Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-848/2024 09.09.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “ara məsafəsi qoyulmadan tikilmiş tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə tərəflərin məhkəməyə təqdim etdiyi ərizələrə Şərur Rayon Məhkəməsinin inzibati binasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfində tikilmiş fərdi yaşayış evi ilə ona məxsus olan fərdi yaşayış evi arasında ara məsafəsinin qoyulması məqsədilə tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh məhkəməyə ərizə təqdim edərək ərizəsində məhkəmədə Cavabdeh qarşı “ara məsafəsi qoyulmadan tikilmiş tikilinin sökülməsi tələbi barədə” iddia qaldırdığını, onun Naxçıvan şəhərində yaşadığını, cavabdehin də Naxçıvan şəhərində qeydiyyatda durmadan yaşadığını, eyni zamanda hazırki mübahisə predmeti olan tikilinin Naxçıvan şəhərində yerləşdiyini, məsafənin uzaq olmasının gediş-gəlişi çətinləşdirdiyini, həmçinin gələcəkdə qeyd olunan tikiliyə baxış keçirilməsi ehtimalının da olduğunu, qeyd olunanları nəzərə alaraq, Cavabdeh qarşı “ara məsafəsi qoyulmadan tikilmiş tikilinin sökülməsi tələbi barədəiddia üzrə mülki işin baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı məhkəməyə ərizə təqdim edərək ərizəsində İddiaçı məhkəmədə ona qarşı “ara məsafəsi qoyulmadan tikilmiş tikilinin sökülməsi tələbi barədə” iddia qaldırdığını, iddiaçının mülki işin baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi barədə məhkəməyə ərizə təqdim etdiyini, ərizədə qeyd olunanları nəzərə alaraq, mülki işin baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək, belə nəticəyə gəlir ki, tərəflərin ərizələri təmin edilməli, mülki iş materialları baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, mülki işin materialından aydın olur ki, Cavabdeh Şərur rayon Ərəbyengincə kəndində qeydiyyatda olsada, faktiki olaraq Naxçıvan şəhərində yaşayır. İş üzrə tərəflərin məhkəməyə ərizə təqdim edərək işi baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilməsi xahişini nəzərə alaraq, məhkəmə hesab edir ki, həm iş üzrə tərəflər Naxçıvan şəhərində yaşadıqlarından, həm də mübahisə predmeti olan daşınmaz əmlak Naxçıvan şəhərində yerləşdiyindən işə tərəflərin olduğu yer üzrə məhkəmədə baxılması onların məhkəmə iclaslarında iştrak etməklə müvafiq sübutlar təqdim etməsinə və bununla da işə düzgün baxılmasına imkan verəcək. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; - 44.2.5-ci maddəsinə əsasən hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət verdiyi halda məhkəmə işi başqa məhkəmədə baxılmağa verir; - 45.2-ci maddəsinə görə mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər; -45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 44.2.5, 45, 263-264 və 267-268- ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı Cavabdeh qarşı “ara məsafəsi qoyulmadan tikilmiş tikilinin sökülməsi” tələbinə dair 2(110)- 848/2024 saylı mülki iş baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-848/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-848/2024
09.09.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver