Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-267/2025 05.09.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ X22 Sadət oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla “barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə” ərizəsinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2025-ci il tarixdə MŞN/25-T-00125 nömrəli X5 Kəngərli bölməsində onunla Maraqlı şəxs arasında bağlanmış aliment ödənilməsinə dair barışıq sazişinin məcburi icra olunması üçün təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə 09 avqust 2011-ci il tarixdə Kəngərli rayon Xok kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə rəsmi nikah qeydiyyatdından keçməklə ailə qurmuş, birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X14, xx.xx.2014-cü il təvəllüdlü X21 və xx.xx.2015-ci il təvəllüdlü X20 doğulmuşdur. Aralarında olan narazılığa görə ailə münasibətləri pozulmuş, nəticədə Kəngərli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(111)-68/2021-ci il tarixli qətnaməsinə əsasən onunla Maraqlı şəxs arasında 09 avqust 2011-ci il tarixdə Kəngərli rayon Xok kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş uşaqları xx.xx.2010-cu il təvəllüdlü X10, xx.xx.2014-cü il təvəllüdlü X15 və xx.xx.2015-ci il təvəllüdlü X12 özünün yanında qalmaları müəyyən edilmişdir. Eyni zamanda qeyd edir ki, Maraqlı şəxs ilə qarşılıqlı razılığı əsasında X6 Maraqlı şəxs nümayəndəsi X11 ilə aralarında xx.xx.2025-ci il tarixli MŞN/25-T-00125 nömrəli Barışıq sazişi bağlanmışdır. Barışıq Sazişində qeyd edilmişdir: 1-ci tərəf - Mən Ərizəçi qarşı X8 tələbim budur ki, birgə nikahdan olan övladlarımız X14, X21 və X20 üçün hər birinə 150 ( bir yüz əlli) manat olmaqla, cəmi 450 (dörd yüz əlli) manat məbləğində alimenti 14 fevral 2025-ci tarixdən hesablanmaqla hər ayın 14-cü günü mənim **********986974 nömrəli kart hesabına ödəməsi ilə razılaşsın. 2-ci tərəf - Mən Maraqlı şəxs Ərizəçi tələbi ilə razılaşaraq öhdəlik olaraq üzərimə götürürəm ki, birgə nikahdan olan övladlarımız X14, X21 və X20 üçün hər birinə 150 ( bir yüz əlli) manat olmaqla, cəmi 450 (dörd yüz əlli) manat məbləğində alimenti 14 fevral 2025ci tarixdən hesablanmaqla hər ayın 14-cü günü onun **********986974 nömrəli kart hesabına vuracağam. Bildirir ki, cavabdeh Barışıq Sazişinin şərtlərinə əməl etmədiyindən X6 Maraqlı şəxs nümayəndəsi X11 ilə bağladığı xx.xx.2025-ci il tarixli MŞN/25-T-00125 nömrəli “Barışıq Sazişi"nin məhkəmədə təsdiq edilməsi zərurəti yaranmışdır. İş üzrə Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə təyin edilmiş məhkəmə iclasına maraqlı şəxs X9 gəlməməsinin səbəblərini üzrsüz hesab edərək hazırkı işdə toplanmış sənədlərə əsasən onun iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında Ərizəçi ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək, xx.xx.2025-ci il tarixdə X2 Maraqlı şəxs nümayəndəsi arasında barışıq sazişi bağlandığını, barışıq sazişinin şərtlərinə görə birgə nikahdan anadan olmuş X14, X21 və X3 üçün Maraqlı şəxs hər ay bir uşaq üçün 150 manat olmaqla cəmi 450 manat məbləğində alimentin 14 fevral 2025-ci tarixdən hesablanmaqla hər ayın 14-cü günü onun **********986974 nömrəli kart hesabına ödəyəcəyini öhdəsinə götürdüyünü, lakin o, barışıq sazişinin tələblərinə uyğun alimenti ödəmədiyini bildirərək məhkəmədən ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİİ 081302 nömrəli, AZ-İİİ 081303 nömrəli və AZ-İİİ 533652 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərinə əsasən iş üzrə tərəflərin 01 fevral 2010-cu il tarixdə X14, 17 yanvar 2014-cü il tarixdə X21 və 19 dekabr 2015-ci il tarixdə X20 adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə edilmiş Kəngərli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(111)-68/2021 nömrəli qətnaməsinə əsasən Ərizəçi ilə X16 arasında 09 avqust 2011-ci il tarixdə Naxçıvan MR Kəngərli rayon Xok kənd İƏDÜN-də bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 17 nömrə ilə qeydə alınmış nikah pozulmuş, iş üzrə tərəflərin uşaqları - 01 fevral 2010-cu il tarixdə doğulmuş X14, 17 yanvar 2014-cü il tarixdə doğulmuş X21 və 19 dekabr 2015-ci il tarixdə doğulmuş X20 ataları Ərizəçi yanında qalması müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli MŞN/25-T-00125 nömrəli barışıq sazişində qeyd olunmuşdur ki, tərəflərlə aparılan mediasiya prosesi nəticəsində hər iki tərəf aşağıda qeyd olunanlar barədə razılığa gəlmişlər: “1-ci tərəf - Mən Ərizəçi qarşı X8 tələbim budur ki, birgə nikahdan olan övladlarımız X14, X21 və X20 üçün hər birinə 150 ( bir yüz əlli) manat olmaqla, cəmi 450 (dörd yüz əlli) manat məbləğində alimenti 14 fevral 2025-ci tarixdən hesablanmaqla hər ayın 14-cü günü mənim **********986974 nömrəli kart hesabına ödəməsi ilə razılaşsın. 2-ci tərəf - Mən Maraqlı şəxs Ərizəçi tələbi ilə razılaşaraq öhdəlik olaraq üzərimə götürürəm ki, birgə nikahdan olan övladlarımız X14, X21 və X20 üçün hər birinə 150 ( bir yüz əlli) manat olmaqla, cəmi 450 (dörd yüz əlli) manat məbləğində alimenti 14 fevral 2025ci tarixdən hesablanmaqla hər ayın 14-cü günü onun **********986974 nömrəli kart hesabına vuracağam.” Yuxarıda qeyd olunan xx.xx.2025-ci il tarixli MŞN/25-T-00125 barışıq sazişinin məzmunundan belə məlum olur ki, 14 fevral 2025-ci tarixdən hesablanmaqla Maraqlı şəxs Ərizəçi ilə birgə nikahdan olan üç yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün hər ayın hər ayın 14-cü günü 450 manat aliment ödəməsini öhdəsinə götürmüşdür. Maraqlı şəxs barışıq sazişində alimentlə bağlı göstərilən öhdəliyi yerinə yetirməyərək vaxtı-vaxtında aliment pulunu ödəməmişdir. Məhkəmə ərizəçini dinləyib, işdə olan digər sübutları qarşılıqlı şəkildə qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər; - 355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. - 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Beləliklə, məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, Maraqlı şəxs xx.xx.2025ci il tarixli MŞN/25-T-00125 nömrəli barışıq sazişi üzrə mediasiya prosesi nəticəsində barışıq sazişini imzalandığı vaxtdan könüllü şəkildə barışıq sazişində qeyd edilən tarixdə icra etməyərək barışıq sazişinin şərtlərini pozmuşdur. Bununla yanaşı, barışıq sazişinin təsdiq edilməsindən imtina üçün qeyd edilən əsaslardan hər hansı biri iş materialları ilə müəyyən olunmur və ərizəçi barışıq sazişinin təsdiq edilməsini xahiş edir. Belə olan halda məhkəmə bu qənaətə gəlir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Eyni zamanda məhkəmə alimentin tutulma müddəti ilə əlaqədar qeyd edir ki, alimentin tutulma müddəti tərəflərin qarşılıqlı qaydada müəyyən etdiyi kimi 14 fevral 2025-ci tarixdən başlayaraq hər ayın 14-də ödənilməli, qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməsi nəzərdə tutulduğundan və 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə iş üzrə ödənilməli olan 100 manat dövlət rüsumu Maraqlı şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 216-220-ci, 234, 355-23 - 355-26, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X1 iştirakı ilə Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-cü il tarixli MŞN/25-T-00125 nömrəli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: 14 fevral 2025-ci tarixdən hesablanmaqla Maraqlı şəxs hər ayın 14-də hər uşaq üçün 150 manat olmaqla cəmi 450 manat aliment tutularaq 01 fevral 2010-cu il tarixdə doğulmuş X14, 17 yanvar 2014-cü il tarixdə doğulmuş X21 və 19 dekabr 2015-ci il tarixdə doğulmuş X12 yetkinlik yaşına çatanadək saxlanması üçün Ərizəçi **********986974 nömrəli kart hesabına ödənilsin. Maraqlı şəxs 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə aliment tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrli edən: İlham İbrahimov
Məhkəmə qərarları › İş №2(111)-267/2025
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-267/2025
05.09.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver