Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-765/2025 23.10.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X3 Elmar oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Ərizəçi maraqlı şəxs Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “hüquq müəyyənedici sənədin ona aid olması faktının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: Ərizəçi maraqlı şəxs Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı hüquq müəyyənedici sənədin ona aid olması faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək, 2015, 2016 və 2017-ci illər ərzində sosial sığorta haqqı barədə ödəniş qəbzlərində “Hüseynov” soyadının ona aid olmasının müəyyən olunması barədə məhkəmədən qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxxx 1959-cu ildə Şərur rayonunun Çomaxtur kəndinde doğulmuş, doğum akt qeydləri kitabında soyadı Hüseynov, adı Mustafa, atasının adı isə İsa kimi yazılmışdır. Çomaxtur kənd tam orta məktəbini bitirdikdən sonra 1977-1979-cu illərdə hərbi xidmətdə qulluq etmiş, xx.xx.1980-ci ildən əmək fəaliyyətinə başlamışdır. 2003-cü ildə ərizəsi əsasında soyadı Hüseynovdan-Hüseynzadəyə dəyişdirilmişdir. Şərur rayon Aqrar İslahat Komissiyasının 9 mart 1998-ci il 3 nömrəli qərarı ilə ona və ailəsinə ümumilikdə 0.35 ha kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini ailəsi ilə birlikdə becərmiş və 2015, 2016 və 2017-ci illər ərzində sosial sığorta haqqı ödəmişdir. Həmin illərə aid sığorta haqqlarının ödəniş qəbzlərində soyadı “Hüseynzadə” kimi deyil “Hüseynov” kimi yazılmışdır. Əmək pesiyası ilə təmin olunmağı üçün 2015, 2016 və 2017-ci illərdə işlədiyi 0.35 ha kənd təsərrüfatı məhsullar istehsalı təyinatlı torpaq sahəsini becərdiyinə görə ödədiyi sosial sığorta haqqının X1 Sisteminə işlənilməsi üçün Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət etmək zərurəti yaranmışdır. Naxçıvan MR İnzibati Məhkəməsində sənəddə göstərilən soyadın ona aid olmasının müəyyən olunmasına zərurət yarandığı ona bildirilmişdir. Ona görə də, sosial sığorta haqqının ödəniş qəbzlərinin ona aid olmasının müəyyən olunması barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərə xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə məlumat verilsə də, yalnız Ərizəçi məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi ilə bağlı məhkəməyə xx.xx.2025-ci il tarixli ərizə təqdim etmişdir. Maraqlı şəxsin nümayəndəsi məhkəmə hazırlıq iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alaraq mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəsində özünün mübahisəni məhkəmədən kənar qaydada həll etdiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, habelə ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirib hesab edir ki, ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263.1-ci maddəsinin tələbinə görə məhkəmə işi mahiyyəti üzrə həll etmədikdə məhkəmə aktını qərardad formasında çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1 və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılır. Qeyd olunan maddənin tələbini nəzərə alaraq hesab edirəm ki, Ərizəçi tərəfindən xx.xx.2025-ci il tarixdə "MilliÖn" elektron ödəmə sistemi vasitəsilə (Qəbz nömrəsi:**********) ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Ərizəçi maraqlı şəxs Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “hüquq müəyyənedici sənədin ona aid olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçi tərəfindən xx.xx.2025-ci il tarixdə "MilliÖn" elektron ödəmə sistemi vasitəsilə (Qəbz nömrəsi:**********) ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi geri qaytarılsın. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abil Orucəliyev
Məhkəmə qərarları › İş №2(110)-765/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-765/2025
23.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver