Məhkəmə qərarları › İş №2(110)-521/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-521/2024

12.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-521/2024 12.07.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “hüquqi əhəmiyyətli olan faktın müəyyən olunması” tələbi barədə ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi qız maraqlı şəxs Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şərur Rayon Şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək ərizəsində 1978-ci ildən Şərur rayon Lenin, Nax MSSR-nin 40 illiyi və M.Ə.Sabir adına sovxozlarında işləməyini nəzərə alaraq 1982-ci il yanvar ayı və 1988-ci ilin mart dekabr ayları üzrə onun soyadının yalnışlıqla Əsədova olması və Niftəliyeva soyadı ilə Əsədova soyadının eyni şəxsə məxsus olması barədə müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsində xx.xx.1960-cı il tarixdə Şərur rayonu Yuxarı Daşarx kəndində anadan olduğunu, 1978-ci ildən Şərur rayon Lenin, Nax MSSR-nin 40 illiyi və M.Ə.Sabir adına sovxozlarında işlədiyini, 1982-ci il yanvar ayı və 1988-ci ilin mart dekabr ayları üzrə onun soyadının yalnışlıqla Əsədova olaraq qeyd olunduğunu, bu yalnışlığa görə də onun pensiyaya çıxa bilmədiyini, bunu arxiv arayışı ilə bir daha təsdiq edəcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, ərizəsində Şərur Rayon Məhkəməsində maraqlı şəxs Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şərur Rayon Şöbəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi” barədə ərizə ilə müraciət etdiyini, məhkəməyə ərizə ilə müraciət etdikdən sonra maraqlı şəxs kimi düzgün dövlət orqanını qeyd etmədiyinin müəyyən olunduğunu, buna görə də, hazırkı ərizəsi üzrə maraqlı şəxs Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şərur Rayon Şöbəsinin əsl Maraqlı şəxs ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmə xx.xx.2024-cü il tarixli qərardadla maraqlı şəxsin əsl maraqlı şəxslə əvəz olunmasını qərara almışdır. Həmçinin ərizəçi məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək ərizəsində qeyd etmişdir ki, Şərur Rayon Məhkəməsinə Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı 1978-ci ildən Şərur rayon Lenin, Nax MSSR-nin 40 illiyi və M.Ə.Sabir adına sovxozlarında işləməyini nəzərə alaraq 1982-ci il yanvar ayı və 1988-ci ilin mart dekabr ayları üzrə onun soyadının yanılışlıqla Əsədova olması və Niftəliyeva soyadı ilə Əsədova soyadının eyni şəxsə məxsus olması barədə müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdim. Haliyədə tələbimin dəqiləşdirilməsi zərurəti yarandığından, iddia tələbini dəqiqləşdirərək Naxçıvan MR Şərur rayon Dövlət Arxivinin 02/17 saylı xx.xx.2024-cü il tarixli Arxiv arayışının mənə Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə dəqiqləşdirilmiş iddia tələbi çərçivəsində baxılmasını qərara almışdır. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi izahatında ərizədə qeyd etdiyi xüsusatları təkrarlayaraq ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsna məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin maraqlı şəxsin nümayəndəsi 12 iyul 2024-cü il tarixdə məhkəməyə vəsatət ünvanlayaraq Ərizəçi Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunu maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli olan faktın müəyyən olunması tələbi barədə mülki iş üzrə məhkəmə iclasının 12 iyul 2024-cü il tarixə təyin edildiyini, fondun icraatında olan digər məhkəmə işlərinin çox olmasını və cavabdeh qismində həmin məhkəmələrdə iştirakın zəruri olduğunu nəzərə alaraq 2(110)-521/2024 nömrəli mülki iş üzrə məhkəmə baxışı iclasının Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.6-cı maddəsinə müvafiq olaraq məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində iştirak edən X7 ifadəsində dəqiq tarixi xatırlamasada 80-ci illərdə Məhbubə ilə bir neçə sovxozda fəhlə işlədiklərini, adətən üzüm yiğdıqlarını bildirmişdir Məhkəmə ərizəçinin izahatını, işdə olan digər sübutları qarşılıqlı şəkildə qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Şərur Rayon Dövlət Arxivinin 02/17 nömrəli xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Niftəliyeva (Həsənova) Məhbubə Yusif qızı 1978-ci ildən Şərur rayon Lenin, Nax MSSR-nin 40 illiyi və M.Ə.Sabir adına sovxozlarında işləmiş və əməkhaqqı almışdır. Lakin 1982-ci il yanvar ayı və 1988-ci ilin mart dekabr ayları Niftəliyeva (Həsənova) Məhbubə Yusif qızının soyadı Əsədova qeyd olunmuşdur. - Şərur rayon Nikah Evinin 103 nömrəli 29 may 2024-cü il tarixli çıxarışından görünür ki, Ərizəçi xx.xx.1960-cı ildə Şərur rayon Daşarx kəndində anadan olmuşdur. X12, anası X1r; - Şərur rayon Nikah Evinin 22 aprel 2024-cü il tarixli çıxarışından görünür ki, X8 xx.xx.2004-cü il tarixində Şərur rayon Yuxarı Daşarx kəndində beyin qanaması səbəbindən vəfat etmişdir; - Şərur rayon Nikah Evinin 22 aprel 2024-cü il tarixli çıxarışından görünür ki, X3 xx.xx.2017-ci il tarixində Şərur rayon Yuxarı Daşarx kəndində qaraciyər sirrozu səbəbindən vəfat etmişdir; - Şərur rayon Nikah Evi tərəfindən verilmiş 11 yanvar 2022-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Ərizəçi arasında 17 yanvar 1986-cı il tarixdə rəsmi nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 03 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına "Həsənova" soyadı verilmişdir; Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçinin məhkəməyə təqdim etdiyi Şərur Rayon Dövlət Arxivinin 02/17 nömrəli xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Niftəliyeva (Həsənova) Məhbubə Yusif qızı 1978-ci ildən Şərur rayon Lenin, Nax MSSR-nin 40 illiyi və M.Ə.Sabir adına sovxozlarında işləmiş və əməkhaqqı almışdır. Lakin 1982-ci il yanvar ayı və 1988-ci ilin mart - dekabr ayları Niftəliyeva (Həsənova) Məhbubə Yusif qızının soyadı Əsədova qeyd olunmuşdur. İş materialında olan sənədlərlə müəyyən edilir ki, ərizəçinin atası X8, anası X1r. Ərizəçi doğulan zaman valideynlərinin rəsmi nikahı olmadığından ərizəçiyə doğum şəhadətnaməsi verilərkən ona anasının soyadı, yəni Niftəliyeva soyadı verilmişdir. İş materialında olan sənədlərdəndə göründüyü kimi ərizəçinin atasının soyadı Əsədovdur ki, ərizəçinin işlədiyi sovxozlarda sənədləşmə işləri aparılarkən 1982-ci il yanvar ayı və 1988-ci ilin mart - dekabr aylarında onun soyadının diqqətsizlik nəticəsində səhvən atasının soyadına istinadən yazıldığı şübhə doğurmamaqdadır. Odur ki qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Ona görədə məhkəmə qeyd edir ki, Naxçıvan MR Şərur rayon Dövlət Arxivinin 02/17 saylı xx.xx.2024-cü il tarixli Arxiv arayışının Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; - 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; - 311-ci maddəsinə görə isə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmçinin “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 nömrəli qərarının 6-cı maddəsinə görə, Azərbaycan Respublikası MPMnin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Həmin qərarın 6.2.-ci bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Beləliklə də, məhkəmə yuxarıda qeyd edilənlərə əsassən hesab edir ki, ərizə təmin edilməklə, Naxçıvan MR Şərur rayon Dövlət Arxivinin 02/17 saylı xx.xx.2024-cü il tarixli Arxiv arayışının Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qaldırılarkən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220-ci, 308, 311, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : Ərizə təmin edilsin. Naxçıvan MR Şərur rayon Dövlət Arxivinin 02/17 saylı xx.xx.2024-cü il tarixli Arxiv arayışının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəkti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar