Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-73/2024 04.03.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, Ərizəçi Maraqlı şəxsna qarşı “şəxsin fəaliyyət qabiliyyətsizliyinin müəyyən edilməsi” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi iddia ərizəsi ilə məhkəməyə ilə müraciət edərək, Şərur rayon Şəhriyar kənd sakini, xx.xx.1949-cu il təvəllüdlü atası X1 tam fəaliyyət qabiliyyətsizliyinin müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi xx.xx.2024-cü il tarixdə Şərur Rayon Məhkəməsinə ərizə ünvanlayaraq, məhkəmədə Şərur rayon İcra Hakimiyyəti yanında Maraqlı şəxs qismində cəlb edərək atası X1 fəaliyyət qabiliyyəti olmayan sayılması barədə ərizə ilə müraciət etdiyini, atası vəfat etdiyi üçün ərizəni və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar keçirilən məhkəmə iclaslarında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, ərizəçi ərizənin baxılmamış saxlanılması barədə ərizə verdiyindən və maraqlı şəxsin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməyərək işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 259.0.11-ci maddəsinə əsasən qərardadda iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır; - 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər; - 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu qaytarılır. Məhkəmə büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, ərizə baxılmamış saxlanıldığından Ərizəçi tərəfindən xx.xx.2023-cü il tarixdə 3815 nömrəli qəbzlə "xxxx" ASC-nin Şərur rayon filialı vasitəsilə dövlət büdcəsinə ödənilmiş 101 (bir yüz bir) manat dövlət rüsumu ərizəçiyə geri qaytarılmalıdır. Ərizəçiyə izah olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 260.4-cü maddəsinə müvafiq olaraq iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi Maraqlı şəxsna qarşı “şəxsin fəaliyyət qabiliyyətsizliyinin müəyyən edilməsi tələbinə dair” iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizə baxılmamış saxlanıldığından Ərizəçi tərəfindən xx.xx.2023-cü il tarixdə 3815 nömrəli qəbzlə "xxxx" ASC-nin Şərur rayon filialı vasitəsilə dövlət büdcəsinə ödənilmiş 101 (bir yüz bir) manat dövlət rüsumu ərizəçiyə qaytarılsın. Ərizəçi izah olunur ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-73/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-73/2024
04.03.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver