Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-995/2024 17.12.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı3 iştirakı, iddiaçılar X9, X10 və İddiaçı3 cavabdehlər X12, X13 və X8 qarşı mirasın qəbulu və payların müəyyən olunması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2011-ci il tarixdə vəfat etmiş atası X2 və xx.xx.2015-ci il tarixdə vəfat etmiş anası X6 ölümündən sonra qalmış əmlakların harada yerləşməsindən və nədən ibarət olmasından aslı olmayaraq tərəflərindən miras əmlak kimi qəbul edilməsi faktının və tam payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia ərizəsində iddia tələbinin əsası kimi ataları X3 xx.xx.2011-ci il tarixində ağciyər vərəmi, anaları X6 isə xx.xx.2015-ci il tarixində qaraciyər sirrozu xəstəliyindən vəfat etdiyini onlardan Şərur Rayon Aqrar İslahat komissiyasının 28.9.1998ci il tarixli 07 saylı qərarına əsasən Şərur rayon Oğlanqala kəndində X11 ailə başçısı olmaqla cəmi beş nəfərdən ibarət ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş JN-637A nömrə (kod-********) ilə Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0.22 ha həyətyanı torpaq sahəsi və üzərində tikilmiş fərdi yaşayış evi, JN-127 nömrə (kod- ********) ilə torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 0.28 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsiniin miras qaldığını, X11 ilə X6 birgə nikahından altı övladı-İddiaçı1, X14, Cavabdeh2, X7, İddiaçı2 və Cavabdeh3 doğulduğunu, atası və anasının ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onlardan qalmış miras əmlakı qəbul etdiklərini, ona görə də həmin əmlakları qəbul etmələri faktının tanınmasını və paylarının müəyyən edilməsini istədiklərini, ata-anaslarından qalmış miras əmlaka vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün notariat ofisinə ərizə ilə müraciət etdiklərini, Şərur Rayon 1 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli 99 saylı qərarı ilə İddiaçı3, Şərur Rayon 2 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli 75 saylı qərarı ilə İddiaçı2 və xx.xx.2024-cü il tarixli 76 saylı qərarı ilə İddiaçı1 qanunla müyyən edilmiş müddəti buraxdığından və vərəsələr arasında mübahisə olduğundan vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyini, bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qaldıqlarını bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı3 izahatında və verilmiş suallara cavabında iddia ərizəsində qeyd olunan halları təsdiq etdiyini, əlavə olaraq atası 2011-ci ildə vəfat edəndən sonra həmin evdə anasının, bacısı Sadət, Natiq və onun ailəsinin yaşadığını, atası vəfat edəndən sonra Natiq anası və bacısına baxmadığından Bakıda yaşayan qardaşı Ədalətin onları öz yanına apardığını, anası Bakıda vəfat etdikdən sonra bacısı Sadətin bura qayıtdığını və Natiqgillə 2-3 ay yaşadığını, sonra ona baxmadıqları üçün məcbur qalıb bacısını aparıb özünün baxdığını, 2019-cu ildən bacısına 100 manat baxım pulu aldığını, Sadətin birinci qrup əlil olduğunu və 470 manat pensiya aldığını bildirərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh3 izahatında və verilən suallara cavabında iddianı qəbul etmədiyini, atası 2011-ci ildə vəfat edəndən sonra həmin evdə anası, bacısı, onun və ailəsinin yaşadığını, atası vəfat edəndən sonra anası onunla 2 ildən artıq yaşadığını, sonra Ədalətin anası və bacısını Bakı şəhərinə apardığını, anasının 2 il orada yaşadıqdan sonra vəfat etdiyini, sonra onun Sadəti Bakıdan gətirib yanında saxladığını, 3-4 il burda onunla yaşadıqdan sonra Siyasət gəlib ona bildirmədən Sadəti evdən apardığını, Siyasət onun pensiyası və baxım puluna görə ondan gizli şəkildə apardığını bildirərək iddianın qismən təmin olunmaqla onun payının da müəyyən edilməsini xahiş etmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq xəbərdar edilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, cavabdehlər X14 və Cavabdeh2 heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar: İş materiallarında olan Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Az-İ № 435690 nömrəli ölüm haqqında şəhadətnamədən çıxarışdan görünür ki, X11 xx.xx.2011-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Az-İ № 555722 nömrəli ölüm haqqında şəhadətnamədən çıxarışdan görünür ki, X15 xx.xx.2015-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Şərur rayon Aqrar İslahat Komissiyasının 28 sentyabr 1998-ci il 07 nömrəli qərarları ilə Şərur rayon Oğlanqala kəndində yerləşən 0.28 ha təsərrüfat təyinatlı torpaq sahəsi (JN-127) və 0.22 ha həyətyanı torpaq sahəsi (JN-637A) mülkiyyət hüququ əsasında X11, X15, X7, İddiaçı2 və Cavabdeh3 məxsus olmuşdur. İş materiallarında olan Şərur rayon Oğlanqala kənd İƏDN-in xx.xx.2024-cü il tarixli 41 nömrəli arayışından görünür ki, X11 və X15 vəfat edəndən sonra onların vərəsləri İddiaçı1, X14, Cavabdeh2, İddiaçı3, İddiaçı2 və Cavabdeh3 qalmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Şərur rayon 1 saylı notariat ofisinə verilmiş ərizələrdən görünür ki, İddiaçı3 xx.xx.2024-cü il tarixdə X11 və X4 qalmış mirası qəbul etməsi ilə bağlı ərizə vermişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Şərur rayon 2 saylı notariat ofisinə verilmiş ərizələrdən görünür ki, İddiaçı2 xx.xx.2024-cü il tarixdə X11 və X4 qalmış mirası qəbul etməsi ilə bağlı ərizə vermişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Şərur rayon 2 saylı notariat ofisinə verilmiş ərizələrdən görünür ki, İddiaçı1 xx.xx.2024-cü il tarixdə X11 və X4 qalmış mirası qəbul etməsi ilə bağlı ərizə vermişdir. İş materiallarında olan Şərur Rayon 1 Saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, mirasın qəbulu müddəti keçdiyindən İddiaçı3 vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarında olan Şərur Rayon 2 Saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, mirasın qəbulu müddəti keçdiyindən İddiaçı2 vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarında olan Şərur Rayon 2 Saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, mirasın qəbulu müddəti keçdiyindən İddiaçı1 vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarında olan Şərur Rayon Elektrik Şəbəkəsinin xx.xx.2024-cüil tarixli 1115 nömrəli arayışından görünür ki, Cavabdeh3 2017-ci ildən abonent kimi qeydiyyatda olduğunu və hal-hazırda elektrik sərfiyyatının həmin şəxsin adından ödənilir. İş materiallarında olan Şərur Rayon Qaz İstismar İdarəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh3 adına olan ********* nömrəli abonent xx.xx.2024-cü il tarixə kimi İddiaçı2 adına olmuşdur. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, tərəflərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X11 xx.xx.2011-ci il tarixdə arvadı X15 isə xx.xx.2015-ci ildə ölmüşdür. Onun vərəsləri uşaqları İddiaçı1, X14, Cavabdeh2, İddiaçı3, İddiaçı2 və Cavabdeh3 qalmışdır. Həmçinin müəyyən olundu ki, valideynlərinin vəfatından sonra vərəsələr Cavabdeh3 və İddiaçı2 atasından qalmış mirası idarə edərək faktiki qəbul etmişlər. İddiaçılar xx.xx.2024-ci il və xx.xx.2024-cü il tarixlərdə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün notariat ofislərinə ərizə vermiş, notariat ofisləri müddət ötürüldüyündən və mübahisə olduğundan qanun üzrə vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin vərəsəlik hüquq münasibətləri yaranan zaman qüvvədə olmuş 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mülki Məcəllənin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Mülki Məcəllənin 1274-cü maddəsinə görə miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mülki Məcəllənin 1291-ci maddəsinə görə miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Göründüyü kimi qanunverici, miras əmlakla bağlı vərəsələr arasında mübahisə olduqda iddianın hansı vərəsə tərəfindən qaldırılmasından asılı olmayaraq prosessual qənaət prinsipinə uyğun olaraq mirası qəbul etmiş bütün vərəsələrin paylarını müəyyən etməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən faktiki hallarına, yuxarıda qeyd olunan hüquq normalarını tətbiq edən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2012-ci il tarixdə ölmüş X11 və xx.xx.2015-ci il tarixdə ölmüş X4 qalmış miras əmlakın İddiaçı2 və Cavabdeh3 tərəfindən faktiki qəbul olunması müəyyən edilməli və həmin əmlaklara İddiaçı2 1/2 hissədə, Cavabdeh3 1/2 hissədə payı müəyyən edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərclərini nəzərdən keçirərək edərək, hesab edir ki, iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2011-ci il tarixdə ölmüş X1 və xx.xx.2015-ci il tarixdə ölmüş X4 qalmış miras əmlakın X10 və Cavabdeh3 tərəfindən faktiki qəbul olunması müəyyən edilsin və həmin əmlaka X5 1/2 hissədə, Cavabdeh3 1/2 hissədə payı müəyyən edilsin. Məhkəmə xərci olaraq ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-995/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-995/2024
17.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver