Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-510/2025 09.04.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə Şərur Rayon Məhkəməsinin inzibati binasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin olunmasını, "xxxx" ASC-nin hesabına alınan Kənd Təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə Cavabdeh ilə imzalanmış 10 iyun 2019-cu il tarixli müqavilənın ləğv olunmasını, 1(bir) ədəd 1 ha yağış üsulu suvarma sisteminin Cavabdeh alınaraq "xxxx" ASC-ə qaytarılmasını, texnikanın istifadəsi üçün müqaviləyə əsasən ödənilməli olan olan 844.00 (səkkiz yüz qırx dörd) manat lizinq haqqı və müqavilənin 4.1.2-cı maddəsinə əsasən 19.41 (on doqquz manat qırx bir qəpik) komisyon haqqı daxil olmaqla, ümumilikdə 863.41 (səkkiz yüz altmış üç manat qırx bir qəpik) manatın Cavabdeh tərəfindən "Aqrarkredit" Səhmdar Kredit Təşkilatının Naxçıvan Filialında bu məqsəd üçun açılmış bank hesabına ödənilməsini və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası qanununun 811-cı maddəsinə əsasən tərəfimizdən ödənilən 30.00 (otuz) manat dövlət rüsumunun cavabdehdən alınaraq "xxxx" ASC-ə tam şəkildə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151-ci maddəsinin tələbinə əsasən, iddia ərizəsinin mümkünlüyü yoxlanılmalıdır. İş üzrə təqdim edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3-cü maddəsinin tələblərinə riayət edilmədən verildiyindən onun məhkəmə icraatı mümkün deyil. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 284-3.1-ci maddəsinə əsasən ərizə məhkəməyə ümumi qaydada verilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə həmin sistemdə qeydiyyatdan keçmiş mülki işlər üzrə işdə iştirak edən şəxslər, habelə kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilir; - 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2- 152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd edilən mülki prosessual qanunvericiliyin normalarına əsasən, müəyyən edilmişdir ki, iddiaçı cavabdehə qarşı “pul” tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət etsədə, iddia ərizəsini “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə verməmişdir. Buna görə də göstərilən səbəbdən bu nəticəyə gəlirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya qərardadda qeyd edilən nöqsan aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə uyğun olaraq iddia ərizəsi geri qaytarıldığından, iddiaçı "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 portalı vasitəsilə xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 263-264, 284-3.5, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 portalı vasitəsilə xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu geri qaytarılsın. İddiaçı "xxxx" ASC-yə izah olunsun ki, ərizənin qaytarılması üçün əsas olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-510/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-510/2025
09.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver