Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-96/2022 18.04.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X10 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili-nümayəndəsi Vəkil və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək mərhum atası X5 miras qalmış Şərur rayon Kosacan kəndində mülkiyyətində olan 0.2338 ha torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 70.18 kv.m (yaşayış sahəsi- 24.872 kv.m, yardımçı sahə-45.31 kv.m) olan 1 otaqdan ibarət fərdi yaşayış evinin miras əmlak olaraq onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində mərhum atası X7 07 mart 2016-cı il tarixdə tənəffüs dayanmasından vəfat etdiyini, mərhum atası B.Əsədovun vəfat etdikdən sonra aşağıdakı adları qeyd olunan vərəsələrinin olduğunu, 1.İddiaçı-xx.xx.1951 2.Əsədova (Əliyeva) Şairə Bəhman qızı-08.05.1954 3.X14-02.09.1967 4.X11-01.09.1971, 30.08.2020-ci il tarixdə vəfat edib Mərhum atası X7 vafat etdikdən sonra onun mülkiyyətində olan Şərur rayon Kosacan kəndində mülkiyyətində olan 0.2338 ha torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 70.18 kv.m (yaşayış sahəsi- 24.872 kv.m, yardımçı sahə-45.31 kv.m) olan 1 otaqdan ibarət fərdi yaşayış evinin miras qaldığını, həmin evə dair mərhum atası X7 adına 06 avqust 2021-ci il tarixdə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən **********28-10301 reyest nömrəsi ilə fərdi yaşayış evinin Daşınmaz Əmlakın Texniki Pasportu verildiyini, mərhum atası X7 ölümündən sonra miras qalmış əmlakı o-İddiaçı faktiki olaraq qəbul etdiyini, digər vərəsələri-övladları ailə qurub ayrıldığını və halhazırda ailə üzvləri ilə birlikdə öz evlərində yaşadıqlarını, vərəsələrdən Müslümova (Əsədova) Zəminə Bəhman qızının 30.08.2020-ci il tarixdə vəfat ediyini, mərhumun vərəsələrinin, əri Cavabdeh1 və oğlu Cavabdeh2 haliyyədə Şərur rayon Kosacan kəndində özlərinə aid fərdi yaşayış evində yaşadıqlarını, haliyyədə həmin miras əmalkı atası X7 vəfat etdikdən sonra faktiki olaraq onun qəbul edərək bu günədək mübahisəsiz olaraq idarə etdiyini, lakin maddi imkanı olmadığından müvafiq sənədləşmə aparıb miras qalmış əmlakı sənədləşdirə bilmədiyini, onun miras qalmış əmlakın qəbulu ilə bağlı müvafiq şəhadətnamə verilməsi üçün 11.11.2021-ci il tarixdə Şərur rayon bir saylı Notariat ofisinə müraciət etdiyini, bildirirəm ki, vərəsələrdən Əliyeva (əsədova) Şairə Bəhman qızının və Eyvazova (Əsədova) Maral Bəhman qızının mərhum X5 miras qalmış əmlakın qəbulundan onun xeyrinə notarial qaydada imtina etdiklərini, lakin, Müslümova (Əsədova) Zəminə Bəhman qızı vəfat etdiyindən onun vərəsələri Cavabdeh1 və Cavabdeh2 miras qalmış əmlakdan imtina barədə ərizə vermədiklərini, ona görə də Şərur rayon bir saylı Notariat ofisinin 15 iyun 2021-ci il tarixli qərarı ilə mərhum atası X5 miras qalmış əmlakla bağlı vərəsəliyin açılma müddəti buraxıldığından və vərəsələr arasında mübahisə yarandığından həmin miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edildiyini, bu səbəbdən də mərhum Bəhman Əsədovdan miras qalmış əmlakın qəbulu ilə bağlı müvafiq şəhadətnamə verilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını qeyd edərək mərhum atası X5 miras qalmış Şərur rayon Kosacan kəndində mülkiyyətində olan 0.2338 ha torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 70.18 kv.m (yaşayış sahəsi-24.872 kv.m, yardımçı sahə-45.31 kv.m) olan 1 otaqdan ibarət fərdi yaşayış evinin miras əmlak olaraq onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştrak edən İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatları təkrarlamaqla yanaşı əlavə olaraq izahatında mərhum atası X15 07 mart 2016-cı il tarixdə vəfat etdikdən sonra 2016cı ildən 2021-ci ilədək atasından miras qalmış evə baxmaq üçün gedib-gəldiyini, lakin həmin evdə nə o, nə də ki cavabdehlərin heç birinin yaşamadıqlarını, həmin evdə və həyətdə heç bir təmir-tikinti işi aparılmadığını, yaşayış olmadığı üçün heç bir komunal xərcin ödənilmədiyini, lakin həmin həyətdə 2021-ci ildə qarğıdalı əkib-becərdiyini, qarğıdalını biçdikdən sonra Zahidin həmin həyətə və evə girməyinə imkan vermədiyini, ona görə də 2021-ci ilin noyabr ayında mirasın qəbulu üçün notariusa müraciət etdiyini, lakin notarius mirasın qəbulu müddətinin keçdiyini, vərəsələr arasında mübahisə olduğunu əsas gətirərək şəhadətnamə verilməkdən imtina etdiyini, məcbur qalıb miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi ilə məhkəmədə iddia qaldırdığını qeyd edərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştrak edən iddiaçının vəkili-nümayəndəsi Vəkil iddiaçının iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştrak edən Cavabdeh1 iddianı qəbul etmədiyini, miras əmlakın mərhum X7, X6 və mərhum həyat yoldaşı X3 birgə mülkiyyətində olduğunu, X6 2013-cü ildə, X7 2016-cı ildə, mərhum həyat yoldaşı X3 isə 2020-ci ildə vəfat etdiyini, X15 2016-cı ildə tarixdə vəfat etdikdən sonra həmin evdə heç kəsin yaşamadığını, atasının ölümündən sonra Qabili orada görmədiyini, arada özünün evə nəzarət etmək üçün gedib-gəldiyini, həmin evdə və həyətdə heç bir təmir-tikinti işinin aparmadığını, yaşayış olmadığı üçün heç bir komunal xərcin ödəmədiyini, lakin evin açarının onda olduğunu, iddiaçının 2021-ci ildə qarğıdalı əkdiyini, qonşunun mallarını həyətə ötürdüyü üçün narazılıq etdiyini, ondan sonra Qabilə ora gəlməməsini dediyini, İddiaçı həmin miras əmlakı qəbul etmədiyini, miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə etiraz etdiyini, oğlu Peymanın tələbə olduğunu, dərsdən icazə ala bilmədiyini, eyni zamanda iddiaçı ilə üz-üzə gəlməmək üçün məhkəmə iclasına gələ bilmədiyini, onun da eyni fikirdə olduğunu qeyd edərək məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq, о, məhkəmə iclaslarına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə müvafiq olaraq, məhkəmə baxış iclası cavabdehin iştirakı olmadan keçirilmişdir 25 fevral 2022-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iddiaçının təşəbbüsü ilə dəvət edilərək şahid qismində ifadə verən X1 Qabil Məmməd oğlunun onun qardaşı olduğunu, ailədə 4 uşaq olduqlarını, bacıları Zəminənin xəstə olduğunu, 2020-ci ildə vəfat etdiyini, atasından və anasından miras qalmış əmlakdan ona çatan paydan Qabilin xeyrinə imtina etdiyini, atası vəfat etdikdən sonra Qabilin həmin evdə yaşayıb-yaşamaması barədə məlumatının olmadığını bildirmişdir. 25 fevral 2022-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iddiaçının təşəbbüsü ilə dəvət edilərək şahid qismində ifadə verən X2 Qabil Məmməd oğlunun onun qardaşı olduğunu, hazırkı mübahisəli evin atasının, anasının və bacısının adına olduğunu, atasından qalan mirasdan qardaşı Qabilin xeyrinə imtina etdiyini, mirası qəbul etməsinə etirazının olmadığını, atası vəfat etdikdən sonra həmin evdə qabilin hər hansı iş görməsini barədə məlumatının olmadığını bildirmişdir. Məhkəmə iddiaçının, onun vəkili-nümayəndəsinin, cavabdehin izahatlarına, şahid ifadərinə, o cümlədən iş materiallarında olan tədqiq olunmuş sənədlərə hüquqi qiymət verərək bu qənaətə gəlir ki, iddia rədd edilməlidir. İş materiallarında olan olan Şərur rayon Kosacan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25.10.2021-ci il tarixli, 518 nömrəli arayışdan görünür ki, mərhum X7 varisləri aşağıdaki tərkibdən ibarətdir:
1. X13-arvadı vəfat edib;
2. İddiaçı
3. (Əsədova) X16
4. (Əsədova) X12
5. (Əsədova) X8-vəfat edib. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsinin 06.07.2021-ci il tarixli nikah aktları haqqında akt qeydləri kitabından çıxarışından görünür ki, X15 ilə X13 10.12.1962-ci il tarixdə Siyaqut kənd İƏD-sində rəsmi nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 35 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına "Əsədova" soyadı verilmişdir. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsinin 27.10.2021-ci il tarixli doğum aktları haqqında akt qeydləri kitabından çıxarışından görünür ki, İddiaçı xx.xx.1951-ci il tarixdə Şərur rayon Kosacan kəndində anadan olmuşdur, atası X15, anası X9r. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsinin 02.08.2021-ci il tarixli nikah aktları haqqında akt qeydləri kitabından çıxarışından görünür ki, Cavabdeh1 ilə X11 16.05.2002-ci il tarixdə Şərur rayon Qeydiyyat şöbəsində rəsmi nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 200 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına "Müslümova" soyadı verilmişdir. İş materiallarında olan olan Şərur rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 23.06.2021-ci il tarixli arayışdan görünür ki, X15 07.03.2016-cı il tarixdə Kosacan kəndində tənəffüz dayanması nəticəsində rəhmətə getmişdir. İş materiallarında olan olan Şərur rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 23.06.2021-ci il tarixli arayışdan görünür ki, X13 04.01.2013-cü il tarixdə Kosacan kəndində miokarbinfaktı, ürək dayanması nəticəsində rəhmətə getmişdir. İş materiallarında olan olan Şərur rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 02.08.2021-ci il tarixli arayışdan görünür ki, X11 30.08.2020-ci il tarixdə Kosacan kəndində süd vəzinin xərçəngi nəticəsində rəhmətə getmişdir. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsinin 29.11.2021-ci il tarixli doğum aktları haqqında akt qeydləri kitabından çıxarışından görünür ki, Cavabdeh2 xx.xx.2002-ci il tarixdə Şərur rayon Kosacan kəndində anadan olmuşdur, atası Cavabdeh1, anası X4r. İş materiallarında olan olan Şərur rayon Kosacan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25.10.2021-ci il tarixli 519 nömrəli arayışdan görünür ki, mərhumə X3 varisləri aşağıdakı tərkibdən ibarətdir. 1.Cavabdeh1-əri 2.Cavabdeh2-oğlu İş materiallarında olan Şərur rayon 1 saylı notariat ofisinin 22.10.2021-ci il tarixli **********330 saylı ərizəsindən görünür ki, X12 15.03.2016-cı il tarixdə vəfat etmiş X7 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlakdan qardaşı İddiaçı xeyrinə imtina etmişdir. İş materiallarında olan Şərur rayon 1 saylı notariat ofisinin 22.10.2021-ci il tarixli **********527 saylı ərizəsindən görünür ki, X26 qızı 07.03.2016-cı il tarixdə vəfat etmiş X7 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlakdan qardaşı İddiaçı xeyrinə imtina etmişdir. İş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmət tərəfindən verilmiş **********28-10301 nömrəli, 23.08.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət Dövlət reyestrindən çıxarışdan görünür ki, Şərur rayonu Kosacan kəndində 0.2338 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 70.18 kv.m olan fərdi yaşayış evi X7, X6 və X3 adına ümumi birgə mülkiyyət kimi qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, iddiaçı mirasın açıldığı vaxtdan, yəni atası X7 07 mart 2016-cı il tarixdə öldükdən sonra vərəsə kimi mirasın açıldığı yer üzrə notariat kontoruna hazırki mübahisə predmeti olan fərdi yaşayış evinin mirası kütləsinin qəbul edilməsi barədə ərizə verməmiş, əmlaka sahiblik etməmiş, əmlakı idarə etməyə faktik başlamamış və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməmişdir. Nəticədə iddiaçı mülki qanunvericiliyə əsasən mirasın qəbuletmə müddətini ötürmüş və mirasın açıldığı gündən altı ilə yaxın müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Həmçinin, iddiaçı izahatında atası vəfat etdikdən sonra 2016-cı ildən 2021-ci ilədək atasından miras qalmış evə baxmaq üçün gedib-gəldiyini, lakin həmin evdə yaşamadığını, həmin evdə və həyətdə heç bir təmir-tikinti işi aparılmadığını, yaşayış olmadığı üçün heç bir komunal xərcin ödənilmədiyini, lakin həmin həyətdə 2021-ci ildə qarğıdalı əkib-becərdiyini, qarğıdalını biçdikdən sonra Zahid həmin həyətə və evə girməyinə imkan vermədiyini qeyd etmişdir. Bu isə o nəticəyə gəlməyə əsas verir ki, iddiaçı mirası qəbul etməyə yönələn heç bir hərəkət etmədiyindən mirası qəbul etmək hüququnu itirmişdir. Həmçinin iddiaçı məhkəməyə atası X7 07 mart 2016-cı il tarixdə vəfat etdikdən sonra ondan qalmış miras əmlakı qəbul etməsini təsdiqi edən heç bir mötəbər və tutarlı sübut təqdim etməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qаnunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlаkın bаşqа şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminаt verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlаkınа dаir sərəncаm vermək hüququnu, hаbelə mirаs qоyаnın əmlаkının istər qаnun üzrə və istərsə də vəsiyyət üzrə vərəsələrinə keçmə, vərəsələrin isə bu əmlаkı əldə etmə hüququnu birləşdirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; - 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; - 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir; 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; 1273-1-ci maddəsinə görə, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, həmin hal vərəsənin susması kimi qiymətləndirilir. Vərəsənin susması isə mülki qanunvericiliyə əsasən mirası qəbul etməkdən imtinaya bərabər tutulur. G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2014-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd emişdir ki, Mülki Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, Konstitusiya hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən nəzərə alınmalıdır ki, mirasın qəbulu birtərəfli, könüllü əqddir və özünün miras əmlak əldə etmək və almaq niyyətini açıq şəkildə göstərən hərəkətlərdə ifadə olunur. Bu hərəkətlər əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı hesab oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; - 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir» Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Məhkəməyə müraciət edərkən İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Seymur Qarayev