Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-586/2021 22.10.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X14 məhkəmə iclas katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Şərur rayon 2 saylı Dövlət Notariat Kontoruna qarşı “notariat orqanının qərarının ləğvi və payların müəyyən olunması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X10 miras qalmış əmlaklar üzrə Şərur rayon 2 saylı Notariat Kontorunun 21.06.2021-ci il tarixli 15 nömrəli qərarının ləğv edilməsi, X10 miras qalmış əmlakın onlar tərəfindən, yəni İddiaçı2 və İddiaçı1 tərəfindən qəbul edilməsinin müəyyən edilməsi və hər birinin payının müəyyən olunması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 atası iddia ərizəsində atası X15 18.11.2020-ci il tarixdə vəfat etdiyini, ondan Şərur rayon Kürçülü kəndində yerləşən torpaq sahəsi və fərdi yaşayış evinin miras qaldığını, X24 vəfat edəndən həmin evdə onun atasının ikinci həyat yoldaşı Cavabdeh3 yaşadığını, onun bacısı ilə mirasın qəbul edilməsi haqqında notariat orqanına ərizə verdiyini, Ruhiyyənin isə həmin evdə yaşamaqla mirası qəbul etdiyini, atasının anası Cavabdeh2 isə mirası qəbul etmədiyini və özünə aid evində yaşadığını, X10 miras qalmı əmlaklar üçün vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Şərur rayon 2 saylı Dövlət Notariat Kontoruna müraciət etdiklərini, lakin notariat kontorunun vərəsəlik haqqında şəhadətnamə verməkdən imtina etdiyini, ona görə də onların məhkəməyə müraciət etdiklərini qeyd edərək, X10 miras qalmış əmlaklar üzrə Şərur rayon 2 saylı Notariat Kontorunun 21.06.2021-ci il tarixli 15 nömrəli qərarının ləğv edilməsi, X10 miras qalmış əmlakın onlar tərəfindən yəni İddiaçı2 və İddiaçı1 tərəfindən qəbul edilməsinin müəyyən edilməsi və hər birinin payının müəyyən olunması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı1 iddia ərizəsində qeyd edilən xüsusatlarla eyni məzmunlu izahat verərək, əlavə olaraq izahatında bildirmişdir ki, Cavabdeh3 mirası faktiki qəbul etdiyini, buna etirazının olmadığını, digər Cavabdeh2 isə mirası qəbul etmədiyini, çünki onun Kürçülü kəndin özünə məxsus evi olduğunu, orada tək yaşadığını, son vaxtlar vərəsəlik sözsöhbəti yaranan zaman gələrək atasına məxsus evə yerləşməklə güya mirası qəbul etdiyini göstərdiyini, bununla da özünün də oradan pay almasına nail olmağa çalışdığını bildirməklə məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən digər İddiaçı2 İddiaçı1 ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh3 izahatında X24 ilə 2013-cü ildə ailə qurduqlarını, həmin vaxtdan o evdə yaşadığını, həyat yoldaşının sağlığında həmin evdə əlavə 1 otaq, mətbəx və hamam-tualet tikdiklərini, mərhum həyat yoldaşı X15 18.11.2020-ci il tarixdə vəfat etdiyini, iddiaçılara çatan payın ayrılmasına etiraz etmədiyini, çünki atalarının mülkü olduğunu, eyni zamanda digər cavabdeh qaynanası Cavabdeh2da Afət rəhmətə getməmişdən 1-2 ay əvvəl köçərək onlarla yaşadığını, Afət rhmətə gedərkəndə ondan sonrada bu günədək onlarla yaşadığını, mirasdan pay müəyyən edilərkən onunda mirası qəbul etməsi faktının müəyyən olunmasını istədiyini qeyd edərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən digər Cavabdeh2 izahatında dəqiq vaxtını bilməsə də Afətin ölməmişdən 2-3 ay əvvəl onu evinə apardığını, həmin vaxtdan orada yaşamağa başladığını, bu günki günədək də orada orada yaşadığını, Afətin 2020-ci il noyabr ayının 18-də rəhmətə getdiyini, həmin vaxtdan mirası faktiki qəbul etdiyini, əvvəl yaşadığı evin mərhum həyat yoldaşına məxsus olduğunu, həmin evdə oğlu və onun ailəsi ilə birlikdə yaşadığını, həyat yoldaşı rəhmətə gedəndən sonra oğlunun ailəliklə Türkiyə Respublikasına köçüb getdiyini, bir müddət orada tək yaşadığını, haliyədə həmin evin qapısının bağlı olduğunu, oğlu Atifin bir oğlunun burada onunla birlikdə Ruhiyyə ilə birlikdə yaşadığını qeyd edərək məhkəmədən onunda miras payının müəyyən olunmasını xahiş etmişdir. Cavabdeh Şərur rayon 2 saylı Dövlət Notariat Kontoruna məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq keçirilən məhkəmə iclaslarında iştirak etməmiş, bunun üzrlü sayılması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin göstərişlərinə əsaslanan məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə Cavabdeh2 təşəbbüsü ilə məhkəməyə gələrək ifadə verən şahid X4 ifadəsində Kürçülü kəndində kəndində yaşadığını, evlərinin Afətin evinə yaxın olmadığını, kəndin digər səmtində yerləşdiyini, Afət ölməmişdən əvvəl Xurşudun xəstələndiyini, Afət onu evlərinə apardığını, 1-2 ay sonra Afətin rəhmətə getdiyini, Afət rəhmətə gedəndən sonrada Xurşudun orada yaşamağa davam etdiyini eşitdiyini, Kürçülü kəndində özünə məxsus avtomobillə taksi xidmə göstərdiyini, Afət xəstələnəndə Telman həkimi bir neçə dəfə onların evinə apardığını, Afətin ölümündən sonrakı dövrdə, nə vaxt olduğunu dəqiq xatırlamasa Xurşudun xəstələndiyini, Ruhiyyə müəllimənin ona zəng vurduğunu, o da Telman həkimi onlara apardığını, amma Afətin sağlığında da, ondan sonra da evə ümumiyyətlə girmədiyini bildirmişdir. Məhkəmədə Cavabdeh2 təşəbbüsü ilə məhkəməyə gələrək ifadə verən X3 xalanın yoldaşı Məhəmmədin onun atasının əmisi oğlu oldunu, Afətin sağlığında Xurşudun xəstə olduğunu, Cavidin evində qaldığını, Afətin ona zəng edib “gəl anam xəstədi aparaq bizə” dediyini, yoldaşı ilə gedib Xurşudu Cavidin evindən götürüb Afətin evinə apardıqlarını, Afətin o evə getmədiyini, Afətin təqribən 1 ay sonra rəhmətə getdiyini, Xurşud xalanın Afətin sağlığında orada yaşadığını, Xurşud xalanın öz evinin onun evinin yanında olduğunu, Xurşud xalanın 1 ildən çoxdur öz evində yaşamadığını, Afət rəhmətə gedəndən sonra bir dəfədə olsun onun evinə gedib-gəlmədiyini, haliyyədə o evdə Xurşud xalanın, Ruhiyyə və Atifin oğlunun Afətin evində yaşadığını bildiyini demişdir. Məhkəmədə Cavabdeh2 təşəbbüsü ilə məhkəməyə gələrək ifadə verən X1 qardaşı olduğunu, Şərur şəhərində yaşadığını, Afətin ölməsindən əvvəl Xurşud xalanın Afətin evində yaşadığını, digər oğlu Atifin oğlu Surxay ilə birlikdə bu günədək orada yaşadığını, Xurşud xalanın xəstə olduğunu, arada bacısının evinə getdiyini, Xurşud xalanı gedib orada gördüyünü bildirmişdir. İddiaçı1 əlavə olaraq şahidlərin ifadələrinə etiraz edərək bildirmişdir ki, şahidlərin heç biri onlara yaxın ərazidə yaşamadığından həmin evdə kimin yaşayıb, kimin yaşaya bilməyəcəyini deyə bilməyəcəklərini, sadəcə Cavabdeh3 tərəfindən öyrədilərək məhkəməyə gətirildiklərini, həmçinin Cavabdeh2 onun orada yaşayıb-yaşamamasını daha yaxşı bilən ətrafımızda olan qonşulardan bir nəfər şahid gətirə bilmədiyini, çünki qonşuların yalan danışmaq istəmədiklərini, bunu bildiyi üçün onları şahid kimi məhkəməyə dəvət etmədiyini, Cavabdeh2 kəndin başqa-başqa səmtlərində yaşayan, digərinin isə ümumiyyətlə o kənddə yaşamayan və Cavabdeh3 tərəfindən öyrədilmiş, onun xeyrinə ifadə verən şəxsləri şahid kimi dəvət etməsi onun yalançı şahidlər gətirməsini bilavasitə təsdiqləmiş olur. İddiaçı2 da İddiaçı1 ilə eyni məzmunlu izahat verərək şahidlərin ifadələrinə öz etirazını bildirmişdir. Cavabdeh2 qonşularla münasibətləri yaxşı olmadığından onlardan heç birini şahid kimi dəvət etmədiyini bildirmişdir. Məhkəmə toplanmış sübutlara, o cümlədən iddiaçıların və cavabdehlərin izahatlarına, şahid ifadələrinə və tədqiq olunmuş sənədlərə hüquqi qiymət verərək bu qənaətə gəlir ki, iddia təmin edilməlidir. İş materiallarında olan olan Şərur rayon Kürçülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 263 nömrəli, 22.07.2021-ci il tarixli arayışdan görünür ki, mərhum X24 dünyasını dəyişəndən sonra onun aşağıdakı tərkibdən ibarət ailə üzvüləri vardır:
1. İddiaçı1
2. Musayeva (Hüseynova) Zülfiyyə Afət qızı
3. Musayeva (Allahverdiyeva) Ruhiyyə Vaqif qızı- həyat yoldaşı İş materiallarında olan olan Şərur rayon Maxta kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş 30.062021-ci il tarixli, 161 nömrəli arayışdan görünür ki, İddiaçı2 Şərur rayon maxta kəndində yaşayır və aşağıdakı tərkibdən ibarət ailə üzvüləri vardır:
1. Həyat yoldaşı-X20- 25.10.1985;
2. X9 qızı-30.10.2021;
3. X13 qızı-20.10.2018; İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 16.07.2021-ci il tarixli, AZ-İ 750752 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X24 18.11.2018-ci il tarixdə Şərur rayon Kürçülü kəndində beyin ödemindən rəhmətə getmişdir. İş materiallarında olan Naxçıvan MSSR İliç rayon Şəhriyar kənd XDS İK-nin 17.11.1986-cı il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 26 avqust 1986-cı il təvəllüdlü İddiaçı1 X15 övladıdır. İş materiallarında olan Naxçıvan MSSR İliç rayon Şəhriyar kənd XDS İK-nin 18.09.1987-ci il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx xxxx 1987-ci il təvəllüdlü X2 Afət Məmməd oğlunun övladıdır. İş materiallarında olan Şərur rayon iki saylı notariat kontorunun 21.06.2021-ci il tarixli 14 nömrəli qərarından görünür ki, Şərur rayon Maxta kəndində qeydiyyatda olan İddiaçı2 ərizəsinə əsasən mərhum X15 ölümündən sonra onun harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlakdan qanun üzrə Vərəsəlik Hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarında olan Şərur rayon iki saylı notariat kontorunun 21.06.2021-ci il tarixli 14 nömrəli qərarından görünür ki, Şərur rayon Maxta kəndində qeydiyyatda olan İddiaçı2 ərizəsinə əsasən mərhum X15 ölümündən sonra onun harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlakdan qanun üzrə Vərəsəlik Hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarında olan JN-192 KOD 10214058 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktının notarial qaydada təsdiq olunmuş görünür ki, Şərur rayon Aqrar İslahat Komissiyasının 20.08.1997-ci tarixli 6 nömrəli qərarı ilə 0.91 ha torpaq sahəsi birgə mülkiyyət hüququ əsasında X15, X7, İddiaçı1 və X6 mülkiyyətlərinə verilmişdir. İş materiallarında olan və iddiaçıların vəsatəti əsasında məhkəmə tərəfindən sorğu edilərək Şərur rayon 1 saylı notariat ofisindən alınmış ərizədən görünür ki, İddiaçı1 15.02.2021-ci il tarixdə Şərur rayon 1 saylı notariat ofisinə müraciət edərək mərhum X10 miras qalmış əmlakları qəbul etdiiyini bildirmişdir. İş materiallarında olan və iddiaçıların vəsatəti əsasında məhkəmə tərəfindən sorğu edilərək Şərur rayon 1 saylı notariat ofisindən alınmış ərizədən görünür ki, Hüseynova (Musayeva) Zülfiyyə Afət qızı 15.02.2021-ci il tarixdə Şərur rayon 1 saylı notariat ofisinə müraciət edərək mərhum X10 miras qalmış əmlakları qəbul etdiiyini bildirmişdir. İş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Şərur rayon idarəsi tərəfindən verilmiş 03/246 nömrəli, 23.07.2021-ci il tarixli arayışından görünür ki, Şərur rayon Kürçülü kənd sakini mərhum X15 adına **********62 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü ilə 401.11 kv.mhəyətyanı torpaq sahəsi qeydə alınmışdır. Torpağın mülkiyyətə verilməsi dair JN-123A (X15, X7, İddiaçı1 və X8 daxil olmaqla birgə mülkiyyətə) nömrəli şəhadətnaməməhkəmə qərarı əsasında bölünərək bir hissəsinə fərdi yaşayış evi kimi X7 adına sənədləşmiş və yerdə qalan 636.23 kv.m torpaq sahəsi qeydiyyatdan keçmişdir.Torpağa mülkiyyət hüququna dair JN-192 nömrəli Dövlət aktı ilə X15, X7, İddiaçı1 və X8 daxil olmaqla 9080.49 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi birgə mülkiyyət kimi qeydə alınmışdır. İş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş **********62 Reyestr nömrəli, 20.09.2016-cı il tarixli Torpaq sahəsinin plan və ölçüsünün surətindən görünür ki, Şərur rayon Kürçülü kəndində 0.04 ha torpaq sahəsi X15 xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarında olan 22.07.2021-ci il tarixli, 8689 nömrəli dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, İddiaçı1 tərəfindən məhkəmədə iddia qaldırması ilə əlaqədar 10 (on) manat dövlət rüsumu ödənilmişdir. Şərur Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli 2(110)-586/2021 nömrəli qərardadı ilə mülki iş üzrə artıq ödənilmiş 10 manat dövlət rüsumu geri qaytarılmışdır. Beləliklə də, məhkəmə tədqiqatının nəticəsi olaraq müəyyən olunmuşdur ki, X24 18.11.2018-ci il tarixdə Şərur rayon Kürçülü kəndində beyin ödemindən vəfat etdikdən sonra onun həyat yoldaşı - Cavabdeh3, oğlu İddiaçı1 oğlunun və qızı İddiaçı2 onun vərəsələri olması iş materialarında olan Şərur rayon Kürçülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 263 nömrəli, 22.07.2021-ci il tarixli arayışı ilə müəyyən olunmuşdur. Vərəsələrdən İddiaçı1 və İddiaçı2 mərhum X10 qalan miras əmlakı notariat ofisinə ərizə verməklə, həyat yoldaşı Cavabdeh3 isə miras əmlaka faktiki sahiblik etməyə başlamaqla qəbul etmişlər. Digər Cavabdeh2 isə mirası qəbul etməsini təsdiq edəcək verdiyi izahatı və şahidlərin verdiyi ifadələr ümumi sözlərdən ibarət olmaqla məhkəmə tərəfindən bu faktı təsdiq edəcək sübut kimi qəbul edilə bilməz. Belə ki, şahid Haxverdi Mustafayev həmin evə Cavabdeh3 müraciəti əsasında hər dəfə həkim apardığını, evə ümmumiyyətlə girmədiyini, şahid X34 rəhmətə gedəndən sonra bir dəfədə olsun onun evinə gedibgəlmədiyini, digər şahid Orxan Allahverdiyevin isə Şərur şəhərində yaşadığı, ara-sıra bacısı Ruhiyyənin yaşadığı evə gedib gəldiyini bildirməklə bir daha təsdiq etmiş olurlar ki, həmin mənzildə kimlərin yaşamasından ümumiyyətlə xəbərləri yoxdur, verdikləri ifadələr cavabdehlərin maraq və mənafeyinə xidmət edir. Ona görə də məhkəmə bu qənaətə gəlir ki, şahid ifadələri Cavabdeh2 mərhum X10 qalan miras əmlakı qəbul etməsi faktını təsdiq etmək mötəbərliyinə malik deyildir. Beləliklə də, məhkəmə tədqiqatının nəticəsi olaraq məhkəmə bu nəticəyə gəlir ki, Şərur Rayon 2 Saylı Notariat Kontorunun 21.06.2021-ci il tarixli, 14 nömrəli və 21.06.2021-ci il tarixli 15 nömrəli qərarları ləğv edilməli və 18.11.2020-ci il tarixdə vəfat etmiş X10 miras qalmış əmlakın İddiaçı1 və İddiaçı2 tərəfindən qəbulu nəzərə alınmaqla, onların hər birinin miras əmlakda payı 1/3 (üçdə bir) hissədə müəyyən edilməlidir. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iddia tələbindən kənara çıxa bilmədiyi üçün hazırki qətnamədə digər vərəsə Cavabdeh3 mirası qəbul etməsi faktını müəyyən edə bilmir və hazırkı qətnamə gələcəkdə həmin şəxsin mirasın qəbulu ilə bağlı məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Eyni zamanda məhkəmə qeyd edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib olur. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qаnunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlаkın bаşqа şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminаt verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlаkınа dаir sərəncаm vermək hüququnu, hаbelə mirаs qоyаnın əmlаkının istər qаnun üzrə və istərsə də vəsiyyət üzrə vərəsələrinə keçmə, vərəsələrin isə bu əmlаkı əldə etmə hüququnu birləşdirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar; - 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); - 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; - 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar; - 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; - 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; - 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; - 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir; - 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; - 1273-1-ci maddəsinə görə, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, həmin hal vərəsənin susması kimi qiymətləndirilir. Vərəsənin susması isə mülki qanunvericiliyə əsasən mirası qəbul etməkdən imtinaya bərabər tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi: İddia təmin edilsin. Şərur Rayon 2 Saylı Notariat Kontorunun 21.06.2021-ci il tarixli, 14 nömrəli və 21.06.2021-ci il tarixli 15 nömrəli qərarları ləğv edilsin və 18.11.2020-ci il tarixdə vəfat etmiş X10 miras qalmış əmlakın İddiaçı1 və İddiaçı2 tərəfindən qəbulu nəzərə alınmaqla, onların hər birinin miras əmlakda payı 1/3 (üçdə bir) hissədə müəyyən edilsin. Məhkəməyə müraciət edilməsi məqsədi ilə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Seymur Qarayev