Məhkəmə qərarları › İş №2(110)-887/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-887/2024

28.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-887/2024 28.10.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X11 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəməyyəti olan faktların müəyyən edilməsi haqqında” ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçin ərizə ilə məhkəməyə müraciət edərək ARPİİKTM tərəfindən verilmiş əmrdən çıxarışın ona Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsində ona Ərizəçi Abşeron rayon İcra Hakimiyyətinin 096 nömrəli 20 avqust 1999cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Buzovna qəsəbəsində yerləşən tərəvəzçilik-südçülük sovxozunun əmək kollektivi şurasının və həmkarlar ittifaqı komitəsinin 30 iyul 1999-cu il tarixli qərarı və 16 avqust 1999-cu il tarixli 27/k №li əmri nəzərə alınmaqla 0.05 hektar torpaq sahəsi ayrıldığını, ona verilən arxiv arayışında adının Qivami yox Qiyam olunmasının sənədlərin qəbuluna mane törətdiyindən onun Maraqlı şəxsnə müraciət etdiyini, ona verilən 1-2-28/462/2024 22 iyul 2024-cü il tarixli imtina məktubunda məhkəməyə müraciət etmək tövsiyyə olunduğunu bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi izahatında ərizədə qeyd etdiyi xüsusatları təkrarlayaraq ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə müvafiq olaraq məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, işdə olan digər sübutları qarşılıqlı şəkildə qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Sizin Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 ünvanladığınız 9 iyul 2024-cü il tarixli müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, "Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 30 oktyabr tarixli 664 nömrəli Fərmanının 2-ci bəndinə əsasən, vətəndaşın torpaq sahəsinin ayrılması ilə bağlı təqdim etdiyi sənədlər və göstərdiyi ərazi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X6 arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi halda, müvafiq arxiv arayışı və plan-cizginin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etmək üçün vətəndaşa verilməsi nəzərdə tutulur. Nəzərinizə çatdırırıq ki, müvafiq arxivdə aparılmış araşdırma zamanı ləğv edilmiş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X6 (keçmiş Buzovna Tərəvəzçilik-südçülük sovxozu) 21 may 2003-cü il tarixli 28 saylı əmrinə əsasən fərdi mənzil tikintisi üçün 2-1222 saylı kodla X7 0,05 ha həyətyanı torpaq sahəsinin ayrıldığı müəyyən edilmişdir. Təqdim etdiyiniz sənədlərdə Ərizəçi, arxivdə isə X9 qeyd olunması səbəbindən müvafiq arxiv arayışının verilməsi üçün sözü gedən şəxsin arxiv sənədlərində adı qeyd olunan şəxslə eyniliyini təsdiq edən sənəd təqdim olunmalıdır. Qeyd olunan məsələnin həlli məqsədilə məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. - Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X6 vətəndaşlara həyətyanı torpaq sahəsi verilməsi haqqında 21 may 2003-cü il tarixli 28 nömrəli əmrdən çıxarışdan görünür ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamı, tərəvəzçilik-südçülük sovxozu (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X10) Həmkarlar Təşkilatının 17 may 2003-cü il tarixli 02 saylı protokolunun nəzərə alaraq baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən X7 0.05 hektar hesabı ilə həyətyanı torpaq sahəsi ayrılması əmr edilmişdir; - Abşeron rayon İcra Hakimiyyəti üzrə vətəndaşlara torpaq sahəsi ayrılması haqqında 20 avqust 1999-cu il tarixli 096 nömrəli sərəncamdan çıxarışda qeyd olunmuşdur ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamı ilə Buzovna tərəvəzçilik-südçülük sovxozunda işləyən və mənzil tikintisinə ehtiyacı olan fəhlə və mütəxəssislərə verilməsi üçün hər ailəyə 0.10 hektar hesabı ilə həyətyanı torpaq sahəsi ayrıldığı nəzərə alınsın. Vətəndaş Ərizəçi 0.05 hektar torpaq sahəsi verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Buzovna qəsəbəsində yerləşən tərəvəzçilik-südçülük sovxozunun əmək kollektivi şurasının və həmkarlar ittifaqı komitəsinin 30 iyul 1999-cu il tarixli qərarı və sovxozun 16 avqust 1999-cu il tarixli 27/K №li əmri nəzərə alınsın. Vətəndaşa verilmiş həyətyanı torpaq sahəsində 0.05 hektar hesabı ilə fərdi yaşayış evinin tikintisinə icazə verilsin. - Maraqlı şəxs məhkəməyə ünvanlanmış 24 sentyabr 2024-cü il tarixli məktubuna qoşulmuş X10 Həmkarlar Təşkilatının 17 may 2003-cü il tarixli 02 saylı protokolundan çıxarışdan görünür ki, Siyahıda adları göstərilən X6 işçilərinin hər birinə fərdi yaşayış evi tikmək üçün 0.10 ha torpaq sahəsi ayrılması nəzərdə tutulmuşdur - 2-1222 saylı kodla X8 - 0.05 ha. - AZE 00784801 nömrəli AR X1 surətinə əsasən Ərizəçi xx.xx.1973-ci ildə Şərur rayon A.Yaycı kəndində doğulmuşdur; - Şərur RHK tərəfindən verilmiş MV 037278 nömrəli vəsiqənin surətindən görünür ki, ərizəçinin soyadı, adı və atasının adı Ərizəçidur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçinin məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X6 vətəndaşlara həyətyanı torpaq sahəsi verilməsi haqqında 21 may 2003-cü il tarixli 28 nömrəli əmrdən çıxarışdan görünür ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamı, tərəvəzçilik-südçülük sovxozu (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X10) Həmkarlar Təşkilatının 17 may 2003-cü il tarixli 02 saylı protokolunun nəzərə alaraq baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən X7 0.05 hektar hesabı ilə həyətyanı torpaq sahəsi ayrılması əmr edilmişdir. Lakin ərizəçinin şəxsiyyətlərini təsdiq edən sənəddəki adı ilə əmrdən çıxarışda göstərilmiş ad ilə üst-üstə düşmür. Belə ki, şəxsiyyət vəsiqəsində ərizəçilərin adı “Qivami” yazıldığı halda, Əmrdən çıxarışda “Qiyami” kimi yazılmışdır. Məhkəmə qeyd etməyi zərur hesab edir ki, bu texniki səhvlik nəticəsində ola bilər, çünki iş materialında olan Abşeron rayon İcra Hakimiyyəti üzrə vətəndaşlara torpaq sahəsi ayrılması haqqında 20 avqust 1999-cu il tarixli 096 nömrəli sərəncamdan çıxarışda ərizəçinin adı düzgün olaraq Ərizəçi yazılmışdır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X6 21 may 2003-cü il tarixli 28 nömrəli əmrindən çıxarış hüquqmüəyyənedici sənəddir və eyni zamanda ərizəçiyə Maraqlı şəxs tərəfindən verilmiş məktubla hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Qeyd edilən hüquqmüəyyənedici sənədin ərizəçiyə məxsus olması faktının müəyyən edilməsinin ərizəçiyə məxsus olan torpağa dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına dair hüquqi əhəmiyyəti vardır. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Ona görə də məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tərəvəzçilik-südçülük sovxozunun (X6) 21 may 2003-cü il tarixli 28 nömrəli əmrindən çıxarışın Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; - 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; - 311-ci maddəsinə görə isə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmçinin “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 nömrəli qərarının 6-cı maddəsinə görə, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Həmin qərarın 6.2.-ci bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Beləliklə də, məhkəmə yuxarıda qeyd edilənlərə əsassən hesab edir ki, ərizə təmin edilməklə, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X6 21 may 2003-cü il tarixli 28 nömrəli əmrindən çıxarışın Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qaldırılarkən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 216- 220-ci, 308, 311, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : Ərizə təmin edilsin. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X6 21 may 2003-cü il tarixli 28 nömrəli əmrindən çıxarışın Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəkti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar