Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-500/2023 26.07.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması və digər xərclərdə iştirakı tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şərur rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli 2(110)-579/2021 saylı qətnaməsi ilə birgə nikahdan doğulmuş övladımız xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay 220 (iki yüz iyirmi) manat, əlavə xərclərdə iştirakına görə isə hər ay 100 (bir yüz) manat, cəmi hər ay 320 (üç yüz iyirmi) manat miqdarında sabit pul məbləğində alimentin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində, Cavabdeh ilə 2010-cu il tarixdə el adət ənənələrinə uyğun olaraq Bakı şəhərində ailə qurduqlarını, onların bu nikahdan bir övladları–xx.xx.2011-ci il təvəllüdlü X2 doğulduğunu, xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən Cavabdehla aralarında bağlanmış nikahın Şərur Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(110)-409/207 saylı Qətnaməsinə əsasən pozulduğunu, birgə nikahdan doğulmuş övladları - xx.xx.2011-ci il təvəllüdlü X2 yaşayış yerinin onun yanında saxlanılması və övladlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün 100 manat miqdarında alimentin tutularaq onun xeyrinə ödənilməsinin müəyyən edildiyini, Şərur rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(110)- 579/2021 saylı Qətnaməsi ilə birgə nikahdan doğulmuş övladları - xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən olunmuş alimentin miqdarı artırılaraq hər ay 140 (bir yüz qırx) manat miqdarında sabit pul məbləğində alimentin tutularaq övladlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün ona ödənilməsinin müəyyən edildiyini, birgə nikahdan doğulmuş övladları Ömərin artıq böyüdüyünü, onun 12 yaşının olduğunu və onun gündəlik zəruri tələbatının da artdığını, Ömərin beş fəndən hazırlıqlara getdiyini və mövsümü xəstəliklərdən, allergiyadan əziyyət çəkdiyini, ildə iki dəfə yaz və payız aylarında allergiyadan məcburi müalicə aldığını, övladlarının qayğısına qalmaq, onun gündəlik zəruri təlabatını qarşılamaq, hazırlıq və müalicə xərclərinin qarşılanması tək qadın olaraq onun üçün çox çətin olduğunu, Cavabdeh isə aliment ödəməkdən başqa uşaqla ümumiyyətlə maraqlanmadığını, ödədiyi alimentin miqdarının “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü ildə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimundan çox aşağıdır və aliment miqdarı övladımızın gündəlik zəruri tələbatını ödəməyə belə yetmədiyini, ona görə də Şərur rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(110)-579/2021 saylı Qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı və Cavabdeh övladlarının təhsili və müalicəsi ilə əlaqədar əlavə xərclərə cəlb olunmalı olduğunu hesab etdiyini, onun aralarında olan ailə münasibətlərindən irəli gələn alimentin məbləğinin artırılması və valideynlərin digər xərclərdə iştirakı tələbinə dair mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədilə Mediasiya Təşkilatına müraciət etdiyini, lakin ilkin mediasiya sessiyasının vaxtı və yeri cavabdeh Cavid Bağırova bildirilsə də cavabdehin ilkin mediasiya sessiyasında iştirak etmədiyini, ona görə də Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixdə mediasiya prosesinə xitam verilməsi barədə protokol tərtib edilərək ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Z-499/2023 saylı arayış verildiyini, buna görə də cavabdeh Cavid Bağırova qarşı alimentin məbləğinin artırılması və digər xərclərdə iştirakına cəlb edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətinin yarandığını qeyd etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında həqiqətən də, iddiaçı ilə 2010cu il tarixdə ailə qurduqlarını, onların bu nikahdan bir övladları – xx.xx.2011-ci il təvəllüdlü X2 doğulduğunu, xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən Şərur Rayon Məhkəməsinin qətnaməsinə əsasən nikahlarının pozulduğunu, oğlu Ömərin yaşayış yerinin onun iddiaçının yanında saxlanılmasının müəyyən olunduğunu, əvvəlcə uşağın saxlanması üçün iddiaçıya 100 manat məbləğində aliment ödədiyini, sonradan iddiaçının müraciətinə əsasən 2021-ci ildə alimentin artırılaraq 140 manat məbləğində müəyyən edildiyini, uşağn alimentini atasının pensiyasi hesabına ödədiklərini, özünün Bakı şəhərində yaşadığını, taksi fəaliyyəti ilə məşğul olduğunu, iddiaçının haliyədə tələb etdiyi alimenti ödəməyə imkanının olmadığını, ən çoxu aylıq 170 manat aliment ödəyə biləcəyini, iddiaçı hətta əlavə xərclər belə tələb etdiyini, o qədər pulu heç vaxtı ödəyə bilməyəcəyini, həmçinin iddiaçı uşağın onunla, eyni zamanda valideynləri ilə görüşmələrinə belə imkan vermədiyini, amma alimenti zamanında tələb etdiyini qeyd edərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarına və toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05 iyul 2021-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikaha 30 avqust 2017-ci il tarixdə xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 05 iyul 2021-ci il tarixdə 51 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına “Bağırova” soyadı verilmişdir; - Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 04 aprel 2015-ci il tarixli AZ İİİ № 305759 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iş üzrə tərəflər xx.xx.2011-ci il təvəllüdlü X2 valideynləridir; - Şərur rayon Gümüşlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 27 aprel 2023-cü il tarixli 131 saylı arayışdan görünür ki, İddiaçı Şərur rayon Gümüşlü kəndində qeydiyyatda durur, haliyyədə Şərur rayon Yengicə kəndində oğlu X6 ilə birgə yaşayırlar. - Şərur rayon Gümüşlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 27 aprel 2023-cü il tarixli 132 saylı arayışdan görünür ki, İddiaçı aşağıdakı tərkibdən ibarət ailə üzvləri var:
1. X6 xx.xx.2011-ci il (oğlu); - Şərur rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(110)-579/2021 saylı qətnaməsinin məzmunundan görünür ki, iddia qismən təmin edilməklə Şərur Rayon Məhkəməsinin 2(110)- 409/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilmiş və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2011ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Bağırova (Bağırova) Əminə Əlövsət qızına ödənilməsi müəyyən edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Şərur rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli 2(110)-579/2021 saylı qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı yenidən məhkəməyə müraciət edərək, izahatında Şərur rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(110)- 579/2021 saylı Qətnaməsi ilə birgə nikahdan doğulmuş övladları - xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən olunmuş alimentin miqdarı artırılaraq hər ay 140 (bir yüz qırx) manat miqdarında sabit pul məbləğində alimentin tutularaq övladlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün ona ödənilməsinin müəyyən edildiyini, birgə nikahdan doğulmuş övladları Ömərin artıq böyüdüyünü, onun 12 yaşının olduğunu və onun gündəlik zəruri tələbatının da artdığını, Ömərin beş fəndən hazırlıqlara getdiyini və mövsümü xəstəliklərdən, allergiyadan əziyyət çəkdiyini, ildə iki dəfə yaz və payız aylarında allergiyadan məcburi müalicə aldığını, övladlarının qayğısına qalmaq, onun gündəlik zəruri təlabatını qarşılamaq, hazırlıq və müalicə xərclərinin qarşılanması tək qadın olaraq onun üçün çox çətin olduğunu, Cavabdeh isə aliment ödəməkdən başqa uşaqla ümumiyyətlə maraqlanmadığını və.s qeyd etməklə aliment məbləğinin artırılması, həmçinin cavabdehin təhsil və əlavə xərclərin çəkilməsinə cəlb edilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirmişdir. Məhkəmə iddiaçının iddia ərizəsində qeyd etdiklərini, yetkinlik yaşlarına çatmayan uşağın mənafeyini və uşağın təminatının əvvəlki vəziyyətdə saxlanılmasının vacibliyini, nəzərə alaraq hesab edir ki, iddia tələbi alimentin dəyişdirilməsi hissəsində təmin olunaraq, Şərur rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(110)-579/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia tələbi digər hissədə rədd edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış edərək minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşaqlar barəsində bütün məsələlərdə diqqətlərini uşaqların mənafelərinin daha yaxşı təmin edilməsinə yönəltməli, onları zəruri olan müdafiə və qayğı ilə təmin etməli, uşaqların həyat şəraitini yaxşılaşdırmalı, sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin etməli, habelə uşaqların xüsusi diqqətə möhtac olduqlarını unutmamalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının: - 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir; - 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər; - 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Həmçinin «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun: - 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cu maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. - 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “...uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. X4 Məhkəməsi Plenumu qeyd etmişdir ki;
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir;
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8..2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə yuxarıda qeyd edilən qanunvericilik aktlarının tələblərini, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, uşağın yaş həddini, uşağın üstün mənafeyini və digər diqqətəlayiq hallarını, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsini nəzərə alaraq qeyd edir ki, iddia tələbi alimentə dair hissədə əsaslıdır. Eyni zamanda məhkəmə iddia tələbinin Cavabdeh uşağının təhsili və müalicəsi ilə əlaqədar əlavə xərclərdə iştirakının təmin olunması, yəni hər ay əlavə xərclərə görə 100 (bir yüz) manat məbləğində pulun alınaraq iddiaçının xeyrinə ödənilməsini xahiş etsədə əlavə xərclərə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə iddiaçının sübut etmədiyi halları mövcud olmayan hal kimi qiymətləndirərək bu qənaətə gəlir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Eyni zamanda qeyd olunmalıdır ki, məhkəmə tərəfindən valideynlərdən birinin əlavə xərclərdə iştirakı məsələsi həll edilərkən ilk növbədə Ailə Məcəlləsinin 81.1-ci maddəsində nəzərdə tutulmuş halların mövcud olub-olmaması halı müəyyən edilməlidir. Lakin qanunun məzmunundan göründüyü kimi valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirak etməsinin əsasları konkret müəyyən olunmuşdur və hazırki iddia tələbi üzrə də bu hallar mövcud deyil. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə ki, Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.1.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində rüsum ödənilir; - 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Hazırkı iddianın artırılmış məbləği 60 manatdır ki, bu da il ərzində 720 manat (60x12) təşkil etdiyindən və iddia qiyməti 1.000 manatadək olduğundan, buna müvafiq olaraq da 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Çünki, həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Şərur rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(110)-579/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Seymur Qarayev