Məhkəmə qərarları › İş №2(110)-574/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-574/2022

07.09.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-574/2022 07.09.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və X1 qarşı “mirasın qəbulu faktının müəyyən edilməsi tələbi barədə” mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X3.Mahmud qızından miras qalmış Şərur rayon Qışlaqabbas kəndində yerləşən 0.3199 ha torpaq sahəsi olan bir mərtəbəli, 6 otaqlı, 145.82 kv.m yaşayış, 83.14 kv.m qeyri-yaşayış, 115.61 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin onun tərəfindən qəbul olunması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq ərizəsində, Şərur Rayon Məhkəməsində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və X1 qarşı “mirasın qəbulu faktının müəyyən edilməsi tələbi barədə” iddia qaldırdığını, hazırda cavabdehlərlə öz aralarında razılığıa gəldiklərini, buna görə də iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Mülki iş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələriinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər; - 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikasının Mülki - Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə uyğun olaraq iddia ərizəsi geri qaytarıldığından, İddiaçı tərəfindən Kapital Bank ASC-nin Şərur filialı vasitəsilə xx.xx.2022-ci il tarixli, 20981 nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının Mülki - Prosessual Məcəlləsinin 170, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və X1 qarşı “mirasın qəbulu faktının müəyyən edilməsi tələbi barədə” iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən Kapital Bank ASC-nin Şərur filialı vasitəsilə xx.xx.2022-ci il tarixli, 20981 nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar