heç nəyi dərk etmədiyini, saatlarla bir yerdə otura biləcəyini, yeməyə ehtiyacı olduğunu belə dərk etmədiyini, özünün ata evi olduğunu, Ələkbərə onun evində baxdığını, ailəliklə orada yaşadığını bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025ci il tarixli doğum haqqında akt qeydiyyatı kitabından çıxarışdan görünür ki, X14 xx.xx.1962-ci il tarixdə Şərur rayonunun Çərçiboğan kəndində doğulmuşdur. X9, anası X12r. İş materiallarında olan X25 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ölüm haqqında akt qeydiyyatı kitabından çıxarışdan görünür ki, X15 xx.xx.2001-ci il tarixdə ölmüşdür. İş materiallarında olan X25 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ölüm haqqında akt qeydiyyatı kitabından çıxarışdan görünür ki, X22 xx.xx.2015-ci il tarixdə ölmüşdür. İş materiallarında olan X25 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ölüm haqqında akt qeydiyyatı kitabından çıxarışdan görünür ki, X18 xx.xx.2018-ci il tarixdə ölmüşdür. İş materiallarında olan X25 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X7 X18 və X19 adında iki bacısı olmuşdur. Bu sübutla bağlı EMİS-dən X7 qohumluq məlumtları tərəfimizdən sorğulanarkən, bu barədə EMİS-də heç bir məlumatın olmadığı qeyd olunmuşdur. Həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş X13 öz ifadəsində Ələkbərin Zöhrə adında bir bacısının olduğunu, lakin onun da vəfat etdiyini, Zöhrəyə də o, ölənədək özünün baxdığını, Ələkbərin Zəhra adında bir bacısının olmadığını bildirmişdir. İş materiallarında olan Şərur rayonun İcra Hakimiyyəti başçısının Şərur rayonunun Çərçiboğan kənd İ.Ə.D üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 11/06 №-li arayışdan görünür ki, X1 rayonunun Çərçiboğan kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş TSEK-da sonuncu müayinəyə dair xx.xx.2025-ci il çap tarixli çıxarışından görünür ki, xx.xx.1962-ci il tarixdə doğulmuş X14 "anadangəlmə əqli zəiflik" diaqnozu ilə 2-ci dərəcə əlildir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına X3 xx.xx.2025-ci il tarixli, 228 saylı ekspert rəyindən görünür ki, xx.xx.1962-ci il tarixdə doğulmuş X14 “Ağır əqli gerilik” psixi xəstəliyindən əziyyət çəkir. X14 öz hərəkətlərini dərk etmək və idarə edə bilmək qabiliyyətində deyil. Ekspert rəyini hərtərəfli qiymətləndirərək onu mötəbər sübut hesab edən məhkəmə, rəyi, o cümlədən məhkəmə iclasında dindirilmiş şəxslərin izahatlarını nəzərə alaraq mülki işə MPM-in 320.2-ci maddəsinə əsasən haqqında işinə baxılan şəxsin - X7 iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını işdə iştirak edən şəxslərin izahatları ilə əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə verilmiş X5 xx.xx.1962-ci il tarixdə Şərur rayonunun Çərçiboğan kəndində doğulması, onun hazırda Şərur rayonunun Çərçiboğan kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin ünvanda yaşaması, onun yaxın qohumlarının olmaması, X7 ikinci dərəcə əlil olması mülki işin mübahisəsiz hallarıdır. Məhkəmənin hüquqi əsaslandırması: Mülki iş materiallarını qanunvericiliyin tələbləri daxilində onları bir-biri ilə əlaqəli şəkildə tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, Şərur Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının ərizəsi əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinin tələbinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş üzrə ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların, (valideynlərin, uşaqların, qardaş-bacıların) müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 321.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, X7 yaxın qohumu olmadığından Şərur Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası, X7 fəaliyyət qabiliyyəti olmayan hesab olunmasına dair ərizə ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malikdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən faktiki hallarına, yuxarıda qeyd olunan hüquq normalarını tətbiq edən məhkəmə hesab edir ki, X2 əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin və Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsinin izahatları, iş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının rəyi, o cümlədən işdə olan digər mötəbər sübutlar ilə tam sübuta yetirilir. Bu səbəbdən də məhkəmə hesab edir ki, X14 əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən ərizə təmin edilməklə, o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. "Dövlət rüsumu haqqında” Azərbaycan Respubikası Qanununun 9.1.14. maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - Şərur Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının ərizəsi əsaslı olduğundan təmin olunmalı; - xx.xx.1962-ci il tarixdə Şərur rayonu Çərçiboğan kəndində doğulan və Şərur rayonu Çərçiboğan kəndində yaşayan X14 fəaliyyət qabiliyyəti olmayan hesab edilməli; Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi Şərur Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının ərizəsi əsaslı olduğundan təmin olunsun. xx.xx.1962-ci il tarixdə Şərur rayonunun Çərçiboğan kəndində doğulan və Şərur rayonunun Çərçiboğan kəndində yaşayan X14 (FİN:5VFRUUY) fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Abil Orucəliyev
Məhkəmə qərarları › İş №2(110)-424/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-424/2025
23.12.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver