Məhkəmə qərarları › İş №2(110)-532/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-532/2021

03.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-532/2021 03.09.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “borcun tutulmasına dair” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 14.08.2019-cu il tarixli 002A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 1482,24 (bir min dörd yüz səksən iki manat iyirmi dörd qəpik) manat məbləğində kredit borcu, 9,92 (doqquz manat doxsan iki qəpik) manat məbləğində faiz borcu və 343,89 (üç yüz qırx üç manat səksən doqquz qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 1836,05 (bir min səkkiz yüz otuz altı manat beş qəpik) manat məbləğində borcun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı QSC iddia ərizəsində iddia tələbinin əsası kimi Cavabdeh İddiaçı QSC ilə bağlanmış 14.08.2019-cu il tarixli 002A********** saylı kredit müqaviləsi əsasında illik 1 (bir) % dərəcəsi ilə 60 (altmış) ay müddətinə, kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1482,24 (bir min dörd yüz səksən iki manat iyirmi dörd qəpik) manat kredit verildiyini, onun kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişi yubatdığını, kredit müqaviləsi üzrə 14.08.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmadığını, onun götürdüyü kredit borcundan ödəniş etmədiyini, iddiaçıya 1482,24 (bir min dörd yüz səksən iki manat iyirmi dörd qəpik) manat məbləğində kredit borcu qaldığını, kredit müqaviləsinin 2.4-cü bəndinə əsasən faiz qaytarılması kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablandığını, bir gün üçün faizin həmin kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablandığını, kredit və faiz borcunu qaytarmadığı üçün 30.04.2021-ci il tarixə 259 gün hesablanmış faiz borcunun 9,92 (doqquz manat doxsan iki qəpik) manat təşkil etdiyini, kredit müqaviləsinin 4.2.3cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə kredit və faiz borcunu vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0,02 % məbləğində, lakin ümumi məbləği 5 (beş) il ərzində 0,1 % olmaması şərtilə cərimə ödənilməli olduğunu, 30.04.2021-ci il tarixə 259 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimənin 343,89 (üç yüz qırx üç manat səksən doqquz qəpik) manat təşkil etdiyini bildirərək İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 14.08.2019-cu il tarixli 002A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 1482,24 (bir min dörd yüz səksən iki manat iyirmi dörd qəpik) manat məbləğində kredit borcu, 9,92 (doqquz manat doxsan iki qəpik) manat məbləğində faiz borcu və 343,89 (üç yüz qırx üç manat səksən doqquz qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 1836,05 (bir min səkkiz yüz otuz altı manat beş qəpik) manat məbləğində borcun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi Gülnar İsmayılova 26.08.2021-ci il tarixdə məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə göndərmiş və həmin ərizədə icraatda İddiaçı QSC-nin Cavabdeh qarşı “pul tələbinə” dair 2(110)-532/2021 saylı mülki iş mövcud olduğunu, qeyd olunan mülki iş üzrə iddia tələbinin dəyişdirilməsi zərurətinin yarandığını, belə ki, iddia tələbinin həcmində dəyişiklik yarandığını, İddiaçı QSC Nax MR Şərur rayon Məhkəməsinə müraciət etdikdən sonra, Cavabdeh tərəfindən 14.08.2019-cu il tarixli 002A********** saylı kredit müqaviləsi ilə banka olan borcu üzrə ödəniş edildiyini, bildirərək İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 14.08.2019-cu il tarixli 002A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 1359,11 (bir min üç yüz əlli doqquz manat on bir qəpik) manat məbləğində kredit borcu, 8,83 (səkkiz manat səksən üç qəpik) manat məbləğində faiz borcu və 318,5 (üç yüz on səkkiz manat əlli qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 1686,44 (bir min altı yüz səksən altı manat qırx dörd qəpik) manat məbləğində borcun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şərur Rayon Məhkəməsi 2(110)-532/2021 nömrəli, 03.09.2021-ci il tarixli qərardadla mülki işə azaldılmış iddia tələbi çərçivəsində baxılması qənaətinə gəlmişdir. İddiaçı təşkilat İddiaçı QSC-yə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı təşkilatın nümayənəsi 02.09.2021-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq teleqramda icraatınızda olan İddiaçı QSC-nin Cavabdeh qarşı borc tələbinə dair 2(110)-532/2021 saylı mülki iş üzrə iddia tələblərini müdafiə etdiklərini, 03.09.2021ci il tarixinə saat 14:00-a təyin edilmiş məhkəmə iclasını iştirakları olmadan keçirilməsini və qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o məhkəmə baxışına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 14.08.2019-cu il tarixli 002A********** saylı Kredit Müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh ilə İddiaçı QSC arasında kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərilərinə bir sıra öhdəliklər götürmüşlər. İş materiallarına əlavə olunmuş Kredit Müqaviləsi”ndən aydın olur ki, İddiaçı QSC-nin Babək filialı ilə Cavabdeh arasında Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının və həmin Fərmanın icrası məqsədi ilə hazırlanmış “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nticəsində manata artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, peniya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restruktrizasiyasına dair müvafiq tələblərini müəyyən etmək məqsədi ilə 14.08.2019-cu il tarixli 002A********** nömrəli Kredit müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən “Kredit verən” “Kredit alana” illik 1 (bir) % dərəcəsi ilə 60 (altmış) ay müddətinə, 1482,24 (bir min dörd yüz səksən iki manat iyirmi dörd qəpik) manat məbləğində kredit vermişdir. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən “Kredit alan” krediti və faizi bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən ödəniş pılanına uyğun olaraq Banka qaytarmağı öz öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən kreditin verilməsin məqsəd Kredit Alanın 19.12.2014- cü il tarixli 002R********** saylı Kredit razılaşması Müqaviləsi (Restruktrizasiya olunmuş borc) üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsidir. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən Kreditin verildiyi tarixdən sonrakı 1 il güzəşt müddəti hesab olunur... Həmin Müqavilənin 4.2.2-ci bəndinə əsasən borclu ödəniş planı üzrə kredit və faiz borcunu vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0,02 % məbləğində, lakin ümumi məbləği 5 (beş) il ərzində 0,1 % olmaması şərtilə cərimə ödəməlidir. İş materiallarına əlavə olunmuş 14.08.2019-cu il tarixli ödəniş planına əsasən, İddiaçı QSCnin Babək filialı tərəfindən Cavabdeh 1482,24 (bir min dörd yüz səksən iki manat iyirmi dörd qəpik) manat məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə 1 il güzət müddətində-16.09.2019 – 14.08.2020 –ci il tarixləri ərzində yalnız kredit faizlərini, 14.09.2020- 16.07.2024-cü il tarixləri ərzində ayda 32 manat, 19.08.2024-cü il tarixdə isə 8.74 manat olmaq, cəmi 1527,82 manat pulu İddiaçı QSC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş kreditin verilməsi haqqında qəbzin surətindən görünür ki, 14.08.2019-cu il tarixdə Cavabdeh imza etdirilməklə 1482,24 (bir min dörd yüz səksən iki manat iyirmi dörd qəpik) manat kredit verilmişdir. İş materiallarına əlavə olunmuş 26.08.2021-ci il tarixli Maliyyə arayışından görünür ki, 26.08.2021-ci il tarixə Cavabdeh 14.08.2019-cu il tarixli 002A********** saylı kredit müqaviləsi üzrə Banka 1359,11 (bir min üç yüz əlli doqquz manat on bir qəpik) manat məbləğində kredit borcu, 8,83 (səkkiz manat səksən üç qəpik) manat məbləğində faiz borcu və 318,5 (üç yüz on səkkiz manat əlli qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 1686,44 (bir min altı yüz səksən altı manat qırx dörd qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş ********* nömrəli, 17.06.2021-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, “AccessBank“ QSC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan poçt qəbzi və xəbərdarlıq məktubundan aydın olur ki, aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehlərə 23.04.2021-ci il tarixədək gecikdirilmiş ödəniş məbləğlərini banka qaytarmayacaqları təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi, faiz və cərimə məbləğlərinin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət olunacağı barədə xəbərdarlıq etmiş, lakin cavabdehlər bu xəbərdarlıqla iddiaçı bank qarşısında olan öhdəliklərinin icrası istiqamətində heç bir addım atmamışdır lakin cavabdeh bu xəbərdarlıqla iddiaçı bank qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışdır. İş materillaına əlavə olunmuş Şərur Rayon Məhkəməsinin 03.09.2021-ci il tarixli 2(110)- 532/2021 saylı iddia tələbinin həcminin azaldılması barədə qərardadından görünür ki,məhkəmə İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 14.08.2019-cu il tarixli 002A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 1359,11 (bir min üç yüz əlli doqquz manat on bir qəpik) manat məbləğində kredit borcu, 8,83 (səkkiz manat səksən üç qəpik) manat məbləğində faiz borcu və 318,5 (üç yüz on səkkiz manat əlli qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 1686,44 (bir min altı yüz səksən altı manat qırx dörd qəpik) manat məbləğində borcun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması tələbi çərçivəsində baxılması qənaətinə gəlinmişdir. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, İddiaçı QSC ilə Cavabdeh arasında 14.08.2019-cu il tarixli 002A********** saylı kredit müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən Cavabdeh 1 illik güzəşt müddəti şərti ilə illik 1 (bir) % dərəcəsi ilə 60 (altmış) ay müddətinə, 1482,24 (bir min dörd yüz səksən iki manat iyirmi dörd qəpik) manat məbləğində kredit verilmişdir. Müqaviləyə müvafiq olaraq Cavabdeh isə aldığı kreditləri faizləri ilə birlikdə vaxtında və lazımi qaydada İddiaçı QSC-yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlığını yerinə yetirməmiş və Bank qarşısında məsuliyyət daşıyararaq nəticədə iddiaçıya borcu yaranmışdır. Eyni zamanda iddia tələbinə məhkəmənin icraatında baxılması ərəfəsində iddiaçının nümayəndəsinin məhkəməyə “iddia tələbinin azaldılması barədə” ərizəsinə müvafiq olaraq məhkəmə bu qənaətə gəlir ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 14.08.2019-cu il tarixli 002A********** saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 1359,11 (bir min üç yüz əlli doqquz manat on bir qəpik) manat məbləğində kredit borcu, 8,83 (səkkiz manat səksən üç qəpik) manat məbləğində faiz borcu və 318,5 (üç yüz on səkkiz manat əlli qəpik) manat məbləğində cərimə borcu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; -741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh yazılı formada bağlanmış kredit müqavilələrinin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, əsas və faiz borcuna dair hissədə cavabdehdən kredit müqaviləsi üzrə yaranmış əsas borca görə 1359,11 (bir min üç yüz əlli doqquz manat on bir qəpik) manat, faiz borcuna görə 8,83 (səkkiz manat səksən üç qəpik) manat məbləğində pul alınaraq iddiaçı təşkilatın xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə hesablanmış 318,5 (üç yüz on səkkiz manat əlli qəpik) manat cərimə borcunun tutulmasına dair hissədə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir;“ - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kredit müqaviləsi üzrə götürülmüş kredit məbləğinin ödənilməmiş faiz borcunun miqdarını, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə hesab edir ki, cavabdehdən tələb olunan 318,5 (üç yüz on səkkiz manat əlli qəpik) manat cərimə (dəbbə pulu) pulu onun faiz borcuna münasibətdə tənasübsüz surətdə yüksək cərimə hesab olunmalı və tələb olunan cərimə (dəbbə pulu) 31 (otuz bir) manat məbləğədək azaldılaraq, həmin məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması ədalətli hesab edilməlidir. Beləliklə, Məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddiaçı tələbində qismən haqlı olduğundan, buna görə də iddia qismən təmin edilməli və Cavabdeh ilə AccessBank” Qapalı Səhəmdar Cəmiyyəti arasında bağlanmış 3114.08.2019-cu il tarixli, 002A********** saylı Kredit Müqaviləsi ləğv edilməli, eyni zamanda Cavabdeh 14.08.2019cu il tarixli 002A********** saylı kredit müqaviləsi üzrə 1359.11 (bir min üç yüz əlli doqquz manat on bir qəpik) manat məbləğində kredit borcu, 8.83 (səkkiz manat səksən üç qəpik) manat faiz borcu, 31 (otuz bir) manat cərimə borcu olmaqla, cəmi 1398.94 (bir min üç yüz doxsan səkkiz manat doxsan dörd qəpik) manat məbləğində borc pul alınaraq İddiaçı Qapalı Səhəmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 6.0 manatı iddiaçıya aid edilməli, 24.0 manat məbləğində pul vəsaiti isə Cavabdeh tutularaq İddiaçı Qapalı Səhəmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh ilə AccessBank” Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 3114.08.2019cu il tarixli, 002A********** saylı Kredit Müqaviləsi ləğv edilsin. Cavabdeh 14.08.2019-cu il tarixli, 002A********** saylı Kredit Müqaviləsi üzrə 1359.11 (bir min üç yüz əlli doqquz manat on bir qəpik) manat kredit borcu, 8.83 (səkkiz manat səksən üç qəpik) manat faiz borcu, 31.0 (otuz bir) manat cərimə borcu, cəmi 1398.94 (bir min üç yüz doxsan səkkiz manat doxsan dörd qəpik) manat pul və 24.0 (iyirmi dörd) manat dövlət rüsumu olmaqla, ümumilikdə 1422.94 (bir min dörd yüz iyirmi iki manat doxsan dörd qəpik) tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar