Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-70/2022 02.03.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X17 məhkəmə iclas katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinin nümayəndəsi X7 və Şərur rayon 2 saylı Notariat Ofisinin notariusu X21 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə və Şərur rayon 2 saylı Notariat Ofisinə qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab olunması, qeydiyyatın ləğv edilməsi və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X2 mülkiyyətində olan Şərur rayon Yuxarı Daşarx kəndində 0.2158 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 111.15 kvm olan fərdi yaşayış evinin faktiki olaraq miras əmlak kimi onlar tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsində mərhum X4 İddiaçı2 ilə 1989-cü il tarixdə ailə qurduqlarını və bu nikahdan iki övladları İddiaçı1 və X3 doğulduğunu, X4 evin xırda oğlu olduğundan Şərur rayon Yuxarı Daşarx kəndində 0.2158 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 111.15 kv.m olan fərdi yaşayış evində valideynləri ilə birlikdə yaşadıqlarını, X10 1994-cu il tarixdə xroniki ürək damar çatışmamazlığından vəfat etdikdən sonra da bu günə kimi mərhum X4 valideynlərinin himayəsində Şərur rayon Yuxarı Daşarx kəndində yerləşən fərdi yaşayış evində yaşadıqlarını, 06.05.1997-ci il tarixdə X18 mədə xərçəngindən vəfat etdikdən sonra da həmin ünvanda X5 ilə birlikdə yaşadıqlarını, İddiaçı1 2016-cı il tarixdə ailə qurduqdan sonra isləmək məqsədilə ailəlikcə Türkiyə Respublikasına getdiyini, 2018-ci ilin oktyabr ayında isə anası İddiaçı2 Türkiyə Respublikasına onun yanıma getdiyini, 01 oktyabr 2019-cu il tarixdə nənəsi X2 miokard infarktdan vəfat etdikdən sonra 2019-cu ilin dekabr ayında ailəlikcə Şərur rayon Yuxarı Daşarx kəndində qayıtdıqlarını və həmin vaxtdan mərhum X1 Şərur rayon Yuxarı Daşarx kəndində miras qalmış 0.2158 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 111.15 kv.m olan fərdi yaşayış evində yaşamaqla faktiki olaraq miras əmlakı qəbul etdiklərini və mübahisəsiz olaraq orada yaşamağa davam etdiklərini, 1989-cu il tarixdən bu günə kimi həmin ünvanda mübahisəsiz olaraq yaşadıqlarını və mərhum X18 və mərhum X2 hələ sağlıqlarında bu fərdi yaşayış evinin onlara məxsus olduğunu və onların ölümündən sonra bu evi mərhum X4 övladlarından hər hansı birinin adına salınmasını bildirdiyini, hətta dəfələrlə bibisi Cavabdeh1 evi onun adına sənədləşdirilməsini istəsə də, maddi imkanları olmadığından evi sənədləşdirə bilmədiklərini, ona görə də Şərur rayon 2 saylı Notariat Ofisi tərəfindən Cavabdeh1 adına verilmiş 17.02.2020-ci il tarixli 2v-16 №-li vərəsəlik şəhadətnaməsinin etibarsız hesab olunmalı, bu şəhadətnaməyə əsasən DƏTM üzrə DX-ində Cavabdeh1 Qızının adına aparılmış qeydiyyat ləğv edilməli, mərhum X1 miras qalmış Şərur rayon Yuxarı Daşarx kəndində 0.2158 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 111.15 kv.m olan fərdi yaşayış evinın miras əmlak kimi onlar tərəfindən orada yaşamaqla faktiki olaraq miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməli olduğunu hesab etdiklərini, miras əmlakın qəbulu ilə bağlı müvafiq şəhadətnamə verilməsi ilə bağlı Şərur rayon 2 saylı Notariat ofisinə müraciət etdiklərini, Şərur rayon 2 saylı Notariat ofisinin 23.11.2021-ci il tarixli 28 və 29 saylı qərarları ilə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilərək, məhkəməyə müraciət etmələrinin bildirildiyini, ona görə də, mərhum X1 miras qalmış Şərur rayon Yuxarı Daşarx kəndində 0.2158 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 111.15 kvm olan fərdi yaşayış evinin faktiki olaraq miras əmlak kimi onlar tərəfindən qəbul edilməsinin müəyyən edilməsi və müvafiq olaraq vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün məhkəməyə müraciət etmək məcburiyətində qaldıqlarını qeyd edərək, mərhum X2 mülkiyyətində olan Şərur rayon Yuxarı Daşarx kəndində 0.2158 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 111.15 kvm olan fərdi yaşayış evinin faktiki olaraq miras əmlak kimi onlar tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 21.02.2022-ci il tarixdə məhkəməyə “iddia tələbinin dəyişdirilməsi” barədə ərizə ilə müraciət edərək, ərazisində Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin və Şərur rayon 2 saylı Notariat Ofisinin cavabdeh kimi cəlb edilməsi, Şərur rayon 2 saylı Notariat Ofisi tərəfindən Cavabdeh1 adına verilmiş 17.02.2020ci il tarixli 2v-16 №-li vərəsəlik şəhadətnaməsinin etibarsız hesab olunması, bu şəhadətnaməyə əsasən Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin tərəfindən X9 adına 05.03.2020-ci il tarixdə aparılmış qeydiyyatın ləğv edilməsi və mərhum X1 miras qalmış Şərur rayon Yuxarı Daşarx kəndində 0.2158 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 111.15 kv.m olan fərdi yaşayış evinin miras əmlak kimi onlar tərəfindən yaşamaqla faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə 22 fevral 2022-ci il İş № 2(110)-70/2022 nömrəli qərardadla işə dəyişdirilmiş iddia tələbi çərçivəsində baxılması qənaətinə gəlmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı1 iddia ərizəsində qeyd etdikləri xüsusatları bir daha təkrarlayaraq, əlavə olaraq izahatında hazırkı mübahisəli evin mərhum nənəsi X2 adına olduğunu, atasıgilin 2 qardaş və 5 bacı olduqlarını, nənəsinin 01.10.2019-cu il tarixdə vəfat etdiyini, həmin vaxt anası, həyat yoldaşı və övladı ilə birlikdə Türkiyədə olduqlarını, nənəsinin vəfat etməsindən həmin gün xəbərdar olduqlarını, sənədlərində problem olduğu üçün həmin vaxt gələ bilmədiklərini, 23.12.2019-cu il tarixdə anası, həyat yoldaşı və övladı ilə birlikdə kəndə gəldiklərini, həyat yoldaşı ilə anasını qaynatasıgilə apardıqlarını, özü isə övladı ilə birlikdə əvvəl yaşadığı nənəsinə məxsus evə getdiyini, bibiləri Qızxanım və Şəhlanın, onun qızı Səkinənin orada olduğunu, bibisi Qızxanımın ona soyuq davrandığını, iki gün sonra anasını və həyat yoldaşını da o evə gətirdiyini, aralarında narazılıq olduğunu, Qızxanımın onların həmin evdə yaşamasına razı olmadığını, gedəcək yerləri olmadığı üçün məcbur həmin evdə yaşamağa davam etdiklərini, 2020-ci ilin yanvar ayında Qızxanımın Naxçıvan şəhərinə köçərək orada kirayədə yaşadığını, həmin evdə yaşadıqları müddətdə bütün kommunal xərcləri özünün ödədiyini, həyətdə tərəvəz əkib-becərdiyini, bu günədək orada yaşadıqlarını, mirası faktiki qəbul etdiklərini bildirərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı2 iddia ərizəsində qeyd etdikləri xüsusatları bir daha təkrarlayaraq, əlavə olaraq izahatında qaynanası X2 01.10.2019-cu il tarixdə vəfat etdiyini, həmin vaxt oğlu və gəlini ilə birlikdə Türkiyədə yaşadıqlarını, 23.12.2019-cu il tarixdə Şərura qayıtdıqlarını, Qızxanımın onlara həmin evə qayıtmamaları barədə xəbər göndərdiyini, məcbur olub qudasının evinə getdiklərini, 25.12.2019-cu il tarixdə əvvəl yaşadıqları qaynanasının evinə qayıtdıqlarını, Qızxanımla aralarında mübahisə olduğunu, onları evdən qovduğunu, lakin gedəcək başqa yerləri olmadığı üçün məcbur qalıb orada yaşadıqlarını, Qızxanımın 2020-ci ilin yanvar ayında Naxçıvan şəhərinə köçərək orada yaşadığını, özünün isə oğlu, gəlini və nəvəsi ilə birlikdə bu günədək həmin evdə yaşadıqlarını, mirası faktiki qəbul etdiklərini bildirərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştrak edən Cavabdeh1 izahatında anası X2 xəstə olduğunu, xəstə olduğu zaman Təbriz və onun qardaşı Xəyyamın Türkiyədə olduqlarını, anasının onları görmək istədiyini, lakin gəlmədikərini, 01.10.2019-cu il tarixdə anasının vəfat etdiyini, Təbrizin 2019-cu ilin dekabr ayının sonlarında kəndə gəldiyini, gəldikdən 2-3 gün sonra oğlu ilə birlikdə həmin evə gəldiyini, onunla danışmadığını, bacısı ilə görüşdüyünü, sonra uşağını da götürüb getdiyini, 2020-ci ilin yanvar ayının ortalarında Təbrizin həyat yoldaşı, anası və övladı ilə birlikdə evə gəldiklərini, aralarında mübahisə olduğunu, onların orada yaşamasını istəmədiyini, lakin zorla evə girərək yaşamağa başladıqlarını, buna görədə onun himayəsində yaşayan bacısı oğlunun evi tərk edərək getdiyini, təqribən 15 gün birlikdə yaşadıqdan sonra onlarla birlikdə yaşaya bilmədiyi üçün 27 yanvar 2020-ci il tarixdə evdən çıxıb Naxçıvan şəhərinə getdiyini və bü günədək kirayələrdə yaşadığını, hazırkı mübahisəli evi 2020-ci ildə sənədləşdirdiyini, anası vəfat etdikdən sonra o evdə özünün yaşadığını, iddiaçıların evdə heç bir haqlarının olmadığını, mirası qəbul etmədiklərini qeyd edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştrak edən cavabdeh Şərur rayon 2 saylı Notariat Ofisinin xüsusi notariusu X30 izahatında Cavabdeh1 2020-ci ilin fevral ayında mirasın qəbulu faktının müəyyən olunması barədə notariusa müraciət etdiyini, X2 vərəsələri barədə arayışda Təbrizlə Rahilənin adının qeyd olunmadığını, arayışda adları qeyd olunmuş vərəsələrin hər birinin onlara çatan miras paylarından Cavabdeh1 xeyrinə imtina etdiklərini, buna görə də, Cavabdeh1 Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verildiyini, bir neçə vaxtdan sonra Təbrizlə Rahilənin mirasın qəbul edilməsi üçün notariusa müraciət etdiklərini, onlara miras əmlakla bağlı Cavabdeh1 Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə şifahi olaraq məlumat verdiyini, onların çıxıb getdiklərini, təqribən iki ilə yaxın bir müddət keçdikdən sonra təkrar Təbrizlə Rahilənin mirasın qəbul edilməsi üçün notariusa müraciət etdiklərini, müddəti buraxdıqları üçün onların müraicətindən imtina olunduğunu bildirərək məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştrak edən cavabdeh Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinin nümayəndəsi X12 izahatında Cavabdeh1 müraciəti vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Şərur rayon Yuxarı Daşarx kəndində X1 miras qalmış fərdi yaşayış evi Cavabdeh1 adına qeydiyyata alındığını, eyni zamanda Təbriz və Rahilənin adına Şərur rayon Yuxarı Daşarx kəndində 1200 m2 torpaq sahəsi qeydiyyata alındığını, lakin şəhadətnamə verilmədiyini qeyd edərək məhkəmədən qanuni qərar şıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilən X13 ifadəsində İddiaçı1 ilə dost olduqlarını, Təbrizin Türkiyə Respublikasında yaşadığını, 2019-cu ilin dekabr ayında Türkiyədən qayıtdığını, X33 kənd mərkəzində görüşdüklərini bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilən X8 ifadəsində X6 ilə həmkəndli olduqlarını, münasibətlərinin yaxşı olduğunu, 2019-cu ilin dekabr ayında Təbrizin Türkiyədən qayıtdığını bildiyini, kənd mərkəzində görüşdüklərini, hətta yeni il bayramını Təbrizlə birlikdə kəndin kənarında birlikdə ocaq yandıraraq qeyd etdiklərini bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilən X22 ifadəsində 2019-cu ilin dekabr ayında Təbrizin ailəsi ilə birlikdə Türkiyədən kəndə qayıtdığını bildiyini başqa heç nə bilmədiyini bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilən X26 ifadəsində İddiaçı1 onun əmisi nəvəsi olduğunu, X2 01.10.2019-cu il tarixində vəfat etdiyini, onun yas mərasimində iştirak etdiyini, Təbrizin və Rahilənin yas mərasimində iştirak etmədiklərini, həmin vaxt onların Türkiyə Respublikasında yaşadıqlarını, Təbrizin 26 dekabr 2019-cu il tarixdə Türkiyədən qayıtdığını, qayıtdıqdan sonra Təbrizin Qızxanımın evində qalmağını eşitdiyini, lakin həmin ərəfədə Qızxanımın evinə getmədiyi üçün Təbrizin, anası Rahilənin və digər ailə üzvlərini həmin evdə yaşadıqlarını şəxsən görmədiyini, sadəcə eşitdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilən X23 ifadəsində X2 onun nənəsi olduğunu, nə vaxt vəfat etməsini xatırlamadığını, yas mərasimində iştirak etdiyini, Təbriz və Rahilənin yas mərasimində iştirak etmədiyini, həmin vaxt onların Türkiyə Respublikasında olduqlarını, 2019-cu ilin dekabr ayında Türkiyədən qayıtdıqlarını, 19 dekabr 2019-cu il tarixində Qızxanımın evinə getdiyini, həmin vaxt Təbrizin və onun həyat yoldaşının orada gördüyünü, Rahiləni orda görmədiyini, nə vaxt olmasını xatırlamasa da ikinci dəfə gedəndə artıq Rahilənin də orda olduğunu gördüyünü bildirmişdir. Məhkəmə iş üzrə təflərin izahatlarına və tədqiq olunmuş digər sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilən 23 noyabr 2021-ci il tarixli ölüm haqqında akt qeydləri kitabından çıxarışdan görünür ki, X10 15.07.1994-cü il tarixdə xroniki ürək - damar çatmamazlığından vəfat etmişdir. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilən 23 noyabr 2021-ci il tarixli ölüm haqqında akt qeydləri kitabından çıxarışdan görünür ki, X18 06.05.1997-ci il tarixdə mədə xərçəngindən vəfat etmişdir. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilən 23 noyabr 2021-ci il tarixli ölüm haqqında akt qeydləri kitabından çıxarışdan görünür ki, X5 01.10.2019-cu il tarixdə miokard infaktdan vəfat etmişdir. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilən 24 noyabr 2021-ci il tarixli nikah haqqqında akt qeydləri kitabından çıxarışdan görünür ki, 03 aprel 1989-cu il tarixdə X10 oğlu ilə X19 arasında rəsmi nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabından 15 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına “Əkbərova” soyadı verilmişdir. İş materiallarında olan Şərur rayon Yuxarı Daşarx kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 353 nömrəli 17.11.2021-ci il tarxli arayışından görünür ki, Cavabdeh1 Şərur rayon Yuxarı Daşarx kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə qeydiyyatda durur. İş materiallarında olan Şərur rayon Yuxarı Daşarx kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 362 nömrəli 17.11.2021-ci il tarxli arayışından görünür ki, İddiaçı1 Şərur rayon Yuxarı Daşarx kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə qeydiyyatda durur. İş materiallarında olan Şərur rayon Yuxarı Daşarx kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 362 nömrəli 17.11.2021-ci il tarxli arayışından görünür ki, İddiaçı2 Şərur rayon Yuxarı Daşarx kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə qeydiyyatda durur. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 2(110)-70/2022 nömrəli, 14.08.2020ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 İddiaçı2 və İddiaçı1 qarşı “mülkiyyətində olan fərdi yaşayış evindən məcburi çıxarılma tələbi” barədə iddiası rədd edilmişdir. İş materiallarında olan Şərur rayon 2 saylı Notariat Ofisinin 23.11.2021-ci il tarixli 28 nömrəli qərarından görünür ki, İddiaçı1 ərizəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. İş materiallarında olan Şərur rayon 2 saylı Notariat Ofisinin 23.11.2021-ci il tarixli 28 nömrəli qərarından görünür ki, İddiaçı2 ərizəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 21.01.2020-ci il tarixli, 3095 inventar nömrəli Texniki pasportunun təsdiqlənmiş pasportun surətindən görünür ki, Şərur rayon Yuxarı Daşarx kəndində yerləşən fərdi yaşayış evi Cavabdeh1 adına qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 05.03.2020-ci il tarixli, MH seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, haliyədə Şərur rayon Yuxarı Daşarx kəndində yerləşən fərdi yaşayış evi Cavabdeh1 mülkiyətindədir. Beləliklə də məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şərur rayon Yuxarı Daşarx kəndində 0.2158 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 111.15 kv.m olan fərdi yaşayış evi X2 mülkiyyətində olmuş, o, 01.10.2019-cu il tarixdə öldükdən sonra Şərur rayon 2 saylı Notariat Ofisinin 17.02.2020-ci il tarixli, 2v-16 nömrəli vərəsəlik şəhadətnaməsi ilə onun birinci dərəcəli vərəsəsi olaraq Cavabdeh1 müəyyən olunduğundan, həmin qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında miras əmlak Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən onun adına dövlət qeydiyyatına alınaraq 05.03.2020-ci il tarixli, ******* MH seriyalı, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərur rayon 2 saylı Notariat Ofisi tərəfindən Cavabdeh1 adına verilmiş 17.02.2020-ci il tarixli 2v-16 №-li vərəsəlik şəhadətnaməsinin etibarsız hesab olunması, bu şəhadətnaməyə əsasən Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin tərəfindən X9 adına 05.03.2020-ci il tarixdə aparılmış qeydiyyatın ləğv edilməsi və mərhum X1 miras qalmış Şərur rayon Yuxarı Daşarx kəndində 0.2158 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 111.15 kv.m olan fərdi yaşayış evinin miras əmlak kimi onlar tərəfindən yaşamaqla faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə əvvəlcə onu qeyd etməyi zəruri hesab edir ki, İddiaçı2 hazırki iddia tələbi ilə məhkəməyə müraciət etsədə onun tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən miras qoyanın birinci növbədə vərəsələrinin dairəsinə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmçinin həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Göründüyü kimi İddiaçı2 miras qoyan X2 birinci növbədə vərəsələrinin dairəsinə daxil olmadığından və onunla hər hansı bir qohumluq əlaqələri olmadığından onun tələbi əsassızdır. Məhkəmə digər İddiaçı1 mühasibətdə qeyd edir ki, vərəsə tərəfindən miras həm formal üsulla, həm də qeyri-formal üsulla yalnız müəyyən müddət ərzində qəbul edilə bilər. Həmin müddətə mirasın qəbul edilməsi müddəti deyilir. Mirasın qəbul etmə müddəti dedikdə, qanunda nəzərdə tutulan elə bir vaxt dövrü başa düşülür ki, həmin dövr ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətlər edirlər. Belə ki, iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində mirası formal üsulla, yəni notariat ofisinə qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində miras əmlakın qəbul edilməsi ilə bağlı hər hansı ərizə verilməmiş, miras əmlakın qəbul edilməsi üçün hər hansı maneə mövcud olmamış, həmçinin iddiaçı mirasın açılmasından və həmin miras əmlakla bağlı Cavabdeh1 Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə xəbərdar olmuş, lakin o miras əmlakın əldə edilməsinə yönələn hərəkət etməmişdir. Eyni zamanda miras əmlakın Cavabdeh1 adına rəsmiləşdirilərkən hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, vərəsə miras əmlaka faktiki sahiblik və ya miras əmlakı faktiki idarə etmiş olur. Faktiki bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. İddiaçı1 miras qoyanın ölümündən sonra 3 ay ərzində miras əmlaka faktiki sahiblik etməsi və ya onu faktiki idarə etməsi məhkəməyə dəvət etdiyi şahidlərin ifadələri ilə öz təsdiqini tapmamışdır. Belə ki, şahidlərin verdikləri ifadələr birbirinə ziddiyətli olmaqla iddiaçı tərəfindən mirasın faktiki qəbulu faktını təsdiq etməmiş, iddiaçı tərəfindən bu faktı təsdiq edəcək əlavə sübutlar təqdim edilməmişdir. İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətdə miras əmlakı qeyri-formal üsulla qəbul edilməsi öz təsdiqini tapmadığından, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən miras əmlak faktiki olaraq da qəbul edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; - 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; - 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; - 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; - 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar; - 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar; - 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yolverilmir; - 1248.1-ci maddəsinin tələbinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər; - 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir; - 1263-cü maddəsinin tələbinə görə əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarında göstərmişdir ki, “Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini Həmçinin həmin Qərarda qeyd olunur ki, “Məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir.” Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 8 yanvar tarixli Qərarında qeyd etmişdir ki, qanunverici Mülki Məcəllənin 1193-cü maddəsində məcburi pay hüququ olan şəxslərin dairəsini bu cür müəyyən etməklə, yəni qanun üzrə vərəsələrdən məhz birinci növbə vərəsələri göstərməklə ailə münasibətlərinin qorunub saxlanması və himayə edilməsi məqsədini güdür... Vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailə üzvlərinin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olması ailə-təminat prinsipindən irəli gəlir. Bu prinsipə əsasən, mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlakın (əmlakın müəyyən hissəsinin) iqtisadi təminatı vəfatından sonra əsasən onun yaxın ailə üzvlərinə məxsus olmalıdır. Mülkiyyətçi yaşadığı dövrdə ona məxsus olan əmlak üzərində sərəncam vermək hüququna malik olmaqla yanaşı, öz övladları, habelə digər yaxın ailə üzvləri qarşısında müəyyən qədər cavabdehlik daşıyır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə yuxarıda qeyd edilənlərə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı1 tərəfindən mirasın qəbul edilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürüldüyündən və bununla əlaqədar həyata keçirilməli olan hərəkətlər onun tərəfindən edilmədiyindən, həmçinin Cavabdeh1 miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən hər hansı qanun pozuntusuna yol verilmədiyindən, iddiaçının iddia tələbləri əsassız hedab edilməli və iddia tələbi rədd edilməlidir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi verilmiş şəhadətnamənin ləğv edilməsi hissəsində təmin edilmədiyindən iddia tələbinin digər hissələri bununla bağlı olduğundan prosessual qənaət prinsipini nəzərə almaqla iddia tələbi digər hissələrdə də təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Hazırki vəziyyətdə iddia tələbi rədd edildiyindən məhkəməyə müraciət etməsi ilə əlaqədar İddiaçı1 tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ona aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə və Şərur rayon 2 saylı Notariat Ofisinə qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab olunması, qeydiyyatın ləğv edilməsi və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəməyə müraciət etməsi ilə əlaqədar İddiaçı1 tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-70/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-70/2022
02.03.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver