Məhkəmə qərarları › İş №2(110)-716/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-716/2024

08.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-716/2024 08.10.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabadeh Cavabdeh qarşı miras qəbul edilməsi və payın müəyyən olunması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhumə qayınanası X4 miras qalmış əmlakın onun tərəfindən qəbul edilməsi və həmin miras əmlakdan payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək, mərhum qaynanası X4 miras qalmış əmlakın mərhum əri X14 tərəfindən, X5 qalmış əmlakın onun tərəfindən qəbul edilməsi və miras əmlaka payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, ərizə məhkəmə tərəfindən qəbul edilmiş və işə dəyişdirilmiş iddia tələbi hüdudlarında baxılmışdır. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi 1996-cı ildə ailə həyatı qurduğunu, mərhum həyat yoldaşı X8 xx.xx.2015-ci il tarixdə, mərhum qaynanası X9 isə xx.xx.2010cu il tarixdə vəfat etdiyini, qaynanası X9 mülkiyyətində olan Şərur rayon Qarahəsənli kəndində yerləşən Şərur Rayon Aqrar İslahat Komissiyasının 15.1.1998-ci il tarixli 1 nömrəli qərarı ilə ümumi mülkiyyətlərinə verilmiş 0.39 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi miras qaldığını, mərhum X9 vərəsələrinin X10, Cavabdeh, X14, X6, əsədova Nəzirə Ramazan qızı, X7, X11 və X3 olduğunu, həmin miras əmlakı onun qaynanası X1 mübahisəsiz olaraq qəbul etdiyini, mərhumənin digər vərəsələrinin ailə quraraq ayrılıb getdiklərini, maddi imkanının aşağı olması səbəbindən miras əmlakı sənədləşdirə bilmədiyini, miras əmlaka qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsi üçün Şəru rayon 1 saylı Notariat Ofisinə ərizə ilə müraciət etdiyini, notariat ofisi xx.xx.2024-cü il tarixli qərarı ilə qanunla müyyən edilmiş müddəti buraxdığından və vərəsələr arasında mübahisə olduğundan vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyini, qaynanasından qalan miras əmlakı qəbul etməyini şahidlərin də təsdiq edə biləcəyini, bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirmişdir. İşdə iştirak edən şəxsin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında və verilmiş suallara cavabında iddia ərizəsində qeyd olunan halları təsdiq etdiyini, əlavə olaraq 1996-cı ildə ailə həyatı qurduğunu, gəlin köçdüyü evin indi yaşadığı ev olduğunu, həmin evdə yoldaşı, qayınanası ilə bərabər yaşadıqlarını, qayınanasının 2010-cu ildə, yoldaşının isə 2015-ci ildə vəfat etdiyini, onlar vəfat etdikdən sonra da həmin evdə yaşadığını bildirərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehə və üçüncü şəxslərə məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, lakin heç bir üzrlü səbəb göstərmədən gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Ona görə də məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şahid ifadələri: Məhkəmə iclasında iştirak edən şahid X15 ifadəsində və verilən suallara cavabında Sona ilə qonşu olduğunu, Səkinə, Sabir və Sonanın bir evdə yaşadıqlarını, Səkinə vəfat edəndən sonra Sabir və Sona ikisinin bir yaşamağa davam etdiklərini, Sabir vəfat edəndən sonra Sonanın həmin evdə 5-6 il tək yaşadığını, indi isə Bakı şəhərinə gedibgəldiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X22 ifadəsində və verilən suallara cavabında doğulandan bəri həmin kənddə yaşadığını, Səkinə xalanın həmin evdə Sabir və onun yoldaşı ilə bir yaşadığını, Sabir əmi vəfat edəndən sonra Sonanın həmin evdə yaşamağa davam etdiyini, Səkinə xalanın təsərrüfat təyinatlı torpaq sahəsini də Sona xalanın istifadə etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X19 ifadəsində və verilən suallara cavabında Səkinə xalanın 10-15 ildir ki, vəfat etdiyini, Sona xalanın Səkinə xalaya baxdığını, Səkinə xala vəfat edəndən sonra Sona xala və Sabir əminin həmin evdə bərabər yaşadıqlarını, Sabir əmi vəfat edəndən sonra isə Sona xalanın orada tək yaşadığını, Səkinə xaladan bir ev və bir təsərrüfat təyinatlı torpaq sahəsinin miras qaldığını bildiyini, həmin torpaq sahəsini də Sona xalanın əkib-becərdiyini bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan Şərur rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il 1 nömrəli qərarı ilə Şərur rayon Qarahəsənli kəndində yerləşən 0.39 ha təsərrüfat təyinatlı torpaq sahəsi (JN-163) mülkiyyət hüququ əsasında X16, X14 və İddiaçı məxsus olmuşdur. İş materiallarında olan Şərur rayon Qarahəsənli kənd İnzibat Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli Az-İ № 378277 nömrəli və xx.xx.2015-ci il tarixli Az-İ № 554483 nömrəli ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X16 xx.xx.2010-cu il tarixdə, X14 xx.xx.2015-ci il tarixdə ölmüşdür. Rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1996-ci il tarixli VİİЖГ № 293741 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə İddiaçı arasında nikah xx.xx.1996-cı il tarixdə bağlanmışdır. İş materiallarında olan Şərur rayon Qarahəsənli kənd İƏDN-in xx.xx.2024-cü il tarixli 87 nömrəli arayışından görünür ki, X16 vəfat edəndən sonra onun vərəsləri X10, Cavabdeh, X14, X6, əsədova Nəzirə Ramazan qızı, X7, X11 və X3 qalmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Şərur rayon 1 saylı notariat ofisinə verilmiş ərizədən görünür ki, X16 xx.xx.2010-cu il tarixdə vəfat etmiş X16 və xx.xx.2015-ci il tarixdə X5 qalmış mirası qəbul etməsi ilə bağlı ərizə vermişdir. İş materiallarında olan Şərur Rayon 1 Saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 59 saylı qərarından görünür ki, X13 müddətin keçməsi ilə bağlı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, iddiaçının izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X16 xx.xx.2010-cu il tarixdə ölmüşdür. Onun vərəsələri X10, Cavabdeh, X14, X6, əsədova Nəzirə Ramazan qızı, X7, X11 və X2r. Anasının vəfatından sonra X14 ondan qalmış mirası idarə edərək faktiki qəbul etmişdir. X14 isə xx.xx.2015-ci il tarixdə ölmüşdür. Onun vərəsəsi İddiaçıdır. İddiaçı ərinin vəfatından sonra ondan qalmış əmlakları – fərdi yaşayış evini və təsərrüfat təyinatlı torpaq sahəsini faktiki qəbul etmişdir. İddiaçı xx.xx.2024-ci il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Şərur rayon 1 saylı Notariat Ofisinə ərizə vermiş, notariat ofisi qanun üzrə vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmişdir. Cavabdeh mirasın qəbul edilməsinə dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin həmin zaman qüvvədə olmuş 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mülki Məcəllənin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. İşin məhkəmə tərəfindən müəyyən edilən faktiki hallarına, yuxarıda qeyd olunan hüquq normalarını tətbiq edən məhkəmə hesab edir ki, iddia təmin edilməli, X4 qalmış miras əmlakın X14 tərəfindən, X5 miras qalmış əmlakın isə İddiaçı tərəfindən faktiki qəbul olunması müəyyən edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərclərini nəzərdən keçirərək edərək, hesab edir ki, iddiaçının məhkəmə xərclərini özünə aid edilməsi xahişi nəzərə alınaraq iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2010-cu il tarixdə vəfat etmiş X4 miras qalmış əmlakın xx.xx.2015-ci il tarixdə vəfat etmiş X14 tərəfindən, X5 miras qalmış əmlakın isə İddiaçı tərəfindən faktiki qəbul olunması faktı və miras əmlaka tam payı müəyyən edilsin. Məhkəmə xərci olaraq ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar