Məhkəmə qərarları › İş №2(110)-781/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-781/2022

27.12.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-781/2022 27.12.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, Ərizəçi, maraqlı şəxs Şərur şəhəri İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X6 iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə müraciət edərək Şərur rayon Şəhriyar kənd sakinləri X8 və X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbinin əsası kimi bacıları X5 xx.xx.1977-ci il tarixdə, X3 isə xx.xx.1982-ci il tarixində Şərur rayon Şəhriyar kəndində doğulduqlarını, onların ikisinə anadangəlmə əqli zəiflik, kəskin ağır formada imbesillik diaqnozu qoyulduğunu, ikisinin də gözdən əlil olduğunu, haliyyədə Y.Budaqov adına Naxçıvan MR X1 qeydiyyatda olduqlarını, bacılarının yetkinlik yaşında olsalar da, öz hərəkətlərinə rəhbərlik edə bilmədiklərini, hüquqlarını həyata keçirməkdə müəyyən çətinliklər çəkdiklərini, onların müalicəsi ilə əlaqədar həkim yoxlamalarından keçirilməsi üçün Naxçıvan şəhərinə getdiklərində başqasının köməyinə ehtiyacları olduğunu, onlara təyin edilən sosial təminatla bağlı kartlarının müddəti keçdikdə yeni kart almaq üçün bankda imza etməyə və ya onların əvəzinə başqasının alması üçün notariat ofisində etibarnamə verdikdə çətinliklər yarandığını, onların məhdud fəaliyyət qabiliyyətli sayılmasına və üzərinə qəyyum təyin olunmasına ehtiyacları olduğunu, şəxsin fəaliyyət qabiliyyətli olmayan sayılmasının məhkəmə tərəfindən müəyyən olunduğundan məhkəməyə ərizə ilə müraciət etdiyini bildirərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatı: Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında və verilmiş suallara cavabında ərizəsində qeyd olunan halları təsdiq edərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Şərur şəhəri İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X9 Ərizəçi ərizəsinin təmin edilməsinə etiraz etmədiyini və X8 və X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə Qəyyumluq və Himayəçilik Komissiyasının etiraz etmədiyini bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan Şərur rayon Şəhriyar kənd İƏDN tərəfindən verilmiş xx.xx.1977-ci il tarixli İV-ЖГ № 481829 nömrəli, xx.xx.1982-ci il tarixli Vİİİ-ЖГ № 431437 nömrəli və xx.xx.1989-cu il tarixli Xİİİ-ЖE № 453699 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X8 xx.xx.1977-ci il tarixdə, xx.xx.1982-ci il tarixdə X7 və xx.xx.1989-cu il tarixdə Ərizəçi doğulmuşdur. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası X4 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 710 nömrəli və xx.xx.2022-ci il tarixli 711 nömrəli arayışdan görünür ki, Şərur rayon Şəhriyar kəndində qeydiyyatda olan 1977-ci il təvəllüdlü X8 və 1982-ci il təvəllüdlü X7 həqiqətən xx.xx.2003-cü il tarixdən “Anadangəlmə əqli zəiflik, kəskin ağır formada imbesillik” diaqnozu ilə Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X1 qeydiyyatdadırlar. İş materiallarında olan Naxçıvan MR ƏƏSMN Şərur Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin xx.xx.2022-ci il tarixli 02/1886 nömrəli arayışından görünür ki, X8 həmin mərkəzdə İ dərəcəli əlil kimi qeydiyyatda durur, hər ay 220 manat müavinət və 130 manat prezident təqaüdü alır. İş materiallarında olan Naxçıvan MR DSMF Şərur Rayon İdarəsinin xx.xx.2022-ci il tarixli 08/2415 nömrəli arayışından görünür ki, X7 həmin idarədə İİ dərəcəli əlil əmək pensiyaçısı kimi qeydiyyatda durur və hər ay 308 manat pensiya ilə təmin olunur. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası X2 xx.xx.2022-ci il tarixli, 84 və 85 saylı ekspert rəyindən görünür ki, xx.xx.1977-ci il tarixdə doğulmuş X8 və xx.xx.1982ci il tarixdə doğulmuş X7 “anadangəlmə əqli zəiflik İmbeçilik səviyyəsində psixi xəstəlikləri aşkar olunmuş, X5 və X3 öz hərəkətlərini dərk etmək və idarə etmək baxımından onları fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas verdiyi müəyyən olunmuşdur. Məhkəmənin hüquqi əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, işdə iştirak edən şəxslərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, xx.xx.1977-ci il tarixdə doğulmuş X8 və xx.xx.1982-ci il tarixdə doğulmuş X7 “Anadangəlmə əqli zəiflik, kəskin ağır formada imbesillik” xəstəsi olduqlarından 2003-cu ildən Naxçıvan MR X1 qeydiyyatda düşmüşlər. X8 və X7 hüquqlarını həyata keçirməkdə müəyyən çətinlik çəkdiyindən və başqasının köməyinə ehtiyacları olduğundan şəxslərin bacısı onların fəaliyyət qabiliyyəti olmayan sayılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Şərur Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb olunmuş və nümayəndəsi ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Naxçıvan Muxtar Respublikası X2 ekspert rəyinə əsasən X8 və X3 psixi xəstəliyinin onların fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas verdiyi müəyyən olunmuşdur. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinin tələbinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş üzrə ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların, (valideynlərin, uşaqların, qardaş-bacıların) müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 321.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən faktiki hallarına, yuxarıda qeyd olunan hüquq normalarını tətbiq edən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Şərur rayon Şəhriyar kənd sakinləri X8 və X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Şərur rayon Şəhriyar kənd sakinləri X8 və X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar