Məhkəmə qərarları › İş №2(110)-46/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-46/2025

24.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-46/2025 24.01.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X18 məhkəmə iclas katibliyi, İddiaçı6, iddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı8 və Cavabdeh1, cavabdeh və digər cavabdehlərin nümayəndəsi Cavabdeh6 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “mirasın qəbulu və payların müəyyən edilməsi” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2010-cu ildə vəfat etmiş anaları X8 ölümündən sonra qalmış əmlakların harada yerləşməsindən, nədən ibarət olmasından aşlı olmayaraq tərəflərindən miras əmlak kimi qəbul edilməsi faktının tanınması və miras əmlaka payların müəyyən olunması barədə qətnamə qəbul edəilməsini məhkəmədən xahiş etmişlər. İddiaçılar iddia ərizəsində anaları X8 xx.xx.2010-cu ildə qara ciyər sirrozu xəstəliyindən vəfat etdikdən sonra Şərur rayon Düdəngə kəndində X13 ailə başçısı olmaqla İddiaçı4 (cəmi iki nəfər) birgə mülkiyyətlərinə verilmiş 0.3251 ha torpaq sahəsi və üzərində tikilmiş, ümumi sahəsi 135.53 kv.m olan fərdi yaşayış evi miras qaldığını, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası, Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi tərəfindən qeyd olunan əmlaka Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verildiyini, mərhum X8 vərəsələri:

1. X30, 2. İddiaçı1, 3. İddiaçı2, 4. İddiaçı3, 5. X25, 6. İddiaçı5, 7. İddiaçı7, 8. İddiaçı6, 9. İddiaçı8 olduğunu, vərəsələrdən X30 xx.xx.2013-ci il tarixdə şəkərli diabet xəstəliyindən vəfat etdiyini, onun vərəsələri: 1.Cavabdeh2 – arvadı, 2. Cavabdeh3-qızı, 3. Cavabdeh4, 4. Cavabdeh5, 5. Cavabdeh6 olduğunu, mərhum anaları X8 xx.xx.2010-cu ildə ölümündən sonra harada yerləşməindən və nədən ibarət olmasından asılı olmayaraq qalmış əmlakda faktiki olaraq yaşamaqla onlar miras əmlak kimi qəbul edildiyini, ona görə də mərhum X8 ölümündən sonra qalmış əmlaklar tərəflərindən miras əmlak kimi qəbul edilməsi faktı tanınmalı və həmin miras əmlak üzrə paylar müəyyən olunmalı olduğunu, onlar xx.xx.2010-cu ildə vəfat etmiş anaları X8 ölümündən sonra miras qalmış əmlaklara vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi məqsədi ilə Notariat ofisinə müraciət etdiklərini, Şərur rayon 2 saylı notariat ofisindən verilmiş xx.xx.2024-cü il tarixli 70 saylı Qərarla İddiaçı8, xx.xx.2024-cü il tarixli 77 saylı Qərarla İddiaçı1, İddiaçı2, İddiaçı3, X14, İddiaçı5, İddiaçı7 və İddiaçı6 vərəsəliyin açılması müddəti tərəflərindən buraxıldığına və vərəsələr arasında mübahisə olduğuna görə onlara vərəsəlik haqqına şəhadətnamə verilməsindən imtina edildiyini, ona görə də mərhum anaları X8 ölümündən sonra miras qalmış əmlakların tərəflərindən miras əmlak kimi qəbul edilməsi faktının tanınması və miras əmlaka payların müəyyən olunması tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yarandığını bildirmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı7 məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq onlar keçirilən məhkəmə iclaslarında iştirak etməmişlər, lakin nümayəndə ilə təmsil olunmuşlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı8 iddia ərizəsində qeyd edilən xüsusatlarla eyni məzmunlu izahat verərək, əlavə olaraq izahatında atasının sağlığında həyətin bir hissəsini bacısı Mayoşa, bir hissəsini isə qardaşı Səfərə verdiyini, Səfərin həmin həyətdə özünə məxsus evdə yaşadığını, digər evdə isə anası və bacısı Mayoşla birlikdə özünün yaşadığını, 2010-cu ildə anası vəfat etdikdən sonra həmin evdə qardaşı Eldar, bacısı Zərifə, Zərifənin qızı və özü olmaqla 4 nəfər yaşadıqlarını, Həbibin Bakı şəhərində, X12, Rahilənin Düdəngə kəndində, Baloş və Mayoşun Bakı şəhərində, cavabdehlərdən Münəvvərin Şərur şəhərində, İlhamə və Zərifənin Zeyvə kəndində, Nurlan və Ruslanın Şərur şəhərində özlərinə məxsus evdə yaşadıqlarını, Səfərin 1991-ci ildən bəri həmin həyətdəki digər evdə ailəsi ilə birlikdə yaşadığını, anası vəfat etdikdən sonra özünün yaşadığı evin bütün kommunal xərclərini özünün ödədiyini, Zərifənin təxminən 2018-ci ilədək həmin evdə yaşadığını, qızı texnikoma daxil olduqdan sonra Bakı şəhərinə gedib orada yaşadığını, qızı təhsilini bitirdikdən sonra qayıdacağını, digər bacı və qardaşlarının yay tətilində gəlib orada yaşadıqlarını bildirərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı6 izahatında anası Məsinin 2010-cu ildə rəhmətə getdiyini, anası rəhmətə gedəndə həmin evdə o, qardaşı Mərdan, bacısı Zərifə, Zərifənin qızı və həyətdə ikinci evdə qardaşı Cavabdeh1 ailəsilə yaşadığını, digər bacı və qardaşlarından Mayoş xəstə olduğu üçün Bakı şəhərində yaşadığını, Baloş da ona qulluq etdiyini, bacısı Rahilənin Düdəngədə ailəsi ilə yaşadığını, qardaşı Həbibin Bakida özünə məxsus evdə yaşadığını, qardaşı Rəsul Rusiya Federasiyasında yaşadığını, qardaşı X33 özünə məxsus evi olduğunu, ailəsi və uşaqları ilə orda yaşadığını, qardaşı Məmmədin 2013-cü ildə rəhmətə getdiyini, özünün 2010-cu ildən daimi olaraq həmin evdə yaşadığını, çünki başqa yaşayış yeri olmadığını, son vaxtlar burada iş olmadığı üçün Bakı şəhərinə işləmək məqsədi ilə gedib gəldiyini bildirmişdir. Məhkəmə baxışı iclasında iştrak edən Cavabdeh1 izahatında hazırkı mübahisəli həyətdə 2 ev olduğunu, evin birinin anası və bacısına, digərinin özünə məxsus olduğunu, anasının 2010-cu ildə vəfat etdiyini, anası vəfat etdikdən sonra həmin evdə qardaşları Eldarın, Mərdanın, bacısı Zərifənin və Zərifənin qızının yaşadığını, bacısı Rahilənin Düdəngə kəndində, bacısı Mayoşun 1992-ci ildən Bakı şəhərində əvvəllər əlillər evində, sonradan isə dövlət tərəfindən ona verilən evdə yaşadığını, bacısı Baloşun da Mayoş əlil olduğu üçün onun yanında yaşayaraq ona baxdığını, qardaşı Həbibin təxminən 1992-ci ildən Bakı şəhərində yaşadığını, qardaşı Rəsulun 1990-cı illərdən Rusiya Federasiyasında yaşadığını, özünün 1974-cü ildən həmin həyətdəki 2-ci evdə ailəsi ilə birlikdə yaşadığını, anası vəfat etdikdən sonra da həmin evdə yaşamağa davam edərək ondan qalan mirası qəbul etdiyini bildirərək, məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq onlar keçirilən məhkəmə iclaslarında iştirak etməmişlər, lakin nümayəndə ilə təmsil olunmuşlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh və digər cavabdehlərin nümayəndəsi Cavabdeh6 izahatında nənəsi X8 2010-cu ildə öldüyünü, həmin vaxtı atası Məmmədin, anası Münəvvərin, bacıları İlhamə və Zəminənin, qardaşı Nurlanın nə də ki həmin evdə yaşamadıqlarını, özlərinə məxsus evlərində yaşadıqlarını, nənəsindən qalmış miras əmlakları ümumiyyətlə qəbul etmədiklərini, həmin əmlaklardan nəisə tələb etmədiklərini, həmin miras əmlakların əmi və bibiləri tərəfindən qəbul etmələrinə etirazlarının olmadığını qeyd edərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı8 təşəbbüsü ilə məhkəməyə dəvət edilən şahid X38 ifadəsində 1980-ci ildən tərəflərlə qonşu olduğunu, Məsi xalanın təxminən 10 ildən artıqdır ki, vəfat etdiyini, o vəfat etdikdən sonra onun evində dəqiq kimlərin yaşadığını bilməsədə, orada Zərifəni, Eldarı, Mərdanı və Baloşu gördüyünü, Səfərin ailəsi ilə birlikdə həmin həyətdəki digər evdə yaşadığını, digər bacı qardaşların özlərinə məxsus evi olduğunu, həmin evdə yaşamadıqlarını, arada həmin evə gedib gəldiklərini gördüyünü bildirmişdir. Məhkəmədə iddiaçı və digər iddiaçəların nümayəndəsi İddiaçı8 vəsatətilə məhkəmə tərəfindən çağırılan şahid X10 ifadəsində Məsi ilə qonşu olduqlarını, münasibətlərinin yaxşı olduğunu, Məsinin nə vaxt rəhmətə getdiyini dəqiq xatırlamadığını, Məsi rəhmətə getdikdən sonra orada kimlərin yaşadığı barədə heç bir məlumatı olmadığını, çünki çox vaxt keçdiyini, haliyədə Mərdanla Eldarı orada gördüyünü bildirmişdir. Məhkəmə məhkəmə iclasında iştirak edən tərəflərin izahatlarına, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək bu qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X47 və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Naxçıvan MR Şərur rayon Zeyvə kəndində mülkiyyətində olan 0.3251 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 135053 kv.m olan fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ əsasında X8 və İddiaçı4 adlarına qeydiyyata alınmışdır; - Düdəngə kəndi İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, AZ-İ 378189 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2010-cu il tarixdə Şərur rayon Düdəngə kəndində beyinə qansızma insult səbəbindən rəhmətə getmişdir; - İliç rayon tərəfindən verilmiş 10 oktyabr 1957-ci il tarixli ИЕ-İ № 285867 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X19 ilə X16 arasında 10 oktyabr 1957-ci il tarixdə rəsmi nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 45 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına " Vəliyeva " soyadı verilmişdir;

- Şərur rayon Düdəngə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 352 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, mərhum X15 vəfat etdikdən sonra onun aşağıdakı tərkibdən ibarət vərəsələri qalmışdır

1. X26 -1949

2. İddiaçı2 -1951

3. X30 -1953- vəfat etmiş

4. İddiaçı3-1955

5. Cavabdeh1-1957

6. X25 -1959

7. X27 -1961

8. İddiaçı7 -1963

9. X42 -1966- vəfat etmiş

10. İddiaçı6 -1968

11. İddiaçı8 -1972 - Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, AZ-İ 495850 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.1990-cı il tarixdə Şərur rayon Düdəngə kəndində kargiogen şok səbəbindən rəhmətə getmişdir; - Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, AZ-İ 495849 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X42 xx.xx.1994-cü il tarixdə Rusiya Federasiyası Sanktpeterqurq şəhərində gülləyarası səbəbindən rəhmətə getmişdir; - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, 20 avqust 1972-ci il təvəllüdlü İddiaçı8 X9 övladıdır; - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, xx xxxx 1949-cu il təvəllüdlü X1 Məsi Hüseynəli qızının övladıdır; - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, xx xxxx 1951-ci il təvəllüdlü İddiaçı2 X9 övladıdır; - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, 05 avqust 1955-ci il təvəllüdlü İddiaçı3 X9 övladıdır. - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, xx xxxxxx 1959-cu il təvəllüdlü X25 X9 övladıdır; - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, xx xxxxxxx 1961-ci il təvəllüdlü X5 Məsi Hüseynəli qızının övladıdır; - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, xx xxxxxxxx 1957-ci il təvəllüdlü X31 X9 övladıdır; - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, xx xxxxx 1968-cu il təvəllüdlü X32 X9 övladıdır; - İliç rayon tərəfindən verilmiş 14 yanvar 1978-ci il tarixli İ-ЖГ № 437548 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X30 ilə X4 arasında 14 yanvar 1978-ci il tarixdə rəsmi nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 02 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına " Vəliyeva " soyadı verilmişdir; - Düdəngə kəndi İN tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ-İ 437398 nömrəli çıxarışdan görünür ki, X30 xx.xx.2013-cü il tarixdə Şərur rayon Düdəngə kəndində şəkərli diabet səbəbindən rəhmətə getmişdir; - Şərur rayon Düdəngə kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 356 nömrəli arayışdan görünür ki, X30 vəfat etdikdən sonra onun aşağıdakı tərkibdən ibarət vərəsələri qalmışdır: 1.H/yoldaşı -Cavabdeh2 – 1959

2. Qızı -Cavabdeh3-1979

3. Cavabdeh4-1980

4. Oğlu - Cavabdeh5- 1983

5. Oğlu - Cavabdeh6 -1985 - Düdəngə kəndi İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İV 625960 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 23 oktyabr 1983-cü il təvəllüdlü Cavabdeh5 X17 övladıdır; - İliç rayon Düdəngə kənd Soveti tərəfindən verilmiş xx.xx.1986-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 1985-ci il təvəllüdlü Cavabdeh6 X17 övladıdır. - İliç rayon Cəlilkənd kənd Soveti tərəfindən verilmiş xx.xx.1979-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxx 1979-cu il təvəllüdlü X2 Məmməd Əyyub oğlunun övladıdır. - İliç rayon Cəlilkənd kənd Soveti tərəfindən verilmiş xx.xx.1981-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 1980-ci il təvəllüdlü X3 Məmməd Əyyub oğlunun övladıdır. - İddiaçı8 xx.xx.2024-cü il tarixdə Şərur rayon 2 saylı notariat ofisinə ərizə ilə müraciət edərək, Şərur rayonu, Zeyvə kəndində yaşamış xx.xx.2010-cu ildə vəfat etmiş anaları X6 qalmış miras əmlakdan vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, miras əmlakın harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakdan ibarət olduğunu qeyd etmişdir. - İddiaçı4, İddiaçı2, İddiaçı6, İddiaçı3, İddiaçı5, İddiaçı7 nümayəndə vasitəsilə İddiaçı1 isə şəxsən xx.xx.2024-cü il tarixdə Şərur rayon 2 saylı notariat ofisinə ərizə ilə müraciət edərək, Şərur rayonu, Zeyvə kəndində yaşamış xx.xx.2010-cu ildə vəfat etmiş anaları X6 qalmış miras əmlakdan vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, miras əmlakın harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakdan ibarət olduğunu qeyd etmişdir; - Şərur rayon iki saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli 70 nömrəli qərarından görünür ki, Şərur rayon Düdəngə kəndində qeydiyyatda olan İddiaçı8 qanun üzrə Vərəsəlik Hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir; - Şərur rayon iki saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli 77 nömrəli qərarından görünür ki, İddiaçı1, İddiaçı4, İddiaçı2, İddiaçı6, İddiaçı3, İddiaçı5, İddiaçı7 qanun üzrə Vərəsəlik Hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir; - xx.xx.2024-cü il tarixli, 29217 nömrəli dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, İddiaçı8 tərəfindən məhkəmədə iddia qaldırması ilə əlaqədar 100 (yüz) manat dövlət rüsumu ödənilmişdir. Beləliklə də, məhkəmə tədqiqatının nəticəsi olaraq müəyyən olunmuşdur ki, X15 xx.xx.2010-cu il tarixdə Şərur rayon Düdəngə kəndində beyinə qansızma insult səbəbindən ölmüşdür. Şərur rayon Düdəngə kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 352 nömrəli, xx.xx.2024cü il tarixli arayışdan görünür ki, mərhum X15 öldükdən sonra onun X26, İddiaçı2, X30, İddiaçı3, Cavabdeh1, X25, X27, İddiaçı7, X42, İddiaçı6 və İddiaçı8 adında vərəsələri qalmışdır. Həmçinin iş materialında olan sənədlərlə müəyyən edilmişdir ki, X15 öldükdən sonra ondan Şərur rayon Zeyvə kəndində mülkiyyətində olan 0.3251 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 135053 kv.m olan fərdi yaşayış evi miras qalmışdır. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir X15 xx.xx.2010-cu il tarixdə öldükdən sonra ondan miras qalmış əmlakları onun vərəsələrindən yalnız İddiaçı8, İddiaçı6, İddiaçı5 və Cavabdeh1 faktiki qəbul etmələri və idarə etmələrinə dair bütün hərəkətləri nümayiş etdirmələri məhkəmə iclaında iştirak edən şəxslərin izahatı ilə öz təsdiqini tapmışdır. Bu isə onu deməyə əsas verir ki, vərəsələrin dördüdə miras əmlakları qəbul etdiklərini şəksiz nümayiş etdirmişlər. Həmçinin qeyd olunmalıdır ki, iddiaçılar vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün notariat ofislərinə ərizə vermiş, notariat ofisi iddiaçılara müddət ötürüldüyündən və mübahisə olduğundan qanun üzrə vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, digər vərəsələrin isə X15 öldükdən sonra ondan qalmış miras əmlakları nə hüquqi cəhətdən, nə də ki, faktiki cəhətdən qəbul etmələri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; - 1159.1.1- ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar; - 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; - 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; - vərəsəlik hüquq münasibətləri yaranan zaman qüvvədə olmuş 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir; Eyni zamnda məhkəmə qeyd edir ki, məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, Cavabdeh1da anası X6 miras qalmış əmlakları faktiki qəbul etmiş və idarə etməsinə dair bütün hərəkətləri nümayiş etdirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür; - 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Göründüyü kimi mülki qanunvericilik miras əmlakla bağlı vərəsələr arasında mübahisə olduqda iddianın hansı vərəsə tərəfindən qaldırılmasından asılı olmayaraq prosessual qənaət prinsipinə uyğun olaraq mirası qəbul etmiş bütün vərəsələrin paylarını müəyyən etməlidir. Beləliklə də, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2010-cu il tarixdə ölmüş X7 miras qalmış əmlakların İddiaçı8, İddiaçı6, İddiaçı5 və Cavabdeh1 tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməklə, həmin miras əmlaklarda İddiaçı8, İddiaçı6, İddiaçı5 və Cavabdeh1 hər birinin 1/4 (dörddə bir) hissədə payı müəyyən edilməli, iddia digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəməyə müraciət edilməsi məqsədi ilə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı8 aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2010-cu il tarixdə ölmüş X7 miras qalmış əmlakların İddiaçı8, İddiaçı6, İddiaçı5 və Cavabdeh1 tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməklə, həmin miras əmlaklarda İddiaçı8, İddiaçı6, İddiaçı5 və Cavabdeh1 hər birinin 1/4 (dörddə bir) hissədə payı müəyyən edilsin. İddia digər hissədə rədd edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı8 aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar