Məhkəmə qərarları › İş №2(110)-54/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-54/2024

07.01.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-54/2024 07.01.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Şərur Rayon İcra Hakimiyyəti yanında Maraqlı şəxsna qarşı “şəxsin fəaliyyət qabiliyyət olmayan sayılması” tələbinə dair ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi Müəffər qızı ərizə ilə məhkəməyə müraciət edərək, Şərur rayon Zeyvə kənd sakini 11 aprel 2002-ci il təvəllüdlü Əliyev Nicat Qabil oğlunun fəaliyyət qabiliyyəti olmayan sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində, yetkinlik yaşına çatmış oğlu Əliyev Nicat Qabil oğlunun 11 aprel 2002-ci il ildə Şərur rayon Zeyvə kəndində anadan olduğunu, Nicatın ağır dərəcəli anadangəlmə əqli zəiflik xəstəsi olduğunu, onların Nicatın müalicə olunmasına çalışsalar da onun müalicəsinin mümkün olmadığını, Nicatın səhhəti ilə əlaqədar məktəbə gedə bilmədiyini, 10 iyun 2021-ci ildə NMR Tibbi Sosial Ekspert Komissiyasının müayinə məlumatı əsasında Əliyev Nicat Qabil oğluna Şərur rayon Əhalinin Sosial müdafiəsi Mərkəzi tərəfindən 15 avqust 2006-cı il tarixli 014461 nömrəli müddətsiz birinci dərəcə əllilik vəsiqəsi verildiyini, haliyədə Nicatın yetkinlik yaşında olsa da onun öz hərəkətlərinə rəhbərlik edə bilmədiyini və hüquqlarını həyata keçirilməsi üçün başqalarının köməyinə ehtiyacının olduğunu, ona görə də Nicatın fəaliyyət qabiliyyəti olmayan sayılmasına və üzərinə qəyyum təyin olunmasına ehtiyacı olduğunu, fiziki şəxsin fəaliyyət qabiliyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli sayılmasının məhkəmə tərəfindən müəyyən olunduğunu, ona görə də məhkəməyə ərizə ilə müraciət etdiyini qeyd etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X1 xx.xx.2023-cü il tarixli 382 saylı Ambulator Məhkəmə-Psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, Əliyev Nicat Qabil oğlunda “Dərin əqli gerilik” psixi xəstəliyi var. Əliyev Nicat Qabil oğlu öz hərəkətlərini anlamaq və öz hərəkətlərini idarə edə bilmək iqtidarında deyil. Əliyev Nicat Qabil oğlunun sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirakına imkan vermir. Məhkəmə rəydə qeyd olunanlara əsaslanaraq Əliyev Nicat Qabil oğlunun məhkəmə iclaslarında iştirak etmək üçün dəvət etməmişdir. Maraqlı şəxs Şərur Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçılik Komissiyasına məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Komissiyanın nümayəndəsi keçirilən məhkəmə iclaslarında iştirak etməmiş, bunun üzrlü sayılması barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatlarına, toplanmış sübutlara və tədqiq olunmuş sənədlərə hüquqi qiymət verərək bu qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Şərur rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, 014461 nömrəli vəsiqənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Əliyev Nicat Qabil oğlu azyaşlı qrup əlildir; - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ Şərur Rayon Şöbəsi tərəfindən verilmiş 13 noyabr 2023-cü il tarixli 08/2584 nömrəli arayışdan görünür ki, Əliyev Nicat Qabil oğlu (FİN 8U7NYEB) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şərur rayon şöbəsində xx.xx.2020-ci il tarixdən müddətsiz olaraq 1 dərəcəli əlil kimi qeydiyyatda durur; - Şərur rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli 2(110)-999/2023 saylı qərardadından görünür ki, iş üzrə məhkəmə ekspertizası təyin edildiyindən mülki işin icraatı dayandırılmışdır; - Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan MR X1 xx.xx.2023-cü il tarixli 382 saylı Ambulator Məhkəmə-Psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, Əliyev Nicat Qabil oğlunda “Dərin əqli gerilik” psixi xəstəliyi var. Əliyev Nicat Qabil oğlu öz hərəkətlərini anlamaq və öz hərəkətlərini idarə edə bilmək iqtidarında deyil. Əliyev Nicat Qabil oğlunun sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirakına imkan vermir; - Şərur rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli 2(110)-999/2023 saylı qərardadından görünür ki, mülki işin icraatı təzələnmişdir. Beləliklə məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, Ərizəçi oğlu 11 aprel 2002-ci il təvəllüdlü Əliyev Nicat Qabil oğlunda “Dərin əqli gerilik” psixi xəstəliyi var, öz hərəkətlərinə rəhbərlik edə bilmir və hər zaman başqasının köməyinə ehtiyacı var. Məhz buna görə də ərizəçi məhkəməyə müraciət edərək 11 aprel 2002-ci il təvəllüdlü Əliyev Nicat Qabil oğlunun üzrərində qəyyum təyin olunması üçün onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmasını istəyir. Mülki işin məhkəmə araşdırması zamanı şəxsin psixi qüsurlu olubolmamasını müəyyən edilməsi məqsədilə məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan MR X1 xx.xx.2023-cü il tarixli 382 saylı Ambulator Məhkəmə-Psixiatrik ekspertizasının rəyində Əliyev Nicat Qabil oğluda “Dərin əqli gerilik” psixi xəstəliyi var. Əliyev Nicat Qabil oğlu öz hərəkətlərini anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil psixi xəstəliyi var. X3 öz hərəkətlərini anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilərlər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir...; - 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir... . Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; - 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər; - 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir; - 319-cu maddəsinə əsasən, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir...; - 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağrılır; - 321.2-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan MR X1 xx.xx.2023-cü il tarixli 382 saylı Ambulator Məhkəmə-Psixiatrik ekspertizasının rəyinə əsasən 11 aprel 2002-ci il təvəllüdlü Əliyev Nicat Qabil oğlunun öz hərəkətlərinin mənasını anlaya bilməməsi və hərəkətlərini idarə edə bilməməsi halları onun fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsinə kifayət qədər əsas verir. Ona görə də ərizə təmin olunmalı, 11 aprel 2002-ci il tarixdə Şərur rayon Zeyvə kəndində doğulmuş və Şərur rayon Zeyvə kəndində yaşayan Əliyev Nicat Qabil oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 11 aprel 2002-ci il tarixdə Şərur rayon Zeyvə kəndində doğulmuş və Şərur rayon Zeyvə kəndində yaşayan Əliyev Nicat Qabil oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Məhkəməyə müraciət etməsi ilə əlaqədar Ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar