Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-506/2023 16.08.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, Ərizəçi və Şərur Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçılik Komissiyasının nümayəndəsi X3 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Şərur Rayon İcra Hakimiyyəti yanında Maraqlı şəxsna qarşı “fəaliyyət qabiliyyəti olmayan sayılmasına dair” ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Şərur rayon Vərməziyar kənd sakini 27 may 2003-cü il təvəllüdlü Mehtiyev Şahin İsmayıl oğlunun fəaliyyət qabiliyyəti olmayan sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində, yetkinlik yaşına çatmamış oğlu Mehtiyev Şahin İsmayıl oğlunun 27 may 2003-cü ildə Şərur rayon Vərməziyar kəndində anadan olduğunu, Şahinin ağır dərəcəli anadangəlmə əqli zəiflik (kəskin nəzərə çarpan imbessilik) xəstəsi olduğunu, onların Şahinin müalicə olunmasına çalışsalar da onun müalicəsinin mümkün olmadığını, Şahinin səhhəti ilə əlaqədar məktəbə gedə bilmədiyini, 10 iyun 2021-ci ildə NMR Tibbi Sosial Ekspert Komissiyasının müayinə məlumatı əsasında Mehtiyev Şahin İsmayıl oğluna Şərur rayon Əhalinin Sosial müdafiəsi Mərkəzi tərəfindən 29 iyun 2021-ci il tarixli 050352 nömrəli müddətsiz birinci dərəcə əllilik vəsiqəsi verildiyini, haliyədə Şahinin yetkinlik yaşında olsa da onun öz hərəkətlərinə rəhbərlik edə bilmədiyini və hüquqlarını həyata keçirilməsi üçün başqalarının köməyinə ehtiyacının olduğunu, ona görə də Şahinin fəaliyyət qabiliyyəti olmayan sayılmasına və üzərinə qəyyum təyin olunmasına ehtiyacı olduğunu, fiziki şəxsin fəaliyyət qabiliyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli sayılmasının məhkəmə tərəfindən müəyyən olunduğunu, ona görə də məhkəməyə ərizə ilə müraciət etdiyini qeyd etmişdir. Məhkəmə baxışı iclasında iştrak edən Ərizəçi ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X1 xx.xx.2023-cü il tarixli 146 saylı Ambulator Məhkəmə-Psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X2 “Anadangəlmə əqli zəiflik. Kəskin nəzərə çarpan imbesillik səviyəsində” diaqnozu ilə qeydiyyatda duran Mehtiyev Şahin İsmayıl oğlunda ağıl zəifliyi var. Mehtiyev Şahin İsmayıl oğlu öz hərəkətlərini anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil. Mehtiyev Şahin İsmayıl oğlunun sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirakına imkan vermir. Məhkəmə rəydə qeyd olunanlara əsaslanaraq Mehtiyev Şahin İsmayıl oğlunun məhkəmə iclaslarında iştirak etmək üçün dəvət etməmişdir. Məhkəmə iclasında iştirak edən Şərur Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçılik Komissiyasının nümayəndəsi X5 izahatında Şərur rayon Vərməziyar kənd sakini 27 may 2003-cü il təvllüdlü Mehtiyev Şahin İsmayıl oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə Şərur Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçılik Komissiyasının heç bir etirazının olmadığını qeyd edərək, məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarına, toplanmış sübutlara və tədqiq olunmuş sənədlərə hüquqi qiymət verərək bu qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X1 571 nömrəli 08 may 2023-cü il tarixli arayışından görünür ki, Şərur rayon Vərməziyar kəndində qeydiyyatda olan 2003-cü il təvəllüdlü Mehtiyev Şahin İsmayıl oğlu xx.xx.2012-ci il tarixdən “Anadangəlmə əqli zəiflik. Kəskin nəzərə çarpan imbesillik səviyəsində” diaqnozu ilə Naxçıvan Muxtar Respublikası X2 dispanser qeydiyyatında dayanır. - Şərur rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli 2(110)-506/2023 saylı qərardadından görünür ki, iş üzrə məhkəmə ekspertizası təyin edildiyindən mülki işin icraatı dayandırılmışdır. - Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan MR X1 xx.xx.2023-cü il tarixli 146 saylı Ambulator Məhkəmə-Psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X2 “Anadangəlmə əqli zəiflik. Kəskin nəzərə çarpan imbesillik səviyəsində” diaqnozu ilə qeydiyyatda duran Mehtiyev Şahin İsmayıl oğlunda ağıl zəifliyi var. Mehtiyev Şahin İsmayıl oğlu öz hərəkətlərini anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil. Mehtiyev Şahin İsmayıl oğlunun sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirakına imkan vermir. - Şərur rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli 2(110)-506/2023 saylı qərardadından görünür ki, mülki işin icraatı təzələnmişdir. Beləliklə məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, Ərizəçi oğlu 27 may 2003-cü il təvəllüdlü Mehtiyev Şahin İsmayıl oğlunda “Anadangəlmə əqli zəiflik. Kəskin nəzərə çarpan imbesillik səviyəsində” psixi xəstəliyi var, öz hərəkətlərinə rəhbərlik edə bilmir və hər zaman başqasının köməyinə ehtiyacı var. Məhz buna görə də ərizəçi məhkəməyə müraciət edərək 27 may 2003-cü il təvəllüdlü Mehtiyev Şahin İsmayıl oğlunun üzrərində qəyyum təyin olunması üçün onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmasını istəyir. Mülki işin məhkəmə araşdırması zamanı şəxsin psixi qüsurlu olub-olmamasını müəyyən edilməsi məqsədilə məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan MR X1 xx.xx.2023-cü il tarixli 146 saylı Ambulator Məhkəmə-Psixiatrik ekspertizasının rəyində Mehtiyev Şahin İsmayıl oğluda “Anadangəlmə əqli zəiflik. Kəskin nəzərə çarpan imbesillik səviyəsində” psixi xəstəliyi var. Mehtiyev Şahin İsmayıl oğlu öz hərəkətlərini anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil psixi xəstəliyi var. Mehtiyev Şahin İsmayıl oğlu öz hərəkətlərini anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilərlər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir...; - 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir... . Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; - 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər; - 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir; - 319-cu maddəsinə əsasən, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir...; - 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağrılır; - 321.2-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 146 saylı ekspertiza rəyinə əsasən 27 may 2003-cü il təvəllüdlü Mehtiyev Şahin İsmayıl oğlunun öz hərəkətlərinin mənasını anlaya bilməməsi və hərəkətlərini idarə edə bilməməsi halları onun fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsinə kifayət qədər əsas verir. Ona görə də ərizə təmin olunmalı, 27 may 2003-cü il tarixdə Şərur rayon Vərməziyar kəndində doğulmuş və Şərur rayon Vərməziyar kəndində yaşayan Mehtiyev Şahin İsmayıl oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 27 may 2003-cü il tarixdə Şərur rayon Vərməziyar kəndində doğulmuş və Şərur rayon Vərməziyar kəndində yaşayan Mehtiyev Şahin İsmayıl oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Məhkəməyə müraciət etməsi ilə əlaqədar Ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-506/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-506/2023
16.08.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver