Məhkəmə qərarları › İş №2(110)-581/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-581/2025

09.10.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-581/2025 09.10.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X25 Elmar oğlunun sədrliyi, X9 məhkəmə iclas katibliyi, Maraqlı şəxs Şərur Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X10 iştirakları ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək, Şərur rayonu Danyeri kənd sakinləri- qardaşı X5 və bacısı X6 fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, yetkinlik yaşına çatmış qardaşı X11 06 oktyabr 1988-ci il tarixdə və bacısı X13 isə 13 noyabr 1986-cı il tarixində Şərur rayonu Danyeri kəndində anadan olmuşlar. Mübariz və Aytən anadangəlmə “Uşaq mərkəzi iflicinin qalığı, aşağı ətrafların paraparezi” xəstəliyindən əziyyət çəkirlər. Mübariz və Aytənin uzunmüddətli müalicəsinə baxmayaraq, xəstəliklərinin sağalması mümkün olmamışdır. Onlar səhhətləri ilə əlaqədar ümumtəhsil məktəbinə gedə bilməmiş, hal-hazırda yetkinlik yaşına çatsalar da, öz hərəkətlərinə rəhbərlik edə bilmir, davranışlarına nəzarət etməkdə və hüquqlarının həyata keçirilməsində ciddi çətinliklər çəkirlər. Mübariz və Aytən İ qrup əlil kimi qeydiyyata alınmış, onlar müalicə, həkim nəzarətindən keçirilmə və gündəlik ehtiyaclarının təmin edilməsi üçün başqasının daimi köməyinə ehtiyac duyurlar. Ərizəçi qeyd etmişdir ki, qeyd olunan şəxslərin sağlamlıq vəziyyəti və psixofizioloji məhdudiyyətləri nəzərə alınaraq onların fəaliyyət qabiliyyəti olmayan hesab edilmələri və üzərlərində qəyyum təyin olunması zəruridir. İşdə iştirak edən şəxslərin izahatı: Məhkəmə hazırlıq iclasların iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Həmçinin Ərizəçi 08 oktyabr 2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində kursda olduğu üçün, xx.xx.2025ci il tarixə saat 10:30-a təyin edilmiş məhkəmə baxışı iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs-Şərur rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X1 X5 və X6 fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməsində hər hansı sui-istifadə hallarının olmamasını müəyyən etdiyini, şəxslərin həqiqətən fəaliyyət qabiliyyəti olmadığının göründüyünü bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Yazılı sübutlar: İş materiallarında olan Naxçıvan MSSR İliç rayonunun Xanlıqlar kənd Soveti tərəfindən verilmiş XİV-ЖГ seriyalı, 257207 №-li doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 xx.xx.1988-ci il tarixdə Şərur (İliç) rayonunun Yenikənd kəndində doğulmuşdur. X8, anası X7r. İş materiallarında olan xx.xx.2010-cu il tarixli 289815 nömrəli vəsiqədən görünür ki, X12 1-ci qrup əlildir. İş materiallarında olan Naxçıvan MSSR İliç rayonunun Xanlıqlar kənd Soveti tərəfindən verilmiş Xİ-ЖГ seriyalı, 482942 №-li doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, X14 xx.xx.1986-cı il tarixdə Şərur (İliç) rayonunun Yenikənd kəndində doğulmuşdur. X8, anası X7r. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş TSEK-da sonuncu müayinəyə dair xx.xx.2024-cü il çap tarixli çıxarışından görünür ki, xx.xx.1986-cı il tarixdə doğulmuş X14 "uşaq mərkəzi iflicinin qalığı, Aşağı ətrafların paraparezi" diaqnozu ilə 1-ci dərəcə əlildir. İş materiallarında olan Şərur rayonunun VVAQ Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 084931 №-li doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.2000-cı il tarixdə Şərur rayonunun Ş.Məmməd kəndində doğulmuşdur. X8, anası X7r. İş materiallarında olan Şərur rayonun İcra Hakimiyyəti başçısının Şərur rayonunun Danyeri kənd İ.Ə.D üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 157 №-li arayışdan görünür ki, X2 rayonunun Danyeri kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. İş materiallarında olan Şərur rayonun İcra Hakimiyyəti başçısının Şərur rayonunun Danyeri kənd İ.Ə.D üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 156 №-li arayışdan görünür ki, X3 rayonunun Danyeri kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. İş materiallarında olan Şərur rayonun İcra Hakimiyyəti başçısının Şərur rayonunun Danyeri kənd İ.Ə.D üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 158 №-li arayışdan görünür ki, Ərizəçi Şərur rayonunun Danyeri kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. İş materiallarında olan Şərur Rayon İcra Hakimiyyəti başçısının Yanında Qəyyumluq və Himayə Komissiyasının xx.xx.2025-ci il tarixli müayinə aktından görünür ki, ərizəçi Şərur rayonunun Danyeri kəndində fəaliyyət qabiliyətinin məhdudlaşdırılması nəzərdə tutulan şəxslərlə birlikdə yaşayır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına X4 xx.xx.2025-ci il tarixli, 357 saylı ekspert rəyindən görünür ki, xx.xx.1986-cı il tarixdə doğulmuş X14 “Dərin əqli gerilik” psixi xəstəliyindən əziyyət çəkir. X6 öz hərəkətlərini dərk etmək və idarə etmək baxımından onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas vardır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına X4 xx.xx.2025-ci il tarixli 356 saylı ekspert rəyindən görünür ki, xx.xx.1988-ci il tarixdə doğulmuş X12 “Ağır dərəcəli əqli gerilik” psixi xəstəliyindən əziyyət çəkir. X5 öz hərəkətlərini dərk etmək və idarə etmək baxımından onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas vardır. Ekspert rəyini hərtərəfli qiymətləndirərək onu mötəbər sübut hesab edən məhkəmə rəyi, o cümlədən məhkəmə iclasında dindirilmiş şəxslərin izahatlarını nəzərə alaraq mülki işə MPM-in 320.2-ci maddəsinə əsasən haqqında işinə baxılan şəxsin - H X5 və X6 iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını işdə iştirak edən şəxslərin izahatları ilə əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə verilmiş X5 xx.xx.1988-ci il tarixdə və X6 xx.xx.1986-cı il tarixdə Şərur rayonunun Danyeri kəndində doğulmaları, onun hazırda Şərur rayonunun Danyeri kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin ünvanda yaşamaları, Ərizəçi onların qardaşı olması, X5 və X6 birinci dərəcə əlil olmaları mülki işin mübahisəsiz hallarıdır. Məhkəmənin hüquqi əsaslandırması: Mülki iş materiallarını qanunvericiliyin tələbləri daxilində onları bir-biri ilə əlaqəli şəkildə tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi ərizəsi əsaslıdır və təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinin tələbinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş üzrə ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların, (valideynlərin, uşaqların, qardaş-bacıların) müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 321.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Ərizəçi X5 və X6 qardaşları, yəni yaxın qohumları olduğundan o, X5 və X6 fəaliyyət qabiliyyəti olmayan hesab olunmalarına dair ərizə ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malikdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən faktiki hallarına, yuxarıda qeyd olunan hüquq normalarını tətbiq edən məhkəmə hesab edir ki, X5 və X6 əqli və psixi cəhətdən xəstə olmaları nəticəsində öz hərəkətlərinin mənasını başa düşməmələri və öz hərəkətlərinə rəhbərlik edə bilməmələri ərizəçinin və Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsinin izahatları, iş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının rəyi, o cümlədən işdə olan digər mötəbər sübutlar ilə tam sübuta yetirilir. Bu səbəbdən də məhkəmə hesab edir ki, X12 və X14 əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən ərizə təmin edilməklə, onlar, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - Ərizəçi ərizəsi əsaslı olduğundan təmin olunmalı; - xx.xx.1988-ci il tarixdə Şərur rayonu Danyeri kəndində doğulan və Şərur rayonu Danyeri kəndində yaşayan X12 və xx.xx.1986-cı il tarixdə Şərur rayonu Danyeri kəndində doğulan və Şərur rayonu Danyeri kəndində yaşayan X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməli; - Məhkəməyə müraciət etməsi ilə bağlı Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi ərizəsi əsaslı olduğundan təmin olunsun. xx.xx.1988-ci il tarixdə Şərur (İliç) rayonunun Yenikənd kəndində doğulmuş və Şərur rayonu Danyeri kəndində yaşayan X12, o cümlədən xx.xx.1986-cı il tarixdə Şərur (İliç) rayonunun Yenikənd kəndində doğulmuş və Şərur rayonu Danyeri kəndində yaşayan X14 fəaliyyət qabiliyyəti olmayan hesab edilsinlər. Məhkəməyə müraciət etməsi ilə bağlı Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar