Məhkəmə qərarları › İş №2(110)-774/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-774/2025

14.10.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-774/2025 14.10.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X6 Elmar oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakdan payların müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək, mərhum atası X3 miras qalmış əmlakını tərəfindən qəbul edilməsi və həmin miras əmlakdan payların müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, mərhumə anası 02 aprel 1984-cü ildə, mərhum atası X4 isə 12 fevral 2024-cü il tarixdə vəfat etmişdir. Mərhum atası X3 mülkiyyətində olan Şərur rayon Xanlıqlar kəndində yerləşən **********17 reyestr nömrəli 0.0234 ha və **********55 reyestr nömrəli 0.0164 ha həyətyanı torpaq sahələri miras qalmışdır. Mərhum atası X3 arvadı-X5 (vəfat edib), qızı-Cavabdeh4, qızı-Cavabdeh3, oğlu-Cavabdeh1, oğlu-İddiaçı, oğlu-Cavabdeh2, qızı-Cavabdeh5 varisləri vardır. Həmin miras əmlakı mərhum atası X3 ölümündən sonra mübahisəsiz olaraq qəbul etmişdir. X1 digər varisləri isə ailə quraraq ayrılmışlar. 3 ay müddətində müvafiq rəsmləşdirmə aparıb miras qalmış əmlakı adına sənədləşdirə bilməmişdir. Notariat Ofisi tərəfindən vərəsələr arasında pay bölgüsü ilə bağlı mübahisə olduğundan şəhadətnamənin verilməsi təmin olunmamışdır. Tərəflərə 14 oktyabr 2025-ci il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə məlumat verilsə də, yalnız İddiaçı məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi ilə bağlı məhkəməyə xx.xx.2025-ci il tarixli ərizə təqdim etmişdir. Cavabdehlər məhkəmə hazırlıq iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alaraq mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəsində Şərur Rayon Məhkəməsində mirasın qəbul edilməsi və tam payın müəyyən edilməsi tələbinə dair iddia qaldırdığını, iddia ərizəsini və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, Şərur Rayon Məhkəməsində mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia qaldırmış, mübahisənin məhkəmədənkənar həll edəcəyi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263.1-ci maddəsinin tələbinə görə məhkəmə işi mahiyyəti üzrə həll etmədikdə məhkəmə aktını qərardad formasında çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1 və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılır. Qeyd olunan maddənin tələbini nəzərə alaraq hesab edirəm ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin Şərur filialına xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən "xxxx" ASC-nin Şərur filialına xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar