Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-57/2022 06.01.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Səfərova Ayşən Fazil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin qanunsuz sahibliyində olan miras qalmış pul vəsaitinin məcburi qaydada tutulması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərur rayon Yengicə kənd sakini Cavabdeh bank hesabında olan 11000 manat siğorta haqqından azyaşlı qızı X4 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən çatan miras payın – 5500 manat məbləğində pul vəsaitinin məcburi qaydada cavabdehdən tutularaq ona ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi Şərur rayonu Çomaxtur sakini X8 ilə 2017-ci ildə nikahlarını qeyd etdirmədən evləndiklərini, 2020-ci ilə kimi bir ailədə ər arvad kimi yaşadıqlarını, birgə yaşadıqları müddətdə 25.11.2018-ci il tarixdə X1 doğulduğunu, nikahları olmadığından uşağa doğum şəhadətnaməsi alarakən öz soyadı ilə şəhadətnamə verildiyini, həyat yoldaşı X6 30.10.2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olduğunu, Şərur Rayon Məhkəməsində atalığın etiraf olunmasını faktının müəyyən edilməsi ilə bağlı qətnamə qəbul olunduğunu, lakin qətnamə qanuni qüvvəyə minmədən qayınanasının Şərur Rayon 2 saylı Notariat Ofisinə müraciət edərək vərəsəlik hüququ haqqında şəhadətnamə aldığını, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra uşağına münasibətdə vərəsəlik haqqında şəhadətnamə almaq üçün müraciət etdiyini, artıq vərəsəlik haqqında şəhadətnamənin verildiyinin məlum olduğunu, sonradan mirasın qəbul edilmə müddətinin uzadılması tələbi ilə məhkəməyə müraciət etdiyini, Şərur Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli 2(110)-328/2021 saylı qətnaməsi ilə Cavabdeh verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilərək qızı X2 münasibətdə mirasın qəbul edilmə müddətinin 1 ay müddətinə uzadıldığını, qətnamə qanuni qüvvəyə minənədək şəhidlər üçün ödənilən siğorta pulunu qaynanası Cavabdeh bank hesabına köçürüldüyünü, sonradan onun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə aldığını, siğortadan qızına çatan pay üçün Kapital Banka və Notariat Kontoruna müraciət etdiyini, lakin sığorta pulu qaynanası Cavabdeh bank hesabına köçürüldüyündən onun ərizəsi əsasında mümkün olacağının ona bildirildiyini, bu barədə qaynanasına dəfələrlə müraciət etsə də həmin həmin 11000 manat vəsaitdən qızı X2 çatan 5500 manat vəsaiti könüllü şəkildə ona ödəməkdən imtina etdiyini, ona görə də məcbur qalıb məhkəməyə müraciət etdiyini bildirmişdir. İşdə iştirak edən şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında və verilmiş suallara cavabında iddia ərizəsində qeyd olunan halları təsdiq edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında lazımi qaydada xəbərdar edilmiş cavabdeh iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar: İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 27.01.2021-ci il tarixli Az-İV № 508927 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 25.11.2018-ci il tarixdə doğulmuş X3 atası X8, anası isə İddiaçıdır. İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 03.11.2020-ci il tarixli Az-İ № 750711 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 30.10.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Şərur Rayon Məhkəməsininin 08.12.2020-ci il tarixli 2(110)- 607/2020 nömrəli qətnamədən çıxarışdan görünür ki, atalığın etiraf olunması faktının müəyyən edilməsi ilə bağlı qətnamə qəbul olunmuş, X3 atasının X8 olması müəyyən olunmuşdur. İş materiallarında olan Şərur Rayon Məhkəməsininin 20.05.2021-ci il tarixli 2(110)- 328/2021 nömrəli qətnamədən çıxarışdan görünür ki, Şərur Rayon 2 Saylı Notariat Kontoru tərəfindən Cavabdeh adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilmiş və X5 qalmış mirasın qəbul edilməsi X2 münasibətdə 1 ay müddətinə uzadılmışdır. İş materiallarında olan Şərur Rayon 2 Saylı Notariat Kontorunun 05.07.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X6 vərəsələri X7 və Cavabdehdır və hər biri mirasdan ½ pay almalıdır. Miras əmlak Dövlət Sığorta Şirkəti tərəfindən ödənilmiş 11000 (on bir min) manat kompensasiyadan ibarətdir. İş materiallarında olan "xxxx" ASC-nin 21.10.2021-ci il tarixli 100 nömrəli imtina məktubundan görünür ki, İddiaçı cavabdehə qarşı pul tələbi ilə bağlı məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, işdə iştirak edən şəxslərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə X8 ilə rəsmi nikah qeydi olmadan faktiki nikah münasibətlərinə daxil olublar. Birgə yaşadıqları müddətdə 25.11.2018-ci il tarixdə X7 doğulmuşdur. X8 30.10.2020-ci il tarixdə şəhid olmuşdur. Şərur Rayon Məhkəməsininin 08.12.2020-ci il tarixli 2(110)-607/2020 nömrəli qətnaməsi ilə X3 atalıq faktı müəyyən olunmuşdur. Qətnamə qanuni qüvvəyə minmədiyi dövrdə, yəni 22.12.2020-ci il tarixdə cavabdeh Şərur rayon 2 saylı Dövlət Notariat Kontoruna müraciət edərək vərəsəlik hüququ haqqında şəhadətnamə aldığından Şərur Rayon 2 Saylı Notariat Kontoru 12.04.2021-ci il tarixli qərarı ilə İddiaçı uşaq üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Şərur Rayon Məhkəməsininin 20.05.2021-ci il tarixli 2(110)-328/2021 nömrəli qətnaməsi ilə Cavabdeh adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilmiş və X5 qalmış mirasın qəbul edilməsi X2 münasibətdə 1 ay müddətinə uzadılmışdır. Qətnamə qanuni qüvvəyə minənədək şəhidlər üçün ödənilən sığorta pulu cavabdehin bank hesabına köçürülmüşdür. Şərur Rayon 2 Saylı Notariat Kontorunun 05.07.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X6 vərəsələri X7 və Cavabdehdır və hər biri mirasdan ½ pay almalıdır. Miras əmlak Dövlət Sığorta Şirkəti tərəfindən ödənilmiş 11000 (on bir min) manat kompensasiyadan ibarətdir. İddiaçı həmin məbləğin bölünməsi üçün müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Məhkəmə işin yuxarıda sadalanan və məhkəmə tərəfindən müəyyən edilən faktiki hallarına əsasən iddia tələbinin əsaslılığını aşağıda qeyd olunan hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələr sayılır. İş üzrə X7 da Cavabdeh ilə birgə mərhum X6 birinci növbə vərəsəsi sayıldığından vərəsəlik hüquq haqqında şəhadətnamə verilmiş və X3 şəhidlərin vərəsələrinə ödənilən siğorta ödənişinin yarısına münasibətdə pay hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, İddiaçı şəhidlərin vərəsələrinə ödənilən siğorta ödənişinin azyaşlı qızı X4 münasibətdə tələb etməkdə haqlı olmuşdur. İşin məhkəmə tərəfindən müəyyən olunan hallarına yuxarıda qeyd edilən normaları tətbiq edən məhkəmə bu nəticəyə gəlir ki, mərhum X6 birinci növbə vərəsələri anası və uşağı olduğundan, Cavabdeh bank hesabına köçürülən 11000 manat sığorta haqqının yarısı - 5500 manat məbləğində pul vəsaiti X3 xeyrinə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 9.1.20-ci maddəsinə əsasən şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunu ödəməkdən azad olunurlar. İş üzrə İddiaçı şəhid ailəsinin üzvü olduğundan dövlət rüsumunu ödəməkdən azad olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayon Yengicə kənd sakini Cavabdeh bank hesabına köçürülmüş 11000 manat sığorta haqqının X4 məxsus ikidə bir hissəsi olan 5500 (beş min beş yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-57/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-57/2022
06.01.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver