Məhkəmə qərarları › İş №2(111)-165/2024

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-165/2024

23.05.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-165/2024 23.05.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla “barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə” ərizəsinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 25 dekabr 2023-cü il tarixdə X2 Maraqlı şəxs arasında bağlanmış aliment ödənilməsinə dair barışıq sazişinin məcburi icra olunması üçün təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 25 dekabr 2023-cü il tarixdə X6 Maraqlı şəxs ilə aralarında alimentin ödənilməsinə dair barışıq sazişi bağlamışlar. Barışıq sazişinin müddətinin keçməsinə baxmayaraq borclu alimenti ödəməkdən yayınır. Onunla əlaqə saxladıqda qəti şəkildə aliment ödəməyəcəyini bildirir. Ona görə də barışıq sazişinin məcburi icra olunması üçün məhkəmə tərəfindən təsdiq olunmasını istəyir. Məhkəmə baxışı iclasında Ərizəçi ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək 25 dekabr 2023-cü il tarixdə X3 Maraqlı şəxs arasında barışıq sazişi bağlandığını, barışıq sazişinin şərtlərinə görə Maraqlı şəxs hər ay ona bir uşağın saxlanması üçün 200 manat məbləğində aliment ödəməli olduğunu, Maraqlı şəxs alimenti indiyə kimi ödəmədiyini bildirərək, məhkəmədən ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə təyin edilmiş məhkəmə iclasına Maraqlı şəxs gəlməməsinin səbəblərini üzrsüz hesab edərək hazırkı işdə toplanmış sənədlərə əsasən onun iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan AZ-İİ 155776 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə X10 arasında 19 mart 2019-cu il tarixdə rəsmi nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 72 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına “Qədimova” soyadı verilmişdir. İş materiallarında olan AZ-İV 626369 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, iş üzrə tərəflərin 09 iyun 2019-cu ildə X11 adında uşaqları doğulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli MŞN/24-Q-1910 saylı barışıq sazişində qeyd olunmuşdur ki, tərəflərlə aparılan mediasiya prosesi nəticəsində hər iki tərəf aşağıda qeyd olunanlar barədə razılığa gəlmişlər: “1-ci tərəfin şərtləri. Həyat yoldaşım Maraqlı şəxs ilə birgə nikahdan xx-xx-2019-cu ildə anadan olan övladımız X11 üçün razılaşdığımız 200 manat aliment pulunu hər ayın son günündə mənə verilən kart hesabına vursun. 2-ci tərəfin şərtləri. Mən, həyat yoldaşım Ərizəçi ilə övladımız X11 üçün razılaşdığımız 200 manat aliment pulunu hər ayın son günündə mənə verilən kart hesabına vuracağam.” Yuxarıda qeyd olunan xx.xx.2023-cü il tarixli barışıq sazişinin məzmunundan belə məlum olur ki, Maraqlı şəxs Ərizəçi ilə birgə nikahdan olan bir yetkinlik yaşına çatmayan uşaqlarının saxlanması üçün hər ayın son günündə 200 manat aliment ödəməsini öhdəsinə götürmüşdür. Maraqlı şəxs barışıq sazişində alimentlə bağlı göstərilən öhdəliyi yerinə yetirməyərək vaxtı-vaxtında aliment pulunu ödəməmişdir. Məhkəmə ərizəçini dinləyib, işdə olan digər sübutları qarşılıqlı şəkildə qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər; - 355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. - 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Beləliklə, məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, maraqlı şəxs xx.xx.2023-cü il tarixli barışıq sazişi üzrə öhdəlikləri icra etməyərək barışıq sazişinin şərtlərini pozmuşdur. Eyni zamanda maraqlı şəxs tərəfindən bu halı təkzib edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, barışıq sazişinin təsdiq edilməsindən imtina üçün qeyd edilən əsaslardan hər hansı biri iş materialları ilə müəyyən olunmur və ərizəçi barışıq sazişinin təsdiq edilməsini xahiş edir. Belə olan halda məhkəmə bu qənaətə gəlir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Eyni zamanda məhkəmə alimentin tutulma müddəti ilə əlaqədar qeyd edir ki, alimentin tutulma müddəti tərəflərin qarşılıqlı qaydada müəyyən etdiyi kimi 25 dekabr 2023-cü il tarixdən başlayaraq hər ayın son günü ödənilməli, qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməsi nəzərdə tutulduğundan və 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə iş üzrə ödənilməli olan 100 manat dövlət rüsumu Maraqlı şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 216-220-ci, 234, 355-23 - 355-26, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X1 iştirakı ilə Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞN/24-Q-1910 saylı barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:

1. 25 dekabr 2023-cü il tarixdən başlayaraq Maraqlı şəxs hər ayın son günü sabit pul məbləğində 200 manat aliment tutularaq 09 iyun 2019-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün Ərizəçi ödənilsin.

2. Ödəniş Ərizəçi bank kartına ödənilsin. Maraqlı şəxs 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə aliment tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar.

Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar