Məhkəmə qərarları › İş №2(110)-620/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-620/2025

13.05.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-620/2025 13.05.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi X1, Ərizəçi Şərur Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayə Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılmasına dair ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Ərizəçi ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək Şərur rayonu Oğlanqala kənd sakini 08 aprel 2007-ci il təvəllüdlü Qurbanov Nihad Hicran oğlunun fəaliyyət qabiliyyəti olmayan sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni ona əlavə olunmuş sənədlərlə birlikdə nəzərdən keçirən məhkəmə bildirir ki, məhkəməyə müraciət etmək hüququnun həyata keçirilməsi qanunvericilikdə müəyyən edilmiş prosessual tələblərlə şərtləndirilmişdir. Məhkəməyə ərizə daxil olduqda hakim onun verilməsi zamanı ərizənin sözügedən tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Ərizəni və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl olunmadan verilmişdir. Belə ki, ərizə etibarnamə əsasında nümayəndə tərəfindən imzalansa da, həmin nümayəndənin ərizəçinin yaxın qohumu olmasına dair sübutlar iş materillarına əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi Şərur Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayə Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyini şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılmasına dair ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd olunanları nəzərə alaraq belə hesab edirəm ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinin tələbinə əsasən ərizə geri qaytarılmalıdır. Bununla yanaşı hesab edirəm ki, ərizə geri qaytarılarkən Azərbaycam Respublikası MPM-in 114-cü maddəsinə uyğun olaraq, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu da geri ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Ərizəçi Şərur Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayə Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılmasına dair ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər Ərizəçi geri qaytarılsın. İddiaçı tərəfindən Kapital Bank ASC-nin X2 Xəzinədarlıq Orqanının hesabına xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzlə ödənmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi geri ödənilsin. Ərizəçi izah olunsun ki, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar