Məhkəmə qərarları › İş №2(110)-585/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-585/2022

02.11.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-585/2022 02.11.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, iddiaçı və digər İddiaçı1 nümayəndəsi İddiaçı2 və İddiaçı1 vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “miras əmlakın qəbulu faktının və payların müəyyən olunması tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şərur rayon Düdəngə kəndind X27 ailə başçısı olmaqla 5 nəfərdən ibarət ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 1500.30 m2 torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikilmiş 3 otaqdan ibarət fərdi yaşayış evinin X19 payına münasibətdə miras əmlak kimi tərəflərindən qəbulu faktının və həmin miras əmlakdan onalara çatacaq payların müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 ərizələrində, mərhum X19 xx.xx.2020-ci il tarixdə “beyin işemiyası” xəstəliyindən vəfat etdikdən sonra Şərur rayon Düdəngə kəndində X27 ailə başçısı olmaqla 5 nəfərdən ibarət ailə üzvlərinin birgə mülkiyyətində olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və X21 Dövlət Xidməti tərəfindən **********49-10301 reyestr nömrəsi ilə qeydə alınmış 1500.30 m2 torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikilmiş 3 otaqdan ibarət fərdi yaşayış evinin miras qaldığını, həmin fərdi yaşayış evinə xx.xx.2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və X21 Dövlət Xidməti tərəfindən 1500.30 m2 torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikilmiş 3 otaqdan ibarət fərdi yaşayış evinə mərhum X27 ailə başçısı olmaqla 5 nəfərdən ibarət ailə üzvləri İddiaçı1, İddiaçı2, X4 və X2 adlarına birgə mülkiyyətə dair çıxarış verildiyini, mərhum Əloş Əliyevin ölümündən sonra miras qalmış əmlakı onlar İddiaçı1, İddiaçı2 və Cavabdeh faktiki olaraq orada yaşamaqla qəbul etdiklərini və həmin fərdi yaşayış evində bu günə kimi mübahisəsiz olaraq yaşadıqlarını, digər vərəsələrin ailə qurub ayrıldıqlarını və hal-hazırda öz evlərində ailə üzvləri ilə birlikdə yaşadıqlarını, qeyd olunan əmlakı X19 vəfat etdikdən sonra faktiki olaraq qəbul edərək bu günədək həmin fərdi yaşayış evində mübahisəsiz olaraq yaşamaqla idarə etdiklərini, lakin maddi imkanları olmadığından müvafiq sənədləşmə aparıb birgə mülkiyyətlərində olan fərdi yaşayış evini miras əmlak kimi adlarına sənədləşdirə bilmədiklərini, mərhum X19 vərəsələrinin o, övladları İddiaçı2, Cavabdeh, X14 və X20 olduğunu, mərhum əri X19 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlakına Qanun üzrə X9 Şəhadətnamənin verilməsi üçün xx.xx.2022-ci il tarixdə etibarnamə əsasında vəkalətli nümayəndəsi İddiaçı2 vasitəsi ilə Şərur rayon iki saylı Notariat ofisinə müraciət etdiyini, Şərur rayon iki saylı Notariat ofisinin qərarı ilə ona Qanun üzrə X9 Şəhadətnamənin verilməsindən imtina edildiyini, mərhum X27 ailə başçısı olmaqla 5 nəfərdən ibarət ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş əmlaka X19 payına münasibətdə vərəsələrdən Cəfərova (Əliyeva) Aynurə Əloş qızının və Abbasova (Əliyeva) Əminə Əloş qızının Notarial qaydada ərizə verərək mərhum X15 miras qalmış əmlakdan onun xeyrinə imtina etdiklərini, digər vərəsələr İddiaçı2 və Cavabdeh miras əmlakdan imtina barədə ərizə vermədiklərini, bu səbəbdən də mərhum X19 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış əmlakın tərəfimdən faktiki olaraq qəbul edilməsi və mərhum X19 payına münasibətdə ona çatacaq payın müəyyən olunması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını, Şərur rayon Düdəngə kəndində X27 ailə başçısı olmaqla 5 nəfərdən ibarət ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 1500.30 m2 torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikilmiş 3 otaqdan ibarət fərdi yaşayış evinin X19 payına münasibətdə miras əmlak kimi tərəflərindən qəbulu faktının və həmin miras əmlakdan onlara çatacaq payın müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı və digər İddiaçı1 nümayəndəsi İddiaçı2 məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, ərizəsində Şərur Rayon Məhkəməsində Cavabdeh qarşı mərhum X15 miras qalmış əmlakın faktiki qəbul qəbulu və payların müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiklərini, payların müəyyən olunması tələbi ilə əlaqədar öz aralarında razılığa gəldiklərini, ona görə də, iddia tələbinin azaldılmasına zərurət yarandığını qeyd edərək, hazırda iddia tələblərini azaldaraq, harada yerləşməsindən asılı olmayaraq mərhum X15 miras qalmış əmlakın nədən ibarət olmasından asılı olmayaraq onların tərəfindən qəbulu faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 2(110)-585/2022 nömrəli, 02 noyabr 2022-ci il tarixli qərardadı ilə mülki işə azaldılmış iddia tələbi çərçivəsində baxılması qənaətinə gəlinmişdir. İddiaçı1 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə baxış iclasında iştirak etməmiş, bu barədə məhkəməyə məlumat verməmiş, lakin məhkəmə iclasında nümayəndə ilə, eyni zamanda vəkillə təmsil olunmuşdur. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iclası iddiaçının iştirakı olmadan keçirilmişdir xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən ərizəçi İddiaçı1 iddia ərizəsində qeyd edilən xüsusatları təkrarlayaraq, əlavə olaraq izahatında mərhum həyat yoldaşı vəfat etdikdən sonra qızları Xalidə və Validə ilə həmin evdə yaşamağa davam etdiklərini, qızı Validənin də mirası faktiki qəbul etdiyini, onun mirasdan pay almasına etirazının olmadığını, həmin evdə təmirtikinti işləri apardıqlarını, hamam, mətbəx, əlavə olaraq qızının hazırlıq keçməsi üçün bir otaq tikdiklərini, cavabdeh onlarala hər şey üstə mübahisə edərək, dava - dalaş saldığı üçün may ayında evi tərk edərək qızı Xalidə ilə birlikdə qonşuluqda ərinin əmisi oğluna məxsus evə köçərək orada yaşamağa məcbur olduqlarını bildirərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı2 izahatında iddia ərizəsində və iddia tələbinin azaldılması barədə ərizəsində qeyd edilən xüsusatları təkrarlayaraq, əlavə olaraq izahatında mərhum atası vəfat etdikdən sonra həmin evdə anasının, özünün, iki uşağının, Validənin və Validənin qızının yaşamağa davam etdiklərini, bacısı Validənin də mirası faktiki qəbul etdiyini, onun mirasdan pay almasına etirazının olmadığını, həmin evdə təmir-tikinti işləri apardıqlarını, hamam, mətbəx, əlavə olaraq hazırlıq keçməsi üçün bir otaq tikdiklərini, cavabdeh onlarla yola getmədiyi üçün 5-6 aydır ki, anası ilə birlikdə qonşuluqda atasının əmisi oğluna məxsus şəraiti olmayan bir evdə yaşamağa məcbur olduqlarını bildirərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı1 vəkili Vəkil izahatında məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı2 təşəbbüsü ilə məhkəməyə dəvət edilən şahid X16 ifadəsində tərəflərlə 30-40 ildir ki, qonşu olduqlarını, rəhmətlik Əloş Əliyevin 2-3 il əvvəl vəfat etdiyini, dəfn mərasimində iştirak etdiyini, onun vəfatınan sonra həmin evdə Mehribanın, Xalidənin, Xalidənin iki uşağının, Validənin və Validənin qızının yaşadıqlarını, həmin evdə təmir-tikinti işləri apardıqlarını, əlavə mətbəx tikdiklərini, sonradan aralarında mübahisə olduğunu, Mehriban və Xalidənin evdən çıxaraq qonşuluqda olan başqa bir evdə yaşadıqlarını, mübahisənin səbəbinin Xalidənin həmin evdə hazırlıq keçməsi olduğunu eşitdiyi bildirmişdir. Məhkəmə baxışı iclasında İddiaçı2 təşəbbüsü ilə məhkəməyə dəvət edilən şahid X10 ifadəsində tərəflərlə qonşu olduqlarını, eyni zamanda uzaq qohumluqlarının olduğunu, Əloş Əliyevin təqribən 2 il əvvəl vəfat etdiyini, onun vəfatından sonra həmin evdə Mehribanın, Xalidənin, Xalidənin iki uşağının, Validənin və Validənin qızının yaşadıqlarını, Əloş vəfat etdikdən sonra həmin evdə təmirtikinti işləri apardıqlarını, hamam, mətbəx tikdiklərini, həyətlərini əkib-becərdiklərini, Xalidənin övladları əmisigilə gedib-gəldiyi üçün Validənin Xalidə və Mehribanla mübahisə etdiyini eşitdiyini, Mehriban və Xalidənin evdən çıxıb başqa yerdə yaşamağa məcbur olduqlarını bildirmişdir Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə baxış iclasında iştirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. Məhkəmə iddiaçıların izahatlarına, şahid ifadələrinə və toplanmış sübutlara hüquqi qiymət verərək bu qənaətə gəlir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Şərur rayon Düdəngə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 353 nömrəli arayışdan görünür ki, mərhum Şərur rayon Düdəngə kənd sakini X27 vəfat etdikdən sonra onun aşağıdakı tərkibdən ibarət vərəsələri qalmışdır. 1.İddiaçı1-həyat yoldaşı 2.İddiaçı2-qızı 3.Cavabdeh-qızı 4.X14-qızı

5. X20-qızı İş materiallarında olan Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, X27 ilə X6 arasında 24 oktyabr 1975-ci il tarixdə rəsmi nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 60 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına "Əliyeva" soyadı verilmişdir. İş materiallarında olan Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, X27 və İddiaçı1, xx.xx.1977-ci il təvəllüdlü İddiaçı2 valideynləridir. İş materiallarında olan Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, X27 və İddiaçı1, xx.xx.1978-ci il təvəllüdlü Cavabdeh valideynləridir. İş materiallarında olan Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, X27 və İddiaçı1, xx.xx.1981-ci il təvəllüdlü X5 valideynləridir. İş materiallarında olan Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, X27 və İddiaçı1, xx.xx.1983-cü il təvəllüdlü X7 valideynləridir. İş materiallarında olan Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, X27 xx.xx.2020-ci il tarixdə Şərur rayon Düdəngə kəndində beyin işemiyası xəstəliyindən vəfat etmişdir. İş materiallarında olan X11 və X1 rayon 2 saylı notariat ofisində vermiş olduqları **********631 saylı ərizədə bildirmişlər ki, xx.xx.2020-ci ildə vəfat etmiş mərhum X15 miras qalmış əmlakı qəbul etməmişəm. Həmin mirasdan anam İddiaçı1 xeyrinə imtina edirəm. Heç bir pay tələbim yoxdur. Adımın qanun üzrə X9 şəhadətnaməyə salınmasını istəmirəm. Həmin miras əmlakdan pay tələbi üzrə məhkəmədə və digər orqanlar qarşısında şikayət etməyəcəm. İş materiallarında olan İddiaçı1 Şərur rayon 2 saylı notariat ofisində vermiş olduğu **********585 saylı ərizəsində bildirmişdir ki, Şərur rayonu, Düdəngə kəndində yaşamış xx.xx.2020-ci ildə vəfat etmiş həyat yoldaşım X15 qalmış miras əmlakı qəbul edirəm. Miras əmlak harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlaklardan ibarətdir. Miras qoyanın Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələrinin olubolmaması barədə məlumat verməyimin zəruriliyi notarius tərəfindən mənə izah edildi. Göstərilən əmlakdan mənə çatası paya qanun üzrə X9 şəhadətnamə verməyinizi xahiş edirəm. İş materiallarında olan Şərur rayon 2 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 11 nömrəli qeyd olunmuşdur ki, Şərur rayon Düdəngə kəndində qeydiyyatda olan İddiaçı1 ərizəsinə əsasən mərhum X19 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlakdan qanun üzrə X9 şəhadətnamə verilməsindən imtina edilsin. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və X21 Dövlət Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, haliyədə Şərur rayonu Düdəngə kəndində yerləşən 0.15 ha torpaq sahəsi üzərindəki 114.34 kv.metr ölçüdə olan fərdi yaşayış evi ümumi birgə mülkiyyət kimi X27, İddiaçı1, İddiaçı2, X20 və X5 adına qeydiyyatdadır. İş materiallarında olan Şərur rayonu Düdəngə kəndində yerləşən 0.15 ha torpaq sahəsi üzərindəki 114.34 kv.metr ölçüdə olan fərdi yaşayış evinin xx.xx.2022-ci il tarixli, 3533 inventar nömrəli texniki pasportunun notarial qaydada təstiq olunmuş surətindən görünür ki, haliyədə Şərur rayonu Düdəngə kəndində yerləşən 0.15 ha torpaq sahəsi üzərindəki 114.34 kv.metr ölçüdə olan fərdi yaşayış evi ümumi birgə mülkiyyət kimi X27, İddiaçı1, İddiaçı2, X20 və X5 adına qeydiyyatdadır. Beləliklə də, məhkəmə tədqiqatı nəticəsində müəyyən edilmişdir ki, Şərur rayon Düdəngə yerləşən sözügedən miras əmlak birgə mülkiyyət hüququ üzrə mərhum X22, İddiaçı1, İddiaçı2, X12 və X8 məxsus olmuş, X27 xx.xx.2020-ci il tarixdə öldükdən sonra, həmin vaxtdan onun arvadı İddiaçı1, qızları İddiaçı2 və Cavabdeh X15 qalmış miras əmlakı faktiki olaraq idarə etməklə, onu lazımi vəziyyətdə saxlamaqla, əlavə təmir-tikinti işləri aparmaqla onu birmənalı şəkildə qəbul etmişlər. İddiaçı1 və Cavabdeh miras qoyanın birinci növbə vərəsəsi kimi mirası faktiki olaraq qəbul etməsi iddiaçıların izahatı, şahid ifadələri təsdiq olunmuşdur. Bu isə onu deməyə əsas verir ki, iddiaçılar miras əmlakı qəbul etdiklərini şəksiz nümayiş etdirmişlər. Eyni zamanda məhkəmə qeyd edir ki, faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Həmçinin məhkəmə qeyd edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. O da qeyd olunmalıdır ki, məhkəmə baxışı iclasında iddiaçılar digər vərəsə Cavabdeh da mirası qəbul etdiyini, onun mirasdan pay almasına etirazlarının olmamasını bildirmişlər. Ona görə də məhkəmə qeyd edir ki, hazırkı qətnamə gələcəkdə Cavabdeh mirasın qəbulu ilə bağlı məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qаnunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlаkın bаşqа şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminаt verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlаkınа dаir sərəncаm vermək hüququnu, hаbelə mirаs qоyаnın əmlаkının istər qаnun üzrə və istərsə də vəsiyyət üzrə vərəsələrinə keçmə, vərəsələrin isə bu əmlаkı əldə etmə hüququnu birləşdirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; - 1145-ci maddəsinin tələbinə görə miras fiziki şəxsin ölümü ilə və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; - 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır; - 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). - 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; - 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; - 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir; - 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmçinin “G.Qəhrəmanovanm şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 18 oktyabr 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “18” iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, miras əmlakı faktiki idarə etmək vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.” Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, Mülki Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, Konstitusiya hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən nəzərə alınmalıdır ki, mirasın qəbulu birtərəfli, könüllü əqddir və özünün miras əmlak əldə etmək və almaq niyyətini açıq şəkildə göstərən hərəkətlərdə ifadə olunur. Bu hərəkətlər əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı hesab oluna bilər. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: - vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; - mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; - mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; - mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; - miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Beləliklə də, yuxarıda qeyd edilənlərə əsassən məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixdə ölmüş mərhum X15 miras qalmış əmlakın İddiaçı1 və İddiaçı2 tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli, Cavabdeh gələcəkdə mirasın qəbulu ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə əsasən, məhkəmə işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır...; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı1 tərəfindən məhkəməyə müraciət etməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi: İddia təmin edilsin. xx.xx.2020-ci il tarixdə ölmüş mərhum X15 miras qalmış əmlakın İddiaçı1 və İddiaçı2 tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Cavabdeh gələcəkdə mirasın qəbulu ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. İddiaçı1 tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar