Məhkəmə qərarları › İş №2(110)-65/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-65/2025

27.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-65/2025 27.02.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin Şərur rayon idarəsinin nümayəndəsinin iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi və vəsiyyətnamədən irəli gələn digər hüquqi nəticələrin ləğv edilməsi, mirasın faktiki qəbulunun və miras əmlaka payların müəyyən edilməsi” tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum atası X4 tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli 2V-18 saylı vəsiyyətnamənin etibarsız hesab edilməsi və vəsiyyətnamədən irəli gələn digər hüquqi nəticələrin ləğv edilməsi, mərhum atası X2 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq qalmış əmlakın tərəfindən miras kimi faktiki qəbul edilməsi və miras əmlaka payların müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı X1 iddia ərizəsində qeyd edilənlərlə eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında atası rəhmətə getməmişdən 5 gün əvvəl qardaşı Mikayıl ilə analığı Şəfiqə atasını həkim adı ilə evdən çıxarıb notariusa aparıb vəsiyyətnamə yazdırdıb gətirdiklərini, 5 gün sonra yəni xx.xx.2006-cı ildə atasının rəhmətə getdiyini, analığı Şəfiqə, bacıları və onun atasının 40-na qədər həmin evdə yaşadıqlarını, sonra hər kəsin öz evinə getdiyini, ilinə qədər arada gedib-gəldiyini, Şəfiqənin təqribən 1 il yarımdan artıq orada yaşadığını, həmin miras əmlakdan 1 pay Şəfiqəyə və 1 pay da ona düşməli olduğunu qeyd edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə əvvəlki məhkəmə iclasında verdiyi izahatı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil əvvəlki məhkəmə iclasında verdiyi izahatı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 əvvəlki məhkəmə iclasında verdiyi izahatı müdafiə edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 əvvəlki məhkəmə iclasında verdiyi izahatı müdafiə edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh3 əvvəlki məhkəmə iclasında verdiyi izahatı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin Şərur rayon idarəsinin nümayəndəsi məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən 3-cü şəxs Şərur rayon 2 saylı notariat ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, keçirilən məhkəmə iclaslarında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasına iddiaçının təşəbbüsü ilə dəvət edilə şahid X5 ifadəsində Ələkbər əminin nə vaxt rəhmətə getdiyini dəqiq xatırlamadığını, rəhmətə gedəndən sonra həmin evdə Şəfiqə xalanın yaşadığını, Şəfiqə xala gedəndən sonra Həsən əminin orada yaşadığını, Laləzarın 1-2 dəfə həmin həyətə gəlib-getdiyini gördüyünü, Ələkbər əminin xəstə olduğunu bilmədiyini bildirmişdir. Məhkəmə baxışı iclasına iddiaçının təşəbbüsü ilə dəvət edilə şahid X8 ifadəsində Ələkbər əmi ilə qonşu olduqlarını, Ələkbərin əminin 2006-cı ildə rəhmətə getdiyini, rəhmətə gedəndən sonra Laləzar və Xalidənin həmin evə gəlib-getdiklərini, Laləzarın yaşayış yerinin Naxçıvan şəhəri, Xalidənin isə yaşayış yerinin Bakı şəhəri olduğunu, Şəfiqənin o evdə az müddət yaşadığını, dəqiq vaxtını bilməsədə Laləzarın həmin evdə Şəfiqədən çox yaşadığını, Ələkbər əminin xəstə olduğundan ümumiyyətlə xəbərinin olmadığını bildirmişdir. Məhkəmə baxışı iclasına iddiaçının təşəbbüsü ilə dəvət edilə şahid X6 ifadəsində Ələkbər babasının nə vaxt rəhmətə getdiyini xatırlamadığını, babası rəhmətə gedəndən sonra anası Laləzarın 1 il orada yaşadığını, həftə sonları gəlib onu Naxçıvan şəhərinə apardığını, 1-2 gün qalıb sonra yenidən onu gətirib ora qoyduğunu, anası ilə bərabər Şəfiqənində orada yaşadığını, dayısı Həsənin ora gəlibgetdiyini, babasının xətsə olanda özünü idarə edə bildiyini, həyətdə gəzdiyini, sonra gedib yatdığını bildirmişdir. Məhkəmə baxışı iclasında iddiaçı X1 məhkəməyə ərizə təqdim edərək ərizəsində, icraatda olan 2(110)-65/2025 saylı mülki iş üzrə aralarında olan mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədilə iddia tələbinin baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən proses iştirakçılarının hər biri iddiaçının mülki işin baxılmamış saxlanılması barədə xahişinə etirazlarının olmadığını və iddiaçının ərizəsinin təmin edilməsini xahiş etdilər. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizə verdiyindən və cavabdehlər isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiklərindən və iddiaçının ərizəsinin təmin edilməsini xahiş etdiklərindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 259.0.11-ci maddəsinə əsasən qərardadda iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 260.4-cü maddəsinə müvafiq olaraq iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi və vəsiyyətnamədən irəli gələn digər hüquqi nəticələrin ləğv edilməsi, mirasın faktiki qəbulunun və miras əmlaka payların müəyyən edilməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı izah olunur ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar