Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-167/2022 09.09.2022 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, Ərizəçi və Kəngərli Rayon İcra Hakimiyyətinin Başçısı Yanında X6 və Himayə Komissiyasının nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı şəxs qismində Kəngərli Rayon İcra Hakimiyyətinin Başçısı Yanında X6 və Himayə Komissiyası cəlb olunmaqla “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək 02 iyun 2001-ci il tarixdə anadan olmuş Novruzov İsmayıl Aqibət oğlunun fəaliyyət qabiliyyətli olmayan hesab olunması barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, o, 2000-ci ildə X7 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. X12 Aqibət oğlu 2001-ci ilin iyun ayının 02-də dünyaya gəlmişdir. O, İ qrup əlildir və Kəngərli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində əlilliyi olan şəxs kimi qeydiyyatda dayanır. Onun kənar şəxsin qulluğuna ehtiyacı vardır. İsmayıl özünü idarə etmək qabiliyyətində deyildir. Yəni mənim sayəmdə özünü idarə edir. Bundan başqa mülkiyyət hüquqlarımı, həmçinin onun öz hüquqlarını həyata keçirilməsi üçün imzaları lazım olur ki, onun fəaliyyət qabiliyyətinin olmaması səbəbindən İsmayılın həmin hüquqlarını həyat keçirə bilmirəm. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Kəngərli Rayon İcra Hakimiyyətinin Başçısı Yanında X6 və Himayə Komissiyasının nümayəndəsi X4 izahatında həqiqətən də ərizəçinin X12 Aqibət oğlunun xəstə olduğunu, özünü idarə etmək qabiliyyətində olmadığını, onun hüquqlarının müdafiəsi üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada qəyyumluğa verilməsinin vacib olduğunu bildirərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə ərizəçinin və Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZ-İ 102452 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən Ərizəçi ilə X8 18 mart 2005-ci il tarixdə Naxçıvan MR Şərur rayon VVADQ şöbəsində nikah bağlanmış və həmin nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 69 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Novruzova” soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İ 622501 nömrəli doğum haqında şəhadətnamənin surətindən məlum olur ki, Novruzov İsmayıl Aqibət oğlu 02 iyun 2001-ci il tarixdə doğulmuşdur. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi Kəngərli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 10 iyun 2022-ci il tarixli 456 nömrəli arayışından görünür ki, Novruzov X5 Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində İ dərəcə əlilliyi olan şəxs kimi qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2019-cu il tarixli 1089- nömrəli müayinə qərarından görünür ki, Novruzov İsmayıl Aqibət oğlu İ dərəcəli əlil olmaqla kənar şəxsin qulluğuna ehtiyacı vardır. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Y.Budaqov adına Naxçıvan MR X2 09 avqust 2022-ci il tarixli, 56 saylı rəyinə əsasən Novruzov İsmayıl Aqibət oğlunda “Anadangəlmə ağıl zəifliyi, idiotiya səviyyəsində” psixi xəstəliyi var. Novruzov İsmayıl Aqibət oğlu öz hərəkətlərini dərk etmək və öz hərəkətlərini idarə edə bilmək iqtidarında deyil. Novruzov İsmayıl Aqibət oğlunun sağlamlıq vəziyyəti onun məhkəmə iclaslarında iştirak etməsinə imkan vermir. İş materiallarına əlavə olunmuş Kəngərli Rayon İcra Hakimiyyəti Qıvraq qəsəbə İƏDÜN-in 10 iyun 2022-ci il tarixli 968 nömrəli arayışına əsasən Novruzov X5 rayon Qıvraq qəsəbəsində qeydiyyatdadır və həmin ünvanda yaşayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 317.2-ci maddəsinin tələbinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 320.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. 321.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinin tələbinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. 34.2-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Beləliklə məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Novruzov İsmayıl Aqibət oğlu xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilməməsi və hərəkətlərini idarə edə bilməməsi halları təsdiq edildiyindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 02 iyun 2001-ci il tarixdə Şərur rayon Qıvraq kəndində doğulmuş, Kəngərli rayon Qıvraq qəsəbəsində qeydiyyatda olan və yaşayan Novruzov İsmayıl Aqibət oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №2(111)-167/2022
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-167/2022
09.09.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver