Məhkəmə qərarları › İş №2(111)-367/2025

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-367/2025

06.02.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-367/2025 06.02.2026 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ X24 Sadət oğlunun sədrliyi, X27 oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh mirasın faktiki qəbul edilməsinin təsdiq edilməsi tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Kəngərli rayonu Qıvraq qəsəbəsində yerləşən mərhum babası X10 və nənəsi X6 məxsfərdi yaşayış evini və torpaq sahəsini irsi transmissiya yolu ilə miras olaraq faktiki qəbul etməyinin təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1993-cü ildə Kəngərli rayon Qıvraq kəndində doğulmuş, hazırda ailə quraraq Naxçıvan şəhərində yaşayır. Kəngərli rayon Qıvraq qəsəbəsində babası və nənəsinə məxsus yaşayış evi və həyətyanı torpaq sahəsi miras qalmışdır. X5 2004-cü ilə, nənə X11 isə 2010-cu ildə vəfat etmişlər. Onlar vəfat etdikdən sonra evlərinə və torpaq sahələrinə faktiki olaraq anası X1 etmişdir. Özü də ailə quranadək həmin evdə yaşamışdır. Valideynlərinin ikisi də vəfat etmişlər. Anası 2025-ci ildə, atası isə 1993-cü ildə vəfat etmişdir. Anasıgil ailədə iki bacı olmuşlar. Digər bacısı X13 da ailə quraraq Qıvraq qəsəbəsində yaşayır. Qeyd etdiyi kimi babası və nənəsi vəfat etdikdən sonra onlardan qalan mirasa anası Əfsanə sahiblik etmişdir. Xalası Pürüzə isə həmin mirasdan pay istəmir. Anası da vəfat etdikdən sonra həmin torpaq sahəsinə və yaşayış evinə faktiki olaraq özü sahiblik etmişdir. Evə faktiki sahiblik edərək, mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Lakin mirasın açılmasından uzun müddət keçdiyinə görə xalası Pürüzə notariat qaydada təsdiq olunmuş ərizə verə bilmir. Vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat orqanına müraciət etsə də, bundan imtina edilərək, müvafiq məktub təqdim olunmuşdur. Ona görə də məhkəməyə müraciət etmişdir. İş üzrə iddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmədə iddiaçı qismində dindirilən İddiaçı nümayəndəsi Nümayəndə izahatında iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada məlumatlandırılmış iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə təyin edilmiş məhkəmə iclasına cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab edərək, hazırkı işdə toplanmış sənədlərə əsasən cavabdehin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mülki işin icraatı zamanı cavabdeh tərəfindən iddia üzrə rəy və etirazlar daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X29 tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”a əsasən X8 və X3 adına Naxçıvan MR Kəngərli Rayonu Qıvraq qəsəbəsində 24-cü küçə ev 11-də 0,1939 ha torpaq sahəsi və torpaq sahəsi üzərində yerləşən 100,84 kvm fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 24/6 nömrəli reyestr kitabının 1028 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Kəngərli Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 28 iyul 2025-ci il tarixli çıxarışa əsasən X16 22 fevral 2004-cü il tarixdə Naxçıvan MR Kəngərli rayon Qıvraq qəsəbəsində vəfat etmişdir. İş materiallarında olan Kəngərli Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 28 iyul 2025-ci il tarixli çıxarışa əsasən X2 Abbas oğlu 20 iyul 2010-cu il tarixdə Naxçıvan MR Kəngərli rayon Qıvraq qəsəbəsində vəfat etmişdir. İş materiallarında olan Kəngərli Rayon İcra Hakimiyyəti Qıvraq qəsəbə İƏDÜN-nin 29 sentyabr 2025-ci il tarixli 817 nömrəli arayışına əsasən mərhum X8 1. X14-həyat yoldaşı, 2. Cavabdeh-qızı. 3. X12- qızı adında vərəsələri vardır. İş materiallarında olan AZ-İİ 675131 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X12 23 mart 2025-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Kəngərli Rayon İcra Hakimiyyəti Qıvraq qəsəbə İƏDÜN-nin 07 oktyabr 2025-ci il tarixli 857 nömrəli arayışına əsasən mərhum X4 1. X30, həyat yoldaşı, 2. İddiaçı-qızı adında vərəsələri vardır. İş materiallarında olan AZ-İİ 084103 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X17 10 avqust 1993-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Kəngərli Rayon Qeydiyyat Şöbəsinin 14 oktyabr 2025-ci il tarixli çıxarışına əsasən X15 xx.xx.1993-cü il tarixdə doğulmuşdur, atası X17, anası X9r. İş materiallarında olan AZ-İ 881335 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X15 ilə Nümayəndə rəsmi nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada “Mahmudova” soyadı verilmişdir. İş materiallarında olan Kəngərli Rayon Notariat ofisinin 17 sentyabr 2025-ci il tarixli qərarından görünür ki, İddiaçı vərəsəlik haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və iş materiallarını araşdıraraq və məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin araşdırılan halları ilə müəyyən olunur ki, Kəngərli rayon Qıvraq qəsəbə sakini olmuş X16 2004-cü ildə və X14 2010-cu ildə vəfat etmiş, onlardan qalan mirasa (Naxçıvan MR Kəngərli Rayonu Qıvraq qəsəbəsində 24-cü küçə ev 11-də 0,1939 ha torpaq sahəsi və torpaq sahəsi üzərində yerləşən 100,84 kvm fərdi yaşayış evi) qızları X1 edərək, mirası faktiki olaraq qəbul etmişdir. X12 2025-ci ildə vəfat etmiş, bundan sonra isə onun qızı İddiaçı faktiki qəbul edərək miras əmlaka sahiblik etmiş, əmlakı idarə etməyə başlamış və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirmişdir. Hazırda İddiaçı miras əmlak üzrə yeganə vərəsədir və miras əmlak onun tərəfindən miras olaraq faktiki qəbul edilmişdir. Miras əmlak üzrə vəsiyyətnamə yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsə sayılırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra ölərsə, ölmüş vərəsənin ilkin miras qoyandan pay almaq hüququ həmin vərəsənin miras əmlakı kimi ümumi qaydada öz vərəsələrinə keçir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, iddiaçının iddiası əsaslıdır. İddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə iddiaya heç bir etiraz etməmişdir. Ona görə də, iddia təmin edilməli, Naxçıvan MR Kəngərli Rayonu Qıvraq qəsəbəsində 24-cü küçə ev 11-də 0,1939 ha torpaq sahəsi və torpaq sahəsi üzərində yerləşən 100,84 kvm fərdi yaşayış evinin anası X7 münasibətdə (irsi transmissiya) İddiaçı tərəfindən miras olaraq faktiki qəbul edilməsi təsdiq edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə xərclərini müzakirə edərək belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən tələb edilmədiyindən iş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220,358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən, mərhum X10 və X6 məxsus olan, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X29 tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 24/6 nömrəli kitabın 1028 nömrəli vərəqində qeydiyyata alınmış 0,1939 ha torpaq sahəsini və torpaq sahəsi üzərində yerləşən 100.84 kvm fərdi yaşayış evini anası X7 münasibətdə miras olaraq faktiki qəbul etməsi təsdiq edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar