Azərbaycan Respublikası adından QƏRARDAD Qıvraq qəsəbəsi İş № 2(111)-265/2023 31.10.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, cavabdehlər Cavabdeh2 notariusu X2 və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Kəngərli Rayon İdarəsinin müdiri X3 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2ndən və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Kəngərli Rayon İdarəsindən alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 məhkəməyə iddia ərizə ilə müraciət edərək onlarla Cavabdeh1 arasında Naxçıvan MR ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi *,1313 ha olan torpaq sahəsi barəsində *4 may 2*23-cü il tarixdə bağlanmış, Cavabdeh2ndə təsdiq olunmuş 4Ə-3* nömrəli reyestrlə qeydə alınmış daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. 31 oktyabr 2*23-cü il tarixə təyin olunmuş məhkəmə hazırlıq iclasında iş üzrə iddiaçılar məhkəməyə vəsatət təqdim edərək ərizənin geri qaytarılmasını xahiş etmişlər. Məhkəmə sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iş üzrə iddiaçıların ərizəsi qaytarılmalıdır. Çünki onlar ərizənin qaytarılması barədə vəsatət vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 17*.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Eyni zamanda məhkəmə büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, İddiaçı1 13 sentyabr 2*23-cü il tarixdə 12426*5757 nömrəli qəbz əsasında ödədiyi 1** (yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən ərizə geri qaytarılarsa dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 17*.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2ndən və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Kəngərli Rayon İdarəsindən alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə iddiaçılara geri qaytarılsın. İddiaçı1 13 sentyabr 2*23-cü il tarixdə 12426*5757 nömrəli qəbz əsasında ödədiyi 1** (yüz) manat məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardaddan o, rəsmi qaydada verildikdən sonra 1* gün müddətində Kəngərli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №2(111)-265/2023
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərardad — İş №2(111)-265/2023
31.10.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver