Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-91/2025 18.02.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla “barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə” ərizəsinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək M-00129 nömrəsi ilə qeydiyyatdan keçmiş X3 iştirakı ilə Maraqlı şəxs ilə aralarında bağlanmış 01 sentyabr 2022-ci il tarixli barışıq sazişinin təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onunla Maraqlı şəxs ilə arasında olan nikah Naxçıvan şəhər Məhkəməsinin 29078)-32/2023 saylı qətnaməsinə əsasən nikah pozulmuş və 09 mart 2023-cü il tarixdə nikaha xitam verilmişdir. Birgə nikahda yaşadıqları dövrdə 2 övladları-26 iyul 2012-ci il təvəllüdlü X11 və 08 avqust 2015-ci il təvəllüdlü X15 doğulmuşdur. M-00129 nömrəsi ilə qeydiyyatdan keçmiş X3 iştirakı ilə Maraqlı şəxs ilə 01 sentyabr 2022-ci il tarixdə barışıq sazişi imzaladıq. Barışıq sazişinin şərtlərinə əsasən uşaqlar 26 iyul 2012-ci il təvəllüdlü X11 və 08 avqust 2015-ci il təvəllüdlü X17 ərizəçi X9 yanında saxlanılmalarına və ataları Maraqlı şəxs hər ay maaşlar hesablanarkən hər uşağa 110 (yüz on) manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat məbləğində vəsaiti ərizəçi X9 müvafiq bank kartına ödəyəcəyini öhdəsinə götürməklə tərəflər razılığa gəlmişlər. Məhkəmə baxışı iclasında Ərizəçi ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək, 01 sentyabr 2022-ci il tarixdə X2 Maraqlı şəxs arasında barışıq sazişi bağlandığını, barışıq sazişinin şərtlərinə görə Maraqlı şəxs hər ay ona iki uşağın saxlanması üçün 220 manat məbləğində aliment ödəməli olduğunu, Maraqlı şəxs əvvəllər həbi hissədə işlədiyindən həmin saziş üzrə alimenti ödədiyini, sonradan işdən azad edildiyindən və özünün işlədiyini nəzərə alaraq alimenti tələb etmədiyini, hazırda onun işlədiyini və özünün isə işləmədiyini nəzərə alıb aliment tələb etdiyini, lakin Elvinin artıq bir ildir ki, alimenti ödəmədiyini, uşaqları saxlamaqda maddi cəhətdən çətinlik çəkdiyini bildirərək məhkəmədən ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmədə iştirak edən iş üzrə Maraqlı şəxs izahatında barışıq sazişi üzrə alimenti işləmədiyindən ödəyə bilmədiyini, hazırda dönər yerində ofisiant işlədiyini, sabit iş yeri olmadığından aliment ödəyə bilmədiyini, ərizəçinin tələbi ilə razı olduğunu, ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi. İş materiallarında olan AZ-İ 402001 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən Maraqlı şəxs ilə X14 arasında olan nikah Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-32/2023 nömrəli qətnaməsinə əsasən pozulmuşdur. Nikah pozulduqdan sonra qadına “Rzayeva” soyadı verilmişdir. İş materiallarında olan AZ-İİ 857438 nömrəli və AZ-İİİ 530926 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərinə əsasən iş üzrə tərəflər 26 iyul 2012-ci ildə doğulmuş X8 və xx.xx.2015-ci il tarixdə doğulmuş X12 valideyinləridir. İş materiallarında olan X14 (Birinci tərəf) ilə Maraqlı şəxs (İkinci tərəf) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 1/Q-720 saylı barışıq sazişində hər iki tərəf aşağıda qeyd olunanlar barədə razılığa gəlmişlər: “İkinci tərəf birinci tərəfə birgə nikahdan 26 iyul 2012-ci ildə doğulmuş X8 və 08 avqust 2015-ci ildə doğulmuş X1 üçün hər ay uşaqlar yetkinlik yaşına çatana kimi 220 (iki yüz iyirmi) AZN məbləğində aliment ödəyəcəyini öhdəsinə götürür. Tərəflər aliment ödənişinin “ikinci tərəfin” işlədiyi təşkilatın maliyyə bölməsi tərəfindən hər ay maaşlar hesablanarkən “birinci tərəfin” təqdim edəcəyi bankomat kart hesabına köçürülməsi vasitəsilə ödənilməsi razılığına gəlirlər.” Yuxarıda qeyd olunan xx.xx.2022-ci il tarixli barışıq sazişinin məzmunundan belə məlum olur ki, Qədimov X10 Sura Elşad qızı ilə birgə nikahdan olan iki yetkinlik yaşına çatmayan uşaqlarının saxlanması üçün hər ay 1 uşaq üçün 110 manat olmaqla, 2 uşaq üçün cəmi 220 manat aliment ödəməsini öhdəsinə götürmüşdür. Maraqlı şəxs barışıq sazişində alimentlə bağlı göstərilən öhdəliyi yerinə yetirməyərək, aliment pulunu ödəmir. Məhkəmə ərizəçini dinləyib, işdə olan digər sübutları qarşılıqlı şəkildə qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər; - 355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. - 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Beləliklə, məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, maraqlı şəxs mediasiya prosesi nəticəsində barışıq sazişini imzalandığı xx.xx.2022-ci il tarixdən könüllü şəkildə icra etməmiş, eyni zamanda maraqlı şəxs tərəfindən bu hal təkzib edilməmişdir. Bununla yanaşı, barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina üçün qeyd edilən əsaslardan hər hansı biri iş materialları ilə müəyyən olunmur və ərizəçi barışıq sazişinin təsdiq edilməsini xahiş edir. Belə olan halda məhkəmə bu qənaətə gəlir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Eyni zamanda məhkəmə alimentin tutulma müddəti ilə əlaqədar qeyd edir ki, alimentin tutulma müddəti tərəflərin qarşılıqlı qaydada müəyyən etdiyi kimi 01 sentyabr 2022-cü il tarixdən başlayaraq hər ayın 25-dək ödənilməli, qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Ərizə təmin edildiyinə görə iş üzrə Ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzi Maraqlı şəxs alınaraq Ərizəçi ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 216-220-ci, 355-23 - 355-26, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X3 iştirakı ilə Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli 1/Q- 720 saylı barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin.
1. 01 sentyabr 2022-ci il tarixdən başlayaraq Maraqlı şəxs birgə nikahdan 26 iyul 2012-ci ildə doğulmuş X8 və xx.xx.2015-ci il tarixdə doğulmuş X4 üçün hər ay uşaqlar yetkinlik yaşına çatanadək cəmi 220 (iki yüz iyirmi) manat aliment tutularaq Ərizəçi ödənilsin.
2. Ödəniş Ərizəçi təqdim edəcəyi bankomat kart hesabına köçürülməsi vasitəsilə həyata keçirilsin. Maraqlı şəxs 100 ( yüz) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq Ərizəçi ödənilsin. Qətnamə aliment tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar.
Sədrlik edən: Zülfüqar Əhmədov