Məhkəmə qərarları › İş №2(110)-665/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-665/2024

10.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-665/2024 10.09.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən Naxçıvan MR Şərur Rayon Məhkəməsinin sədri Əliyev Mehdi Ədalət oğlu İddiaçı cavabdeh X1 qarşı mirasın qəbul edilməsi faktının və payın müəyyən olunması tələbinə dair mülki iş üzrə cavabdehin nümayəndəsi Nümayəndə etiraz ərizəsinə baxaraq MÜƏYYƏN ETDİM: Naxçıvan MR Şərur Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh X1 qarşı mirasın qəbul edilməsi faktının və payın müəyyən olunması tələbinə dair mülki iş vardır. Məhkəmədə işə baxılarkən cavabdehin nümayəndəsi Nümayəndə etiraz ərizəsi verərək işə Naxçıvan MR Şərur Rayon Məhkəməsində baxılmasına etirazını bildirmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, o, iddiaçının mərhum həyat yoldaşı Şərur Rayon Məhkəməsində gözəçti vəzifəsində işləmişdir. Buna görə əvvəllər onun iddiaçı olduğu iş üzrə də iddia rədd edilmişdir. Bu səbəbdən bütün məhkəmə tərkibinə etiraz etmiş, işin baxılması üçün mülki işin etiraz məsələsi həll olunması üçün Naxçıvan MR Ali Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19.2.3-cü maddəsinə əsasən əgər hakim şəxsən bilavasitə və ya dolayı yolla işin nəticəsi ilə maraqlıdırsa ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa hakimin işə baxmasına yol verilmir. Həmin Məcəllənin 22.5-ci maddəsinə görə əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin bütün tərkibinə və ya təktərkibli məhkəmənin hakiminə edilmiş etiraz və ya özü-özünə etiraz təmin edilmişsə, bu halda iş apellyasiya instansiyası məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilir. Belə olan halda hesab edirəm ki cavabdehin nümayəndəsinin etiraz ərizəsi təmin olunmalı və mülki iş başqa birinci instansiya məhkəməsinə verilmə məsələsinə baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 22 və 263-cü maddələrini rəhbər tutub QƏRARA ALDİM: İddiaçı cavabdeh X1 qarşı mirasın qəbul edilməsi faktının və payın müəyyən olunması tələbinə dair işə Naxçıvan MR Şərur Rayon Məhkəməsində baxılmasına dair etiraz ərizəsinə baxılması və mülki işin başqa birinci instansiya məhkəməsinə verilmə məsələsinə baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinə göndərilsin. Məhkəmənin sədri: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar