Məhkəmə qərarları › İş №2(110)-602/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-602/2023

06.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-602/2023 06.06.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi v.m.i.e X1 Ərizəçi hüquqi əhəmiyyətli döyüş əməliyyatlarında iştirak faktının təsdiq olunması tələbinə dair iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Ərizəçi ərizə ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək özünün 1989-1991-ci illərdə Azərbaycan Respublikasının (Naxçıvan Muxtar Respublikasının) ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi ilə bağlı hüquqi faktın təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl olunmadan verilmişdir. Belə ki, ərizədə işə maraqlı şəxs qismində cəlb ediləcək tərəfin adı qeyd olunmamışdır. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd olunanları nəzərə alaraq belə hesab edirəm ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinin tələbinə əsasən ərizə geri qaytarılmalıdır. Bununla yanaşı hesab edirəm ki, ərizə geri qaytarılarkən Azərbaycan Respublikası MPM-in 114-cü maddəsinə uyğun olaraq, ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu da geri ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Ərizə və ərizəyə əlavə edilmiş sənədlər Ərizəçi geri qaytarılsın. Ərizəçi tərəfindən Kapital Bank ASC-nin X2 Xəzinədarlıq Orqanının hesabına xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzlə ödənmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi geri ödənilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim v.m.i.e: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar