Məhkəmə qərarları › İş №2(110)-686/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-686/2022

21.12.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-686/2022 21.12.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Ərizəçi və Şərur Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1981-ci il tarixdə Şərur rayon Yuxarı Yaycı kəndində doğulmuş qardaşı Rəhimov Ağa Əhməd oğlunun fəaliyyət qabiliyyəti olmayan sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində, yetkinlik yaşına çatmış qardaşı Rəhimov Ağa Əhməd oğlunun 0.11.1981-ci il tarixdə Şərur rayon Yuxarı Yaycı kəndində doğulduğunu, onun anadangəlmə qüsurlu doğulduğunu və Şərur rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində İ qrup əlil kimi qeydiyyatda durduğunu qardaşının öz hərəkətlərinə rəhbərlik edə bilmədiyini və hüquqlarını həyata keçirə bilmədiyini, onun öz hüquqlarının həyata keçirilməsi üçün başqasının köməyinə ehtiyacının olduğunu, ona görə də Ağanın fəaliyyət qabiliyyəti olmayan sayılmasına və üzərinə qəyyum təyin olunmasına ehtiyacının olduğunu, fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli sayılmasının məhkəmə tərəfindən müəyyən olunduğunu, ona görə də məhkəməyə ərizə ilə müraciət etdiyini qeyd etmişdir. Məhkəmə baxışı iclasında iştrak edən Ərizəçi ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X1“ xx.xx.2022-ci il tarixli 78 saylı Ambulator Məhkəmə-Psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, Rəhimov Ağa Əhməd oğlunun sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirakına imkan vermir. Məhkəmə rəydə qeyd olunanlara əsaslanaraq Rəhimov Ağa Əhməd oğlunun məhkəmə iclaslarında iştirak etmək üçün dəvət etməmişdir. Məhkəmə iclasında iştirak edən Şərur Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçılik Komissiyasının nümayəndəsi X4 izahatında Şərur rayon Yuxarı Yaycı kənd sakini Rəhimov Ağa Əhməd oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə Şərur Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçılik Komissiyasının heç bir etirazının olmadığını qeyd edərək, məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarına, toplanmış sübutlara və tədqiq olunmuş sənədlərə hüquqi qiymət verərək bu qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Şərur rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, 014437 nömrəli vəsiqənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Rəhimov Ağa Əhməd oğlu uşaqlıqdan İ qrup əlildir. - Şərur rayon Yuxarı Yaycı kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2018-ci il tarixdə Şərur rayon Yuxarı Yaycı kəndində Hepertoniya səbəbindən ölmüşdür. - Şərur rayon Yuxarı Yaycı kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Rəhimov Əhməd Məşədiağa oğlu xx.xx.2019-cu il tarixdə Şərur rayon Yuxarı Yaycı kəndində mikrainfakt səbəbindən ölmüşdür. - İliç rayonunun Yaycı kənd sovetliyi tərəfindən verilmiş xx.xx.1981-ci il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Rəhimov Əhməd Məşədiağa oğlu və X5, xx.xx.1981-ci il təvəllüdlü Rəhimov Ağa Əhməd oğlunun valideynləridir. - İliç rayonunun Yaycı kənd sovetliyi tərəfindən verilmiş xx.xx.1969-cu il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Rəhimov Əhməd Məşədiağa oğlu və X5, xx.xx.1969-cu il təvəllüdlü Ərizəçi valideynləridir. - Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan MR X1 xx.xx.2022-ci il tarixli 735 nömrəli arayışıdan görünür ki, Şərur rayon Yuxarı Yaycı kəndində qeydiyyatda olan 1981-ci il təvəllüdlü Rəhimov Ağa Əhməd oğlu xx.xx.1998 il tarixdən “anadangəlmə əqli zəiflik, idiotiya səviyyəsində” diaqnozu ilə Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası Psixi xəstəliklər Dispanserində qeydiyyatda dayanır. - Şərur rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin xx.xx.2022-ci il tarixli 02/1627 nömrəli arayışıdan görünür ki, Şərur rayon Y.Yaycı kənd sakini Rəhimov X6 rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində müddətsiz İ dərəcəli əlil kimi qeydiyyatda durur və hər ay 220 (iki yüz iyirmi) manat müavinət, 130 (bir yüz otuz) manat Prezident Təqaüdü alır. - Şərur rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 2(110)-686/2022 saylı qərardadından görünür ki, iş üzrə məhkəmə ekspertizası təyin edildiyindən mülki işin icraatı dayandırılmışdır. - Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan MR X1 xx.xx.2022-ci il tarixli 78 saylı rəyində qeyd olunmuşdur ki, Rəhimov Ağa Əhməd oğlunda “Anadangəlmə əqli zəiflilik.İdiotiya səviyyəsində” psixi xəstəliyi var. Rəhimov Ağa Əhməd oğlu öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil. Rəhimov Ağa Əhməd oğlunun sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirakına imkan vermir. - Şərur rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli 2(110)-686/2022 saylı qərardadından görünür ki, mülki işin icraatı təzələnmişdir. Beləliklə məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, Ərizəçi qardaşı xx.xx.1981-ci il təvəllüdlü Rəhimov Ağa Əhməd oğlunun anadangəlmə əqli zəifliyi olduğu üçün gündəlik həyatda öz hərəkətlərinin mənasının başa düşə bilmir, öz hərəkətlərinə rəhbərlik edə bilmir və hər zaman başqasının köməyinə ehtiyacı var. Məhz buna görə də ərizəçi məhkəməyə müraciət edərək xx.xx.1981-ci il təvəllüdlü Rəhimov Ağa Əhməd oğlunun üzrərində qəyyum təyin olunması üçün onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmasını istəyir. Eyni zamanda o da müəyyən olunmuşdur ki, Rəhimov Ağa Əhməd oğlu Ərizəçi himayəsində yaşayır, onun bütün qayğısı ərizəçi tərəfindən çəkilir. Mülki işin məhkəmə araşdırması zamanı şəxsin psixi qüsurlu olubolmamasını müəyyən edilməsi məqsədilə məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan MR X1 xx.xx.2022-ci il tarixli, 78 saylı rəyində Rəhimov Ağa Əhməd oğlunda “anadangəlmə əqli zəiflik, İdiotiya səviyyəsində” psixi xəstəlik olduğu, həmin şəxsin öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilərlər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir...; - 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir... . Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; - 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər; - 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir; - 319-cu maddəsinə əsasən, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəməpsixiatriya ekspertizası təyin edir...; - 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağrılır; - 321.2-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 78 saylı ekspertiza rəyinə əsasən xx.xx.1981-ci il təvəllüdlü Rəhimov Ağa Əhməd oğlunun öz hərəkətlərinin mənasını anlaya bilməməsi və hərəkətlərini idarə edə bilməməsi halları onun fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsinə kifayət qədər əsas verir. Ona görə də ərizə təmin olunmalı, xx.xx.1981-ci il tarixdə Şərur rayon Yuxarı Yaycı kəndində doğulmuş və Şərur rayon Yuxarı Yaycı kəndində yaşayan Rəhimov Ağa Əhməd oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1981-ci il tarixdə Şərur rayon Yuxarı Yaycı kəndində doğulmuş və Şərur rayon Yuxarı Yaycı kəndində yaşayan Rəhimov Ağa Əhməd oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Məhkəməyə müraciət etməsi ilə əlaqədar Ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar