Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-284/2025 28.10.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ X2 oğlunun sədrliyi, X1* məhkəmə iclas katibliyi, Ərizəçi və Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondunun işçiləri tərəfindən 2*12-2*18-ci illərdə məcburi dövlət sosial sığorta haqqlarına ödədiyi qəbzlərdə yazılmış Natiq adının Namiq kimi müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə ərizəçi qismində dindirilərkən Ərizəçi ərizəsini müdafiə edərək izahatında əsl adının şəxsiyyət vəsiqəsində yazıldığı kimi Namiq olduğunu, kənddə el arasında onu “Natiq” deyə çağırdıqlarını, uzun müddətdir ki, Qarabağlar kəndində dülgərlik fəaliyyəti ilə məşğul olduğunu, həmçinin kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin olduğunu, torpaq sahəsinə görə hər ay məcburi dövlət sosial sığorta haqqı ödədiyini, hazırda da 51 manat pensiya fonduna,16.7* manat tibbi sığortaya və 25 manat isə Dövlət Vergi Xidmətinə vergi ödədiyini, lakin 2*12-ci ildə iki qəbzdə və 2*18-ci ildə bir qəbzdə adının səhvən Namiq yox Natiq kimi yazıldığını, pensiya yaşının tamam olduğunu, əmək pensiyasına çıxmaq üçün pensiya fonduna müraciət etdiyini, lakin göstərilən qəbzlərdə adının düzgün yazılmadığına görə həmin qəbzlərin qəbul edilmədiyini, ona görə də ona yaşa görə əmək pensiyasının təyin olunmadığını, gösrətilən qəbzlərin ona əmək pensiyası təyin olunması üçün əsas verdiyini, ona görə də məhkəməyə müraciət etdiyini, ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən maraqlı şəxs Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondunun nümayəndəsi Nümayəndə izahatında ərizəçi inzibati məhkəmədə də iddia qaldırdığını, ödədiyi məcburi dövlət sosial sığorta haqqları mərkəzi elektron informasiya sistemində görünmədiyini, lakin pay torpağı üçün ödədiyi məcburi dövlət sosial sığorta haqqına ödədiyi bir neçə qəbzdə adı səhvən Natiq göstərildiyindən avtomatlaşdırılmış qaydada pensiya təyin etmək mümkünsüz hesab edildiyini, 2**6-cı ilin yanvarın 1-dən 2*18-ci ilin iyunun 1-nə qədər fərdi hesabın sığorta hissəsində qəbzlərdə görünsə idi avtomatlaşmış qaydada pensiya təyin oluna biləcəyini, lakin öz əksini tapmadığına görə avtomatlaşmış qaydada pensiya təyin etmək mümkünsüz hesab edildiyini, adının düzgün qeyd olunduğu qəbzlər isə ona pensiya hüququnun vermədiyini, yalnız DSMF-yə ödədiyi qəbzlərin ona pensiya hüququ verdiyini göstərdi. Məhkəmə iclasında dindirilərkən Şahid1 ifadəsində Ərizəçi 12-13 yaşından etibarən tanıdığını, hamının onu Natiq kimi tanıdığını, işdə də, məktəbdə də, kənddə də onu hamı Natiq deyə çağırdığını, ərizəçini Qarabağlar kəndində hamı Natiq usta kimi tanıdığını, son zamanlarda onun adının Namiq olduğunu bildiyini göstərdi. Məhkəmə iclasında dindirilərkən Şahid2 ifadəsində Ərizəçi ilə bir məhəllədə yaşadıqlarını, iş yoldaşı olduqlarını, onu Natiq kimi tandığını, şəxsiyyət vəsiqəsində adının Namiq olduğunu yeni öyrəndiyini göstərdi. Məhkəmə iclasında dindirilərkən Şahid3 ifadəsində Ərizəçi ilə bir yerdə oxuduqlarını, bir yerdə işlədiklərini, onu Natiq kimi tanıdığını, pensiya məsələsi ilə əlaqədar adının Namiq olduğunu bildiyini göstərdi. İş materiallarına əlavə olunmuş AZ-*836397 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən Ərizəçi xx.xx.1959-cu ildə Şərur rayon Qarabağlar kəndində doğulmuşdur. İş materiallarına əlavə olunmuş Kəngərli Rayon İcra Hakimiyyətinin Qarabağlar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 aprel 2*25-ci il tarixli, 297/25 nömrəli arayışa əsasən Ərizəçi Kəngərli rayon Qarabağlar kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Kəngərli Rayon İcra Hakimiyyətinin Qarabağlar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 aprel 2*25-ci il tarixli, 297/25 nömrəli arayışa əsasən Qarabağlar kəndində X5 adlı bir şəxs yoxdur. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondu tərəfindən Ərizəçi təqdim olunmuş “Məcburi Dövlət Sosial Sığorta Haqqı” ödənilməsi ilə əlaqədar verilmiş 13 sentyabr 2*12-ci il tarixli 7 nömrəli və 27 noyabr 2*12-ci il tarixli 68 nömrəli ödəniş qəbzlərinin surətlərindən görünür ki, X1 adına məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. İş materiallarına əlavə olunmuş *2 fevral 2*18-ci il tarixli 35 nömrəli ödəniş qəbzindən görünür ki, X1 adına məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. İş materiallarına əlavə olunmuş “Fiziki şəxsin sahibkarlıq uçotu haqqında Şəhadətnamə”nin surətindən görünür ki, Ərizəçi *9**154262 nömrəli VÖEN-lə fərdi sahibkar kimi qeydiyyatda durur. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondu tərəfindən Ərizəçi ünvanlanmış məktubda göstərilir ki, kənd təsərrüfatı təyinatlı torpaqları istifadə üçün ödədiyi 2*12 və 2*18-ci illərə aid mədaxil qəbzlərində adı “Natiq” kimi qeyd olunduğuna görə həmin qəbzlərin “Sığorta” altsisteminə daxil edilməsi mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondu tərəfindən Ərizəçi ünvanlanmış məktubda göstərilir ki, 2*12-ci ilə aid MDSS haqlarının ödəniş qəbzləri üzərində düzəliş aparılmalı və ya buna təsdiqedici sənəd fonda təqdim edilməlidir. Bundan sonra əmək pensiyası təyin olunması haqqında müraciətə qanunvericiliyə uyğun baxılacaqdır. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondunun 27.*8.2*24-cü il tarixli qərarı ilə Ərizəçi yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Məhkəmədə dindirilən ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatları, şahidlərin ifadələri və tədqiq olunan hüquqi sənədlərlə X4 tərəfindən ödənilmiş MDSS ödəniş qəbzlərində göstərilən X5 ilə Ərizəçi eyni şəxs olduğu təsdiq olunur. Həmin qəbzlər hüquqmüəyyənedici sənədlərdir və ərizəçiyə pensiya təyin olunması üçün lazımdır, şəxsin sosial sığorta stajının müəyyən olunması baxımından hüquqi əhəmiyyəti vardır. Lakin göründüyü kimi ərizəçinin şəxsiyyət vəsiqəsindəki adı ilə hüquqmüəyyənedici sənəddəki adı düz gəlmir. Göstərilən faktı təsdiq edən sənədləri isə ərizəçi başqa qaydada ala bilməz. Ona görə də ərizəçinin ərizəsi təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 3*7.2 və 3*7.2.5-ci maddələrinə əsasən məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 3*9.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-22*, 358.*.3 və 36*-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X3 “Məcburi Dövlət Sosial Sığorta Haqqı” ödənilməsi ilə əlaqədar verilmiş 13 sentyabr 2*12-ci il tarixli 7 nömrəli, 27 noyabr 2*12-ci il tarixli 68 nömrəli və *2 fevral 2*18ci il tarixli 35 nömrəli ödəniş qəbzlərinin Kəngərli rayon Qarabağlar kənd sakini Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: İlham İbrahimov.
Məhkəmə qərarları › İş №2(111)-284/2025
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-284/2025
28.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver