Məhkəmə qərarları › İş №2(110)-806/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-806/2024

05.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-806/2024 05.12.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, İddiaçı-cavabdehlər İddiaçı1, İddiaçı2, iddiaçı-cavabdehlərin vəkil və nümayndəsi Vəkil1, cavabdeh - iddiaçılar Cavabdeh1, Cavabdeh2 və cavabdeh - iddiaçıların vəkili Vəkil2 iştirakları ilə, İlk iddia tələbi üzrə iddiaçı-cavabdehlər İddiaçı1 və İddiaçı2 cavabdeh-iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşı “mirasın qəbulu faktı və payların müəyyən olunması” tələbi barədə və qarşılıqlı iddia tələbi üzrə cavabdeh-iddiaçılar Cavabdeh1 və Cavabdeh2 iddiaçı-cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “mirasın qəbulu faktı və payların müəyyən olunması” tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı-cavabdehlər İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 miras qalmış əmlaklar birgə nikah dövründə əldə edildiyindən ümumi miras kütləsinə münasibətdə İddiaçı1 ½ hissə payın müəyyən olunması, ayrı-ayrılıqda miras qalmış əmlaklar üzrə ünvan 1 ünvanında yerləşən 0.1112 ha torpaq sahəsi və üzərində tikilmiş ümumi sahəsi 295.18 kv.m olan fərdi yaşayış evindən həm qanun üzrə, həm də vəsiyyətnamə üzrə İddiaçı1 23/32 hissə, ünvan 2 ünvanında yerləşən 3 otaqlı mənzildən isə 8/16 hissə, X3 ümumi miras kütləsinə münasibətə məcburi payın ayrılması, ayrı-ayrılıqda miras qalmış əmlaklar üzrə ünvan 1 ünvanında yerləşən 0.1112 ha torpaq sahəsi və üzərində tikilmiş ümumi sahəsi 295.18 kv.m olan fərdi yaşayış evindən 2/32 (məcburi pay) hissə, ünvan 2 ünvanında yerləşən 3 otaqlı mənzildən isə 1/16 (məcburi pay) hissə müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh-iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum ataları X4 miras qalmış ünvan 4 ünvanında yerləşən 0.1112 ha torpaq sahəsi və üzərində tikilmiş ümumi sahəsi 295.18 m² olan fərdi yaşayış evindən və ünvan 5 ünvanında yerləşən 3 otaqlı mənzildən vəsiyyətnamə və qanun üzrə paylarının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iddiaçı-cavabdehlərin vəkil və nümayndəsi Vəkil1 məhkəməyə iddia tələbinin artırılması barədə ərizə təqdim təqdim edərək ərizəsində bildirmişdir ki, miras əmlaka payların müəyyən olunması barədə iddia tələbi ilə Şərur rayon Məhkəməsinə müraciət edərək: 1.X1 miras qalmış əmlaklar birgə nikah dövründə əldə edildiyindən ümumi miras kütləsinə münasibətdə İddiaçı1 ½ hissə payın müəyyən olunması, ayrı-ayrılıqda miras qalmış əmlaklar üzrə ünvan 1 ünvanında yerləşən 0.1112 ha torpaq sahəsi və üzərində tikilmiş ümumi sahəsi 295.18 kv.m olan fərdi yaşayış evindən həm qanun üzrə, həm də vəsiyyətnamə üzrə İddiaçı1 23/32 hissə, ünvan 2 ünvanında yerləşən 3 otaqlı mənzildən isə 8/16 hissə, 2. X3 ümumi miras kütləsinə münasibətə məcburi payın ayrılması, ayrı-ayrılıqda miras qalmış əmlaklar üzrə ünvan 1 ünvanında yerləşən 0.1112 ha torpaq sahəsi və üzərində tikilmiş ümumi sahəsi 295.18 kv.m olan fərdi yaşayış evindən 2/32 (məcburi pay) hissə, ünvan 2 ünvanında yerləşən 3 otaqlı mənzildən isə 1/16 (məcburi pay) hissə müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdik. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində göstərilmişdir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçılar bildirirlər ki, X2 ölümündən sonra miras qalmış əmlakların üç mağaza və bir üç oraqlı mənzilin kirayə haqqı, mağazalardan birinin kirayəsinin 750 manat, digər iki mağazadan hər birinin kirayəsi 600 manat olmaqla 1950 manat və ünvan 6 ünvanında yerləşən mənzilin kirayəsi hər ay 250 manat olmaqla cəmi hər ay 2200 manat kirayə haqqı Cavabdeh1 tərəfindən alınmışdır. İddiaçılar bildirirlər ki, X6 ölümündən sonra 14 ay ərzində ümumi olaraq Cavabdeh1 tərəfindən 2200x14-30800 manat kirayə haqqı alınmış, həmin kirayə pulundan 3000 manat mərhumun qəbrinin götürülməsinə, 4000 manat isə onun qara bayramı və il mərasimlərinin kçirilməsinə xərclənmiş, qalan 23800 manat isə Cavabdeh1 qalmışdır. Cavabeh Cavabdeh1 WhatsApp sas yazılarında da miras qalmış əmlaklardan kirayə haqqının bir il yarım ərzində onun tərəfindən alındığını bildirir (həmin səs yazısını da məhkəməyə təqdim edirik). İddiaçılar hesab edirlər ki, X2 ölümündən sonra qalmış əmlaklar iddiaçılar tərəfindən faktiki olaraq miras əmlak kimi qəbul edidiyindən qanun üzrə vərəsəliyə görə miras qalmış əmlaklar birgə nikah dövründə əldə edildiyindən Ümumi miras kütləsinə münasibətdə İddiaçı1 ½ pay hüququ tanınmalı, ayrı ayrılıqda miras qalmış əmlaklar üzrə ünvan 7 ünvanında yerləşən 0.1112 ha torpaq sahəsi və üzərində tikilmiş ümumi sahəsi 295.18 kv.m olan fərdi yaşayış evindən İddiaçı1 həm qanun üzrə, həmdə vəsiyyət üzrə, İddiaçı2 qanun üzrə məcburi payları, ünvan 8 ünvanında yerləşən 3 otaqlı mənzilə qanun üzrə İddiaçı1 qanun üzrə payı və X2 payına münasibətdə əlavə olaraq məcburi payi və İddiaçı2 qanun üzrə vərəsəliyə görə məcburi pay müəyyən olunmalı, miras qalmış əmlakların kirayə haqqından yığılmış 23800 manat pul da vərəsələr arasında həm qanun üzrə, həm də vəsiyyət üzrə müəyyən ediləcək paylara münasibətdə bölünməsini istəyirlər. Ona görə də iddiaçılar hesab edirlər ki, iddia tələbi artırılaraq X2 ölümündən sonra qalmış əmlakın nədən ibarət olmasından və harada yerləşməsindən asılı olmayaraq iddiaçılar tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilməsi faktının tanınması və həm qanun üzrə, həmdə vəsiyyət üzrə ümumi miras kütləsinə münasibətdə vərəsələr arasında miras əmlaka payların müəyyən olunması tələbi daxilində baxılaraq qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən iddia tələbinin artırılaraq: 1.X2 ölümündən sonra qalmış əmlakların harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras əmlak kimi İddiaçı1 tərəfindən faktiki olaraq qəbul olunması faktının tanınması, miras qalmış əmlaklar birgə nikah dövründə əldə edildiyindən ümumi miras kütləsinə münasibətdə İddiaçı1 ½ hissə payın müəyyən olunması, ayrı-ayrılıqda miras qalmış əmlaklar üzrə ünvan 1 ünvanında yerləşən 0.1112 ha torpaq sahəsi və üzərində tikilmiş ümumi sahəsi 295.18 kv.m olan fərdi yaşayış evindən həm qanun üzrə, həm də vəsiyyətnamə üzrə payın, ünvan 2 ünvanında yerləşən 3 otaqlı mənzildən qanunun üzrə payın və mərhum Rza Camalovun payına münasibətdə məcburi payın müəyyən edilməsi, 2. X2 ölümündən sonra qalmış əmlakların harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras əmlak kimi İddiaçı2 tərəfindən faktiki olaraq qəbul olunması faktının tanınması, İddiaçı2 X2 ölümündən sonra qalmış əmlakın nədən ibarət olmasından və harada yerləşməsindən asılı olmayaraq ümumi miras kütləsinə münasibətə məcburi payın müəyyən edilməsi, 3. X2 ölümündən sonra qalmış əmlakların kirayə haqqından yığılmış, cəmi 23800 manat pulun həm qanun üzrə, həm də vəsiyyət üzrə müəyyən olunmuş paylara münasibətdə vərəsələr arşında bölünməsi tələbi daxilində baxaraq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə mülki işə dəyişdirilmiş iddia tələbi çərçivəsində baxılmasını qərara almışdır. Eyni zamanda xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh-iddiaçılar Cavabdeh1 və Cavabdeh2 məhkəməyə iddia tələbinin artırılması barədə ərizə təqdim təqdim edərək mərhum ataları X4 miras qalmış ünvan 4 ünvanında yerləşən 0.1112 ha torpaq sahəsi və üzərində tikilmiş ümumi sahəsi 295.18 m² olan fərdi yaşayış evinin və ünvan 5 ünvanında yerləşən 3 otaqlı mənzildən tərəflərindən faktiki qəbulunu müəyyən etməklə vəsiyyətnamə və qanun üzrə paylarının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə mülki işə dəyişdirilmiş iddia tələbi çərçivəsində baxılmasını qərara almışdır. Məhkəmə baxışı iclasında iştirak edəncx iş üzrə iddiaçı-cavabdehlər İddiaçı1, İddiaçı2 və cavabdeh-iddiaçılar Cavabdeh1, Cavabdeh2 xx.xx.2024-cü il tarixdə öz aralarında bağladıqları barışıq sazişini məhkəməyə təqdim etmişlər. Barışıq sazişində qeyd olunmuşdur ki;

1. Biz, iş üzrə iddiaçı - cavabdehlər İddiaçı1 və İddiaçı2 cavabdeh-iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşı “mirasın qəbulu faktı və payların müəyyən olunması” tələbi barədə, eyni zamanda cavabdeh - iddiaçılar Cavabdeh1 və Cavabdeh2 bizə qarşı “mirasın qəbulu faktı və payların müəyyən olunması” tələbi barədə mülki iş üzrə X1 miras qalmış ünvan 9 ünvanında yerləşən 0.1112 ha torpaq sahəsi və üzərində tikilmiş ümumi sahəsi 295.18 m2 olan fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən 500 kv.m və fərdi yaşayış evinin 1-ci mərtəbəsində M.Müşfiq küçəsinə tərəf baxan və sahəsi 55 kv.m olan sol tərəfdən 1-ci otağın Cavabdeh1, ünvan 10 ünvanında yerləşən 3 saylı mənzilin isə Cavabdeh2 adına sənədləşdirilməsinə etiraz etməməyimiz barədə öhdəlik götürürük.

2. Biz, iş üzrə cavabdeh - iddiaçılar Cavabdeh1 və Cavabdeh2 X1 miras qalmış ünvan 9 ünvanında yerləşən 0.1112 ha torpaq sahəsi və üzərində tikilmiş ümumi sahəsi 295.18 kv.m olan fərdi yaşayış evinin digər hissəsinin iddiaçı - cavabdehlər İddiaçı1 və İddiaçı2 adlarına sənədləşdirilməsinə etiraz etməməyimiz barədə öhdəlik götürürük.

3. Biz, iş üzrə cavabdeh - iddiaçılar Cavabdeh1 və Cavabdeh2 iddiaçı - cavabdehlər İddiaçı1, İddiaçı2 bizə qarşı “mirasın qəbulu faktı və payların müəyyən olunması” tələbi barədə, eyni zamanda bizim iddiaçı-cavabdehlər İddiaçı1, İddiaçı2 qarşı “mirasın qəbulu faktı və payların müəyyən olunması” tələbi barədə mülki iş üzrə X3 məxsus ünvan 9 ünvanında yerləşən 0.1112 ha torpaq sahəsi və üzərində tikilmiş ümumi sahəsi 295.18 kv.m olan fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən 500 kv.m və fərdi yaşayış evinin 1-ci mərtəbəsində M.Müşfiq küçəsinə tərəf baxan və sahəsi 55 kv.m olan sol tərəfdən 1-ci otağın Cavabdeh1, ünvan 10 ünvanında yerləşən 3 saylı mənzilin isə Cavabdeh2 adına sənədləşdirilməsinə etiraz etməmələri barədə öhdəliklərini qəbul edirik.

4. Biz, iş üzrə iddiaçı - cavabdehlər İddiaçı1 və İddiaçı2, cavabdeh - iddiaçılar Cavabdeh1 və Cavabdeh2 X1 miras qalmış ünvan 9 ünvanında yerləşən 0.1112 ha torpaq sahəsi və üzərində tikilmiş ümumi sahəsi 295.18 kv.m olan fərdi yaşayış evinin digər hissəsinin biz adımıza sənədləşdirilməsinə etiraz etməmələri barədə öhdəliklərini qəbul edirik. Biz bu barışıq sazişini imzalayarkən iş üzrə icraata xitam verilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələblərini yəni, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyini bilirik və imzalarımızla təsdiq edirik. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı-cavabdehlər İddiaçı1, İddiaçı2 və iddiaçıcavabdehlərin vəkil və nümayndəsi Vəkil1 barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh-iddiaçılar Cavabdeh1, Cavabdeh2 və cavabdeh - iddiaçıların vəkili Vəkil2 barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə barışıq sazişini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iş üzrə tərəflər artıq öz aralarında mövcud mübahisənin həllinə dair razılığa gəldiklərindən, işin məhkəmədə mahiyyəti üzrə baxılmasına zərurət və lüzum yoxdur, habelə barışıq sazişinin nəticələri tərəflərə aydındır və onlar barışıq sazişinin nəticələri ilə razıdırlar. Ona görə də barışıq sazişi təsdiq edilərək iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 5.4-cü maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər; - 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər; - 52.4-cü maddəsinə əsasən, məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır; - 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; - 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; - 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; - 191.2-1-ci maddəsinə əsasən, tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; - 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir; - 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.4 maddəsində iş üzrə icraata xitam verildikdə ödənilmiş dövlət rüsumunun qaytarılması nəzərdə tutulduğundan, iddiaçı-cavabdeh İddiaçı2 tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar "xxxx" ASC-nin Şərur filialı vasitəsilə xx.xx.2024-cü il tarixdə 21801 saylı qəbzlə Dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat və cavabdeh-iddiaçı Cavabdeh1 tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə xx.xx.2024-cü il tarixdə 19262 saylı qəbzlə Dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumları onlara qaytarılmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 262- 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İlk iddia tələbi üzrə iddiaçı-cavabdehlər İddiaçı1 və İddiaçı2 cavabdeh-iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşı “mirasın qəbulu faktı və payların müəyyən olunması” tələbi barədə və qarşılıqlı iddia tələbi üzrə cavabdeh-iddiaçılar Cavabdeh1 və Cavabdeh2 iddiaçı-cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “mirasın qəbulu faktı və payların müəyyən olunması” tələbi barədə 2(110)- 806/2024 saylı mülki iş üzrə ilk iddia tələbi üzrə iddiaçı-cavabdehlər İddiaçı1, İddiaçı2 və cavabdeh-iddiaçılar Cavabdeh1 və Cavabdeh2 arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin: Şərur Rayon Məhkəməsində baxılan 2(110)-806/2024 nömrəli iş üzrə iddiaçı-cavabdehlər İddiaçı1, İddiaçı2 və cavabdeh-iddiaçılar Cavabdeh1, Cavabdeh2 xx.xx.2024-cü il tarixdə öz aralarında bağladıqları barışıq sazişini məhkəməyə təqdim etmişlər. Barışıq sazişində qeyd olunmuşdur ki;

1. Biz, iş üzrə iddiaçı - cavabdehlər İddiaçı1 və İddiaçı2 cavabdeh-iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşı “mirasın qəbulu faktı və payların müəyyən olunması” tələbi barədə, eyni zamanda cavabdeh - iddiaçılar Cavabdeh1 və Cavabdeh2 bizə qarşı “mirasın qəbulu faktı və payların müəyyən olunması” tələbi barədə mülki iş üzrə X1 miras qalmış ünvan 9 ünvanında yerləşən 0.1112 ha torpaq sahəsi və üzərində tikilmiş ümumi sahəsi 295.18 m2 olan fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən 500 m2 və fərdi yaşayış evinin 1-ci mərtəbəsində M.Müşfiq küçəsinə tərəf baxan və sahəsi 55 m2 olan sol tərəfdən 1-ci otağın Cavabdeh1, ünvan 10 ünvanında yerləşən 3 saylı mənzilin isə Cavabdeh2 adına sənədləşdirilməsinə etiraz etməməyimiz barədə öhdəlik götürürük.

2. Biz, iş üzrə cavabdeh - iddiaçılar Cavabdeh1 və Cavabdeh2 X1 miras qalmış ünvan 9 ünvanında yerləşən 0.1112 ha torpaq sahəsi və üzərində tikilmiş ümumi sahəsi 295.18 m2 olan fərdi yaşayış evinin digər hissəsinin iddiaçı - cavabdehlər İddiaçı1 və İddiaçı2 adlarına sənədləşdirilməsinə etiraz etməməyimiz barədə öhdəlik götürürük.

3. Biz, iş üzrə cavabdeh - iddiaçılar Cavabdeh1 və Cavabdeh2 iddiaçı - cavabdehlər İddiaçı1, İddiaçı2 bizə qarşı “mirasın qəbulu faktı və payların müəyyən olunması” tələbi barədə, eyni zamanda bizim iddiaçı-cavabdehlər İddiaçı1, İddiaçı2 qarşı “mirasın qəbulu faktı və payların müəyyən olunması” tələbi barədə mülki iş üzrə X3 məxsus ünvan 9 ünvanında yerləşən 0.1112 ha torpaq sahəsi və üzərində tikilmiş ümumi sahəsi 295.18 m2 olan fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən 500 m2 və fərdi yaşayış evinin 1-ci mərtəbəsində M.Müşfiq küçəsinə tərəf baxan və sahəsi 55 m2 olan sol tərəfdən 1-ci otağın Cavabdeh1, ünvan 10 ünvanında yerləşən 3 saylı mənzilin isə Cavabdeh2 adına sənədləşdirilməsinə etiraz etməmələri barədə öhdəliklərini qəbul edirik.

4. Biz, iş üzrə iddiaçı - cavabdehlər İddiaçı1 və İddiaçı2, cavabdeh - iddiaçılar Cavabdeh1 və Cavabdeh2 X1 miras qalmış ünvan 9 ünvanında yerləşən 0.1112 ha torpaq sahəsi və üzərində tikilmiş ümumi sahəsi 295.18 m2 olan fərdi yaşayış evinin digər hissəsinin biz adımıza sənədləşdirilməsinə etiraz etməmələri barədə öhdəliklərini qəbul edirik. Biz bu barışıq sazişini imzalayarkən iş üzrə icraata xitam verilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələblərini yəni, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyini bilirik və imzalarımızla təsdiq edirik. İlk iddia tələbi üzrə iddiaçı-cavabdehlər İddiaçı1 və İddiaçı2 cavabdeh-iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşı “mirasın qəbulu faktı və payların müəyyən olunması” tələbi barədə və qarşılıqlı iddia tələbi üzrə cavabdeh-iddiaçılar Cavabdeh1 və Cavabdeh2 iddiaçı-cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “mirasın qəbulu faktı və payların müəyyən olunması” tələbi barədə mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilir ki, barışıq sazişinin təsdiq edilməsi ilə işin icraatına xitam verildikdə eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İddiaçı-cavabdeh İddiaçı2 tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar "xxxx" ASC-nin Şərur filialı vasitəsilə xx.xx.2024-cü il tarixdə 21801 saylı qəbzlə Dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat və cavabdeh-iddiaçı Cavabdeh1 tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə xx.xx.2024-cü il tarixdə 19262 saylı qəbzlə Dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumları onlara qaytarılsın. Qərardaddan, o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar