Məhkəmə qərarları › İş №2(110)-71/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-71/2024

31.01.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-71/2024 31.01.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, Ərizəçi və maraqlı şəxs Şərur Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçılik Komissiyasının nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Şərur Rayon İcra Hakimiyyəti yanında Maraqlı şəxsna qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması” tələbinə dair ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Əliyeva Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Şərur rayon Düdəngə kəndində qeydiyyatda duran, Şərur rayon Zeyvə kəndində yaşayan 08 mart 1988-ci il təvəllüdlü Məmmədova Sevinc Nəciməddin qızının fəaliyyət qabiliyyəti olmayan sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində, yetkinlik yaşına çatmış bacısı Məmmədova Sevinc Nəciməddin qızının 08 mart 1988-ci ildə şərur rayon düdəngə kəndində anadan olduğunu, Sevincin “Doğuş travmasının qalığı, əqli zəiflik, imbesillik səviyyəsində, epileptik tutmalar” xəstəsi olduğunu, onların Sevincin Müalicə olunmasına uzun müddət çalışsalar da, onun müalicəsinin mümkün olmadığını, Sevincin səhhəti ilə əlaqədar orta məktəbə gedə bilmədiyini, Sevincin Y. Budaqov adına Naxçıvan MR X2 dispanser qeydiyyatında dayandığını, haliyədə Sevincin yetkinlik yaşında olsa da onun özhərəkətlərinə rəhbərlik edə bilmədiyini və hüquqularının həyata keçirilməsində müəyyən çətinliklər çəkdiyini, Sevincin müalicəsi ilə əlaqədar həkim yoxlamalarından keçirilməsi və hüquqlarının həyata keçirilməsi üçün başqasının köməyinə ehtiyacı olduğunu, ona görə də Sevincin fəaliyyət qabiliyyəti olmayan sayılmasına və üzərində qəyyum təyin olunmasına ehtiyacının olduğunu, fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli sayılmasının məhkəmə tərəfində müəyyən olunduğunu, ona görə də məhkəməyə ərizə ilə müraciət etdiyini qeyd etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X3 xx.xx.2023-cü il tarixli 1917 saylı Ambulator Məhkəmə-Psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, Məmmədova Sevinc Nəciməddin qızında “Ağır dərəcəli əqli gerilik” psixi xəstəliyi var. Məmmədova Sevinc Nəciməddin qızı öz hərəkətlərini dərk etmir. Məmmədova Sevinc Nəciməddin qızının sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirakına imkan vermir. Məhkəmə rəydə qeyd olunanlara əsaslanaraq Məmmədova Sevinc Nəciməddin qızının məhkəmə iclaslarında iştirak etmək üçün dəvət etməmişdir. Məhkəmə iclasında iştirak edən Şərur Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçılik Komissiyasının nümayəndəsi X7 izahatında Şərur rayon Zeyvə kənd sakini Məmmədova Sevinc Nəciməddin qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə Şərur Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçılik Komissiyasının heç bir etirazının olmadığını qeyd edərək, məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin, maraqlı şəxsin nümayəndəsinin izahatlarına, toplanmış sübutlara və tədqiq olunmuş sənədlərə hüquqi qiymət verərək bu qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan MR X3 xx.xx.2023-cü il tarixli 1542 nömrəli arayışıdan görünür ki, Məmmədova Sevinc Nəciməddin qızı həqiqətən xx.xx.2014-cü il tarixdən “Doğuş travmasının qalığı. Əqli gerilik. İbesillik səviyyəsində. Epilektik tutmalarla” diaqnozu ilə Y. Budaqov adına Naxçıvan MR X2 dispanser qeydiyyatda dayanır; - Şərur rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli 2(110)-1092/2023 saylı qərardadından görünür ki, iş üzrə məhkəmə ekspertizası təyin edildiyindən mülki işin icraatı dayandırılmışdır; - Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X3 xx.xx.2023-cü il tarixli 1917 saylı Ambulator Məhkəmə-Psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, X1 “Ağır dərəcəli əqli gerilik” psixi xəstəliyi var. Məmmədova Sevinc Nəciməddin qızı öz hərəkətlərini dərk etmir. Məmmədova Sevinc Nəciməddin qızının sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirakına imkan vermir; - Şərur rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli 2(110)-71/2024 saylı qərardadından görünür ki, mülki işin icraatı təzələnmişdir. Beləliklə məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, Ərizəçi bacısı 08 mart 1988-ci il təvəllüdlü Məmmədova Sevinc Nəciməddin qızında “Ağır dərəcəli əqli gerilik” psixi xəstəliyi var, öz hərəkətlərinə rəhbərlik edə bilmir və hər zaman başqasının köməyinə ehtiyacı var. Məhz buna görə də ərizəçi məhkəməyə müraciət edərək 08 mart 1988-ci il təvəllüdlü Məmmədova Sevinc Nəciməddin qızının üzərində qəyyum təyin olunması üçün onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmasını istəyir. Mülki işin məhkəmə araşdırması zamanı şəxsin psixi qüsurlu olubolmamasını müəyyən edilməsi məqsədilə məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X3 xx.xx.2023-cü il tarixli 1917 saylı Ambulator Məhkəmə-Psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, Məmmədova Sevinc Nəciməddin qızında “Ağır dərəcəli əqli gerilik” psixi xəstəliyi var. Məmmədova Sevinc Nəciməddin qızı öz hərəkətlərini dərk etmir. Məmmədova Sevinc Nəciməddin qızının öz hərəkətlərini anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilərlər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir...; - 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir... . Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; - 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər; - 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir; - 319-cu maddəsinə əsasən, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəməpsixiatriya ekspertizası təyin edir...; - 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağrılır; - 321.2-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X3 xx.xx.2023-cü il tarixli 1917 saylı Ambulator Məhkəmə-Psixiatrik ekspertizasının rəyinə əsasən 08 mart 1988-ci il təvəllüdlü Məmmədova Sevinc Nəciməddin qızının öz hərəkətlərinin mənasını anlaya bilməməsi və hərəkətlərini idarə edə bilməməsi halları onun fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsinə kifayət qədər əsas verir. Ona görə də ərizə təmin olunmalı, 08 mart 1988-ci il tarixdə Düdəngə kəndində qeydiyyatda olmaqla Şərur rayon Zeyvə kəndində yaşayan Məmmədova Sevinc Nəciməddin qızı fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 08 mart 1988-ci il tarixdə doğulmuş, Şərur rayon Düdəngə kəndində qeydiyyatda olmaqla Şərur rayon Zeyvə kəndində yaşayan Məmmədova Sevinc Nəciməddin qızı fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Məhkəməyə müraciət etməsi ilə əlaqədar Ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar