Məhkəmə qərarları › İş №2(110)-609/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-609/2021

17.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-609/2021 17.09.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum əri X3 mülkiyyətində olan ünvan 1 ünvanında 930.00 m2 torpaq sahəsi üzərində tikilmiş 2 otaqdan ibarət fərdi yaşayış evinin miras əmlak olaraq onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi üzrə məhkəmədə mülki iş başlanılmış və 17 sentyabr 2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən İddiaçı məhkəməyə ərizə təqdim edərək ərizəsində icraatda olan 2(110)-609/2021 saylı mülki iş üzrə aralarında olan mübahisəni məhkəmədən kənar həll etdiklərini, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı hər hansı bir iddia tələbinin olmadığını iş üzrə Şərur rayon Məhkəməsində cavabdeh X1 qarşı nikahın pozulması və aliment tələbi ilə iddia qaldırdığını, hal-hazırda cavabdehlə barışdığını, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq onlar heç bir üzürlü səbəb göstərmədən keçirilən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə müvafiq olaraq mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtina etməsi Azərbaycan Respublikası MPM-nin 52 və 191-ci maddələrinə uyğundur. Həmçinin, iddiadan imtina başqa şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmur. Buna görə də ailənin bərpası məqsədilə hazırki iddiadan imtina məhkəmə tərəfindən qəbul olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin; 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir; 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, iş üzrə icraata xitam verilməlidir; 262.2-ci maddəsinə əsasən, məhkəmənin qərardadında işdə iştrak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlərdə həll oluna bilər; 114.1.4 maddəsində iş üzrə icraata xitam verildikdə ödənilmiş dövlət rüsumunun qaytarılması nəzərdə tutulduğundan, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar "xxxx" ASCnin Şərur filialı vasitəsilə 23.07.2021-ci il tarixdə 9312 saylı qəbzlə Dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 262- 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi barədə” mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar "xxxx" ASC-nin Şərur filialı vasitəsilə 23.07.2021-ci il tarixdə 9312 saylı qəbzlə Dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu ona qaytarılsın. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar