Məhkəmə qərarları › İş №2(110)-687/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-687/2025

23.12.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-687/2025 23.12.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X35 Elmar oğlunun sədrliyi, X15 məhkəmə iclas katibliyi, İddiaçı və onun nümayəndəsi-Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı “mirasın qəbul edilmə faktının və miras əmlaka tam payının müəyyən olunması” tələbinə dair mülki işə məhkəmənin iclas zalında açıq məhkəmə baxış iclasında baxaraq, müəyyən etdi: Tələb:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X4 ölümündən sonra qalmış əmlakın onun tərəfidən miras əmlk kimi qəbulu faktının və miras əmlaka tam payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X12 xx.xx.2014-cü ildə Şəkərli Diabet xəstəliyi səbəbindən vəfat etdikdən sonra Şərur Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 03 №-li qərarı ilə Şərur rayon Yuxarı Aralıq kəndində X12 ailə başçısı olmaqla cəmi 4 nəfərdən ibarət (İddiaçı, X25 və X32) ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş JN-202A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən 0,14 hektar həyətyanı torpaq sahəsi miras qalmışdır.

3. X12 vəfat etdiyi günədək qeyd olunan torpaq sahəsi və üzərində tikilmiş fərdi yaşayış evində onun və ailə üzvləri ilə birlikdə yaşamış, haliyyədə də ailə üzvləri ilə birlikdə həmin həyətyanı torpaq sahəsi və üzərində tikilmiş fərdi yaşayış evində yaşayır.

4. Aşağıda adları qeyd olunlar X12nun vərəsələridir:

1. X9 qızı,

2. Oğlu-Cavabdeh,

3. X13 qızı

4. Oğlu-İddiaçı.

5. X4 birinci növbəli vərəsələridən anası X18 xx.xx.1999-cu il tarixdə vəfat etmiş, digər vərəsələr qardaşı Cavabdeh Fərəmə oğlu və bacısı X16 isə atasının sağlıında ailə qurub ayrılmış və haliyyədə də özlərinə məxsus evlərdə ailə üzvləri ilə birlikdə yaşayırlar. O, isə ailə qurduqdan sonra ailə üzvləri ilə birlikdə mərhum atası X2 və onun ölümündən sonra bu günə kimi mübahisəsiz olaraq Şərur Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 03 No-li qərarı ilə Şərur rayon Yuxarı Aralıq kəndində X12 ailə başçısı olmaqla cəmi 4 nəfərdən ibarət (İddiaçı, X25 və X32) ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 0.14 hektar həyətyanı torpaq sahəsi və üzərində tikilmiş fərdi yaşayış evində yaşayır.

6. Lakin maddi imkanı olmadığından bu günə kimi qeyd olunan torpaq sahəsini rəsmi olaraq miras əmlak kimi adına rəsmiləşdirə bilməmişdir. xx.xx.2025-ci il tarixdə müvafiq sənədləri toplayaraq Şərur rayon 2 saylı notariat ofisinə müraciət edərək xx.xx.2014-c il tarixdə vəfat etmiş X12ndan miras qalmış əmlakdan X27 şəhadətnamə veriməsini xahiş etmişdir. Şərur rayon 2 saylı notariat ofisindən verilmiş xx.xx.2025-ci il tarixli 74 saylı Notariat hərəkətərin aparılmasından imtina edilməsi haqqında Qərarı ilə mirasın qəbul edilməsi ilə bağlı müəyyən edilmiş müddət tərəfindən buraxıldığı qeyd edilərək ona Qanun üzrə X27 Şəhadətnamə verilməsindən imtin edilmişir.

7. Bacısı İsmayılova (Camalova) Aybəniz Fərəməz qızı mərhum X12ndan irs qalmış əmlakdan ona çatacaq hissəsindən notarial qaldada ərizə verərək imtina etmiş, qardaşı Cavabdeh isə X12ndan irs qalmış əmakdan ona çatacaq hissəsindən imtina ərizəsi verməmişdir.

8. İddiaçı bildirmişdir ki, mərhum X12nun ölümündən sonra harada yerləşməsindən və nədən ibarəət olmasından asılı olmayara qalmış əmlakın tərəfindən miras əmlak kimi qəbulu faktı tanınmalıdır. Ona görə də müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

9. X21 vərəsəsi X5 məhkəmə tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilərək xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasına çağrılmışdır.

Tərəflərin izahatları:

10. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında və verilən suallara cavabında iddia ərizəsində qeyd olunan halları təsdiq etdiyini, anası Firuzə 1999-cu ildə, atası isə 2014-cü ildə vəfat etdiyini, atadan bir torpaq sahəsi miras qaldığını, həmin torpaq sahəsində onun, yoldaşının və oğlunun payı olduğunu, həmin torpaq sahəsinin üzərində ev yerləşdiyini, bacısı Aybənizin 1994-cü ildə ailə quraraq Bakı şəhərində yaşadığını, qardaşı Əlinin isə 1991-1992-ci illərdən Bakı şəhərində yaşadığını, Atasının valideynlərinin vəfat etdiyini, lakin bununla bağlı iş materillarına sübut əlavə edə bilmədiyini, özünün shəmin evdə doğulduğunu və o vaxtdan həmin evdə ailəsi ilə birlikdə yaşadığını, Əlinin yasda iştirak edərək və Bakı şəhərində getdiyini, mirasla bağlı mübahisələri olmadığını, atasının yası mərasimini onun götürdüyünü və dəfn xərcini də onun aldığını, qardaşı Əlinin Bakı şəhərində özünə məxsus evi olduğunu, atasının başqa nikahı olmadığını, həmin evdə ailəsi ilə birlikdə yaşadığını, qaz və elektirik abunəliklərinin onun adına olduğunu, babasının adı Əli, nənəsinin isə Ruqayyə olduğunu, babasının 1942-ci ildə müharibə getdiyini, lakin qayıtmadığını, nənəsinin isə 1942-ci illərdə ot tayasından düşərək vəfat etdiyini bildirərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-Vəkil izahatında iddianı müdafiə etdiklərini, iddiaçının baba və nənəsinin vəfat etməsi ilə bağlı aidiyyəti orqanlara sorğu verdiklərini, lakin bununla bağlı sübut əldə edə bilmədiklərini, bunu şahid ifadələri ilə təsdiq edə biləcəklərini, vərəslər arasında mübahisə olmadığını, lakin cavabdehin həmin ata mülkünün satılmasını istəmədiyini bildirərək, iddianın təmin olunmasını xahiş etmişdir.

12. Mülki iş üzrə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş, xx.xx.2025-ci il tarixdə məhkəməyə teleqram vuraraq, səhhəti ilə bağlı məhkəmə baxış iclaslarında iştirak edə bilməyəcəyini, bu səbəbdən də, onun iştirakı olmadan işə baxıb iddiaçının iddia tələbinin təmin edilməməsi və onun ata mülkində qanuni varis kimi tanınmağı barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

13. Həmçinin mülki iş üzrə məhkəmə tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X5 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək, Bakı şəhərində yaşadığından məhkəmə iclasında iştirak edə bilməyəcəyini, atasından qalan mirası qəbul etmədiyini, qardaşı İddiaçı tərəfindən qəbul edilməsinə etirazının olmadığını bildirmişdir.

14. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir.

Şahid ifadələri:

15. Məhkəmə iclasında iştirak edən Şahid1 ifadəsində və verilən suallara cavabında Fərəməzin atası Əlinin və onun əmisioğlu Süleymanın müharibəyə getdiklərini, lakin onların müharibədən qayıtmadıqlarını, sonra iki qardaşın Aralıq kəndinə getdiklərini, anası Ruqayədən məlumatının olmadığını, Əli kişinin başqa uşaqlarının olmadığını bildirmişdir.

16. Məhkəmə iclasında iştirak edən şahid X10 ifadəsində və verilən suallara cavabında Fərəməzin atasının adı Əli, anasının isə Ruqayyə olduğunu, Ruqayyənin onların kəndindən olduğunu, Əli kişi öləndən sonra onun da vəfat etdiyini, Ruqayyənin kənddə qohumlarının olmadığını, Əli kişinin isə müharibədə vəfat etdiyini bildirmişdir.

17. Məhkəmə iclasında iştirak edən Şahid2 ifadəsində və verilən suallara cavabında onun Əhəd ilə hasar qonşusu olduğunu, Fərəməz kişinin Əhəd, Əli və Aybəniz adında 3 övladının olduğunu, onun Aybəniz ilə bir sinifdə oxuduğunu, Fərəməz kişi 10-15 il olar ki, vəfat etdiyini, Fərəməzin kənddə evi olduğunu, indi isə həmin evdə Əhədin yaşadığını, Əli və Aybənizin atasının yasında iştirak etdiklərini, həyətdəki ağaclara Əhədin baxdığını və meyvələrini də onun yığdığını, Əlini sonuncu dəfə atasının yasında gördüyünü, mirasla bağlı qardaşların mübahisəsini eşitmədiyini, həyətdə Əhədin kartof anbarının olduğunu bildirmişdir.

18. Məhkəmə iclasında iştirak edən Şahid3 ifadəsində və verilən suallara cavabında Fərəməz kişinin Əli, Aybəniz və Əhəd adında 3 övladının olduğunu, Fərəməz kişinin 2014cü ildə vəfat etdiyini, yoldaşının isə ondan əvvəl vəfat etdiyini, Fərəməzdən bir torpaq sahəsi miras qaldığını, həmin həyətdə Əhədin yaşadığını, Əhədin həmin torpaq sahəsində özünə anbar tikdiyini, Əlinin Fərəməz kişinin yasında iştirak etdiyini bildirmişdir.

Yazılı sübutlar:

19. İş materiallarında olan Noraşen Rayon Qarxun Kənd Soveti tərəfindən verilmiş xx.xx.1964-cü il tarixli, İ-ИЕ 453126 nömrəli nikah şəhadətnaməsinin surətindən görünür ki, X31 ilə X17 xx.xx.1964-cü il tarixdə nikaha daxil olublar.

20. İş materiallarında olan JN-202A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının surətindən görünür ki, Şərur rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999cu il tarixli 03 nömrəli qərarı ilə Şərur rayonu Yuxarı Aralıq kəndində yerləşən 0.14 ha topraq sahəsi X31, İddiaçı, X25 və X22 birgə mülkiyyətinə verilmişdir.

21. İş materiallarında olan Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, AZ-İ № 554199 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X31 xx.xx.2014-cü il tarixdə ölmüşdür.

22. İş materillarında olan Şərur rayon yuxarı Aralıq İnzibatə Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 60 nömrəli arayışından görünür ki, X21 vərəsələri: 1.X18, 2.Cavabdeh, 3.X16, 4.İddiaçıdur.

23. İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli doğum akt qeydləri kitabından çıxarışdan görünür ki, Cavabdeh xx.xx.1967-ci il tarixdə Şərur rayonunun Aralıq kəndində doğulmuşdur. Onun X12, anası isə X11r.

24. İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli doğum akt qeydləri kitabından çıxarışdan görünür ki, X16 xx.xx.1970-ci il tarixdə Şərur rayonunun Aralıq kəndində doğulmuşdur. Onun X12, anası isə X11r.

25. İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli doğum akt qeydləri kitabından çıxarışdan görünür ki, İddiaçı xx.xx.1972-ci il tarixdə Şərur rayonunun Aralıq kəndində doğulmuşdur. Onun X12, anası isə X11r.

26. İş materiallarında olan Şərur rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1999cu il tarixli, İV-ЖГ № 482577 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X18 xx.xx.1999-cu il tarixdə ölmüşdür.

27. İş materillarında olan Şərur Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli 3- 16-5/8-16-254/2025 nömrəli məktubundan görünür ki, X3 ata və anası olmuş Cavabdeh və Camalova Rüqayyənin ölüm haqqında akt qeydi barədə heç bir məlumat tapılmamışdır.

28. İş materiallarında olan xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb edilmiş X6 X12nun ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, miras qalmış bütün əmlakdan vərəsəlik yolu ilə ona çatası payı qəbul etməmiş və etmir.

29. İş materiallarında olan Şərur Rayon 2 Saylı Notariat Ofisinin xx.xx.2025-ci il tarixli 74 nömrəli qərarından görünür ki, İddiaçı miras qalmış əmlakdan mirasın qəbulu müddəti ötdüyü üçün qanun üzrə X27 şəhadətnamə verilməsindən imtina edilmişdir.

30. İş materiallarında olan Naxçıvan RQİİ-nin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2017-ci ildən abonent kimi qeydiyyatda olduğunu və hal-hazırda qaz sərfiyyatının həmin şəxsin adından ödənilir.

31. İş materiallarında olan Şərur Rayon Elektrik Şəbəkəsi ilə İddiaçı arasında bağlanmış müqavilədən görünür ki, İddiaçı 2017-ci ildən abonent kimi qeydiyyatda olduğunu və hal-hazırda elektrik sərfiyyatının həmin şəxsin adından ödənilir.

32. İş materiallarında olan Şərur rayon Aralıq kənd İƏD üzrə nümayənlik tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı ailə üzvləri (X25 və X32) ilə birlikdə Şərur rayon Aralıq kəndində yerləşən JN-202A №-li torpaq sahəsi üzərində inşa edilən fərdi yaşayış evində qeydiyyatda olmaqla, yaşayır.

İşin faktiki halları:

33. X8 xx.xx.2014-cü il tarixdə vəfat etmiş, onun ölümü ilə miras açılmışdır. Mərhumun qanun üzrə birinci növbəli vərəsələri oğlu Cavabdeh, oğlu İddiaçı və qızı X7r. Mərhumun həyat yoldaşı X18 mərhumdan əvvəl vəfat etdiyindən onun vərəsəlik hüququ yaranmamışdır.

34. Miras əmlakı Şərur rayonunun Yuxarı Aralıq kəndində yerləşən, Şərur Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 03 nömrəli qərarı ilə ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 0,14 hektar həyətyanı torpaq sahəsində mərhuma məxsus paydan ibarətdir. Həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi mərhumun sağlığında inşa edilmişdir.

35. Mərhumun vəfatından sonra İddiaçı ailə üzvləri ilə birlikdə fasiləsiz olaraq həmin yaşayış evində yaşamış, torpaq sahəsindən və onun üzərində yerləşən tikilidən faktiki sahiblik və istifadə etmişdir. X1 notarial qaydada mirasdan imtina etmiş, digər vərəsə Cavabdeh isə mirası qanunvericiliklə müəyyən edilmiş qaydada qəbul etməmişdir.

36. İddiaçı miras əmlakını faktiki sahiblik yolu ilə qəbul etdiyini əsas gətirərək mirasın qəbul edilməsi faktının tanınması tələbi ilə məhkəməyə müraciət etmişdir.

Tətbiq edilən hüquq:

37. Azərbaycan Respublikasının Konstitusiyasının: -29-cu maddəsinin Vİİ hissəsinə görə dövlət vərəsəlik hüququna təminat verir.

38.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. - 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər; - 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; - 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; - 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; - 1159.1 və 1159.1.1-ci maddələrinin mahiyyətinə görə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbə vərəsə sayılmaqla, bərabər pay hüququna malikdirlər; - 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; - 1243.2-ci maddəsinin tələbinə görə (mirasın açıldığı zaman qüvvədə olan redaksiya) vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; - 1243.3-cü maddəsinə əsasən (mirasın açıldığı zaman qüvvədə olan redaksiya) vərəsə mirasın bir hissəsinə sahiblik etməyə başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmiş sayılır; - 1246-cı maddəsi ilə müəyyən edilirdi ki, (mirasın açıqdığı zaman qüvvədə olan norma) vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

Məhkəmənin mövqeyi:

39. Məhkəmə iş üzrə işin hallarını, işdə iştirak edən şəxslərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir.

40. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X8 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Onun vəfatı ilə miras açılmışdır. X3 ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələri kimi aşağıdakı şəxslər qalmışdır:

1. Oğlu- Cavabdeh

2. Oğlu- İddiaçı,

3. X13 qızı.

41. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mərhumun həyat yoldaşı X18 mərhumdan əvvəl – xx.xx.1999-cu il tarixdə vəfat etdiyindən, onun vərəsəlik hüququ yaranmamışdır.

42. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

43. Miras qoyanın vərəsələrinin dairəsi müəyyən edildikdən sonra miras əmlakın dairəsi ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

44. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 94-cü bəndinə görə mirasın tərkibinə ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Qanunvericiliyə əsasən mirasın tərkibinə miras qoyanın sağlığında mülkiyyət hüququ əldə etdiyi daşınmaz və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlak, habelə mükafat, müəllif qonorarı, alınmamış əməkhaqqı, pensiya, bank əmanətləri, qiymətli kağızlar, müəssisədəki pay və sığorta ödənişi və.s. daxil edilir. Miras qoyanın qanunla müdafiə edilən əmlak və şəxsi qeyri-əmlak hüquqlarına zərər vurulması ilə əlaqədar dəymiş ziyanın ödənilməsi haqqında tələb vərəsələrə keçir.

45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1257-ci maddəsində isə mirası qismən qəbul etməyin yolverilməzliyi prinsipi öz əksini tapmışdır ki, bu da özündə miras əmlakın tamlığı, bütövlüyü prinsipini ehtiva edir.

46. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mərhumun ölümündən sonra qalmış miras əmlakı Şərur rayonunun Yuxarı Aralıq kəndində yerləşən, Şərur Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 03 nömrəli qərarı ilə ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 0,14 hektar həyətyanı torpaq sahəsində mərhuma məxsus paydan ibarət olmuşdur.

47. Qeyd etmək zəruridir ki, qeyd olunan torpaq sahəsinin mülkiyyətçiləri X8 ilə yanaşı İddiaçı, onun həyat yoldaşı X25 və oğlu X26r. Həmin torpaq sahəsi üzrə mülkiyyətçilərin payları bu günədək müəyyən edilməmiş, torpaq sahəsi naturada bölünməmiş və vahid həyətyanı torpaq sahəsi kimi istifadə edilmişdir.

48. İddiaçı tərəfindən miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, mirasın açılması vərəsəyə avtomatik olaraq miras əmlakı əldə etmək hüququ vermir, bu hüququn reallaşdırılması üçün mirasın qəbul edilməsi tələb olunur.

49. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarının qəbul edilməsinədək mövcud olan qanunvericiliyin tələbinə görə mirasın açılması, şəxsin subyektiv vərəsəlik hüququ əldə etməsi, onun vərəsəliyə çağırılması miras əmlakı əldə etməyə kifayət etmir. Qeyd edilənlər şəxsə yalnız miras əmlakı əldə etmək şansı verir. Həmin şəxs o halda miras əmlakı əldə edə bilər ki, miras əmlakın əldə edilməsinə öz razılığını ifadə etsin. Yəni mirasın qəbulu şəxsin iradəsindən asılı olduğuna görə o hüquqi hərəkət sayılır. Bu fakt nəticəsində, yəni öz razılığını ifadə etməklə şəxs subyektiv vərəsəlik hüququ həyata keçirmiş olur ki, bu hüquqi addımdan sonra o həqiqi vərəsə (mirası qəbul etmiş mümkün vərəsə) statusunu əldə edir.

50. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (mirasın açıqdığı zaman qüvvədə olan redaksiya).

51. Əgər miras əmlak üzrə miras qoyanın bir neçə vərəsəsi olsa bu zaman hər bir vərəsə mirası müstəqil qəbul etməlidir.

52. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarının qəbul edilməsindən sonra isə vərəsəlik münasibətlərində köklü dəyişiklik baş verdiyindən, artıq həmin qərarın qəbul edilməsindən sonra ölən şəxslərin vərəsələrinə münasibətdə mirasın açıldığı vaxtdan vərəsənin üç ay ərzində mirasdan imtina etməsi barədə ərizə vermədiyi halda o, avtomatik həqiqi vərəsə sayılır.

53. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.1 və 217.2-ci maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

54. Sonuncu qeyd edilən prosessual normanın tələbindən yola çıxaraq məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1246-cı maddəsində mirasın qəbul edilməsinin müddəti əks edilmişdir ki, həmin normaya əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

55. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarından görünür ki, Azərbaycan Respublikası mülki qanunvericiliyi mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirir: Formal və qeyri-formal üsulunu.

56. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə vərəsənin notariat kontoruna miras qəbul etdiyi barədə ərizə verməsi başa düşülür.

57. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Qeyri-formal üsulun özü iki cür olur: 1.Miras əmlaka sahiblik etmək üsulu. 2.Miras əmlakı faktiki idarə etmək üsulu.

58. Faktiki sahiblik etmək üsulu odur ki, bu üsul əsasında ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirib və ona sahib durur, onun üzərində fiziki “ağalıq edir”. Bu hərəkətlərdən vərəsənin mirası qəbul etmək niyyəti açıq-aşkar görünür və bəlli olur.

59. Qeyri-formal üsulun ikinci növü miras əmlakı faktiki idarə etmək adlanır. Bir qayda olaraq vərəsə əmlaka yiyələndikdən sonra onu idarə etməyə başlayır.

60. Miras əmlakı faktiki idarə etmək dedikdə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımı vəziyyətdə saxlamaq, təmir etmək və ya saxlanılması üçün çəkilən xərcləri ödəmək, vergi ödəmək, sığorta haqqı və digər ödənişlər vermək və s...

61. “G. Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının “18” oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “18” iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, miras əmlakı faktiki idarə etmək vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.

62. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 99-cu bəndinə görə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: -vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; -mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; -mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; -mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; -miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər.

63. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları işığında araşdırılmış iş materiallarından, tərəflərin izahatlarından və şahid ifadələrindən aydın olur ki, mübahisəli torpaq sahəsi üzərində fərdi yaşayış evi hələ mərhum X2 inşa edilmişdir. Həmin yaşayış evində mərhum sağlığında ailə üzvləri ilə birlikdə yaşamış, onun vəfatından sonra isə İddiaçı öz ailə üzvləri ilə birlikdə fasiləsiz olaraq həmin evdə yaşayaraq faktiki sahiblik və istifadə hüququnu həyata keçirmişdir.

64. Məhkəmə hesab edir ki, torpaq sahəsinin və onun üzərində yerləşən yaşayış evinin birgə və bölünməmiş şəkildə istifadə edilməsi, iddiaçının uzun müddət fasiləsiz və açıq şəkildə həmin əmlaka sahiblik etməsi, kommunal abunəliklərin və təsərrüfat xərclərinin iddiaçı tərəfindən ödənilməsi onun mirası faktiki sahiblik yolu ilə qəbul etdiyini tam təsdiq edir.

65. Bu baxımdan, məhkəmə belə hesab edir ki, notariat orqanı tərəfindən yalnız mirasın qəbul edilməsi müddətinin ötürülməsi əsası ilə iddiaçıya X27 şəhadətnamənin verilməsindən imtina edilməsi mirasın onun tərəfindən faktiki qəbul edilməsi faktını istisna etmir və məhkəmə üçün məcburi xarakter daşımır.

66. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, X1 notarial qaydada təsdiq edilmiş ərizə ilə mirasdan ona çatası paydan imtina etmiş, miras əmlakdan vərəsəlik yolu ilə ona çatası payı qəbul etmədiyini bildirmişdir. Digər vərəsə-Cavabdeh isə miras əmlakını faktiki qəbul etməmiş, mərhumun ölümündən sonra həmin əmlak üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirməmişdir.

67. Belə ki, Cavabdeh məhkəməyə göndərdiyi teleqramda iddianın təmin edilməməsini və özünün də vərəsə kimi tanınmasını xahiş etmişdir. Lakin MM-nin 1243.1-ci maddəsinin tələbinə görə, vərəsə mirası qəbul etmək üçün ya notariusa müraciət etməli, ya da əmlaka faktiki sahiblik etməlidir. İş materialları sübut edir ki, cavabdeh uzun illərdir Bakı şəhərində yaşayır, miras əmlaka sahiblik etməyib və qanuni müddətdə mirası qəbul etmək üçün heç bir hüquqi hərəkət etməmişdir. Onun "ata mülkünün satılmasını istəməməsi" barədə subyektiv mülahizələri mirasın faktiki qəbulu üçün əsas yaratmır.

68. Beləliklə, yuxarıda göstərilən hallar və toplanmış sübutlar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1, 1151.1, 1243, 1246 və 1257-ci maddələrinin tələbləri baxımından məcmu şəkildə qiymətləndirərək məhkəmə belə hesab edir ki, iddiaçının X8ndan qalmış əmlakı faktiki olaraq miras kimi qəbul etməsi sübuta yetirilmiş hesab edilir və iddia tələbi təmin edilməlidir.

Məhkəmə baxışının hədləri:

69. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. -88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -217.4-cü maddəsinə əsasən hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmə xərcləri:

70. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunu tələb edilmədiyindən məhkəmə xərclərinə aid olan dövlət rüsumu onun özünə aid edilməlidir.

Nəticə:

71. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, -İddia təmin edilməli; -xx.xx.2014-cü il tarixdə vəfat etmiş X19 miras qalmış əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktı tanınmalı və onun və miras əmlaka tam pay üzrə mülkiyyət hüququ müəyyən edilməlidir. - ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir.

72. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

Qət etdi: İddia təmin edilsin. xx.xx.2014-cü il tarixdə vəfat etmiş X19 miras qalmış əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktı tanınsın və onun və miras əmlaka tam pay üzrə mülkiyyət hüququ müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Hakim: Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar