Məhkəmə qərarları › İş №2(110)-64/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-64/2022

23.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-64/2022 23.02.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, İddiaçı vəkilinümayəndəsi Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mirasın qəbul edilməsi vaxtının uzadılması və miras əmlakın qəbul edilməsinə qarşı yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək 07 yanvar 2017-ci ildə Şərur rayonunun Düdəngə kəndində vəfat etmiş X7 Şərur rayonunun Düdəngə kəndində yerləşən miras qalmış əmlakın buraxılmış mirasın qəbul edilməsi üçün müddətinin uzadılması və miras əmlakın qəbul edilməsinə qarşı yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində onun və mərhum həyat yoldaşı X11 1990-cı ildə ailə həyatı qurduğunu, həmin vaxtdan 2000-ci ilədək Şərur rayonunun Düdəngə kəndində yaşadıqlarını, onların birgə nikah dövründə Düdəngə kənd ərazisində JN959A nömrəli torpaq şəhadətnaməsi əsasında verilmiş 1104,33 m2 həyətyanı torpaq sahəsi əldə etdiklərini, torpaq sahəsini əldə etdikdən sonra onların həmin torpaq sahəsi üzərində 2 otaqlı mənzil inşa etdiklərini, həmin mənzildə iki övladları 1992-ci ildə X25 və 1996-cı ildə X1 dünyaya gəldiklərini, 2000-ci ildə ailəvi Bakı şəhərinə köçərək orada yaşamağa başladıqlarını, onların Bakı şəhərinə köçdükdən sonra sonra mərhum həyat yoldaşı Camal Calalovun qardaşı Cavabdeh xahişi ilə onun onların mənzilində müvəqqəti yaşaması üçün icazə verdiyini, daha sonra Bakının havası Camala pis təsir etdiyi üçün Düdəngə kəndinə qayıtdığını və orada yaşamağa başladığını X15 2017-ci ildə vəfat etdiyini, onun həyat yoldaşının vəfatından sonra dəfələrlə Cavabdeh onların ailəsinə məxsus olan evi boşaltmasını tələb etsə də, onun buna məhəl qoymadığını və bu günə qədər mənzili boşaltmadığını, 2017-ci ilin ilk aylarında övladı 1992-ci il təvəllüdlü X12 ağır xəstələndiyini və ona xüsusi qulluq tələb olunduğundan miras əmlakın qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində Şərur rayonuna gələ bilmədiklərini, haliyədə miras qalmış əmlakın qəbulu ilə əlaqədar Şərur rayon iki saylı Notariat Ofisinə ərizə ilə müraciət etsə də ərizəyə cavab verilərək mirasın qəbulu üçün müəyyən edilmiş müddət buraxıldığından və cavabdehin həmin evdə yaşaması səbəbindən aidiyyatı üzrə məhkəməyə müraciət etməyimi məsləhət görüldüyünü, övladının ağır yataq xəstəsi olması səbəbindən mirası qanunla müəyyən olunmuş müddətdə qəbul etməməklərinin üzürlü səbəbdən buraxıldığını hesab etdiyini qeyd edərək, 07 yanvar 2017-ci ildə Şərur rayonunun Düdəngə kəndində vəfat etmiş X7 Şərur rayonunun Düdəngə kəndində yerləşən miras qalmış əmlakın buraxılmış mirasın qəbul edilməsi üçün müddətinin uzadılması və miras əmlakın qəbul edilməsinə qarşı yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, о, məhkəmə iclaslarına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmiş, lakin vəkil-nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə mülki işə iddiaçının iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. 24 yanvar 2022-ci il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında mərhum həyat yoldaşı X26 ilə 1989-cu ildə faktiki olaraq evləndiklərini, 1990-cı ildə rəsmi nikah qeydiyyatından keçdiklərini, həmin vaxtdan 2000-ci ilə qədər Şərur rayon Düdəngə kəndində birlikdə yaşadıqlarını, birgə nikahda olduqları dövrdə X16 Şərur rayon Düdəngə kəndi ərazisində JN959A nömrəli şəhadətnamə əsasında 1104.33 m2 həyətyanı torpaq sahəsi verildiyini, həmin torpaq sahəsinin üzərində 1990-cı ildə 2 otaqlı yaşayış evi tikdiklərini, həmin evdə iki övladları-1992-ci ildə X13 və 1996-cı ildə X1 dünyaya gəldiyini,. 2000-ci ildə ailəlikcə Bakı şəhərinə köçərək, orada yaşamağa başladıqlarını, onların Bakı şəhərinə köçdükdən sonra mərhum həyat yoldaşı Camal Calalovun qardaşı Cavabdeh xahişi ilə onun onların evində müvəqqəti yaşamasına icazə verdiyini,. daha sonra Bakının havasının Camala pis təsir etdiyi üçün Düdəngə kəndinə gəldiyini və orada yaşadığını, X11 2017-ci ildə vəfat etdiyini, maddi vəziyyəti ilə əlaqədar dəfndə iştirak edə bilmədiyini, lakin oğlunun gəlib iştirak etdiyini, onun həyat yoldaşının vəfatından sonra dəfələrlə Cavabdeh onların ailəsinə məxsus olan evi boşaltmasını tələb etsə də, onun buna məhəl qoymadığını və bu günə qədər evi boşaltmadığını, qanunsuz hərəkətlərlə mirasın qəbuluna mane olduğunu, 2017-ci ilin ilk aylarında övladı 1992-ci il təvəllüdlü X13 ağır xəstəliyə tutulduğu üçün miras əmlakın qəbul edilməsi üçün nəzərdə tutulmuş müddət ərzində Şərur rayonuna gələ bilmədiyini, 2018-ci ildə Şərura gəldiyini və Camalın qəbrini ziyarət etdiyini, övladının xəstə olduğu üçün müalicə etdirmək üçün cavabdehdən ona kömək etməsini istədiyini, o da evi satıb mənə 10000 manat verəcəyini dediyini, onun da razılaşdığını, lakin, sonradan razılaşmanı pozduğunu, mirasın qəbul edilməsi üçün Şərur rayon 2 saylı Dövlət Notariat Ofisinə ərizə ilə müraciət etsəm də, ərizəyə cavab verilərək, mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddət buraxıldığından və cavabdehin həmin evdə yaşaması səbəbindən aidiyyəi üzrə məhkəməyə müraciət etməyi ona məsləhət görüldüyünü,. 07 yanvar 2017ci ildə Şərur rayon Düdəngə kəndində vəfat etmiş X7 Şərur rayon Düdəngə kəndində yerləşən miras qalmış əmlakın buraxılmış mirasın qəbul edilməsi üçün müddətin uzadılması və miras əmlakın qəbul edilməsinə qarşı yaradılmış maneəlrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi Vəkil iddiaçının iddia ərizəsində qeyd etdiyi xüsusatlarla ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında qardaşı ilə İddiaçı 1990-cı ildə ailə qurduqlarını, ailə qurduqdan sonra Şərur şəhərində iddiaçının ansına məxsus evdə yaşadıqlarını, 1994-1995-ci illərdə hazırkı mübahisəli torpaq sahəsində palçıqdan 2 otaqlı ev tikdiklərini və təxminən 1 il orada yaşadıqlarını, sonra yenidən iddaçının anasının evində yaşamağa başladıqlarını, iddiaçının 1998-ci ildə poçt şöbəsində katibə işlədiyini, daha sonra uşaqlarını da götürüb Şəmsəddin adlı şəxslə birlikdə Bakı şəhərində gedib və orada yaşadıqlarını, qardaşı ilə münasibətləri pozulduqdan sonra qardaşı 1998-ci ildə onların yaşadıqları evə gəldiyini və birlikdə yaşadıqlarını, onların evdə ailə çox olduğu üçün qardaşı həmin evin açarını ona verdiyini, gedib ailəsi ilə birlikdə orada yaşadığını, həmin vaxt Firəngizin o evdə onun da haqqı olduğunu dediyini və ondan pul tələb etdiyini, o da ona 250 ABŞ dolları məbləğində pul verdiyini, qardaşının heç vaxt Bakı şəhərində yaşamadığını, ailəsi və uşaqları ilə əlaqəsinin olmadığını, təkcə oğlu ilə danışdığını, həyat yoldaşının 2013-cü ildə vəfat etdikdən sonra qardaşı Camalın digər qardaşının evinə getdiyini və orada yaşamağa başladığını, mədəsində xəstəlik olduğunu, yataqda yatdığını, südlə qidalandığı üçün qardaşının evinə gedəndə südündən istifadə edə bilsin deyə bir inək də verdiyini, müalicə olunması üçün torpağını satıb qardaşına verdiyini, 2017-ci ildə vəziyyətinin ağırlaşdı, nə Firəngizin nə də uşaqların xəstə olduğu dövrdə onu görməyə gəlmədiklərini, 2017-ci ildə vəfat etdikdən sonra təkcə oğlunun dəfn etməyə gəldiyini, Firəngizlə qızının isə gəlmədiyini, həmin evin 1 otağının uçduğunu, onun orada 1 otaq, 10 m uzunluğunda balkon, hamam, tualet tikdiyini, evin damını dəyişdiyini,. Camal vəfat etdikdən 4 il sonra, 2021-ci ildə Firəngizin qızı ilə birlikdə Naxçıvana gəldiklərini, qızını müalicə olunması üçün İrana apardığını, daha sonra onlara gəldiklərini, qızının universitetdə oxuduğunu bildirərək, universitetin ödənişlərinin azaldılması üçün Camalın ölüm haqqında şəhadətnaməsini ondan istədiyini, onun da verdiyini, onun 24 ildir ki, o evdə yaşadığını, Camalla Firəngizin 1998-ci ildən 2017-ci ilə qədər əlaqələrinin olmadığını, Firəngizin birinci dəfə 2021-ci ilin noyabr ayında kəndə gələrək oğlunun xəstə olduğunu, onu Türkiyədə əməliyyat etdirmək üçün 13000 manat pul lazım olduğunu, qohumlardan pul yığıb ona verməyini, ya da həmin evi satıb pulunu ona verməsini istədiyini, 3 gün sonra ona zəng edərək, pulu verib verməyəcəyini soruşduğunu, o da cavabında evi satıb küçədə qalmayacağını, evi sata bilməyəcəyini dediyini, Firəngizin ona torpaq sahəsinin Camalın adına olduğunu, məhkəmə yolu ilə evi ondan alacağını dediyini, o da cavabında evi pul verib satın aldığını dediyini bildirdiyinİ qeyd edərək, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 24 yanvar 2022-ci il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən şahid X2 ifadəsində onun Firəngizin atası ilə qonşu olduğunu, Camalın həm də Firəngizin bibisi oğlu olduğunu, Firəngizin Camalla evləndikdən sonra atasının evində yaşadıqlarını, daha sonra münasibətlərinin pozulduğunu və Firəngizin uşaqları ilə birlikdə Bakı şəhərinə gedib orada yaşadıqlarını, Camala onun niyə getmədiyini soruşduqda ailə münasibətlərinin tamamilə pozulduğunu bildirdiyini, Camala yenidən evlənməsini dediyini, lakin o, evlənməyəcəyini dediyini bildirmişdir. Məhkəmə baxışı iclasına iddiaçı tərəfin təşəbbüsü ilə dəvət edilən şahid X3 ifadəsində Firəngizlə qonşu olduqlarını, 1990-cı ildə torpaq sahəsi paylanan zaman ona və Camala qonşu torpaq sahələri verildiyini, 1993-1994-cü illərdə Camalla Firəngizin həmin torpaq sahəsində palçıqdan 2 otaq tikdiyini, bir müddət orada yaşadıqdan sonra Firəngizin uşaqları ilə birlikdə Bakı şəhərinə getdiyini, Camalın həmin evdə yaşamağa davam etdiyini, daha sonra Camalın anası və bacısıgildə, bir müddət də Türkiyədə yaşadığını, daha sonra Camalın vəfat etdiyini eşitdiyini, Nəsirin də Camalın evində yaşadığını bildirdi. Məhkəmə baxışı iclasına cavabdehin təşəbbüsü ilə dəvət edilən şahid X21 ifadəsində Camalla 40 il dost olduqlarını, 1990-cı illərdə Camalın Firəngizlə birlikdə Şərur şəhərində Firəngizin valideynlərinin evində yaşadıqlarını, onların Düdəngə kəndində yaşadıqlarını bilmədiyini bildirmişdir. Məhkəmə baxışı iclasına cavabdehin təşəbbüsü ilə dəvət edilən şahid X4 ifadəsində mərhum X11 bacısı olduğunu, Camalın Düdəngə kəndində torpaq sahəsi olduğunu, həmin torpaq sahəsinin üzərində palçıqdan 2 otaqlı ev tikdiyini, Camalla Firəngizin 2 uşaqları olduğunu, daha sonra Firəngizin uşaqlarını da götürüb müdiri ilə Bakı şəhərinə getdiyini, qardaşı Camalın o evdə yaşamağa davam etdiyini, Türkiyədə yaşadığı üçün sonradan nə baş verdiyini bilmədiyini, Camalın evin əşyasını satdığını, servantı 2 ədəd özəlləşmə çeki qarşılığında aldığını, əlavə olaraq ondan yorğan-döşək aldığını bildirdi. Məhkəmə baxışı iclasına cavabdehin təşəbbüsü ilə dəvət edilən şahid X8 ifadəsində Cavabdeh qızı olduğunu, əmisi Camalı həmişə tək gördüyünü, onun həyat yoldaşını və uşaqlarını əmisi vəfat etdikdən sonra gördüyünü, 2019-cu ilin payız aylarında Firəngizin qızı ilə birlikdə Şərura gəldiyini, doğulub boya-başa çatdığı evin əmisi Camala aid olduğunu eşitdiyini, atasının həmin evi Camaldan aldİğını bildirdi. Məhkəmə baxışı iclasın cavabdehin təşəbbüsü ilə dəvət edilən şahid X14 ifadəsində Nəsirin onun həyat yoldaşının qardaşı olduğunu, 1998-cİ ildə Nəsirin ata evinə gəlin gəldiyini, 2017-ci ildə Camal vəfat edən zaman Firəngizin gəlmədiyini, Firəngizin 2019-cu ildə Düdəngə kəndinə gəldiyini, gəlin köçən zaman Camalın ata evində yaşadığını, Camalın başqa evinin olmasını bilmədiyini, onun ata evində vəfat etdiyini bildirdi. Məhkəmə baxışı iclasında iştirak edən şahid X17 ifadəsində Nəsirin 2-ci həyat yoldaşı olduğunu, 8 il əvvəl ailə qurduqlarını, rəsmi nikaha daxil olmadıqlarını, Nəsirin Camaldan aldığı evdə yaşadıqlarını, əvvəllər Firəngizi görmədiyini, Camal vəfat etdikdən sonra Firəngizin onların yaşadığı həyətə gəldiyini, onu tanımadığını, Firəngizin ona Camal arvadı olduğunu dediyini, ona Camal vəfat edən zaman onu görmədiyi üçün tanımadığını dediyini, Firəngizin Camal vəfat edən zaman gəlmədiyini, oğlu 8 yaşında olarkən ayrılıb Bakı şəhərinə getdiyini və orada yaşadıqlarını, Türkiyəyə gedib mal alıb Bakı şəhərində məqsədilə gəldiyini dediyini, bir gecə də onların evində qonaq qaldığını bildirdi. Məhkəmə baxışı iclasına cavabdehin təşəbbüsü ilə dəvət edilən şahid X5 ifadəsində Nəsirin qardaşı olduğunu, Camal ailə qurduqdan sonra Şərur şəhərində qaynanasının evində yaşadıqlarını, sonra Düdəngə kəndində palçıqdan 2 otaqlı ev tikərək orada yaşadıqlarını, 1999-cu ildə Camalla Firəngizin uşaqları ilə birlikdə Bakı şəhərinə getdiklərini, 5-6 ay sonra Camalın kəndə qayıtdığını, vəfat edənə qədər ata evində onunla birlikdə yaşadığını, Nəsirin Camaldan evini 250 dollara aldğını, Nəsirin ailəsi bilrikdə həmin evə köçərək orada yaşadıqlarını, Camal vəfat edən zaman Firəngizin onun yas mərasiminə belə gəlmədiyini, 3 il sonra gəldiyini, ondada həmin evə görə qardaşından pul almaq üçün gəldiyini bildirmişdir. Məhkəmə baxışı iclasına cavabdehin təşəbbüsü ilə dəvət edilən şahid X22 ifadəsində Nəsirin onun əmisi olduğunu, Firəngizi ümumiyyətlə görmədiyini, uşaq vaxtı evlərində valideynlərindən əmisinin həyat yoldaşı və uşaqları ilə birlikdə Bakı şəhərinə getdiyini, 3-4 ay sonra Firəngizin əmisini evdən çıxardığını, əmisinin Düdəngə kəndinə gələrək ata evində yaşadığını eşitdiyini bildirmişdir Məhkəmə iddiaçının, iddiaçının vəkili-nümayəndəsinin, cavabdehin izahatlarına, şahidlərin ifadələrinə və iş materiallarında tədqiq olunmuş sənədlərə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. İş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Şərur rayon idarəsi tərəfindən verilmiş 03/386 nömrəli, 29.10.2021-ci il tarixli məktubdan görünür ki, Şərur rayon Düdəngə kəndində yaşamış mərhum X11 adına Şərur rayon Düdəngə kəndində JN-959A nömrəli torpaq şəhadətnaməsi əsasında verilmiş 1104.33 m2 həyətyanı torpaq sahəsi və JN-1103 nömrəli dövlət aktı əsasında verilmiş 1170.65 m2 kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydə alınmışdır. İş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Şərur rayon idarəsi tərəfindən İddiaçı ünvanlanan 04/387 nömrəli, 01.11.2021-ci il tarixli məktubdan görünür ki, X11 adına Şərur rayon Düdəngə kəndində JN-959A nömrəli torpaq şəhadətnaməsi əsasında verilmiş 1104.33 m2 həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə texniki pasportun hazırlanması, əmlak üzərində vərəsəlik yaranması üçün mübahisə həll edildikdən sonra qeydiyyata alına bilər. İş materiallarında olan İddiaçı tərəfindən ünvan 2 ünvanlanan ərizədən görünür ki, İddiaçı mirasın qəbulu ilə bağlı ünvan 2 müraciət etmişdir. İş materiallarında olan Şərur rayon 2 saylı Notariat ofisinin 01.11.2021-ci il tarixli 23 nömrəli qərarında qeyd olunmuşdur ki, ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı ərizəsinə əsasən mərhum X11 ölümündən sonra onun harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlakdan qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 28.10.2021-ci il tarixli çıxarışdan görünür ki, X26 ilə X9 arasında 31 avqust 1990-cı il tarixdə rəsmi nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 51 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına "Calalova" soyadı verilmişdir. İş materiallarında olan Şərur rayon Düdəngə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 06.02.2017-ci il tarixli, AZ-İ 596171 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X26 mədə qanaxması nəticəsində rəhmətə getmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər icra Hakimiyyəti Mənzil-Kommunal təsərrüfatı Departamenti Nizami rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 76 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 657 nömrəli 09.10.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, B.Çobanzadə küçəsi 51 saylı evin 25-ci mənzilində qeydiyyatda durur. İş materiallarında olan Bona Dea xəstəxanasının 17.11.2021-ci il tarixli məlumatından gprünür ki, X18 qeyri spesifik xoralı kolit aktiv fomra qanaxama diaqnozu qoyulub və xəstənin uzun illər müalicə alması planlanmışdır. İş materiallarında olan Şərur rayon Düdəngə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 577 saylı 28.10.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Şərur rayon Düdəngə kəndində qeydiyyatda durur. İş materiallarında olan olan Şərur rayon Düdəngə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 578 saylı 01.11.2021-ci il tarixli arayışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, həqiqətən də mərhum Şərur rayon Düdəngə kənd sakini X26 vəfat etdikdən sonra onun aşağıdakı tərkibdən ibarət ailə üzvləri qalmışdır.

1. H/Y- İddiaçı-1967

2. Oğlu- X39-1992

3. X10-1996 Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07 yanvar 2017-ci ildə Şərur rayonunun Düdəngə kəndində vəfat etmiş X7 Şərur rayonunun Düdəngə kəndində yerləşən miras qalmış əmlakın qəbul edilməsi üçün buraxılmış müddətinin üzürlü hesab edilərək uzadılması və cavabdeh tərəfindən miras əmlakın qəbul edilməsinə qarşı yaradılmış maneələrin aradan qaldırılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə baxışı iclasında iştirak edən iddiaçı məhkəməyə verdiyi izahatında maddi imkansızlığı ilə əlaqədar mərhum X11 dəfnində iştirak edə bilmədiyini, miras əmlakın qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində mirası əmlakı qəbul edə bilməməsini oğlunun xəstə olması və cavabdehin qanunsuz hərəkətləri ilə əlqələndirmişdir. İş materialında “Bona Del” İnternational Hospitalın 17.11.2021-ci il tarixli məlumatından görünür ki, iddiaçının oğlu X30 ilk dəfə 22.12.2020-ci il tarixdə həmin hospitala müraciət etmişdir. Həmçinin də miras əmlakın qəbulu üçün nəzərdə tutulmuş müddətdə onu qəbul edə bilməməsinin cavabdehin qanunsuz hərəkətləri ilə bağlı olmasına dair məhkəməyə hər hansı sübüt təqdim etmədiyindən iddiaçının istinad etdiyi bu hallar məhkəmə tərəfindən əsasız hesab edilir. Məhkəmə qeyd edir ki, iddiaçı mərhum X11 vəfatından sonra 3 ay müddətində miras əmlakın qəbul edilməsi üçün müraciət etməmiş, mirasın açıldığı gündən 6 aylıq müddəti ötürmüş, həmçinin iddiaçı tərəfindən mirasa faktiki sahiblik edilməmişdir. İddiaçı mərhum X11 vəfatından təqribən beş ilə yaxın müddət keçdikdən sonra qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamə alınması üçün notariat ofisinə müraciət etmiş, notariat ofisi tərəfindən qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamənin verilməsindən imta edildikdən sonra isə miras əmlakın qəbulu üçün müddətinin uzadılması üçün məhkəməyə müraciət etmişdir. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, iddiaçının miras əmlakın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinin üzürlü səbəbləri məhkəmə tərəfindən müəyyən edilmədiyindən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; - 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; - 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər; - 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədəölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar; - 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir; - 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər. - 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər; “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun: - 17-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət notariusu vərəsəlik hüququ haqqında şəhadətnamələr verir; - 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir.Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir; - 58-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. G.Qəhrəmanovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının AR-nın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Qeyd olunan qərarda həmçinin göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İşin hallarından göründüyü kimi, iddiaçı miras əmlakı qanunla müəyyən olunmuş müddətdə istər notariat ofisinə müraciət etmək üsulu ilə, istərsə də miras əmlaka faktiki sahiblik etmək yolu ilə qəbul etməmişdir. İddiaçı ərinin ölümündən sonra miras əmlakı qəbul etməməsinin səbəbini oğlunun xəstə olması və cavabdehlərin qanunsuz hərəkətləri ilə əsaslandıraraq mirasın qəbul edilməsi müddətinin uzadılmasını xahiş etsə də bununla bağlı hər hansı sübüt təqdim etməmişdir. Eləcə də iddiaçı miras əmlaka nə faktiki sahiblik etmiş, nə də öz mənafeyi üçün miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün hər hansı hərəkətlər etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. İddia qaldırılarkən ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “mirasın qəbul edilməsi vaxtının uzadılması və miras əmlakın qəbul edilməsinə qarşı yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair iddiası rədd edilsin. İddia qaldırılarkən ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar