Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-55/2025 13.01.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X15 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “mirasın qəbulu edilməsi və tam payın müəyyən edilməsi” tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X52. Baba oğlundan miras qalmış əmlakın onun tərəfindən qəbul edilməsi və mirasdan tam payın müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası Babayev Səttar K.Baba oğlu xx.xx.2020-ci il tarixdə vəfat etdiyini, ondan ünvan 1 ünvanında ümumi sahəsi 85,87 m² mağaza miras qaldığını, anası isə X16 xx.xx.2022-ci il tarixdə vəfat etdiyini, atasından sonra həmin miras əmlak olan mağazanı o işlətdiyini, anasının sağlığında onun razılığı ilə onun adından müqavilə bağlanaraq icarəyə verdiyini, anası X16 vəfat etməmişdən əvvəl notarial qaydada bütün mirasını ona vəsiyyət etdiyini, qardaşlarının arasında mirasla bağlı mübahisə olmasa da Yusif və Əyyub Bakı şəhərində yaşadıqlarından onlardan razılıq ala bilmədiyini, qardaşı Asəflə isə mirasla bağlı razılığa gələ bilmədiyini, əvvəlcə mirasdan imtina edəcəyini desə də sonradan fikrini dəyişdiyini, onun atasından qalmış miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Şərur Rayon 2 saylı Dövlət Notariat Ofisinə müraciət etdiyini, lakin Notariat Ofisi qanunla müəyyən edilmiş müddəti buraxdığından vərəsəlik haqqında şəhadətnamə verməkdən imtina etdiyini, onun mirasının onun tərəfindən qəbul edilməsi faktını məhkəmədən kənar başqa cür sübut edə bilmədiyini, bununla bağlı qohumları və qonşuları da şahidlik edə biləcəyini, ona görə də, məcbur qalıb məhkəməyə müraciət etdiyini bildirmişdir. 13 dekabr 2024-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd edilən xüsusatlarla eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında atası vəfat etdikdən sonra atasından qalan mirası qəbul etmək üçün notariusa ərizə ilə müraciət etdiyini, notarius ona 6 ay sonra mütaciət etməyini bildirdiyini, atası vəfat etdikdən sonra hazırkı mübahisəli qeyri-yaşayış sahəsini Elşən adlı şəxsə kirayə verdiyini, kirayə haqqını Elşəndən o aldığını, Asəfin arvadının əmisi oğluna Asəfə göndərməsi üçün verdiyini, həmin qeyri-yaşayış sahəsinin 2 otaqdan ibarət olduğunu, 1 otağı gözəllik salonu kimi fəaliyyət göstərdiyini, 1 otağını da Elşən Əliyev mağaza kimi işlətdiyini, ümumilikdə kirayə 1600 manat olduğunu, həmin pulun hamısını Asəfə göndərdiyini, həmin pulun üzərinə Asəf 3400 manat əlavə edərək, Naxçıvan şəhərində aldığı evin 5000 manat aylıq ödənişini ödədiyini, anası vəfat etdikdən sonra borcu olduğu üçün mağazanı satıb borclarını ödəmək istədiyini, lakin Asəfin razılıq vermədiyi üçün sata bilmədiyini, kirayə pulunu 2024-cü ilin iyun ayından bəri onun aldığını, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdiyini bildirmişdir. Cavabdeh1 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclaslarında iştirak etməmiş, lakin vəkil və nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 13 dekabr 2024-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında cavabdehin vəkili və nümayəndəsi X36 məhkəməyə iddia ərizəsinə etiraz ərizəsi təqdim edərək ərizəsində bildirmişdir ki, İddiaçı "Mirasın qəbulu və payın tam müəyyən edilməsi tələbi barədə iddia ərizəsi tamamilə əsassızdır. Ona görə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya ölmüş elan edilməsi barədə məhkəmənin qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Miras qoyan mərhum Babayev Səttar K.Baba oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Həmin məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Sual olunur, İddiaçı indiyəcən harad idi. Mirası qoyan mərhum Babayev Səttar K Baba oğlu xx.xx.2020-ci il tarixdə vəfat etdikdən sonra ondan miras qalmış ünvan 2 ünvanında yerləşən 85.87 kv.m ölçüsündəki qeyri-yaşayış sahəsi olan mağaza binasını miras qoyanın vərəsəsi Cavabdeh1 faktiki olaraq qəbul etmiş, onun tam nəzarətinədə olmuş və idarə etməyə başlamışdır. Belə ki, mağazanı 1998-2014cü il tarixədək Şərur rayon Kürəkənd kəndində qeydiyyata olan və həmin ünvanda yaşayan X8 təklifi ilə və Cavabdeh1 razılığı ilə X22 icarə etməyə başlamışdır.Belə ki, mağazanı 1998-2014-cü il tarixədək Şərur rayon Kürəkənd kəndində qeydiyyata olan və həmin ünvanda yaşayan X8 təklifi ilə və Cavabdeh1 razılığı ilə X22 icarə etməyə başlamışdır. Ondan sonra isə yəni 2014-cü ildən bugünədək Şərur şəhəri, Səməd Vurğun 30/14 qeydiyyatda olan və həmin ünvanda yaşayan X23 təklifi və Cavabdeh1 razılığı ilə X37 icarə etməyə başlamışdır. X22 və X3 mağazanın icarə haqlarını Cavabdeh1 göstərişı ilə Şərur rayonun, Kürkənd kəndində qeydiyyatda olan, həmin ünvanda yaşayan X14 tapşırmışdır. X24 isə vaxtlı-vaxtında icarə haqlarını X6 və X17 alaraq Cavabdeh1 göndərirmişdir. ünvan 1 ünvanında yerləşən 85.87 kv.m ölçüsündəki qeyri-yaşayış sahəsi olan mağaza binasından yığılan kommersiya istilik xidmətinin və kommersiya tullantı xidmətinin ödənişləri isə mağazanı icarəyə götürən X23 adından ödənilmişdir. Sözügedən mağazanın elektirik sayğacı və ödənişləri isə Cavabdeh1 göstərişı və tapşırığı ilə mağazadan icarə haqların yığan və ora nəzarət edən X9 adınadır. X18 xx.xx.2022-ci il tarixdə vəfat etdikdən sonra da Cavabdeh1 sözügedən mirasa eyni qaydada idarəçiliyini bu günədək davam etdirir. Bundan başqa İddiaçı iddia ərizəsində qeyd edir ki güya mərhum anası X2, yəni xx.xx.2022-ci il tarixdə Şərur rayon 2 saylı Notariat Ofisinin xüsusi notariusu X25 yanında vəsiyyətnamə qoyub ki, ona məxsus bütün daşınar və daşınmaz əmlakları harada yerləşməsindən və nədən ibarət olmasından aslı olmayaraq oğlum İddiaçı vəsiyyət edirəm. Sözügedən 2V-8 reyestir nömrəli vəsiyyətnamə tamamilə etibrarsız və saxtadır. Ona görə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1180-ci maddəsinə əsasən vəsiyyətnamə notariat tərəfindən yazılmalı, həmin məcəllənin 1180.1-ci maddəsina əsasən isə vəsiyyətnamənın notariusun və 2 şahidin yanında vəsiyyət edənin sözlərindən yazılmasına yol verilir. Vəsiyyətnamənin yazılması hamılıqla qəbul olunmuş texniki vasitələrlə tətbiq edilə bilər. Həmin məcəllənin 1180.2-ci maddəsinə əsasən notariusun vəsiyyət edənın sözlərindən yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. Həmin Məcəllənin 1188-ci maddəsinə əsasən vəsiyyətnamənin texnik vasitəvələrdən istifadə etməklə tərtibi vəsiyyətnamənin mətni hamlıqla qəbul olunmuş texniki vasitələrin köməyi ilə ifadə edilə bilər, lakin imzanı vəsiyyət edən qoymalıdır. Bu halda vəsiyyət edən vəsiyyətnaməni iki şahidin yanında tərtib etməli və imzalamalıdır. Həmin şahidlər təsdiq etməlidir ki, vəsiyyətnamə onların yanında texniki vasitələrdən istifadə edilməklə tərtib olunmuşdur. Vəsiyyət edən vəsiyyətnaməni imzaladıqdan dərhal sonra şahidlər vəsiyyətnamədə adlarını soyadlarını və yaşayış yerlərini göstərməklə müvafiq qeyd vasitəsilə vəsiyyətnaməni təsdiqləməlidilər. Təssüflər olsun ki, sözügedən vəsiyyətnamədə şahidlərin adları, soyadları. atalarının adları, yaşayış yerləri və imzaları yoxdur. Eləcə də vəsiyyətnamənin arxasında şahidlərin fotoşəkilləri yoxdur. Belə görünür ki xx.xx.2022-ci il tarixdə Şərur rayon 2 saylı Notariat Olisinin xüsusi notariusu X25 yanında vəsiyyətnamə tərtib edilən zaman şahid olmayıb. Azərbaycan Respublikası MM-nin 1180.2 va 1188-ci maddələrinin tələblərini kobud şəkildə pozulub sözügedən 2V-8 reyestir nömrəli vəsiyyətnamə tamamilə etibarsız və saxtadır. Bundan başqa İddiaçı iddia ərizəsində qeyd edir ki, güya xx.xx.2023-cü il tarixdə X37 ilə icarə müqaviləsi bağlayıb. Bu da əsassızdır. Ona görə ki, icarə müqaviləsını ancaq rəsmi olaraq notariat qaydasında mülkiyyətçi bağlaya bilər. Hazırda sözügedən ünvan 2 ünvanında yerləşən 85.87 kv.m ölçüsündəkı qeyri-yaşayış sahəsi olan mağaza binası Daşınmaz Əmlakın Dövlət Reyestirində mülkiyyətçi kimi mərhum Babayev Səttar K.Baba oğlunun adınadır. O xx.xx.2020-ci il tarixdə vəfat etdikdən sonra isə Cavabdeh1 faktiki olaraq sahib çıxıb, idarə etməyə başlayıb. Eləcə də Cavabdeh1 X1 da xx.xx.2022-ci il tarixdə vəfat etdikdən sonrada eyni qaydada mirasım idarəçiliyini faktikiri olaraq davam etdib və hazırda da davam etdirir. Buna görə də İddiaçı iddisı Azərbaycan Respublikası MM-nin tələblərina əsasən əsassızdır və təmin edilməməlidir. 13 dekabr 2024-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil izahatında etiraz ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar, məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 26 dekabr 2024-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında iddiaçının təşəbbüsü ilə məhkəməyə dəvət edilən şahid X10 ifadəsində və ona verilən suallara cavabında o həmin mağazada 2004-cü ildə Vahid adlı ustanın yanında fəhlə işlədiyini, onların pulunu Musa ödədiyini, həmin dövrdə mağazanı Nazim kirayə işlətdiyini bildirmişdir. 26 dekabr 2024-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında cavabdehin vəkili və nümayəndəsinin vəsatətinə əsasən məhkəməyə dəvət edilən şahid X37 ifadəsində və ona verilən suallara cavabında o həmin mağazanı 2016-cı ildə Vüsal Babayevdən təhvil aldığını, bu günə qədər onun istifadəsində olduğunu, 2016-cı ildən 2024-cü ilin iyul ayına qədər kirayə pulunu Vüsal Babayevə ödədiyini, 2024-cü ilin iyul ayında sonra İddiaçı ödədiyini bildirmişdir. 26 dekabr 2024-cü il tarixdə keçirilən məhkəmə baxışı cavabdehin vəkili və nümayəndəsinin vəsatətinə əsasən məhkəməyə dəvət edilən şahid X24 ifadəsində və ona verilən suallara cavabında həmin mağazanı Cavabdeh1 ona kirayə verməsi üçün həvalə etdiyini, 2015-ci ildə həmin mağazanı Elşən Əliyevə kirayə verdiyini, 2024-cü ilin iyul ayına qədər hər ay kirayə haqqını alıb Cavabdeh1 göndərdiyini bildirmişdir. 26 dekabr 2024-cü il tarixdə keçirilən məhkəmə baxışı cavabdehin vəkili və nümayəndəsinin vəsatətinə əsasən məhkəməyə dəvət edilən şahid X22 ifadəsində və ona verilən suallara cavabında 1998-ci ildə Cavabdeh1 onu yanına çağıraraq, hazırkı mübahisəli mağazanı işlətməyi ona təklif etdiyini, o da qəbul etdiyini, 2014-cü ilin noyabr ayına qədər həmin mağazanı işlətdiyini, 2014-cü ildən sonra mağaza ilə əlaqəsi olmadığını bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı əlavə olaraq izahatında onun atası Səttarın ölümündən sonra ona məxsus olan Şərur rayon Kürkəndində olan 0.11 ha kənd təsərrüfat təyinatlı torpaq sahsəsi miras əmlak olaraq faktiki qəbul etdiyini, atasının ölümündən sonra həmin torpaq sahəsini bugünədək özü əkib becərdiyini, 2020-ci ildən məkə, müxtəlif vaxtlarda buğda əkdiyini, haliyədə də buğda əkini apardığını, başqa bacı qardaşlarından heç kim bu torpaqdan atası öldükdən sonra istifadə etmədiyini, onun istifadəsində olduğunu, qardaşı Asəfin atasının baş daşı üçün 500 manat və anasının baş daşı üçün 500 manat göndərdiyini, ona heç bir manat pul göndərmədiyini,əlavə olaraq ona ümumilikdə 5 ay hər ay 5000 manat göndərdiyini, həmin pullada Şərur rayon Kürkəndinin yollarını, mərasim evini və məscidini tikdirdiyini, ona şəxsi xərcləməsi üçün pul vermədiyini bildirərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil əlavə olaraq izahatında Cavabdeh1 iddiaçıya başqa işlərlə məşğul olmaması üçün hər ay 5000 manat pul verdiyini, həmçinin kənddə atasına və özlərinə məxsus torpaq sahələrini əkib becərməsini dediyini, cavabdehin dediyinə görə ona görə də kənddə olan bütün torpaq sahələrinin Musanın istifadəsində olduğunu, onun əkib becərdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında iddiaçının təşəbbüsü ilə məhkəməyə dəvət edilən şahid X26 ifadəsində və ona verilən suallara cavabında Musa ilə həmkəndli olduğunu, Musanın atası Səttar əminin təqribən 5-6 il olar rəhmətə getdiyini, atasından Şərur rayon Kürkəndində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qaldığını, özünün kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə Musanın atasından qalan torpaq sahələrinin qonşuluqda yerləşdiyini, torpaq sahəsinin dəqiq sahəsini bilmədiyini, Musanın həmin torpağı atasının sağlığında da, atası rəhmətə getdikdən sonra bu günədək özünün əkib becərdiyini, həmin torpaq sahəsini 4 il suvardığını, Musanın həmin torpaq sahəsində əvvlcə məkə, son vaxtlar isə buğda əkdiyini, o torpaq sahəsində Musanın digər bacı və qardaşlarını görmədiyini bildirmişdir. Məhkəmə baxışı iclasında iddiaçının təşəbbüsü ilə məhkəməyə dəvət edilən şahid X27 ifadəsində və ona verilən suallara cavabında Musa ilə qonşu olduğunu, Musanın atası Səttar əminin dəqiq xatırlamasada 2-3 ildir rəhmətə getdiyini, onun Şərur rayon Kürkəndində kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsinin dəmir yolunun arxasında yerləşdiyini, Musanın həmin torpağı atasının sağlığında da, onun ölümündən sonra da bu günədək əkib becərdiyini, kənd təsərrüfatı təyinatlı Musanın həmin torpaqda buğda, məkə əkib becərdiyini dəqiq bildiyini, çox vaxtı əkinləri Musanın özünün suvardığının şahid olduğunu, torpaq sahələrini suvarmaları üçün ümumiyyətlə onları kəndində heç kimin su pulu vermədiyini bildirmişdir. Məhkəmə baxışı iclasında iddiaçının təşəbbüsü ilə məhkəməyə dəvət edilən şahid X33 ifadəsində və ona verilən suallara cavabında Musa ilə qonşu olduğunu, Musanın atası Səttar əminin təqribən 3-4 ildir rəhmətə getdiyini, rəhmətə gedəndən sonra onun Şərur rayon Kürkəndində kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qaldığını, həmin torpaq sahəsinin dəmir yolunun arxasında yerləşdiyini, hətta ona məxsus torpaq sahəsi həmsərhəd olduğunu, Musanın həmin torpaq sahəsini Səttar əmi sağlığında və ondan sonra da əkib becərdiyini, çox vaxtı əkinləri Musanın özünün suvardığını, o torpaq sahəsində Musanın digər bacı və qardaşlarını görmədiyini, torpaq sahələrini suvarmaları üçün ümumiyyətlə onları kəndində heç kimin su pulu vermədiyini bildirmişdir. Məhkəmə baxışı iclasında iddiaçının təşəbbüsü ilə məhkəməyə dəvət edilən şahid X47 ifadəsində və ona verilən suallara cavabında Musa ilə qonşu olduğunu, Musanın atası Səttar əminin 3-4 il olar rəhmətə getdiyini, o, rəhmətə gedəndən sonra onun Şərur rayon Kürkəndində kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qaldığını, həmin torpaq sahəsinin dəmir yolunun arxasında yerləşdiyini, hətta ona məxsus torpaq sahəsi həmsərhəd olduğunu, Səttar əminin sağlığında da, o, rəhmətə getdikdən sonra da Musanın həmin torpaq sahəsini əkib becərdiyini, həmin sahəyə Musanın buğda, məkə əkib becərdiyini, bu ildə buğda əkdiyini, Musanın digər bacı və qardaşlarını orda görmədiyini, torpaq sahələrini suvarmaları üçün ümumiyyətlə onları kəndində heç kimin su pulu vermədiyini bildirmişdir. Məhkəmə toplanmış sübutlara, o cümlədən iddiaçının, cavabdehin vəkili-nümayəndəsinin izahatına, şahidlərin ifadələrinə və tədqiq olunmuş sənədlərə hüquqi qiymət verərək bu qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Şərur rayon Kürkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İİ 084971 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Babayev Səttar K.Baba oğlu xx.xx.2020-ci il tarixdə Şərur rayon Kürkənd kəndində dəqiqləşdirilməmiş qaraciyər çatışmamazlığı səbəbindən ölmüşdür; - Şərur rayon Kürkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, mərhum X4 aşağıdakı tərkibdən ibarət ailə üzvləri vardır:
1. Arvadı: Məmmədova (Babayeva) Rodina Məmməd qızı-vəfat edib
2. Oğlu: İddiaçı
3. Oğlu: Cavabdeh1
4. Oğlu: Cavabdeh2
5. Oğlu: Cavabdeh3
6. Oğlu: X29
7. Qızı: Vəliyeva (Babayeva) Elmira Səttar qızı
8. Qızı: Murşudova (Babayeva) Nəzakət Səttar qızı - xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən, 85.87 kv.m qeyri yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə X5 adına qeydiyyata alınmışdır; - JN-150 KOD 10214048 nömrəli Torpağın mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Şərur rayon Aqrar İslahat Komissiyasının 05 avqust 1996-cı il tarixli 01 nömrəli qərarı Babayev Səttar K.Baba oğluna, X11, X20 ümumi birgə mülkiyyət hüququ əsasında Şərur rayon Kürkəndi kəndində 0.11 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir; - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İ 871584 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X16 xx.xx.2022-ci il tarixdə Şərur rayon Kürkənd kəndində miokard-infarkt səbəbindən ölmüşdür; - xx.xx.2022-ci il tarixli Vəsiyatnamədən görünür ki, Şərur rayon Kürkənd kənd yaşayan X16 vəsiyətnaməsində ölən günədək ona məxsus olan harda yerləşməsindən və nədən ibarət olmasından aslı olmayaraq bütün daşınar və daşınmaz əmlakları oğlu İddiaçı vəsiyyət etmişdir; - xx.xx.2023-cü il tarixli icarə müqaviləsindən görünür ki, Şərur şəhərində yerləşən 87.4 kv.m mağaza İddiaçı tərəfindən X30 aylıq 300 manata kirayə verilmişdir; - İliç rayon Şəhriyar kənd tərəfindən verilmiş xx.xx.1972-ci il tarixli doğum haqqında şəhadətnamənin notaritar qaydada təsdiqlənmiş surətindən görünür ki, X13 və X16 xx.xx.1972-ci il təvəllüdlü İddiaçı valideynləridir. - İddiaçı Şərur rayon 2 saylı notariat ofisində vermiş olduğu ərizəsində bildirmişdir ki, xx.xx.2020ci il tarixdə vəfat etmiş mərhum Babayev Səttar K.Baba oğlunun ölümündən sonra miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməyinizi xahiş etmişdir; - Şərur rayon iki saylı notariat kontorunun xx.xx.2024-cü il tarixli 87 nömrəli qərarından görünür ki, Şərur rayon Kürkənd kəndində qeydiyyatda olan İddiaçı Qanun üzrə vərəsəlik hüququ şəhadətnamə verilməsindən imtina edilmişdir; - Cavabdeh2 Bakı şəhəri 26 saylı notariat ofisində vermiş olduğu ərizəsində bildimişdir ki, atam Babayev Səttar K.Baba oğlu xx.xx.2020-ci il tarixdə ölmüşdür. Mənim tərəfimdən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilən altı aylıq müddət ötürülmüşdür, yəni buraxılmışdır. Atamın ölümündən sonra mirasın nədən ifadə edilməsindən asılı olmayaraq qəbul etməmişəm və buna görə də öz vərəsəlik hüququmu rəsmiləşdirmək niyyətində deyiləm. Mirasın qəbul edilməsi müdətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət məqsədim yoxdur. Mənə məlumdur ki, mirasdan imtina barədə ərizə ləğv edilə bilməz və ya geri götürülə bilməz. Əgər miras paydan imtina edirəmsə (həm qanun üzrə həmdə vəsiyyətnamə üzrə) mən bütün miras əmlakdan imtina edirəm; - X12 Bakı şəhəri 50 saylı notariat ofisində vermiş olduğu ərizəsində bildimişdir ki, atam Babayev Səttar K.Baba oğlu xx.xx.2020-ci il tarixdə ölmüşdür. Mənim tərəfimdən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilən altı aylıq müddət ötürülmüşdür, yəni buraxılmışdır. Atamın ölümündən sonra mirasın nədən ifadə edilməsindən asılı olmayaraq qəbul etməmişəm və buna görə də öz vərəsəlik hüququmu rəsmiləşdirmək niyyətində deyiləm. Mirasın qəbul edilməsi müdətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət məqsədim yoxdur. Mənə məlumdur ki, mirasdan imtina barədə ərizə ləğv edilə bilməz və ya geri götürülə bilməz. Əgər miras paydan imtina edirəmsə (həm qanun üzrə həmdə vəsiyyətnamə üzrə) mən bütün miras əmlakdan imtina edirəm; - X21 Bakı şəhəri 50 saylı notariat ofisində vermiş olduğu ərizəsində bildimişdir ki, atam Babayev Səttar K.Baba oğlu xx.xx.2020-ci il tarixdə ölmüşdür. Mənim tərəfimdən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilən altı aylıq müddət ötürülmüşdür, yəni buraxılmışdır. Atamın ölümündən sonra mirasın nədən ifadə edilməsindən asılı olmayaraq qəbul etməmişəm və buna görə də öz vərəsəlik hüququmu rəsmiləşdirmək niyyətində deyiləm. Mirasın qəbul edilməsi müdətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət məqsədim yoxdur. Mənə məlumdur ki, mirasdan imtina barədə ərizə ləğv edilə bilməz və ya geri götürülə bilməz. Əgər miras paydan imtina edirəmsə (həm qanun üzrə həmdə vəsiyyətnamə üzrə) mən bütün miras əmlakdan imtina edirəm. Beləliklə də, məhkəmə tədqiqatının nəticəsi olaraq müəyyən olunmuşdur ki, Babayev Səttar K.Baba oğlu xx.xx.2020-ci il tarixdə Şərur rayon Kürkənd kəndində dəqiqləşdirilməmiş qaraciyər çatışmamazlığı səbəbindən ölmüşdür. Şərur rayon Kürkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, mərhum Babayev Səttar K.Baba oğlu vəfat etdikdən sonra onun Məmmədova (Babayeva) Rodina Məmməd qızı, İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X29, Vəliyeva (Babayeva) Elmira Səttar qızı və Mürşüdova (Babayeva) Nəzakət Səttar qızı adında vərəsələri qalmışdır. Həmçinin iş materialında olan sənədlərlə müəyyən edilmişdir ki, Babayev Səttar K.Baba oğlu öldükdən sonra ondan ünvan 6 ünvanında yerləşən, 85.87 kv.m qeyri yaşayış sahəsi və Şərur rayon Kürkənd kəndində 0.11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi miras qalmışdır. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir xx.xx.2020-ci il tarixdə ölmüş Babayev Səttar K.Baba oğlundan miras qalmış əmlakları onun vərəsələrindən yalnız İddiaçı və Cavabdeh1 faktiki qəbul etmələri və idarə etmələrinə dair bütün hərəkətləri nümayiş etdirmələri iddiaçının izahatı, şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Bu isə onu deməyə əsas verir ki, hər iki vərəsə miras əmlakları qəbul etdiyini şəksiz nümayiş etdirmişlər. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün notariat ofislərinə ərizə vermiş, notariat ofisi iddiaçıya müddət ötürüldüyündən və mübahisə olduğundan qanun üzrə vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmişdir. Eyni zamanda məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, iddiaçı Babayev Səttar K.Baba oğlu öldükdən sonra ondan miras qalmış ünvan 6 ünvanında yerləşən, 85.87 kv.m qeyri - yaşayış sahəsini nə faktiki, nə də ki, hüquqi baxımdan qəbul etməsədə, Babayev Səttar K.Baba oğlu öldükdən sonra ondan miras qalmış Şərur rayon Kürkənd kəndində 0.11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini faktiki qəbul etməklə onu idarə etmişdir. Məhkəmə qeyd edirki, iddiaçı mirasın bir hissəsinə sahiblik etməyə faktik başladığından belə hesab edilməlidir ki, o, dolayısı ilə mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, mirası tamamilə qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.3- cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, vərəsələrdən Cavabdeh2, Vəliyeva (Babayeva) Elmira Səttar qızı və Mürşüdova (Babayeva) Nəzakət Səttar qızı notariat kontoruna ərizə verməklə atalarından qalmış miras əmlakları qəbul etməkdən imtina etmiş, digər vərəsələrin isə mirası əmlakları nə hüquqi cəhətdən, nə də ki, faktiki cəhətdən qəbul etmələri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib olur. “G.Qəhrəmanovanm şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının “18” oktyabr 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, miras əmlakı faktiki idarə etmək vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.” Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; - 1159.1.1- ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar; - 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; - 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; - vərəsəlik hüquq münasibətləri yaranan zaman qüvvədə olmuş 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Eyni zamanda məhkəmə qeyd edir ki, məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə yanaşı Cavabdeh1da Babayev Səttar K.Baba oğlundan miras qalmış əmlakları faktiki qəbul etmiş və idarə etməsinə dair bütün hərəkətləri nümayiş etdirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür; - 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Göründüyü kimi mülki qanunvericilik miras əmlakla bağlı vərəsələr arasında mübahisə olduqda iddianın hansı vərəsə tərəfindən qaldırılmasından asılı olmayaraq prosessual qənaət prinsipinə uyğun olaraq mirası qəbul etmiş bütün vərəsələrin paylarını müəyyən etməlidir. Beləliklə də, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2020-ci il tarixdə ölmüş Babayev Səttar K.Baba oğlundan miras qalmış əmlakların İddiaçı və Cavabdeh1 tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməklə, həmin miras əmlaklarda İddiaçı və Cavabdeh1 hər birinin 1/2 (ikidə bir) hissədə payı müəyyən edilməli, iddia digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəməyə müraciət edilməsi məqsədi ilə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixdə ölmüş Babayev Səttar K.Baba oğlundan miras qalmış əmlakların İddiaçı və Cavabdeh1 tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməklə, həmin miras əmlaklarda İddiaçı və Cavabdeh1 hər birinin 1/2 (ikidə bir) hissədə payı müəyyən edilsin. İddia digər hissədə rədd edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Seymur Qarayev