Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-244/2025 15.10.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ X1* Sadət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X11 oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Naxçıvan şəhər Asan Vəkil Bürosunun vəkili Vəkil2, Cavabdeh1, Cavabdeh2 vəkili və nümayəndəsi Şərur rayon Vəkil Bürosunun vəkili Vəkil1, maraqlı şəxs Cavabdeh3 sabiq notariusu Maraqlı şəxs iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2 və Kəngərli Rayon Dövlət Notariat Ofisinə qarşı 11 avqust 2**8-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, *3 oktyabr 2**8-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi və həmin hərəkətlər üzrə aparılmış bütün aktların ləğv edilməsi tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Kəngərli Rayon Dövlət Notariat Ofisinə qarşı qarşı iddia ərizəsi ilə müraciət edərək 11 avqust 2**8-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, *3 oktyabr 2**8-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi və həmin hərəkətlər üzrə aparılmış bütün aktların ləğv edilməsi və onun əsasında aparılan bütün əməliyyatların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışlar ki, 1998-ci ildə Qıvraq kənd sakini X7 ilə rəsmi nikaha daxil olmuş, 1999-cu ildə onlara Şərur rayon Aqrar İslahat Komissiyasının qərar ilə JN-437A və JN 437B nömrəli həyətyanı torpaq sahəsi verilmiş, X7 13.1*.2***-ci ildə vəfat etmiş, vəfat etdikdən sonra atasının evinə getmiş, sonradan ailə quraraq Adıgözəlova soyadını qəbul etmiş, 2*23-cü ildə Kəngərli Rayon Qıvraq kəndində ona və sabiq həyat yoldaşına *,16 ha torpaq sahəsi verilmiş, 2*24-cü ildə maraqlanarkən onların JN-437A nömrəli torpaq sahəsi 2**8-ci ildə Hüseyn Həsənovun anası Gülçöhrə Əbil qızı tərəfindən Qıvraq qəsəbə sakini Cavabdeh2 satılmış, bu alqı-satqıdan onun heç bir xəbəri olmamış, həmin torpaq sahəsində onun payı olmuş, torpaq sahəsini həmin dövrdə işləyən Dövlət Notariat Kontoru, Qıvraq kənd icra nümayəndısi və torpaq komitəsi tərəfindən saxta sənədlərlə Cavabdeh1 adına verilmiş və alqı-satqı müqaviləsi bağlanmış, göründüyü kimi yuxarıda adı çəkilən rəsmi sənədlər qanunsuz olduğundan ləğv edilməli, onun mülkiyyətində olan torpaq sahəsi xəbəri olmadan başqa şəxslər tərəfindən satılmış, və həmin torpaq sahəsindən onun payı müəyyən olunmalı, Kəngərli Rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş 11 avqust 2**8-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinin və 3 oktyabr 2**8-ci il tarixli alqı-satqı müqaviləsini etibarsız hesab edilərək ləğv edilməsi və həmin hərəkətlər üzrə aparılmış bütün aktların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddiasını müdafiə edərək əlavə olaraq göstərmişdir ki, 2***-ci ildə əri Hüseyn Həsənov rəhmətə getmiş, ondan sonra atası evinə getmiş, ərinin yeddi, qırx mərasimlərində iştirak etmiş, həmin evə bir daha getməmiş, 1999-cu ildə Hüseyn Həsənovla ona birlikdə həyətyanı torpaq sahəsinin verilməsini 2*23cü ildə Qıvraq kəndindində yaşayan Əhməd adlı şəxsin zəng edərək qardaşı Şahinə dedikdən sonra məlumatı olduğunu, həmin torpaq sahəsinin pulunu istədiyini, Cavabdeh1, Qıvraq kənd İcra Nümayəndəliyi və Notariusdan pulunu tələb etdiyini, onlardan onun payına düşən torpağın pulunu istədiyini, hər iki torpaqdan yox, öz payına düşən torpağın pulunu istədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyib izahatında göstərmişdir ki, oğlu Hüseyn Həsənov 1998-ci ildə Rüxsarə Nəbiyevlə ailə qurduğunu, 1999-cu ildə torpaq islahatı zamanı Hüseyinə həyətyanı torpaq sahəsi verildiyini, 2***-ci ildə oğlu Hüseyn rəhmətə gedəndən sonra gəlini Rüxsarənin də ata evinə getdiyini, bir müddət sonra oğlu Hüseynin qəbir daşı kimlər tərəfindənsə qırıldığınan həmin torpaq sahəsini satdığını, lakin Rüxsarənin orada torpağı olduğunu bilmədiyini, bütün sənədləşmə işləri oğlu Qafqaz tərəfindən aparıldığını, Hüseynin adına jiquli maşını da olduğunu, onu sataraq pulun yarı hissəsini Rüxsarənin atasına verdiyini bildirmişdir. Mülki iş üzrə 29.*9.2*25-ci il tarixdə məhkəmə iclasında iştirak edən cavabdeh qismində dindirilmiş Cavabdeh2 iddianı qəbul etmədiyini, hərbiçi olduğundan Qıvraq kəndi ərazisindəki hərbi şəhərcikdə dövlət tərəfindən yaşayış evi verildiyini, 1999-cu ildən təqaüdə çıxdığından onu hərbi qulluqçuların yaşadığı evdən təcili çıxması barədə xəbərdar edildiyini, həmin dövrdə İcra Hakimiyyətindən torpaq sahəsi istədiyini, İcra Hakimiyyəti bununla əlaqədar Bələdiyyəyə müraciət etməsini bildirdiyini, Bələdiyyədən torpaq sahəsi barədə soruşduqda torpaq sahəsinin olmadığı deyildiyini, Gülçöhrənin qızının onun qohumuna torpaq sahələrini satmaq istədiklərini dediyindən gedib görüşdüyünü, torpağa baxıb razılaşdığını, 8** manat verib torpağı aldığını, ancaq sənəddə 7** manat yazıldığını, 2**1-ci ilədən 2**8-ci ilədək pulu hissə ilə ödədiyini, torpağı sənədləşdirərkən torpağın Cavabdeh1 vəfat etmiş oğlunun adına olduğunu, Cavabdeh1 ona oğlu Qafqazın gəlib sənədləşdirəcəyini dediyini, Qafqazın gəlib torpağı sənədləşdirdikdən sonra torpağı aldığını, torpağı alarkən torpaqda kiminsə payı olduğunu bilmədiyini, keçən il, yəni 2*24-cü ildə Rüxsarənin indiki yoldaşı torpaq komitəsi ilə birlikdə həyətinə gələrək “bu torpaqda tikintiləriniz qanunsuzdur, sənədləri, evin pasportunu gətir” dedilər, sənədləri evin pasportunu göstərdiyini, baxdıqdan sonra “Sənin sənədlərin düzdür” deyib getdiklərini, əgər torpaqda problemin olduğunu bilsəydi, həmin torpaq sahəsini heç vaxt almayacağını bildirmişdir. Maraqlı şəxs Kəngərli rayonun sabiq Dövlət Notariusu Maraqlı şəxs izahatında 2**8-ci ildə Daşınmaz Əmlakın verdiyi çıxarış əsasında alqı-satqı apardığını, Həsənov Hüseyn vəfat edəndən sonra Həsənov Hüseynin anası şəhadətnamə almaq üçün işlədiyi Kəngərli rayon notariat kontoruna müraciət etdiyini, Daşınmaz Əmlakın torpağın mülkiyyətə verilməsi barədə sənədləri Gülçöhrə Həsənovun təqdim etdiyini, həmin torpaq sahəsini bir nəfərin adına sənədləşdirildiyini, həmin şəhadətnamədə ikinci şəxsin adını görmədiyini, Daşınmaz Əmlakın Rüxsarənin adını torpağın mülkiyyətə verilməsinə dair sənədlərdən çıxarmış, 2**8-ci ildə Cavabdeh1 torpaqla bağlı müraciət edərkən Cavabdeh2 heç bir vaxt həmin torpaqla maraqlanmasını və oraya gəlməsini görmədiyini, şəhadətnamə ancaq mərhumun adına verildiyini bildirmişdir. Məhkəmə iclasında Cavabdeh2 vəkil və nümayəndəsi Vəkil1 izahatında və çıxışında tərəflər arasında nikah münasibətlərində olduğunu, iddiaçıya və iddiaçının mərhum ərinə torpaq sahəsi verildiyini, həmin torpaq sahəsindən iddiaçının məlumatı olmadığını, sonra torpaq sahəsi vərəsəlik şəhadətnaməsi ilə özəlləşdirildiyini, torpaq sahəsi özəlləşdirilən zaman torpaq şöbəsi qanunsuzluluğa yol verdiyini, iddiaçının həmin torpaq sahəsi şəhadətnamə əsasında Cavabdeh1 adına keçirildiyi, Cavabdeh2 burada vicdanlı alıcı olduğunu, satılan torpaq sahəsini pul verərək aldığını, baş vermiş mübahisədən məlumatı olmadığını, iddiaçının bu iddiadan imtina edib sırf Cavabdeh1 qarşı pul tələbi ilə iddia qaldırmalı olduğunu, iddiaçının hazırkı tələbi mülki qanunvericiliyə uyğun olmadığını bildirib iddianın rədd olunmasını xahiş etmişdir. İş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və X9 Dövlət Xidmətinin 26 fevral 2*24-cü il tarixli *4/151 №-li məktubunda göstərilir ki, JN-437A kadastr nömrəli həyətyanı torpaq sahəsi Kəngərli Rayon DNK-nın 11 *8 2**8-ci il tarixli 2V-2* nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”si əsasında Cavabdeh1 adına keçirilmişdir, Kəngərli Rayon DNK-nın *3.1*.2**8-ci il tarixli 4Ə-22 nömrəli alq-satqı müqaviləsinə əsasən torpaq sahəsi Cavabdeh2 mülkiyyətinə verilmş, 28.1*.2**8-ci il tarixli AA **2416 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” *5.11.2**8-cı ıl tarıxli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına dair çıxarış hazırlanmışdır. JN-437B kadastır nömrəli həyətyanı torpaq sahəsi haliyədə X4 və X1 mülkiyyətindədir. Hər iki torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid xüsusi mülkiyyətdə olan hayətyanı torpaq sahələridir. Qanun üzrə vərəsəlik hüququ haqqında 11 avqust 2**8-ci il tarixli Şəhadətnamədə Kəngərli rayon Dövlət Notariusu Maraqlı şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən 13 oktyabr 2***-ci ildə vəfat etmiş X4 vərəsəsi Kəngərli rayon Qıvraq qəsəbəsində yaşayan anası Cavabdeh1 miras əmlakdan bərabər hissələrdə irs almalıdır. Naxçıvan MR Torpaq Komitəsinin 28.*6.2**1-ci il tarixli JN-437A 1*211*18 kodlu şəhadətnaməyə əsasən Kəngərli rayon Qıvraq qəsəbəsində yerləşən 1574, 26 kv.m (yaşayış) həyətyanı torpaq sahədən ibarət olduğu göstərilmişdir. *3 oktyabr 2**8-ci il tarixli müqaviləyə əsasən Kəngərli rayon Qıvraq qəsəbəsində yaşayan Həsənova X3 rayon Qıvraq qəsəbəsində yaşayan Cavabdeh2 həmin müqaviləni öz aramızda aşağıdakı məzmunda bağladıq:
1. Mən Cavabdeh1 Nax.MR DƏDRX-nin 12.*9.2**8-ci il tarixli çıxarış- a, 22.*9.2**8-ci il tarixli DƏDRX-nin 198* N-li forma İ arayışına əsasən mülkiyyətimdə olan Kəngərli rayon Qıvraq qəsəbəsində yerləşən 1574,26 kv.m sahənin Cavabdeh2 satdım.
2. Mən satıcı Cavabdeh1 Cavabdeh2 7** (yeddi yüz) manat aldım.
3. Torpağın kadastr qiyməti (göstərilməyib) manatdır.
4. Özgəninkiləşdirilən torpaq heç kimə satılmamış, girov qoyulmamış və həbs altında deyildir. Onun barəsində məhkəmə mübahisəsi yoxdur.
5. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 646-647-ci maddəllərinin məzmunu tərəflərə izah olundu.
6. Müavilənin təsdiqi və rəsmiləşdirilməsi üzrə xərclər Cavabdeh2 tərəfindən ödənildi həmin müqavilə iki nüsxədən tərtib edildi onun 1 nüsxəsi Notariot Kontorunda saxlanılır, digəri alıcıya verilir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Torpaq sahəsinin planı və ölçüsündə torpağın Kəngərli rayon Qıvraq qəsəbəsi ərzasində yerləşdiyi reyestr nömrəsində 5*8*13**5335 hüquqi sahibi Cavabdeh1, tərtib edildiyi tarix 1*.*9.2**8 reyestr xidmətin nömrəsi AA **2416 №-li torpaq sahəsinin planında 1574.26 kv.m göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti torpaq sahəsinin planı və ölçüsündə torpağın Kəngərli rayon Qıvraq qəsəbəsi ərzasində yerləşdiyi reyestr nömrəsində 1*8*13**5335 hüquqi sahibi Cavabdeh2, tərtib edildiyi tarix 28.1*.2**8 reyestr xidmətin nömrəsi AA **2416 №-li torpaq sahəsinin planında 1574.26 kv.m göstərilmişdir. Belə ki, iş materiallarında olan Kəngərli rayon Qıvraq qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi əvəzinin 16 iyul 2**8-ci il tarixli 1149/*7 nömrəli arayışdan X5 ondan ötəri ki, onun qeyri-ailə üzvləri yoxdur. Arayış Kəngərli Rayon Torpaq Şöbəsinə təqdim etmək üçün verilmişdir. Kəngərli rayon Qıvraq bələdiyyəsinin sədri 16 iyul 2**8-ci il tarixli 15/*7 nömrəli arayışdan X4 torpaq vergi borcunun olmadığı göstərilmişdir. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-437A kod 1*211*18 nömrəli şəhadətnamənin surətindən görünür ki, Şərur rayon Qıvraq kəndi 1. X7, 2. X2 ona görə ki, Şərur rayon Aqrar İslahat Komissiyasının qərarı ilə *7 mart 1999-cu il *2 nömrəli *16 hektar fərdi yaşayış evi, həyətyanı sahə, kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı mülkiyyətinə verilib. Şəhadətnamə iki nüsxədən tərtib edidli və 543 nömrəli kitabda qeydə alınmışdır. Şəhadətnamənin bir nüsxəsi X5 verilib. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 13.1*.2***-ci il tarixdə mədə qanaxması, mədə xərçəngi xəstəliyindən vəfat etmişdir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, hüquqları dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya MH ***9421 №-li çıxarışdan görünür ki, Həsənova X3 rayon Qıvraq qəsəbəsində yerləşən 1574,26 kv m torpaq sahəsi yaşayış fərdi ev tikintisi daşınmaz əmlakın dövlət reyestrində 13 № reyestr kitabının 23*8 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı əri Hüseyn Həsənov vəfat edəndən və yas mərasımi bitdikdən sonra Kəngərli rayon Qıvraq qəsəbəsində olan ər evindən çıxaraq ata evinə getmiş, sonra isə başqası ilə ailə qurmuş, 1999-cu ildə ona və sabiq əri Hüseynə torpaq sahəsinin verilməsindən xəbəri olmamış, yalnız 2*23-cü ildə onun adına Qıvraq qəsəbəsində həyətyanı torpaq sahəsi olması barədə məlumatı olmuş, lakin həmin torpaq sahəsi onun razılığı və məlumatı olmadan *3 oktyabr 2**8-ci il tarixli müqavilə ilə sabiq əri Hüseynin anası Cavabdeh1 tərəfindən Qıvraq qəsəbə sakini Cavabdeh2 Kəngərli rayon Dövlət Notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsi ilə satılmış, bundan sonra notariat ofisinə, Kəngərli Rayon Torpaq Şöbəsinə müraciət edərək müvafiq sənədləri alıb iddia ərizəsi ilə 28.*7.2*25-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə qeyd olunan mübahisəyə qiymət verərək hesab edir ki, ilk növbədə hazıki iddiaya kəsici müddətin tətbiq edilib-edilməməsi məsələsinə aydınlıq gətirilməlidir. Kəsici müddətlə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən Mülki Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Qeyd olunan maddənin mənasına görə, həmin Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Məhkəmə qeyd edir ki, qeyd olunan maddədə nəzərdə tutulan müddət əslində iddia müddəti deyil, kəsici müddətdir. Yəni həmin müddət keçdikdən sonar maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir. İddia müddətindən fərqli olaraq həmin müddət bərpa olunmur, dayandırılmır və kəsilmir. Bərpa olunmaq, kəsilmək və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Yalnız qanunla müəyyən edilmiş halda həmin müddət uzadıla bilər. Ona görə də, Mülki Məcəllənin 354.2-ci maddəsi mülki mübahisəyə tətbiq edilərkən, yalnız iki hal aydınlaşdırılmalıdır: 1) maraqlı şəxs nə vaxt əqdin etibarsız sayılmasına əsas verən halları bilib və ya bilməli idi; 2) həmin gündən hesablandıqda əqdi hansı müddətdə mübahisələndirib. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı əri Hüseyn Həsənov 2***-ci ildə rəhmətə getmiş, sonra atası evinə getmiş, həmin evə bir daha getməmiş, 1999-cu ildə Hüseyn Həsənovla ona birlikdə həyətyanı torpaq sahəsinin verilməsi və həmin torpağın alqı-satqı müqaviləsindən xəbəri olmamışdır. Yalnız 2*23-cü ildə xəbər tutmuşdur ki, onun da payı olan torpaq sahəsi onun razılığı olmadan satılmış, bundan sonra həmin torpaq sahəsinin pulunu Cavabdeh1, Qıvraq kənd İcra Nümayəndəliyi və Notariusdan pulunu istəmiş, tələbi yerinə yetirilmədiyindən iddia ərizəsi ilə 28.*7.2*25-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı bir illik kəsici müddəti ötürmüşdür. Buna görə də məhkəmə hesab edir ki, hazırki tələbə kəsici müddət tətbiq edilməlidir. Məhkəmə qeyd olunan mübahisəyə qiymət verərək hesab edir ki, Kəngərli rayon Qıvraq qəsəbəsində yerləşən, ümumi sahəsi *,16 ha olan torpaq sahəsinin üçüncü şəxs Cavabdeh2 tərəfindən alqı-satqı müqaviləsi əsasında aldığı zaman sonuncunun vicdanlı olub-olmadığına da qiymət verilməlidir. Çünki, vicdanlılıq məsələsinə qiymət vermədən iddianın təmin edilib edilməməsi məsələsini həll etmək mümkün deyildir. Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Əmlakı vicdanlı əldə edənin hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsi ilə şübhə altına alınması, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbə-üz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin biri-birinə olan inamının azalmasına da gətirib çıxarır. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2**4-cü il tarixli Qərarında qeyd edilmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Həmin qərarda eyni zamanda göstərilir ki, hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və müqəddəsdir. Bu hüquq beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2*12-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 sentyabr 2*14-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “MM-in 157.3-cü maddəsi əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən edir. Bu prezumpsiyaya görə, əldə edən onun vicdansız sahib olması sübut edilənədək, vicdanlı sahib hesab edilir. MM-in 157.3-cü maddəsinin mənasına görə, əmlakı əldə edənin bu əmlakın mülkiyyətçisi və ya sahibi olan şəxsin istifadəsindən çıxdığı, əşyanı onu özgəninkiləşdirmək hüququ olmayan şəxsdən aldığını bilmədiyi və bilməli olmadığı, o cümlədən əmlakın dəyərini ödəməklə əldə etməsi müəyyən edildikdə, əldə edən vicdanlı sahib hesab olunur. Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə mübahisəli əmlakla bağlı əvəzli əqdin bağlanması anına qədər bu əmlakla bağlı üçüncü şəxslərin iddiaları belə şəxsə bəlli olduqda və bu iddialar sonradan müvafiq qaydada hüquqa zidd hesab edilmədikdə, o, vicdanlı sahib kimi qəbul olunmur. (Konstitusiya Məhkəməsi Plenumunun S.Məmmədovanın şikayəti üzrə 27 oktyabr 2**4-cü il tarixli Qərarı). Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın alqı-satqısı notariat ofislərində rəsmiləşdirilir. Notariat ofisləri bilavasitə Ədliyyə Nazirliyini tabeliyində olduqlarından, həmin orqanda rəsmiləşdirilən əqdlərin legitimliyinə həmin əqdi imzalamış tərəflər şübhəsiz inanırlar. Alqı-satqı müqaviləsinə əsasən bir tərəf özünə məxsus əşyanı satır, digər tərəf isə onun dəyərini ödəməklə onu alır. Üçüncü şəxs Cavabdeh2 qanunla nəzərdə tutulmuş bu prosedurlara riayət edərək, torpaq sahəsinin mülkiyətçilərinə müvafiq ödənişi etməklə onu almış, alqı-satqı müqaviləsi notariat ofisində rəsmiləşdirlmişdir. Həmin alqısatqı müqaviləsi imzalanan zaman üçüncü şəxs bilə-bilməzdi ki, aldığı torpaq sahəsi ilə bağlı mübahisə mövcuddur. Çünki, torpaq sahəsinin mülkiyyətçiləri torpaq sahəsinin onların mülkiyyətlərində olmasını təsdiqləyən müvafiq Çıxarışı notariat ofisinə təqdim etmiş, notariat ofisi satılan torpaq sahəsi ilə bağlı hər-hansı bir problemin olmadığı qənaətinə gələrək alqı-satqı müqaviləsini rəsmiləşdirmişdir. Notariat ofisinin həmin torpaq sahəsi ilə bağlı mübahisənin olduğu məlum olsaydı, onda o, həmin alqı-satqı müqaviləsinin rəsmiləşdirməsindən imtina edərək tərəflərə mübahisəni məhkəmə yolu ilə həll edilməsini tövsiyyə edərdi. Məhkəmə qeyd edir ki, iddiaçının torpaq sahəsinə qanunla qorunan hüququ pozulmuş olsa da belə, onun pozulmuş hüquqları torpaq sahəsini vicdanlı əldə edən üçüncü şəxs Cavabdeh2 hesabına kompensasiya edilə bilməz və iddiaçı, onun hüquqlarını pozmuş hüquqi və ya fiziki şəxslərə qarşı birinci instansiya məhkəməsində iddia qaldırmaqla dəymiş zərərin əvəzini tələb edə bilər. Mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda MM-in 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Belə ki, MM-in 337-ci maddəsinə əsasən əqd bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla, habelə məhkəmə tərəfindən etibarsız sayılır. Bu cür əqdin məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq, mülki qanunvericiliyin tələbinə görə belə əqd bağlandığı andan etibarsız sayılır, onun bağlanmasına niyyəti olan, o cümlədən mülkiyyət hüququnun mülkiyyətçidən əldə edənə keçməsi kimi hüquqi nəticə yaratmır və bu halda ümumi qaydaya uyğun olaraq tərəfin əldə etməsinin vicdanlılığından asılı olaraq ikitərəfli restitusiya formasında etibarsız əqdin nəticələri tətbiq olunmur. MM-in 157.3-cü maddəsinin mənasına görə isə vicdanlı sahiblik o halda mövcud ola bilərdi ki, əmlak bilavasitə mülkiyyətçidən deyil, bu əmlakı özgəninkiləşdirmək hüququ olmayan şəxsdən alınmış olsun və bu cür pozuntu ilə bağlanmış əqdin nəticələri ikitərəfli restitusiya yox, əmlakın qanunsuz sahiblikdən qaytarılması ilə əlaqədar olmuş olsun (vindikasiya). Beləliklə qeyd olunmalıdır ki, MM-in 337.5-ci maddəsində nəzərdə tutulmuş qaydanın (restitusiya qaydası) bu Məcəllənin 157.3-cü maddəsinin mənasına görə vicdanlı sahibə tətbiqi mümkün deyildir. Ona görə ki, restitusiya və vindikasiya qaydasında irəli sürülən tələb üzrə mülki dövriyyənin iştirakçılarının (subyektlərinin) dairəsi fəqlənir və bu hal vicdanlı sahib tərəfindən əldə edilmiş əmlakın mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti üzrə 8 may 2**8-ci il tarixli Qərarında da əks olunmuşdur.” Məhkəmə qeyd edir ki, alqı-satqı saxta sənədlər əsasında rəsmiləşdirilsə də, bu hal vicdanlı alıcı olan Cavabdeh2 qanuni yolla əldə etdiyi torpaq sahəsinin geri qaytarılması üçün əsas deyildir. Qeyd olunan saxta sənədlər ilə əməliyyatların aparilması, İddiaçı pozulmuş hüquqlarının bərpası məqsədilə, həmin əməliyyatları aparmış şəxslərə qarşı iddia qaldırmaq üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlərə qarşı verdiyi iddianın təmin edilməsi üçün hüquqi əsaslar yoxdur. Buna görə də iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-22*-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Kəngərli Rayon Dövlət Notariat Ofisinə qarşı 11 avqust 2**8-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və *3 oktyabr 2**8-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi və həmin hərəkətlər üzrə aparılmış bütün aktların ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. İddiaçı izah olunsun ki, ona dəymiş ziyanla bağlı onun hüquqlarını pozmuş şəxsə və şəxslərə qarşı iddia qaldırmaq hüququ vardır. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: İlham İbrahimov