Məhkəmə qərarları › İş №2(110)-644/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-644/2025

21.10.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-644/2025 21.10.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X11 Elmar oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, Ərizəçi, Maraqlı şəxs Şərur Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X3 iştirakları ilə Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək, övladı-Şərur rayonu Danyeri kənd sakini Hacızadə Validə Mürsəl qızının fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, qızı Hacızadə Validə Mürsəl qızı 1992-ci ildə Şərur rayonu Danyeri kəndində doğulub. Qızına ağır dərəcəli əqli gerilik diaqnozu qoyulub. O, öz hərəkətlərinə rəhbərlik edə bilmir və hüquqlarını həyata keçirə bilmir. Müalicəsi ilə əlaqədar həkim yoxlamalarından keçirilməsi üçün Naxçıvan şəhərinə getdiyində başqasının köməyinə ehtiyacı var. Şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması məhkəmə tərəfindən müəyyən olunduğundan məhkəməyə müraciət edir. İşdə iştirak edən şəxslərin izahatı: Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə etdiyini, həyat yoldaşı Hacızadə Mürsəl ilə 1985-ci ildə evləndiklərini, 3 uşaqlarının doğulduğunu, Validəniin xəstə olduğunu, özünü idarə edə bilmədiyini bildirərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs-Şərur rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X1 Hacızadə Validə Mürsəl qızının fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməsində hər hansı sui-istifadə hallarının olmamasını müəyyən etdiyini, şəxsin həqiqətən fəaliyyət qabiliyyəti olmadığının göründüyünü bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Yazılı sübutlar: İş materiallarında olan Naxçıvan MSSR İliç rayonunun Xanlıqlar kənd Soveti tərəfindən verilmiş xx.xx.1986-cı il tarixli nikah haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 ilə Ərizəçi arasındakı nikah xx.xx.1986-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 49 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Eyvazov”, arvad “Eyvazova” soyadı verilmişdir. İş materiallarında olan Naxçıvan MSSR İliç rayonunun Xanlıqlar kənd Soveti tərəfindən verilmiş XVİİ- Жгseriyalı, 277142 №-li doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, Hacızadə Validə Mürsəl qızı xx.xx.1992-ci il tarixdə Şərur rayonunun Şəhid Məmməd kəndində doğulmuşdur. X4, anası Ərizəçidır. İş materiallarında olan Şərur rayonun İcra Hakimiyyəti başçısının Şərur rayonunun Danyeri kənd İ.Ə.D üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 177 №-li arayışdan görünür ki, Hacızadə X7 rayonunun Danyeri kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. İş materiallarında olan Şərur rayonun İcra Hakimiyyəti başçısının Şərur rayonunun Danyeri kənd İ.Ə.D üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 178 №-li arayışdan görünür ki, Ərizəçi Şərur rayonunun Danyeri kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. İş materiallarında olan xx.xx.2010-cu il tarixli, 289818 nömrəli vəsiqədən görünür ki, Hacızadə Validə Mürsəl qızı 2-ci qrup əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş TSEK-da sonuncu müayinəyə dair xx.xx.2025-ci il çap tarixli çıxarışından görünür ki, xx.xx.1992-ci il tarixdə doğulmuş Hacızadə Validə Mürsəl "ağır dərəcəli əqli gerilik, ağır dərəcəli anadangəlmə əqli gerilik" diaqnozu ilə 1-ci dərəcə əlildir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına X2 xx.xx.2025-ci il tarixli, 402 saylı ekspert rəyindən görünür ki, xx.xx.1992-ci il tarixdə doğulmuş Hacızadə Validə Mürsəl qızı “Ağır dərəcəli əqli gerilik” psixi xəstəliyindən əziyyət çəkir. Hacızadə Validə Mürsəl qızı öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil. Hacızadə Validə Mürsəl qızının sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Ekspert rəyini hərtərəfli qiymətləndirərək onu mötəbər sübut hesab edən məhkəmə, rəyi, o cümlədən məhkəmə iclasında dindirilmiş şəxslərin izahatlarını nəzərə alaraq mülki işə MPM-in 320.2-ci maddəsinə əsasən haqqında işinə baxılan şəxsin - Hacızadə Validə Mürsəl qızının iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını işdə iştirak edən şəxslərin izahatları ilə əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə verilmiş Hacızadə Validə Mürsəl qızının xx.xx.1992-ci il tarixdə Şərur rayonunun Danyeri kəndində doğulması, onun hazırda Şərur rayonunun Danyeri kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin ünvanda yaşaması, Ərizəçi onun anası olması, Hacızadə Validə Mürsəl qızının birinci dərəcə əlil olması mülki işin mübahisəsiz hallarıdır. Məhkəmənin hüquqi əsaslandırması: Mülki iş materiallarını qanunvericiliyin tələbləri daxilində onları bir-biri ilə əlaqəli şəkildə tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçinun ərizəsi əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinin tələbinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş üzrə ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların, (valideynlərin, uşaqların, qardaş-bacıların) müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 321.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Ərizəçi Hacızadə Validə Mürsəl qızının anası, yəni yaxın qohumu olduğundan o, Hacızadə Validə Mürsəl qızının fəaliyyət qabiliyyəti olmayan hesab olunmasına dair ərizə ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malikdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən faktiki hallarına, yuxarıda qeyd olunan hüquq normalarını tətbiq edən məhkəmə hesab edir ki, Hacızadə Validə Mürsəl qızının əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin və Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsinin izahatları, iş üzrə təyin edilmiş məhkəməpsixiatriya ekspertizasının rəyi, o cümlədən işdə olan digər mötəbər sübutlar ilə tam sübuta yetirilir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Hacızadə Validə Mürsəl qızı əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən ərizə təmin edilməklə, o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - Ərizəçi ərizəsi əsaslı olduğundan təmin olunmalı; - xx.xx.1992-ci il tarixdə Şərur rayonu Danyeri kəndində doğulan və Şərur rayonu Danyeri kəndində yaşayan Hacızadə Validə Mürsəl qızı fəaliyyət qabiliyyəti olmayan hesab edilməli; - Məhkəməyə müraciət etməsi ilə bağlı Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi ərizəsi əsaslı olduğundan təmin olunsun. xx.xx.1992-ci il tarixdə Şərur rayonunun Şəhid Məmməd kəndində doğulmuş və Şərur rayonunun Danyeri kəndində yaşayan Hacızadə Validə Mürsəl qızı fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Məhkəməyə müraciət etməsi ilə bağlı Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar