Məhkəmə qərarları › İş №2(110)-471/2020

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-471/2020

02.10.2020 · Daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkyyəti hüququnun tanınması haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-471/2020 02.10.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Naxçıvan MR Daxil İşlər Nazirliyi Dövlət X4 maraqlı şəxs qismində cəlb etdiyi “daşınar əşyanın sahibsiz hesab edilməsi və mülkiyyətə verilməsinə dair” ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək “BMW” markalı, ban nömrəsi (zavod nömrəsi) WBAAVİİ 030FT5370 seriyalı, tünd göy (metallik) rəngli avtomobilin sahibsiz hesab edilməsi və həmin avtomobilin onun mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət X9 iş üzrə maraqlı şəxs qismində cəlb olunmuşdur. Ərizəçi ərizəsində “BMW” markalı ban nömrəsi WBAAVİİ 030FT5370 olan avtomobilin beş ildən artıqdır ki, onun sahibliyində və istifadəsində olduğunu, həmin avtomobiin Türkiyə Respublikasından olan bir tanışına aid olduğunu, həmin şəxsin burada olduğu zaman onunla tanış olduğunu, həmin şəxsin “BMW” markalı avtomobili burada istifadə etdiyini, onun da həmin türk vətəndaşına buraları yaxşı tanımadığından ona bələdçilik etdiyini, sonrada Türkiyə Respublikasına qayıdarkən onu yola salmaq üçün özünün də gömrük məntəqəsinə getdiyini, onun avtomobilinin sənədlərində bir sıra problemlər olduğundan həmin avtomobili gömrükdən keçirə bilmədiyini, həmin avtomobili ona verərək istifadə etməyimi və ya metalrom olaraq hissələrə ayıraraq sata biləcəyimi dediyini, həmin avtomobilin bir müddət gömrükdə qalandan sonra avtomobili istifadə etmək üçün götürdüyünü və hazırda onun sahibliyində olduğunu, uzun illərdir ki, həmin avtomobilə sahiblik etdiyini, onun haliyyədə öz şəxsi avtomobili olduğunu, “BMW” markalı avtomobili isə işlətmək üçün yararlı olduğundan rəsmiləşdirərək işlədiyi orqana hədiyyə etmək istədiyini, sonradan adına rəsmiləşdirilməsi üçün Dövlət X7 müraciət etsə də müraciətinə cavab olaraq müvafiq qeydiyyat sənədlərinin aparılması üçün mülkiyyət hüququnun tanınması barədə məhkəməyə müraciət etməli olduğunu bildirdiklərini, ona görə də məhkəməyə ərizə ilə müraciət etdiyini qeyd edərək “BMW” markalı, ban nömrəsi (zavod nömrəsi) WBAAVİİ 030FT5370 seriyalı, tünd göy (metallik) rəngli avtomobilin sahibsiz hesab edilməsi və həmin avtomobilin onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi izahatında ərizədə qeyd etdiyi xüsusatları təkrarlayaraq ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Naxçıvan Muxtar Respublikası Dövlət X7 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, о məhkəmə baxışına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin təşəbbüsü ilə dəvət edilərək şahid qismində dindirilən X2 ifadəsində, Ravili 20089-ci ildən tanıdığını, Naxçıvan MR DYP-də birlikdə işlədiklərini, 2014-cü ildən Ravilin istifadəsində “BMW” markalı avtomobilin olduğunu bildiyini, həmin avtomobilin Ravilin türk dostu tərəfindən ona verildiyindən xəbərinin olduğunu bildirdi. Məhkəmə iclasında ərizəçinin təşəbbüsü ilə dəvət edilərək şahid qismində dindirilən X3 ifadəsində Ravillə həmkəndli olduqlarını, münasibətlərinin əvvəldən yaxşı olduğunu, 5-6 il bundan əvvəl kəndə Ravilin türk dostunun “BMW” markalı avtomobillə gəldiyini, dostu gedərkən maşını ona verərək getdiyini, uzun illərdi həmin avtomobilin Ravilin istifadəsində olduğunu bildirdi. Məhkəmə ərizəçinin izahatını, işdə olan digər sübutları qarşılıqlı şəkildə qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. İş materiallarında Nəqliyyat vasitələrinin müayinədən keçirilməsi haqqında arayışdan görünür ki “BMW” markalı ban nömrəsi WBAAVİİ 030FT5370 olan nəqliyyət vasitəsi Ərizəçi sahibliyindədir. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, BMW” markalı, ban nömrəsi (zavod nömrəsi) WBAAVİİ 030FT5370 seriyalı, tünd göy (metallik) rəngli avtomobil Türkiyə Respublikasının vətəndaşına məxsus olmuş, Türkiyə Respublikasına gedərkən onun avtomobilinin sənədlərində bir sıra problemlər olduğundan həmin avtomobili gömrükdən keçirə bilməmiş, həmin avtomobili Ərizəçi verərək istifadə etməsini bildirmişdir. Uzun müddətdir “BMW” markalı, ban nömrəsi (zavod nömrəsi) WBAAVİİ 030FT5370 seriyalı, tünd göy (metallik) rəngli avtomobil sonuncunun sahibliyində olsa da dövlət qeydiyyatından keçirə bilmir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, tələb əsaslı olduğundan təmin edilməli, BMW” markalı, ban nömrəsi (zavod nömrəsi) WBAAVİİ 030FT5370 seriyalı, tünd göy (metallik) rəngli avtomobil sahibsiz hesab edilməli və həmin avtomobilə uzun müddətdir sahiblik etmiş Ərizəçi mülkiyyətinə verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 184.1-ci maddəsinə əsasən, əgər sahibsiz daşınar əşyanın mənimsənilməsi bu Məcəllə ilə qadağan edilməmişsə və ya onu mənimsəmək hüququna malik olmuş başqa şəxsin hüquqlarını pozmursa, şəxs həmin əşyanı sahibliyə qəbul etdikdə ona mülkiyyət hüququ əldə edir; 184.2-ci maddəsinə əsasən, əgər daşınar əşyanın mülkiyyətçisi yoxdursa və ya məlum deyildirsə və ya keçmiş mülkiyyətçisi mülkiyyətdən imtina edərək əşyaya sahibliyə xitam verirsə, daşınar əşya sahibsiz sayılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 326.1-ci maddəsinə əsasən məhkəmə hesab etsə ki, daşınar əşyanın mülkiyyətçisi yoxdur, yaxud mülkiyyətçi tərəfindən əşya onun üzərində mülkiyyət hüququnu saxlama niyyəti olmadan sahibsiz qoyulmuşdur, onda daşınar əşyanın sahibsiz hesab edilməsi və onun sahiblik etməyə başlamış şəxsin mülkiyyətinə verilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 216-220ci, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : Ərizə təmin edilsin. Ərizəçi istifadəsində olan “BMW” markalı, ban nömrəsi (zavod nömrəsi) WBAAVİİ 030FT75370 seriyalı, tünd göy (metallik) rəngli avtomobil sahibsiz hesab edilsin. “BMW” markalı, ban nömrəsi (zavod nömrəsi) WBAAVİİ 030FT75370 seriyalı, tünd göy (metallik) rəngli avtomobil Ərizəçi mülkiyyətinə verilsin Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəkti vermək olar. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar