Məhkəmə qərarları › İş №2(110)-602/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-602/2024

14.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-602/2024 14.08.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X13 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili - nümayəndəsi Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mirasın qəbul edilməsi faktının və miras əmlakda payın müəyyən olunması” tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü ildə vəfat etmiş atası X4 miras qalmış əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka tam pay hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı atası iddia ərizəsində mərhum atası X19 ilə mərhum anası X3 birgə nikahından üç övladlarıxx.xx.1987-ci il tarixdə Quliyeva ( Ağayeva) Xəyalə Vaqif qızının, xx.xx.1989-cu il tarixdə Quliyeva (İsgəndərova) Çinarə Vaqif qızının, xx.xx.1991-ci il tarixdə Quliyeva (Həsənova) Bəyim Vaqif qızının doğulduğunu, anası X3 xx.xx.2006-cı il tarixdə, atası X8 isə xx.xx.2023-cü il tarixdə vəfat etdiyini, onlardan Şərur rayon Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli qərarına uyğun olaraq Şərur rayonu Həmzəli kəndində birgə mülkiyyətdə olan 10203028 kod nömrəli JN-091A seriyalı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0.13ha həyətyanı torpaq sahəsindəki, JN-0051 seriyalı torpağa mülkiyyət hüququna dair akta əsasən 0.84ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki payları və mərhum atasına məxsus olmuş **-BC-*** dövlət nömrə nişanlı Hyundai Accent markalı minik avtomobili miras qaldığını, birgə mülkiyyətdə olan torpaq sahələri hələ atasının sağlığında icarəyə verildiyini, anası vəfat etdikdən sonra ondan miras qalmış torpaq sahələrindəki pay faktiki olaraq atası tərəfindən qəbul edildiyini, atası vəfat etdikdən sonra isə ondan qalmış miras faktiki olaraq qəbul etdiyini, bacılarının və özünün əvvəl ailə quraraq təsərrüfatdan ayrıldığını, özünün ailə qurduqdan sonra isə mərhum atasının onunla birgə yaşamaqla təsərrüfatlarını birgə idarə etdiklərini, atasının qayğısını özünün çəkildiyini, xəstə olduğu zaman ona zəruri qulluq etdiyini, torpaq sahələrinin icarə haqqının hazırda ona verildiyini, torpaq sahəsinə dair vergi və digər rüsumların özünün ödədiyini, eyni zamanda atasından miras qalan avtomobilin hazırda özünün həyətində olduğunu, həmin avtomobilə vaxtaşırı zəruri textiki qulluq etdiyini, mərhum atasının mərasim tədbirinin özü tərəfindən aparıldığını, məzarın götürülmə xərcinin də onun tərəfindən qarşılandığını, ötən müddət ərzində atasından qalmış miras əmlakını faktiki qəbul etdiyini, həmin əmlakın ona məxsus olduğunu bildiyini, lakin müxtəlif səbəblərdən bu hüquqlarını rəsmiləşdirmədiyini, 2024-cü ilin may ayında vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Şərur rayon 2 saylı Notariat Ofisinə müraciət etdiyini, Notariat Ofisinin mirasın qəbul edilməsi müddəti buraxıldığından vərəsəlik haqqında şəhadətnamə verməkdən imtina etdiyini, vərəsəlik hüquqlarının başqa yolla bərpası mümkün olmadığından hazırki ərizə ilə məhkəməyə müraciət etdiyini, ərizəsində göstərilən halların məhkəmə iclasına dəvət edəcəyi şahidlərin də ifadələrində təsdiq edəcəklərini, məhkəmənin ərizəsində göstərilənləri nəzərə alaraq mərhum atasından qalmış mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka tam pay hüququnun tanınması barədə qərar qəbul edəcəyini bildirmişdir. 26 iyul 2024-cü il taridə keçirilən Məhkəmə hazırlıq iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəməyə iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə müraciət edərək, ərizəsində nümayəndəsi və vəkili olduğu İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəmədə iddia qaldıraraq xx.xx.2023-cü ildə vəfat etmiş atası X4 miras qalmış əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka tam pay hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etdiyini, iddia tələbi üzrə işin icraatda olmaqla məhkəmə hazırlıq iclasının xx.xx.2024-cü il tarixə saat 09:15-ə təyin edildiyini, hazırki şəraitdə iddia tələbinin dəyişdirilməsi zərurəti yarandığını, iddia ərizəsində göstərildiyi kimi iddiaçının anası X3 xx.xx.2006-cı il tarixdə vəfat etdiyini və ondan qalmış miras faktiki olaraq əri, iddiaçının atası X19 tərəfindən qəbul edildiyini, sonrakı mərhələlərdə isə atasının da vəfat etdikdən sonra miras qalmış əmlakıln iddiaçı tərəfindən qəbul edildiyini, sonrakı mərhələlərdə isə atasının da vəfat etdikdən sonra miras qalmış əmlakın iddiaçı tərəfindən qəbul edilərək istifadə olunmaqda olduğunu, bu səbəbdən də iddia tələbinin dəyişdirilməsi zərurətinin yarandığını, hazırda iddiaçının mərhum anasından qalmış miras əmlakın da onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsini istədiyini, buna görə də iddia ərizəsinin xahiş edirəm hissəsixx.xx.2006-cı il tarixdə vəfat etmiş anası X14 və xx.xx.2023-cü il tarixdə vəfat etmiş atası X4 miras qalmış əmlakın - İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və miras qalmış əmlaka pay hüququnun tanınması barədə qətnamə qəbul edilməsi - kimi oxunmaqla iddia tələbinin dəyişdirilmiş tələb çərçivəsində baxılmasını və qanuna uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə dəyişdirilmiş iddia tələbi çərçivəsində baxılmasını qərara almışdır. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsində və vəkili - nümayəndəsinin iddia tələbinin dəyişdirilməsi barədə verdiyi ərizəsində qeyd edilən xüsusatlarla eyni məzmunlu izahat verərək, əlavə olaraq izahatında, anası öldükdən sonra atasının bütün əziyyətinin öznün çəkdiyini, indiyə qədər torpaq vergisini özünün ödədiyini, torpaqları icarəyə verdiyini, icarə haqqını özünün aldığını, avtomobilin onun həyətində olduğunu, ona özünün sahiblik etdiyini, torpaqların Həmzəli kəndində yerləşdiyini, avtomobilin Düdəngə kəndində onun həyətində olduğunu, avtomobilin 2014-cü ildə alındığını, atası ilə özünün pullarını cəmləyərək aldıqlarını, avtomobilə texniki qulluğun özü tərəfindən aparıldığını, bacılarının mirasdan imtina etmədiklərini qeyd edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili - nümayəndəsi Vəkil iddiaçının qeyd edilən xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştrak edən Cavabdeh1 izahatında anasının 2006-cı ildə rəhmətə getdiyini, ondan torpaq sahələrinin miras qaldığını, ondan sonra atasının həmin torpaq sahələrinə sahiblik etdiyini, atasının xx.xx.2023-cü ildə rəhmətə getdiyini, onun ölümündən sonra həmin torpaq sahələrini bacısının icarəyə verdiyini, ondan gələn gəliri bacısının aldığını, atasının sağlığında aldığı avtomobilin atası rəhmətə getdikdən sonra bacısı Çinarənin həyətində qaldığını, yas mərasiminin xərcini atasının öz pulu hesabına çəkdiyini, anasından və atasından miras qalmış əmlaklardan imtina etmədiyini, miras əmlakdan ona çatan payı tələb edəcəyini qeyd edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştrak edən digər Cavabdeh2 izahatında anasının 2006-cı ildə rəhmətə getdiyini, miras qalan 2 torpaq sahəsinin olduğunu, atasının sahiblik etdiyini, atasının 2023-cü ildə rəhmətə getdikdən sonra ondan qalan 2 torpaq sahəsinə və “Hyundai Accent” markalı avtomobilə bacısının sahiblik etdiyini, atası rəhmətə getdikdən sonra həmin torpaq sahələrindən gələn gəlirin bacısı Çinarəyə çatdığını, avtomobilin bacısı Çinarənin həyətində olduğunu, ona sahiblik etdiyini, atasının öz pulu ilə dəfnin xərclərinin çəkildiyini, yalnız təşkilat işlərini bacısının etdiyini, Çinarənin atasının evində yaşadığını, anasından və atasından miras qalmış əmlaklardan imtina etmədiyini, miras əmlakdan ona çatan payı tələb edəcəyini qeyd edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir.. Məhkəmə baxışı iclasında iddiaçının təşəbbüsü ilə iştirak edən şahid X25 izahatında Çinarənin ərinin dayısı olduğunu, X20 öldükdən sonra yas mərasimi ərəfəsində yas xərcinin çəkilməsi üçün Çinarəyə 2000 (iki min) manat borc pul verdiyini, həmçinin də yasın aparılması üçün təşkilatçılıq etdiyini, 1 ilə yaxındır ki, Çinarənin pulu olmadığı üçün onun pulunu hələ qaytarmadığını, baş daşının hazırlanması üçün ondan əlavə maddi köməklik istədiyini, 2000 (iki min) manat da həmin vaxt verdiyini, Çinarənin baş daşının hazırlanmasına 3000 (üç min) manat xərc çıxdığını eşitdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında iddiaçının təşəbbüsü ilə iştirak edən şahid X1 izahatında, Çinarə ilə bir yerdə işlədiklərini, 2014-cü ildə Çinarə maşın aldıqlarını, ona görədə borclarının olduğunu, ona 2000 (iki min) manat borc pul verməyimi istədiyini, Çinarəyə 2000 (iki min) manat borc pul veridiyini, həmin ilə Türkiyə Respublikasına getdiklərini, 2017-ci ildə Türkiyə Respublikasından qayıtdıqdan sonra həmin pulu Çinarənin ona qaytardığını bildirmişdir. Məhkəmə baxışı iclasında iddiaçının təşəbbüsü ilə iştirak edən şahid X16 izahatında onun Vaqifin Həmzəli kəndində olan çöl torpağını icarəyə götürüb, əkib – becərdiyini, əvəzində 200 kq arpa verdiyini, Vaqif rəhmətə getdikdən sonra həmin torpaq sahəsini əkib becərdiyini, Çinarənin zəng edərək “arpanı ver Rafiq gətirsin” dediyini, o da Rafiq adlı şəxs vasitəsilə Çinarəyə 200 (iki yüz) kq arpa göndərdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında iddiaçının təşəbbüsü ilə iştirak edən şahid X17 izahatında, onun Vaqifin Həmzəli kəndində olan həyətyanı torpaq sahəsini əkib becərdiyini, oraya yonca əkdiyini, haliyədə də istifadə etdiyini, Vaqifə ildə bir dəfə bir meşox pesox verdiyini, Vaqif rəhmətə getdikdən sonra Çinarənin həm 2023 – cü ildə, həm də 2024-cü ildə mağazadan bir meşox pesox götürdüyünü, həmin pesoxların pullarının mağazalara onun ödədiyini bildirmişdir. Məhkəmə baxışı iclasında iddiaçının təşəbbüsü ilə iştirak edən şahid X21 izahatında, onun 2014-cü ildə Çinarə ilə tanış olduğunu, onunla iş yoldaşı olduqlarını, 2014-cü ildə atası ilə birlikdə maşın aldqıqlarını, ağ maşın olduğunu, Çinarənin borcu olduğunu bildiyini, avtomobilin harada olduğunu bilmədiyini bildirmişdir. Məhkəmə baxışı iclasında iddiaçının təşəbbüsü ilə iştirak edən şahid X15 izahatında, onun Çinarənin qonşusu olduğunu, onları tanıyanda evlərinin olmadığını, onların dayısıgilin evlərində qaldıqlarını, sonradan Çinarənin özünə ev tikdiyini, atası ilə biryerdə pul qoyub maşın aldıqlarını, Çinarənin əri Turanın Türkiyədən pul göndərdiyini, maşının borcunu ödədiklərini, atası öldükdən sonra maşını həyətdə gördüyünü, maşının təmiz vəziyyətdə olduğunu bildirmişdir. Məhkəmə toplanmış sübutlara, o cümlədən iddiaçının vəkili və nümayəndəsi və cavabdehlərin izahatlarına, şahidlərin ifadələrinə və tədqiq olunmuş sənədlərə hüquqi qiymət verərək bu qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Şərur rayon Həmzəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 30 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, mərhum X8 aşağıdakı tərkibdən ibarət ailə üzvləri vardır:

1. Arvadı: X14- vəfat edib

2. Qızı: Cavabdeh1- xx.xx.1987

3. Qızı: İddiaçı- xx.xx.1989

4. Qızı: Cavabdeh2 Vqif qızı- xx.xx.1991 - İliç Rayon Axura kənd İK tərəfindən verilmiş xx.xx.1986-cı il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X19 ilə X9 arasında xx.xx.1986-cı il tarixdə 11 nömrəli akt qeydi ilə rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına “Quliyeva” soyadı verilmişdir; - Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İ 943954 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X19 xx.xx.2023cü il tarixdə Şərur rayon Düdəngə kəndində bronxların və ağciyərin lokalizasiyalı bədxassəli yeni törəməsi səbəbindən rəhmətə getmişdir; - Şərur Rayon Həmzəli kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, AZ-İ 163616 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X14 xx.xx.2006-cı il tarixdə Şərur rayon Həmzəli kəndində ürəkdayanması səbəbindən rəhmətə getmişdir; - İddiaçı Şərur rayon 2 saylı notariat ofisində vermiş olduğu ərizəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş mərhum atam X4 miras əmlakdan mənə vərəsəlik hüququ haqqında şəhadətnamə verəsiniz. - Şərur rayon iki saylı notariat kontorunun xx.xx.2024-cü il tarixli 33 nömrəli qərarından görünür ki, Şərur rayon Həmzəli kəndində qeydiyyatda olan İddiaçı ərizəsinə əsasən mərhum X8 ölümündən sonra onun harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlakdan qanun üzrə Vərəsəlik Hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir; - İddiaçı Şərur rayon 2 saylı notariat ofisində vermiş olduğu xx.xx.2024-cü il tarixli ərizəsində bildirmişdir ki, xx.xx.2006-cı il tarixdə vəfat etmiş mərhum anam X2 miras əmlakdan mənə vərəsəlik hüququ haqqında şəhadətnamə verəsiniz; - Şərur rayon iki saylı notariat kontorunun xx.xx.2024-cü il tarixli 34 nömrəli qərarından görünür ki, Şərur rayon Həmzəli kəndində qeydiyyatda olan İddiaçı ərizəsinə əsasən mərhum X3 ölümündən sonra onun harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlakdan qanun üzrə Vərəsəlik Hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir; - JN-0051 KOD 10203028 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktının notarial qaydada təsdiq olunmuş görünür ki, Şərur rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci tarixli qərarı ilə 0.84 ha torpaq sahəsi birgə mülkiyyət hüququ əsasında X8, X3, X5, X6 və Quliyeva Bəyim qızının mülkiyyətlərinə verilmişdir; - JN-091A KOD 10203028 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktının notarial qaydada təsdiq olunmuş görünür ki, Şərur rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci tarixli 10 nömrəli qərarı ilə 0.13 ha torpaq sahəsi birgə mülkiyyət hüququ əsasında X8, X3, X5, X6 və Quliyeva Bəyim qızının mülkiyyətlərinə verilmişdir - nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “HYUNDAİ ACCENT MİNİK” markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobil X8 adınadır. - Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AZ-İİ № 157976 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X18 arasında xx.xx.2020-ci il tarixdə 129 nömrəli akt qeydi ilə rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına “İsgəndərova” soyadı verilmişdir; - İliç Rayon Axura kənd İK tərəfindən verilmiş xx.xx.1987-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1987-ci il təvəllüdlü X5 atası X19, anası X7r; - İliç Rayon Axura kənd İK tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1989-cu il təvəllüdlü X6 atası X19, anası X7r; - İliç Rayon Axura kənd İK tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1991-ci il təvəllüdlü X11 atası X19, anası X7r; - Şərur rayon Həmzəli Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tədiyyə bildirişindən görünür ki, Şərur rayon Həmzəli kəndində yerləşən torpaq sahəsinin vergi borcu X18 tərəfindən ödənilmişdir Beləliklə də, məhkəmə tədqiqatının nəticəsi olaraq müəyyən olunmuşdur ki, X14 xx.xx.2006-cı il tarixdə Şərur rayon Həmzəli kəndində ürəkdayanması səbəbindən, X19 isə xx.xx.2023-cü il tarixdə Şərur rayon Düdəngə kəndində bronxların və ağciyərin lokalizasiyalı bədxassəli yeni törəməsi səbəbindən vəfat etdikdən sonra İddiaçı, Cavabdeh1, Cavabdeh2 onların vərəsələri olması iş materialarında olan Şərur rayon Həmzəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 030 nömrəli, xx.xx.2024-cü il tarixli arayışı ilə müəyyən olunmuşdur. Vərəsələrdən İddiaçı notariat ofisinə ərizə verməklə mərhum anası X2 və atası X4 qalan miras əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, zəruri sənədlər təqdim edilmədiyi üçün notariat kontoru tərəfindən şəhadətnamə verilməsindən imtina olunmuşdur əhkəmə tədqiqatının nəticəsi olaraq müəyyən olunmuşdur ki, xx.xx.2006-cı il tarixdə ölmüş X2 və xx.xx.2023-cü il tarixdə ölmüş X4 miras əmlakların iddiaçı X6 faktiki qəbul etməsi və onu idarə etməsinə dair bütün hərəkətləri nümayiş etdirməsi iddiaçının və cavabdehlərin izahatları, şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Bu isə onu deməyə əsas verir ki, iddiaçı miras əmlakları qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Həmçinin məhkəmə qeyd edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib olur. “G.Qəhrəmanovanm şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının “18” oktyabr 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “18“iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, miras əmlakı faktiki idarə etmək vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.” Məhkəmə araşdırılması zamanı müəyyən olunur ki, İddiaçı mirası qeyri-formal üsulla qəbul etmişdir. Yəni iş üzrə o, mirası faktiki idarə etməklə qəbul edib. Bunlarda əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 99-cu bəndinə görə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: - vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; - mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; - mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; - miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qаnunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlаkın bаşqа şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminаt verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlаkınа dаir sərəncаm vermək hüququnu, hаbelə mirаs qоyаnın əmlаkının istər qаnun üzrə və istərsə də vəsiyyət üzrə vərəsələrinə keçmə, vərəsələrin isə bu əmlаkı əldə etmə hüququnu birləşdirir. Beləliklə də, məhkəmə bu nəticəyə gəlir ki, xx.xx.2006-cı il tarixdə vəfat etmiş mərhum X2 və xx.xx.2023-cü il tarixdə vəfat etmiş mərhum X4 miras qalmış əmlakların İddiaçı tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməklə, onun həmin miras əmlaklarda 1/3 (üçdə bir) hissədə payı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; - 1145-ci maddəsinin tələbinə görə miras fiziki şəxsin ölümü ilə və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; - 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır; - 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar; - 1243.2-ci“ maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; - 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; - 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; - 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir; - 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür; - 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273- 1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında verilmiş şərhə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Bu hal da məhkəmə tərəfindən nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də,bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olanvərəsənin bu hüququnun qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır….vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1301.1-cü maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər; - 1301.2-ci maddəsinə əsasən əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər; - 1301.3-cü maddəsinə əsasən əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Məhkəmə qeyd olunanları nəzərə alıb,hesab edir ki, miras qoyanların ölümlərindən sonra qanun üzrə 3 vərəsəsi sağ olduğundan və qanunla müəyyən edilmiş müddət ərzində onlardan heç biri mirasdan imtina etmədiyindən, hər biri mirası qəbul etmiş hesab edilməli, miras əmlak 3 vərəsə - İddiaçı, Cavabdeh1 və Cavabdeh2 arasında bölüşdürülməlidir. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, miras qoyanın digər vərəsələri olan hazırki iş üzrə cavabdehlər miras əmlakdan imtina etmədiklərindən, hazırki qətnamə onların mirasın qəbulu və payın müəyyən olunması tələbilə məhkəməyə müraciət etmək hüquqlarını məhdudlaşdırmır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2006-cı il tarixdə vəfat etmiş mərhum X2 və xx.xx.2023-cü il tarixdə vəfat etmiş mərhum X4 miras qalmış əmlakların İddiaçı tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməklə, onun həmin miras əmlaklarda 1/3 (üçdə bir) hissədə payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəməyə müraciət edilməsi məqsədi ilə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2006-cı il tarixdə vəfat etmiş mərhum X2 və xx.xx.2023-cü il tarixdə vəfat etmiş mərhum X4 miras qalmış əmlakların İddiaçı tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməklə, onun həmin miras əmlaklarda 1/3 (üçdə bir) hissədə payı müəyyən edilsin. Məhkəməyə müraciət edilməsi məqsədi ilə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar