Məhkəmə qərarları › İş №2(110)-522/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-522/2021

23.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-522/2021 23.09.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X11 məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “miras əmlakın qəbul edilməsi faktının müəyyən olunması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək mərhum X4 qalan miras əmlak olan “NAZ LİFAN” markalı ** BC *** dövlət nömrə nişanlı avtomobilin onun tətəfindən faktiki olaraq qəbul etməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində atası X12 19.10.2017-ci il tarixdə vəfat etdikdən sonra qalan miras əmlak olan “NAZ LİFAN” markalı ** BC *** dövlət nömrə nişanlı avtomobilin onun tərəfimdən faktiki olaraq qəbul edilərək, istifadəsində olduğunu, hazırda da onun istifadəsində olduğunu, X2 vərəsələri mərhum X13, Cavabdeh2 və X5 olduğunu, atasının ölümündən sonra qalan miras əmlakı digər vərəsələrin qəbul etmədiyini, hətta atasının yas mərasimində belə iştirak etmədiklərini, qardaşı Cavabdeh2 Bakı şəhərində, bacısı Cavabdeh1 isə Şərur rayonunda yaşadığını, hazırda avtomobili sənədləşdirmədiyi üçün istifadə edə bilmədiyini, cavabdehlərə ərizə vermələri üçün müraciət etsə də, imtina etdiklərini, onun da məcbur qalıb məhkəməyə müraciət etməli olduğunu qeyd edərək, mərhum X4 qalan miras əmlak olan “NAZ LİFAN” markalı ** BC *** dövlət nömrə nişanlı avtomobilin onun tətəfindən faktiki olaraq qəbul etməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsində qeyd edilənlən xüsusatları təkrarlayaraq izahatında əlavə olaraq mərhum atasından miras qalan tək əmlakın “NAZ LİFAN” markalı ** BC *** dövlət nömrə nişanlı avtomobil olduğunu, onu da özünün faktiki qəbul etdiyini, atasından başqa heç bir əmlakın miras qalmadığını qeyd edərək məhkəmədən iddia tələbinin qəbul olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 izahatında anasi ilə atası X6 1987-ci ildə boşandıqlarını və atasının yenidən ailə qurduğunu, ailə qurduqdan sonra atasının onlarla maraqlanmadığını, onlara atalıq etmədiyini, nə qardaşına, nə də ki, ona heç bir köməklik etmədiyini, 1989-cu ildən əlaqələrinin kəsildiyini, övladlığa götürdüyü İddiaçı ev bağışladığını, ona görə də qardaşına və ona hazırkı iddia tələbində göstərilən avtomobildən çatan payın ayrılmasını istədiyini qeyd edərək məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etdiyini bildirmişdir. Digər Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, о, məhkəmə baxışına gəlməmiş, lakin 27.08.2021-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq teleqramda 02.09.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında işi ilə əlaqədar iştirak edə bilməyəcəyi üçün əvvəlcədən öz minnətdarlığını bildirdiyini, atası X6 şəxsi mülki olan ev və NAZ LİFAN” markalı avtomaşını Mahir adlı şəxsə nə satmağa, nə idarə etmək və sahib olmasına razı olmadığını və qəti olaraq narazılığını bildirdiyini, ədalətli qərar qəbul ediləcəyinə ümid etdiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə iddiaçının təşəbbüsü ilə məhkəməyə gələrək şahid qismində ifadə verən X8 mərhum Bəhmanla qonşu olduqlarını, münasibətinin yaxşı olduğunu, Bəhmana həmin avtomobili alması üçün kredit götürməkdə kömək etdiyini, həmin avtomobilin qırmızı rəngdə “NAZ LİFAN” olduğunu, Bəhman rəhmətə gedəndən sonra maşının oğlu Mahirin istifadəsində olduğunu, ona qulluq etdiyini, bir ara sənədləri olmasa da həmin avtomobili idarə etdiyini, hətta ona cərimədə yazıldığını da bildiyini, daha sonra idarə etməsə də daimi ona qulluq etdiyini gördüyünü, çünki onların həyətində maşın saxlamaq üçün yer olmadığı üçün həyətlərinin qarşısında yolun kənarında saxladığını bildirmişdir. Məhkəmədə iddiaçının təşəbbüsü ilə məhkəməyə gələrək şahid qismində ifadə verən X15 nənəsi ilə mərhum Bəhman əmi ilə uzaqdan qohum olduğunu və eyni zamanda yaxın qonşu olduqlarını, Bəhman əmi rəhmətə gedəndən sonra avtomobilin oğlu Mahirin istifadəsində olduğunu, ona qulluq etdiyini, həmin avtomobilin qırmızı rəngdə “NAZ LİFAN” olduğunu, onların həyətində maşın saxlamaq üçün yer olmadığı üçün əmimin həyətində saxladığını, sonradan ev kirayə verildiyi üçün Mahirin məcbur qalıb maşını oradan çıxararaq həyətlərinin qarşısında yolun kənarında saxladığını, maşın istifadə edilmədiyi üçün onun hissələrinin sıradan çıxdığını, Mahirin dəfələrlə hissə alaraq avtomobili düzəltdirdiyini bildirmişdir. Məhkəmə toplanmış sübutlara, o cümlədən iddiaçının və cavabdehin izahatlarına, şahid ifadələrinə və tədqiq olunmuş sənədlərə hüquqi qiymət verərək bu qənaətə gəlir ki, iddia təmin edilməlidir. İş materiallarında olan olan Naxçıvan şəhər İcra Hakimiyyəti 1 nömrəli inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 02.08.2021-ci il tarixli, 05/1206 nömrəli arayışdan görünür ki, X12 vəfat etdikdən sonra aşağıdaki tərkibdə vərəsələri olmuşdur:

1. Həyat yoldaşı-Cəlilova Fatma Salman qızı- vəfat edib;

2. Oğlu- İddiaçı;

3. Qğlu- Cavabdeh2;

4. Qızı- Cavabdeh1; İş materiallarında olan Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 14.11.2017-ci il tarixli, AZ-İ 496225 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 14.11.2017-ci il tarixdə Naxçıvan şəhərində mədə xərçəngindən rəhmətə getmişdir. İş materiallarında olan Naxçıvan MSSR İliç rayon Axura kənd XDS İK-nin 03.05.1989-cu il tarixli Nikahın bağlanması haqqında şəhadətnamənin doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 ilə X13 arasında rəsmi nikah bağlanmış, 03.05.1989-cu il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 6 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 06.08.2004-cü il tarixli AZ-İ 001285 nömrəli Övladlığa götürmə haqqında şəhadətnamədən görünür ki, X3 Bəhman Hümbət oğlu və Cəlilova Fatma Salman qızı tərəfindən övladlığa götürülmüş və o, İddiaçı kimi qeyd edilmişdir. İş materiallarında olan Şərur rayon VVADQ şöbəsi tərəfindən verilmiş 06.08.2004-cü il tarixli, AZ-İ 473105 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1997-ci il təvəllüdlü İddiaçı atası X12, anası Cəlilova Fatma Salman qızıdır. İş materiallarında olan Naxçıvan MR DİN DYP QİTBŞ tərəfindən verilmiş AC N 773577 nömrəli Nəqliyyat vasitəsinin Qeydiyyat şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ** BC *** dövlət nömrə nişanlı “NAZ LİFAN” LF7162 A markalı nəqliyyat vasitəsi X6 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Şərur rayon iki saylı Notariat Ofisinin notariusunun 15.03.2021-ci il tarixli qərarından görünür ki, X4 miras qalmış qeydiyyat nişanı ** BC ***, buraxılış ili 2010-cu il olan dövlət nömrə nişanlı, “NAZ LİFAN” LF7162 A minik markalı nəqliyyat vasitəsinə dair vərəsəliyin açılmasından imtina edilmişdir. Beləliklə də, məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, ** BC *** dövlət nömrə nişanlı “NAZ LİFAN” LF7162 A markalı nəqliyyat vasitəsi X6 mülkiyyətində olmuş, X12 14.11.2017-ci il tarixdə Naxçıvan şəhərində mədə xərçəngindən vəfat etdikdən sonra onun həyat yoldaşı- Cəlilova Fatma Salman qızının, oğlanları- İddiaçı, Cavabdeh2, qızı- Cavabdeh1 onun vərəsələri olması iş materialarında olan Naxçıvan şəhər İcra Hakimiyyəti 1 nömrəli inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 02.08.2021-ci il tarixli, 05/1206 nömrəli arayışı ilə müəyyən olunmuşdur. Vərəsələrdən Cəlilova Fatma Salman qızı vəfat etmiş, Cavabdeh2 və Cavabdeh1 X2 mülkiyyətində olmuş ** BC *** dövlət nömrə nişanlı “NAZ LİFAN” LF7162 A markalı nəqliyyat vasitəsinə münasibətdə mirası qəbul etməmişlər. Digər vərəsə İddiaçı mərhum atası X12 14.11.2017-ci il tarixdə vəfat etdikdən sonra ona məxsus olmuş ** BC *** dövlət nömrə nişanlı “NAZ LİFAN” LF7162 A markalı nəqliyyat vasitəsinə sahiblik etməyə faktiki başlamış, eyni zamanda məhkəmə baxışı iclasında məhkəmə tərəfindən nəqliyyat vasitəsinə məxsus sənədlərin və açarın iddiaçıda olması vizual olaraq da müşahidə edilmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçı mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Beləliklə də, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməklə, X2 mülkiyyətində olmuş ** BC *** dövlət nömrə nişanlı “NAZ LİFAN” LF7162 A markalı nəqliyyat vasitəsinin, yəni miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktı təsdiq edilməlidir. Həmçinin İddiaçı miras əmlakı qəbul etməməsi və ya digər vərəsələr tərəfindən miras əmlakın qəbuluna dair cavabdehlər tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməməklə yanaşı, həmçinin Cavabdeh1 izahatında ailə qurduqdan sonra atasının onlarla maraqlanmadığını, onlara atalıq etmədiyini, nə qardaşına, nə də ki, ona heç bir köməklik etmədiyini, 1989-cu ildən atası ilə əlaqələrinin kəsildiyini, 2017-ci ildə vəfat etmiş atasının yas mərasimində nə qardaşı, nə də ki, özünün iştirak etmədiklərini bildirməklə mirası qəbul etmədiklərini etiraf etmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib olur. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qаnunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlаkın bаşqа şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminаt verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlаkınа dаir sərəncаm vermək hüququnu, hаbelə mirаs qоyаnın əmlаkının istər qаnun üzrə və istərsə də vəsiyyət üzrə vərəsələrinə keçmə, vərəsələrin isə bu əmlаkı əldə etmə hüququnu birləşdirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar; - 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); - 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; - 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar; - 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; - 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; - 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; - 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir; - 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; - 1273-1-ci maddəsinə görə, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, həmin hal vərəsənin susması kimi qiymətləndirilir. Vərəsənin susması isə mülki qanunvericiliyə əsasən mirası qəbul etməkdən imtinaya bərabər tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi: İddia təmin edilsin. X2 mülkiyyətində olmuş ** BC *** dövlət nömrə nişanlı “NAZ LİFAN” LF7162 A markalı nəqliyyat vasitəsinin, yəni miras əmlakın İddiaçı tərəfindən qəbul edilmə faktı müəyyən olunsun. İddia qaldırılarkən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar