Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-757/2024 13.09.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X7 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər X14 və Məmmədova (Quliyeva) Yeganə Əli qızına qarşı “mirasın qəbulu faktı və miras əmlakdan payın müəyyən edilməsi” tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum atası X15 və mərhumə anası X2 miras qalmış əmlakın tərəfindən qəbul edilməsi və həmin miras əmlakdan paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində mərhum atası X20 xx.xx.2004-cü il tarixdə, mərhumə anası X10 isə xx.xx.2017-ci il tarixdə vəfat etdiklərini, onların birgə mülkiyyətində olan Şərur rayon Danyeri kəndində yerləşən Şərur rayon Aqrar İslahahat Komissiyasının 28 sentyabr 1998-ci il tarixli 07 nömrəli qərarı ilə mülkiyyətlərinə verilmiş 0.11 ha həyətyanı torpaq sahəsi və 0.13 ha kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsi miras qaldığını, mərhum atam X20 və mərhumə anam X4 aşağıda göstərilən varisləri olduğunu:
1. Oğlu: X27 (vəfat edib)
2. Oğlu: İddiaçı
3. Qızı: Məmmədova (Quliyeva) Rübabə Əli qızı
4. Qızı: X23
5. Qızı: Həsənova (Quliyeva) Nazilə Əli qızı
6. Oğlu: Cavabdeh1
7. Qızı: Bulut (Quliyeva) Şəlalə Əli qızı
8. Oğlu: X24
9. Qızı: Həsənova (Quliyeva) Şahnaz Əli qızı Həmin miras əmlakları onun, mərhum atası X32 və mərhumə anası X4 ölümündən sonra mübahisəsiz olaraq qəbul etdiyini, onların digər varislərinin isə hamısı ailə quraraq ayrıldıqlarını, onun maddi imkanı aşağı olduğuna görə müvafiq rəsmiləşdirmə aparıb miras qalmış əmlakı adıma sənədləşdirə bilmədiyini, onun mirasın qəbulu ilə bağlı müvafiq şəhadətnamə verilməsi üçün Şərur rayon iki saylı Notariat Ofisinə müraciət etdiyini, Şərur rayon iki saylı Notariat Ofisinin 11 iyul 2024-cü il tarixli 53 və 54 nömrəli məktublarında vərəsəliyin açılma müddəti vərəsələr tərəfindən buraxıldığından, vərəsələr arasında pay bölgüsü ilə bağlı mübahisə olduğundan şəhadətnamənin verilməsi təmin olunmadığını, digər varislərin ona miras əmlakı qəbulu ilə əlaqədar etibarnamə verdiklərini bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd edilən xüsusatlarla eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında 5 nəfər bac-qardaşlarından, mərhum qadaşı X16 vərəsələrindən torpaqları idarə etmək üçün etibarnamələr aldığını, qardaşı X1 Federasiyasında, bacısı Cavabdeh2 isə Türkiyə Respublikasında yaşadıqlarından onlardan razılıq ala bilmədiyini qeyd edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh X14 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 oğluna məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iddiaçının təşəbbüsü ilə iştirak edən şahid X28 izahatında onun evinin Danyeri kəndində Rafiqin torpaqlarına yaxın yerdə yerləşdiyini, Rafiqin atası Əlinin, anası Fatmanın dəqiq bilməsədə 2000-ci illərdə rəhmətə getdiyini, onlar rəhmətə gedəndən sonra həmin torpaq sahələrində Rafiqin ərik ağacları əkdiyini, onlara qulluq etdiyini, son zamanlar otlaq kimi istifadə etdiyini, biçdiyi otu satıb qazanc etdiyini, digər bacı - qardaşlarının kəndə gəlmədiyini, heç birini həmin torpaq sahələrində görmədiyini bildirmişdir. Məhkəmə baxışı iclasında iddiaçının təşəbbüsü ilə iştirak edən şahid X3 izahatında, Rafiqin əmisi oğlu olduğunu, Rafiqin atası ilə anasının 2000-ci ildə rəhmətə getdiklərini, onlardan qalan torpaq sahələrini rafiqin əkib becərdiyini, meyvə ağacları əkdiyini, qazancını oradan götürdüyünü, sonradan yonca əkdiyini, son 4-5 ildir onun istifadə etdiyini, pulunu Rafiqə verdiyini, digər bacı - qardaşlarının kəndə gəlmədiyini, heç birini həmin torpaq sahələrində görmədiyini bildirmişdir. Məhkəmə toplanmış sübutlara, o cümlədən iddiaçının izahatına, şahidlərin ifadələrinə və tədqiq olunmuş sənədlərə hüquqi qiymət verərək bu qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - JN-072B KOD 10200078 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktının notarial qaydada təsdiq olunmuş görünür ki, Şərur rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci tarixli 07 nömrəli qərarı ilə Şərur rayon Şəhid Məmməd kəndində 0.11 ha torpaq sahəsi birgə mülkiyyət hüququ əsasında X20, X4, X8, X11 və X9 mülkiyyətlərinə verilmişdir; - JN-159 KOD 10200078 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktının notarial qaydada təsdiq olunmuş görünür ki, Şərur rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci tarixli 07 nömrəli qərarı ilə Şəhid Məmməd kəndində 0.13 ha torpaq sahəsi birgə mülkiyyət hüququ əsasında X20, X4, X8, X11 və X9 mülkiyyətlərinə verilmişdir; - Şərur rayon iki saylı notariat kontorunun xx.xx.2024-cü il tarixli 54 nömrəli qərarından görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı qanun üzrə Vərəsəlik Hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir; - İddiaçı Şərur rayon 2 saylı notariat ofisində verdiyi xx.xx.2024-cü il tarixli saylı ərizəsində Şərur rayon Danyeri kəndində yaşamış xx.xx.2004-cü ildə vəfat etmiş atası X15 qalmış miras əmlakdan vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Miras əmlakın harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakdan ibarət olduğunu bildirmişdir. - Şərur rayon iki saylı notariat kontorunun xx.xx.2024-cü il tarixli 53 nömrəli qərarından görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı qanun üzrə Vərəsəlik Hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir; - İddiaçı Şərur rayon 2 saylı notariat ofisində verdiyi xx.xx.2024-cü il tarixli saylı ərizəsində Şərur rayon Danyeri kəndində yaşamış xx.xx.2017-ci ildə vəfat etmiş anası X2 qalmış miras əmlakdan vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Miras əmlakın harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakdan ibarət olduğunu bildirmişdir. - Şərur rayon Danyeri kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 312 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, mərhum X20 aşağıdakı tərkibdən ibarət ailə üzvləri vardır:
1. Arvadı: X10
2. Oğlu: X27
3. Oğlu: İddiaçı
4. Qızı: Məmmədova (Quliyeva) Rübabə Əli qızı
5. Qızı: Məmmədova (Quliyeva) Yeganə Əli qızı
6. Qızı: Həsənova (Quliyeva) Nazilə Əli qızı
7. Oğlu: X25
8. Qızı: Bulut (Quliyeva) Şəlalə Əli qızı
9. Oğlu: X24
10. Qızı: Həsənova (Quliyeva) Şahnaz Əli qızı - Şərur Rayon Danyeri kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2017ci il tarixli, AZ-İ 596374 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.2017-ci il Bakı şəhərində miokart infakt səbəbindən ölmüşdür; - Şərur rayon Dövlət Arxivi tərəfindən verilmiş 07/24 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Şərur rayon Dövlət Arxivində mühafizə olunan Xanlıqlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 1986-1990-cı illərə aid təsərrüfatbaşına kitabında Yenikənd sakini olmuş X32 ailə başçısı olmaqla aşağıdakı tərkibdən ibarət ailə üzvləri vardır:
1. Arvadı: X10
2. Oğlu: İddiaçı
3. Qızı: Məmmədova (Quliyeva) Rübabə Əli qızı
4. Qızı: Məmmədova (Quliyeva) Yeganə Əli qızı
5. Qızı: Həsənova (Quliyeva) Nazilə Əli qızı
6. Oğlu: X25
7. Qızı: Bulut (Quliyeva) Şəlalə Əli qızı
8. Oğlu: X24
9. Qızı: Həsənova (Quliyeva) Şahnaz Əli qızı - Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli nikah haqqında şəhadətnamədən çıxarışdan görünür ki, X32 ilə X10 arasında xx.xx.1966-cı il tarixdə 07 nömrəli akt qeydi ilə rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına “Quliyeva” soyadı verilmişdir; - Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamədən çıxarışdan görünür ki, X32 xx.xx.2004-cü il tarixdə Şərur rayon Danyeri kəndində beyin xərçəngi səbəbindən ölmüşdür; - Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamədən çıxarışdan görünür ki, X27 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ürək çatışmamazlığı səbəbindən ölmüşdür; - Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli doğum haqqında şəhadətnamədən çıxarışdan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü X5 atası X27, anası X6r; - Bakı şəhəri 35 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli etibarnamənin surətindən görünür ki, X21 əmlakla bağlı bütün səlahiyəti İddiaçı etibar etmişdir. - Gəncə şəhəri 5 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli etibarnamənin surətindən görünür ki, X17 əmlakla bağlı bütün səlahiyəti İddiaçı etibar etmişdir. - Şərur rayon 1 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli etibarnamənin surətindən görünür ki, X22 əmlakla bağlı bütün səlahiyəti İddiaçı etibar etmişdir. - İstanbul şəhəri baş konsolluğu notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli etibarnamənin surətindən görünür ki, X24 əmlakla bağlı bütün səlahiyəti İddiaçı etibar etmişdir. - 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli etibarnamənin surətindən görünür ki, X24 əmlakla bağlı bütün səlahiyəti İddiaçı etibar etmişdir. - Astara rayonu notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli etibarnamənin surətindən görünür ki, X12 əmlakla bağlı bütün səlahiyəti İddiaçı etibar etmişdir. - 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli etibarnamənin surətindən görünür ki, X18 əmlakla bağlı bütün səlahiyəti İddiaçı etibar etmişdir. - Hacıqabul rayonu notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli etibarnamənin surətindən görünür ki, X19 əmlakla bağlı bütün səlahiyəti İddiaçı etibar etmişdir. - Türkiyə Respublikası Didim 1 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli etibarnamənin surətindən görünür ki, Şəlalə Bulut əmlakla bağlı bütün səlahiyəti İddiaçı etibar etmişdir. Beləliklə də, məhkəmə tədqiqatının nəticəsi olaraq müəyyən olunmuşdur ki, X10 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində miokart infakt səbəbindən, X32 isə xx.xx.2004-cü il tarixdə Şərur rayon Danyeri kəndində beyin xərçəngi səbəbindən səbəbindən vəfat etmişdir. Onların 9 nəfər vərəsəsinin olması iş materialarında olan Şərur rayon Danyeri kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 312 nömrəli, xx.xx.2024-cü il tarixli arayışı ilə müəyyən olunmuşdur. Sağ olan vərəsələrdən 5 nəfər, o cümlədən vərəsə mərhum X16 vərəsələri torpaqları idarə etmək üçün iddiaçıya etibarnamələr vermiş, digər vərəsələr X1 Federasiyasında, Cavabdeh2 isə Türkiyə Respublikasında yaşadıqlarından iddiaçı torpaqları idarə etmək üçün onlardan razılıq ala bilməmişdir. İddiaçı notariat ofisinə ərizə verməklə mərhum anası X2 və atası X15 qalan miras əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, mirasın qəbulu müddətini buraxdığı üçün notariat kontoru tərəfindən şəhadətnamə verilməsindən imtina olunmuşdur. Eyni zamanda xx.xx.2017-ci il tarixdə ölmüş X2 və xx.xx.2004-cü il tarixdə ölmüş X15 miras əmlakların İddiaçı faktiki qəbul etməsi və onu idarə etməsinə dair bütün hərəkətləri nümayiş etdirməsi iddiaçının və izahatı, şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Bu isə onu deməyə əsas verir ki, iddiaçı miras əmlakları qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, digər vərəsələrin, yəni iş üzrə cavabdehlərin mirası əmlakları nə hüquqi cəhətdən, nə də ki, faktiki cəhətdən qəbul etməri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib olur. “G.Qəhrəmanovanm şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının “18” oktyabr 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, miras əmlakı faktiki idarə etmək vərəsə tərəfindən 1 elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.” Məhkəmə araşdırılması zamanı müəyyən olunur ki, İddiaçı mirası qeyri-formal üsulla qəbul etmişdir. Yəni iş üzrə o, mirası faktiki idarə etməklə qəbul edib. Bunlarda əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 99-cu bəndinə görə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: - vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; - mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; - mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; - miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qаnunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlаkın bаşqа şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminаt verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlаkınа dаir sərəncаm vermək hüququnu, hаbelə mirаs qоyаnın əmlаkının istər qаnun üzrə və istərsə də vəsiyyət üzrə vərəsələrinə keçmə, vərəsələrin isə bu əmlаkı əldə etmə hüququnu birləşdirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; - 1145-ci maddəsinin tələbinə görə miras fiziki şəxsin ölümü ilə və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; - 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır; - 1159.1.1- ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar; - 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; - 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; - 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; - 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş mərhum X2 və xx.xx.2004-cü il tarixdə vəfat etmiş mərhum X15 miras qalmış əmlakların İddiaçı tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməklə, miras əmlaklarda onun tam payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəməyə müraciət edilməsi məqsədi ilə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2004-cü il tarixdə ölmüş X15 və xx.xx.2017-ci il tarixdə ölmüş X2 miras qalmış əmlakların İddiaçı tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməklə, miras əmlaklarda onun tam payı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Seymur Qarayev